Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə26/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

84 
 
 
bilavasitə  neft  və  qazın  çıxarılması  ilə  əlaqədardır.  Digər  tərəfdən  isə, 
xalq  təsərrüfatının  tələbatını  ödəmək  üçün  qara  və  əlvan  metallurgiya 
inkiaşf  etmişdir.  İldən-ilə  müxtəlif  təbii  sərvətləri  mənimsəməklə, 
onların  istehsalı  və  ixracı  üzrə  ixtisaslaşırıq  və  bu  da  milli 
iqtisadiyyatımızın  inkişafına  gətirib  çıxarır.  Azərbaycanın  iqtisadi  və 
təbii şəraiti, istehsalın və ərazi təşkilinin xüsusiyyətləri, mühüm məhsul 
növlərinin  istehlakı,  nəqliyyat  sisteminin  inkişafı  və  formalaşmasına 
əsaslı  təsir  edir.  Göstərmək  lazımdır  ki,  vahid  nəqliyyat  sisteminin  və 
ticarət əlaqələrinin inkişafı bir-biri ilə qarşılıqlı əlaqədardır. (Cədvəl – 9; 
10) 
 
 


85 
 
 
Bu  onunla  izah  olunur  ki,  vahid  nəqliyyat  şəbəkəsi  daşımaların 
həcm  və  keyfiyyət  göstəricilərini  müəyyən  edir.  Vahid  nəqliyyat 
şəbəkəsi geniş ölkələrarası ticarət-iqtisadi əlaqələr yaratmaqla, istehsalın 
ixtisaslaşması  və  kooperativləşməsini  təmin  etməklə  təbii  sərvətlərdən, 
bütün  təbii-coğrafi  və  digər  ehtiyatlardan  tam  istifadə  etməyə  imkan 
verir.  Məhz  buna  görə  də  respublikamızda  xarici  ticarət  əlaqələrinin 
genişləndirilməsi  və  iqtisadi  fəaliyyətin  səmərəliliyinin  təmin  olunması 
üçün  aşağıdakı  istiqamətlərdə  ardıcıl  iş  aparılmalıdır:  ölkənin  ixrac 
potensialının düzgün qiymətləndirilməsi və onun inkişaf istiqamətlərinin 
müəyyənləşdirilməsi; idxalın obyektiv tələbat həcminin tapılması; idxal 
əvəzedici  sahələrin  inkişaf  imkanları  və  pesrpektivlərinin  araşdırılması;  
xarici  maliyyə-kredit  resurslarının  ölkəyə  cəlb  olunması;  iqtisadi 
təhlükəsizlik  konsepsiyasının  işlənməsi  və  reallaşdırılması;  inteqrasiya 
proseslərinin  tənzim  edilməsi  və  təkmilləşdirilməsi  və  s.  Qeyd  etmək 
lazımdır  ki,  hazırda  Azərbaycanın  xarici  ticarət  təşkilatlarında  iştirakı 
imkanları  genişlənir.  Belə  ki,  hazırda  Azərbaycanda  sərbəst  bazar 
iqtisadiyyatına  keçid,  mülkiyyətin  çoxnövlüyü,  iqtisadiyyatın  tədricən 
liberallaşdırılması, xarici ticarətin və bütövlüklə xarici iqtisadi əlaqələrin 
sərbəstləşdirilməsi,  «açıq  qapı»  siyasətinin  həyata  keçirilməsi,  müxtəlif 
gömrük rüsumlarının və gömrük məhdudiyyətlərinin ləğv edilməsi və s. 
istiqamətində dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bazar 
iqtisadiyyatı  sahibkarlığın  inkişafı,  azad  iqtisadi  ticarət  zonalarının 
təşkili,  xarici  ticarət  üzərində  dövlət  inhisarının  qaldırılması  və 
beynəlxalq  əmək  bölgüsündə  ölkənin  müqayisəli  üstünlüklərdən 
səmərəli  istifadə  etməsi  üçün  əlverişli  şərait  yaradır.  Respublikamızda 
xarici iqtisadi fəaliyyət prinipcə yeni normativ hüquqi bazaya və dövlət 
tənzimlənməsi  mexainzminə  əsaslanmaqla,  bazar  iqtisadiyyatının 
tələblərinə  cavab  verməli,  ölkənin  dünya  təsərrüfat  sistemində 
inteqrasiyasını təmin etməlidir. İnteqrasiya da əsasən ölkənin beynəlxalq 
iqtisadi-ticari  təşkilatlarda  iştirakı  ilə  şərtlənir.  Bu  da  beynəlxalq  əmək 


86 
 
 
bölgüsünün  daha  da  dərinləşməsinə,  mövcud  resurslardan  səmərəli 
istifadə  edilməsinə,  elmi-texniki  əməkdaşlığın  həyata  keçirilməsinə  və 
əhalinin tələbatının hərtərəfli ödənilməsinə əlverişli şərait yaradır. Keçid 
iqtisadiyyatı  dövrünü  yaşayan,  inkişaf  etməkdə  olan  ölkələrin  və 
dövlətlərin  beynəlxalq  ticarət  sistemində  inteqrasiyası,  onların  inkişaf 
strategiyasının vacib komponenti olub, onların öz xarici ticarətini inkişaf 
etdirmək,  öncədən  bəlli  və  stabil  ticarət  mühiti  yaratmaq  hüququ  var. 
Xarici ticarətin beynəlxalq normalar səviyyəsində təşkilini təmin etmək 
məqsədilə Azərbaycan ÜTT-yə üzv olmaq niyyətindədir. 
4.5. Xarici ticarət əlaqələrinin səmərəliliyinin 
yüksəldilməsi istiqamətləri 
 
Azərbaycan  iqtisadiyyatının  dünya  təsərrüfat  sistemində  iştirakı 
əsasən  xarıci  ticarət  və  kapitalın  idxalı  üzrə  baş  verir,  xarici  iqtisadi 
fəaliyyətin  digər  mütərəqqi  formalarından  (elmi-texniki  əməkdaşlıq, 
xarici  turizm,  SİZ-lərdə  əməkdaşlıq,  konsessiya  sazişləri  əsasında 
əməkdaşlıq  və  s.)  ya  zəif  istifadə  olunur  və  yaxud  ya  heç  istıfadə 
olunmur.  Belə  ki,  neft  və  neft  məhsulları  istisna  olmaqla,  digər 
məhsullar  üzrə  xarici  ticarətdə  mənfi  saldo  ilbəil  artır.  Qeyri-neft 
sektorunda  sağlamlaşdırma  və  yenidənqurma  işləri  gücləndirilməzsə 
yaranmış  mənfi  meylin  davam  edəcəyi  gözlənilir.  Son  dövrdə  ixracda 
xammal  və  aralıq  məhsulların  xüsusi  çəkisi  85%-i  keçmiş,  son 
məhsulların xüsusi çəkisi müvafiq olaraq azalmışdır. İdxalda isə, əksinə, 
son  məhsulların,  xüsusilə,  istehlak  mallarının,  maşın  və  avadanlıqların 
xüsusi  çəkisi  artmışdır.  Qeyd  etmək  lazımdır  ki,  xarici  ticarət 
əlaqələrinin coğrafi quruluşunu da qənaətbəxş hesab etmək olmaz. Belə 
ki,  2008-ci  ildə  Azərbaycanın  150-ə  yaxın  dövlət  ilə  tıcarət  əlaqəsinə 
girməsinə  baxmayaraq,  xarici  ticarət  dövriyyəsınin  75,0%-dən  çoxu 


87 
 
 
cəmi 10-dan az sayda dövlətin payına düşür. Bu isə müəyyən hallarda bu 
dövlətlərin ölkəmizə siyasi və iqtisadi təzyiq göstərməsinə imkan verir. 
Azərbaycanın  isə  iqtisadiyyatının  dünya  bazarından  asılılığı  çox 
yüksəkdir. Xarici ticarət şərtləri hər il Azərbaycanın xeyrinə dəyişsə də, 
bunu  birmənalı  şəkildə  müsbət  hal  kimi  qiymətləndirmək  olmaz. 
(Cədvəl -11;12) 
 
Belə  ki,  bu  müsbət  dəyişmə  əsasən  ölkə  iqtisadiyyatının 
idxalyönümlülüyü nəticəsində idxal qiymətləri indeksınin aşağı düşməsi, 
son  illərdə  isə  neft  və  neft  məhsullarının  dünya  bazar  qiymətlərinin 
artması  ilə  əlaqədar  olaraq  ixrac  qiymətləri  indeksinin  kəskin  şəkildə 
artması  hesabına  olmuşdur.  Son  illərdə  ölkə  iqtisadiyyatına  xarici 
investisiya qoyuluşu ümumi investisiya qoyuluşunun əsas hissəsini təşkil 
etmişdir.  Lakin  bununla  belə,  bu  investisiya  qoyuluşunun  mütləq 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə