Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

97 
 
 
Maliyyə  sisteminin  səmərəli  fəaliyyətində  bankların  maliyyə 
sabitliyinin təmin edilməsi  son illər ölkəmizdə bank sisteminin inkişafı 
sahəsində  həyata  keçirilən  tədbirlər  nəticəsində  bankların  aktivləri  və 
kapitalı  yüksək  templə  artmış,  resurs  bazası  isə  xeyli  genişlənmişdir. 
Belə ki, 2006-cı ilin əvvəlinə banklarda kreditlərin ÜDM-ə nisbəti 2004-
cü ilin müvafiq dövründəki 8,3%-dən 11,8%-ə, cəlb edilmiş depozitlərin 
nisbəti  isə  uyğun  olaraq  10,5%-dən  12,1%-ə  çatmışdır.  Onu  da  qeyd 
edək ki, 2004-cü ildə 2003-cü ilə nisbətən bank aktivlərinin artım tempi 
ÜDM-in  artım  tempini  5-6  dəfə  üstələdiyinə  görə,  bank  aktivlərinin 
ÜDM-də xüsusi çəkisi 14,2%-dən 19,9%-ə qalxmışdır. 2005-ci  ildə isə 
bank  aktivlərinin  artım  tempi  2004-cü  illə  müqayisədə  bir  qədər 
zəifləmiş  və nəticədə 2006-cı  ilin  əvvəlinə onun ÜDM-ə nisbəti 19,0% 
təşkil  etmişdir.  2005-ci  ildə  277  bank  sisteminin  kapitalının  ÜDM-ə 
nisbəti  isə  2004-cü  illə  müqayisədə  0,1faiz  bəndi  artaraq  2,9%-ə 
çatmışdır.  Respublikanın  bank  sisteminin  inkişafında  baş  verən  müsbət 
meyllər  son  illərdə  bankların  kapitallaşma  dərəcəsinin,  apardıqları 
əməliyyat  növlərinin  və  həcminin  artırılması  və  s.  hesabına  daha  da 
güclənmiş,  ölkə  iqtisadiyyatında  bankların  vasitəçilik  rolu  xeyli 
artmışdır.  AR  Milli  Bankının  hesabat  məlumatlarına  görə,  2005-ci  ildə 
bank aktivləri 2004-cü illə müqayisədə 577 milyon manat və ya 34,5% 
artaraq  2006-  cı  ilin  əvvəlinə  2252  milyon  manata  çatmışdır. 
Araşdırmalar  göstərir  ki,  bankların  kredit  əməliyyatlarının  inkişafında 
mühüm  meyl  istehlak  kreditlərinin  həcminin  kəskin  artımı  olmuşdur. 
Belə  ki,  2004-cü  ildə  fiziki  şəxslərə  verilmiş  kreditlərin  həcmi  81,7% 
artaraq  274,4  mln.  manat,  2005-ci  ildə  isə  44,7%  artaraq  369,5  mln. 
manat  təşkil  etmişdir.  Qeyd  edilənlərdən  göründüyü  kimi,  son  vaxtlar 
əhalinin  kreditləşməsi  bank  xidmətlərinin  mühüm  hissəsinə  çevrilmək-
dədir.  Belə  ki,  2004-2005-ci  illərdə  bu  kreditlər  cəmi  kredit  portfelinin 
26-28  faizi  civarındadır.  Bank  sisteminin  inkişafının  digər  mühüm 
istiqamətlərindən  biri  ticarət  və  xidmət  sektoru  ilə  əlaqələrin  xeyli 


98 
 
 
güclənməsidir. 2005-ci ildə bu kreditlərin həcmi 66,4 faiz artaraq 2006-
cı ilin əvvəlinə 361,2 mln. manat təşkil etmişdir ki, bunun da nəticəsində 
cəmi bank kreditlərində ticarət və xidmət sektoruna verilmiş kreditlərin 
payı müvafiq olaraq 24%-dən 25,8%-dək artmışdır. Son vaxtlar banklar 
tərəfindən  real  sektora  yönəldilmiş  kreditlərin  həcmi  də  əhəmiyyətli 
dərəcədə artmışdır. Belə ki, təkcə 2005-ci ildə energetika, kimya və təbii 
ehtiyatlar sektoruna verilmiş kreditlərin məbləği təxminən 8 dəfə artaraq 
2006-cı ilin əvvəlinə 181,4 mln. manat təşkil etmişdir. Həmin kreditlərin 
cəmi  kredit  qoyuluşlarında  xüsusi  çəkisi  isə  müvafiq  olaraq  2,5%-dən 
12,9%- dək artmışdır. Aqrar sahəyə yönəldilmiş kreditlərin həcmi 2004-
cü  illə  müqayisədə  2  dəfəyə  yaxın  artmaqla  94,8  mln.  manat  təşkil 
etmişdir.  Onu  da  qeyd  edək  ki,  bankların  və  bütövlükdə  maliyyə 
sisteminin mövcudluğunun əsasını bankların likvidlik göstəricisi, onların 
hansı  səviyyədə  ödəmə  qabiliyyətli  olması  sayılır.  Likvidlik  bankın 
passivlər  üzrə  pul  formasında  öz  öhdəliklərinin  yerinə  yetirilməsini 
təmin etmək qabliyyətidir. İqtisadi ədəbiyyatda likvidlik anlayışına fərqli 
baxışlar mövcuddur. Bəziləri likvidliyi hesablaşmalar və depozitlər üzrə 
cari əməliyyatları həyata keçirmək üçün zəruri olan pul ehtiyatı, bəziləri 
az likvidli aktivlərin daha likvidli aktivləri çevrilməsini təmin edən pul 
axınları,  digərləri  isə  bankın  aktiv  əməliyyatlarınn  riskli  dərəcəsi  üzrə 
qiymətləndirilmiş axınlar kimi şərh edirlər. Bankın maliyyə sabitliyinin 
idarə  edilməsi  pul  axınlarının  likvidliyi  və  onların  yerləşdirilməsi, 
gəlirliliyin  idarə  edilməsi  ilə  bağlıdır.  Təcrübədə  bankın  maliyyə 
sabitliyinin  idarə  edilməi  dörd  nəzəriyyəyə,  daha  doğrusu,  kommersiya 
borcu,  yerləşdirmə,  gözlənilən  gəlir  və  passivlərin  idarəedilməsi 
nəzəriyyəsinə əsaslanır. Fikrimizcə, bazar iqtisadiyyatı şəraitində bankın 
maliyyə  sabitliyinin  idarə  edilməsi  maliyyələşdirmə  mənbələrinin  və 
öhdəliklərin  balanslaşdırılmış  sistemli  qiymətləndirilməsini,  pulun 
hərəkəti  və  gəlirliliyin  artımı  baxımından  risklərin  diversifkasiyasını 
tələb edir. Likvidlik əmsalları normal səviyyə çərçivəsində müddəti üzrə 


99 
 
 
resursların  yerləşdirilməsini  və  təminatlılıq  dərəcəsini  göstərir.  Bankın 
maliyyə  vəziyyətini  normallaşdırmaq  məqsədilə  qəbul  edilən  qərarların 
əsaslandırılması üçün bu göstəricilərin təhlili zəruridir. Belə ki, verilmiº 
kreditlər  və  cəlb  edilmiº  vəsaitlərin  nisbətinin  təhlili  bankın  kredit 
siyasətinin  xarakterini  müəyyən  edir.  Əgər  bunun  qiyməti  vahiddən 
kiçik olarsa onda bank konservativ kredit siyasəti həyat keçirir, vəsaitləri 
fəal kreditə yönəltmir ki, bu da faiz gəlirlərinin aşağı düşməsinə gətirib 
çıxara  bilər.  Digər  halda  qeyd  edilən  əmsalların  dinamikada  təhlili  pul 
axınlarının  idarə  edilməsinin  daha  dəqiq  və  çevik  strategiyasnı  işləyib 
hazırlamağa  kömək  edir.  Müasir  şəraitdə  bankın  maliyyə  vəziyyətinin 
möhkəmləndirilməsi  üzrə  aktiv  və  passivlərinin  idarəedilməsinin 
balanslaşdırılmıs  strategiyası  likvidli  aktivlərin  və  cəlbedilmiş 
passivlərin  proporsionallığını  tələb  edir.  Aktiv  və  passivlərin  balans-
laşdırılmış idarəedilməsi metodu pul resurslarına məcmu tələb və təklifin 
təhlilinə əsaslanır. Bu isə öz növbəsində İqtisadi inkişafın vəziyyətindən, 
bankların  xidmət  göstərdiyi  İqtisadiyyat  sektorlarının  və  sahələrinin, 
bankların  iri  müştərilərinin  perspektiv  inkişafından  asılıdır.  Banklar 
inkişaflarının  strateci  planını  işləyib  hazırlayarkən  ölkənin  sosial  – 
iqtisadi  inkişaf  strategiyanı  əhalinin  gəlirlərindəki,  maliyyə  bazarındakı 
mümkün  dəyişiklikləri  nəzərə  almalıdırlar.  Araşdırmalar  göstərir  ki, 
bankın maliyyə sabitliyini onun kapitallaşma səviyyəsi, mənfəətliliyi və 
likvidliyi  müəyyən  edir.  Bankın  xüsusi  kapitalı  onun  aktiv 
əməliyyatlarının artırılmasının əsasıdır. O, bankın maliyyə sabitliyinə və 
mənfəətliliyinə, iqtisadiyyat sahələrinin kreditləşdirilməsinin investisiya 
potensialına təminat verən amillər məcmusunda mühüm rol oynayır.  
Kapitalın  artım  mənbələri  ötən  ildəki  bölüşdürülməmiş  mənfəət, 
bankın  ehtiyatları,  əlavə  emissiya  edilmiş  qiymətli  kağızların 
yerləşdirilməsi ola bilər. Bankın əldə etdiyi mənfəət nə qədər çox olarsa, 
onun  kapitallaşma  səviyyəsi  də  bir  o  qədər  yüksək  olur.  Kapitalın 
artımının  ikinci  mənbəyi  bank  idarələrinin  emissiya  fəaliyyəti  və  açıq 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə