Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

70 
 
 
öz-özlüyündə  xarici  ticarətin  strukturunu  müəyyənləşdirmək  imkanı 
verir  ki,  bunun  da  heç  bir  əsas  olmadan  dəyişdirilməsi  xarici  ticarət 
sferasında  böyük  itkilərlə  nəticələnə  bilər.  Bazar  İqtisadiyyatına  keçid 
dövrü  ərzində  Azərbaycanın  xarici  ticarət  konsepsiyasının  əsas 
metodoloji  prinsipi  müqayisəli  üstünlüklərdən  ibarət  olmalıdır.  Buna 
görə  də,  bütün  məhsul  növləri  üzrə  idxalı  əvəz  edəcək  istehsal 
sferalarının  təşkili  istənilən  səmərəni  verməyəcəkdir.  Ölkənin  xarici 
ticarət  konsepsiyasının  əsas  istinad  bazası  regional  iqtisadi  inteqrasiya 
çərçivəsi daxilində yaradılan azad ticarət blokları ola bilər. Avropa Azad 
Ticarət  Assosiasiyası  tipli  ticarət  zonalarının  təşkili  həm  keçid  dövrü 
ərzində, həm də perspektivdə daxili və xarici iqtisadi fəaliyyətin optimal 
uyğunluğuna əsaslanan xarici ticarət konsepsiyasını formalaşdırmağa və 
tətbiq  etməyə  imkan  verərdi.  Aydındır  ki,  Azərbaycan  keçid  dövrünün 
spesifik  xüsusiyyətləri  baxımından  regional  iqtisadi  inteqrasiyaya 
funksional qoşulması qeyrimümkündür. Məhz buna görə də, azad ticarət 
bloklarına daxil olmaq birbaşa müasir gerçəklikdən doğan nəticədir. Hal-
hazırda  Azərbaycan  Avrasiya  məkanında  yeganə  ölkədir  ki,  eyni 
zamanda  5  regional  qruplaşmada  iştirak  edir:  1.  Müstəqil  Dövlətlər 
Birliyi  (MDB)  2.  İqtisadi  Əməkdaşlıq  Təşkilatı  (IƏT)  3.  Qara  dəniz 
hövzəsi ölkələrinin İqtisadi əməkdaşlıq təşkilatı 4. Türk dövlətlərinin iş 
birliyi şurası 5. GUÖAM (Gürcüstan, Ukrayna, Özəbkistan, Azərbaycan, 
Moldova). Azərbaycanın xarici  ticarət  konsepsiyası  bütövlükdə ölkənin 
İqtisadi təhlükəsizlik sisteminə, ilk növbədə milli rəqabət üstünlüklərinin 
formalaşdırılması  və  inkişafına  əsaslanmalıdır.  Göstərilən  tərzdə  xarici 
ticarət  konsepsiyasının  istinad  nöqtəsi  müəyyənləşdirilərək,  onun 
istiqamətlərini  aşağıdakı  kimi  formalaşdırmaq  olar:  I.  Strateji 
istiqamətlər:  ixracın  dövlət  həvəsləndirilməsi  sisteminin  təşkili;  bazar 
subyektlərinin  rəqabət  qabiliyyətliliyinin  yüksəldilməsi  məqsədi  ilə 
dövlət  proqramlarının  hazırlanması;  daxili  bazarın  milli  mənafelərə 
uyğun  qorunması.  II.  İxrac  fəaliyyəti:    ölkənin  ixrac  potensialının 


71 
 
 
formalaşdırılması  və  inkişaf  etdirilməsi;    ixrac  strukturunun 
təkmilləşdirilməsi,  əsas  ağırlıq  mərkəzinin  hazır  məhsul  və  xidmətlər 
üzərinə  keçirilməsi;  ölkənin  ixrac  potensialının  müqayisəli  üstünlük 
prinsipi  əsasında  qiymətləndirilməsi;  texnologiya  tutumlu  məhsulların 
ixracının  artırılması;    ixrac  yönümlü  istehsalın  inkişafı  və 
modernləşdirilməsində xarici investisiyaların aktiv surətdə cəlb edilməsi. 
III. İdxal sferası üzrə:  mühüm məhsul növlərinin daxili tələbatı ödəmək 
səviyyəsində istehsalının təşkili; ölkənin iqtisadi asılılığının azaldılması; 
idxalın  strukturuna  nəzarət.  Aydındır  ki,  Azərbaycanın  xarici  ticarət 
konsepsiyası  göstərilən  istiqamətlərin  üzvi  vəhdətinə  əsaslanmaqla 
formalaşdırılmalı  və  ölkənin  xarici  ticarəti  bu  prinsiplər  bazasında 
həyata  keçirilməlidir.  Xarici  ticarət  siyasəti  dövlət  siyasətinin  mühüm 
tərkib  hissələrindən  biridir.  Hətta,  son  dövrlərdə  İEÖ-in  xarici  siyasət 
idarələri  də  beynəlxalq  İqtisadi  əlaqələrdə,  xüsusi  ilə  xarici  ticarət 
əlaqələrinin tənzimlənməsində yaxından iştirak edirlər.  
 
4.2 Xarici ticarət təşkilatlarının xarakteristikası və 
quruluşu 
 
Xarici  ticarət  təşkilatlarının  xarakteristikası  və  quruluşu  sərbəst 
ticarət  və  gömrük  ittifaqı  haqqında  olan  razılaşma  dünya  ölkələri 
arasında daha geniş yayılmağa başlamışdır. Beynəlxalq iqtisadi sistemdə 
rəqabətin artdığı şəraitdə, öz iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışan 
dövlətlər  digərləri  ilə  malların,  kapitalın  və  onlarla  bağlı  xidmətlərin 
sərbəst  hərəkətini  təmin  edən  sazişlər  imzalayırlar.  Əksər  belə 
müqavilələr  beynəlxalq,  dövlətlərarası  və  ya  regional  xarakter  daşıyır. 
Belə  təşkilatlara  Ümumdünya  Ticarət  Təşkilatını  (ÜTT),  Ümumdünya 
Gömrük  Təşkilatını  (ÜGT),  Avropanın  Sərbəst  Ticarət  Assosiasiyasını 


72 
 
 
(ASTA),  Sərbəst  Ticarət  Haqqında  Şimali  Amerika  Razılaşmasını 
(NAFTA), Cənubi-Şərqi Asiya Dövlətlərinin Assosiasiyasını (ASEAN), 
Mərkəzi Avropanın Sərbəst Ticarət Assosiasiyası (MASTA), OPEK-i və 
başqa  bir  sıra  regional  təşkilatları  aid  etmək  olar.  Bu  təşkilatların  əsas 
məqsədi  bağlanmış  müqavilə  əsasında  sərbəst  ticarət  siyasəti  yürütmək 
şərtilə,  xarici  ticarətdə  maneçilik  törədən  amillərin  aradan 
qaldırılmasıdır.  Bunun  da  əsas  xüsusiyyətləri  aşağıdakılardır:  ticarətin 
gömrük  və  digər  məhdudiyyətlərdən  azad  olunması;  gömrük  rüsumları 
və  qeyri-tarif  məhdudiyyətlərinin  qarşılıqlı  şəkildə  tədricən  aradan 
qaldırılması;  birtərəfli  qaydada  gömrük  rüsumlarının  qaldırılmasının 
mümkün  olmaması;  yeni  ticarət  məhdudiyyətlərinin  tətbiq  olunması. 
Göstərdiyimiz  bu  şərtlər  dövlətə,  xarici  iqtisadi  fəaliyyət  sistemini 
təkmilləşdirməyə  və  beynəlxalq  ticarət  təcrübəsini  daha  yaxşı 
mənimsəməyə  imkan  verir.  Sərbəst  ticarət  zonasında  fəaliyyətin 
tənzimlənməsi  həmişə  heç  bir  dövlətüstü  idarəetmə  sistemi  yaradılma-
dan  həyata  keçirilir.  Bütün  qərarlar  iştirakçı  dövlətlərin  iqtisadi 
strukturlarına  (maliyyə,  xarici  ticarətlə  bağlı  olan  və  s.)  rəhbərlik  edən 
şəxslər tərəfindən birilkdə qəbul edilir. Bu qərarları tərəflər şərtsiz yerinə 
yetirir və XİF sahəsindəki öhdəliklər və kordinasiya təminatının icrasını 
məcbur  edir.  Lakin  sərbəst  ticarət  zonaları  mənfi  cəhətlərdən  də  xali 
deyildir. Bu özünü yerli istehsal mllarının daha keyfiyyətli idxal malları 
ilə  rəqabətdə  tab  gətirməməsi  faktorunda  göstərə  bilər.  Nəticədə  isə, 
xarici mallar yerli istehsal mallarını daxili bazardan sıxışdırıb çıxarır. Bu 
isə  həmişə  dövlət  tənzimlənməsi  ilə  aradan  qaldırıla  bilən  iqtisadi  bir 
problemdir.  Sərbəst  ticarət  zonasına  ən  yaxşı  nümunə  kimi  NAFTA, 
EFTA  və  s.  göstərmək  olar.  Bu  zonalar  daxilində  vahid  xarici  tarif 
dərəcəsi  yoxdur.  Sazişin  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  iştirakçı 
ölkələr  arasında  ticarət  zamanı  gətirilən  mallara  vergi,  rüsum  və  digər 
məhdudiyyətlər  tətbiq  olunmur.  İkinci  dünya  müharibəsindən  sonra 
dünya  ölkələri  beynəlxalq  iqtisadi  əməkdaşlıq  sahəsində  «sivil»  oyun 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə