Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

55 
 
 
Hazırda dövlətin xarici iqtisadi siyasətinin strateji istiqamətləri daha 
çox aşağıdakıları əhatə edir: 
 -  xarici  ticarətin  ümumi  dövriyyəsinin  artırılması  və  ÜDM  –  da 
xüsusi çəkisinin daha da yüksəldilməsi
 - idxal – ixrac balansının sağlamlaşdırılması; 
 -  ölkənin  dünya  iqtisadi  məkanına  və  bazarlarına  inteqrasiyasının 
güclənməsi; 
 - xarici investisiyaların qeyri neft sektoruna istiqamətləndirilməsi; 
 -  beynəlxalq  iqtisadi  təşkilatlarda  təmsilçiliyin  güclənməsi  və 
Beynəlxalq Ticarət Təşkilatına üzv qəbul edilməsi
 -  beynəlxalq  valyuta  təşkilatları  ilə  fəaliyyətin  səmərəliliyinin 
artırılması; 
 -  beynəlxalq  qlobal  və  regional  iqtisadi  layihələrdə  təmsilçiliyin 
gücləndirilməsi; 
 - dünya bazarlarında enerji daşıyıcıları ixrac edən ölkə kimi təmsil 
olunmaq; 
 -  xarici  ölkənin  iqtisadiyyatına  investisiya  qoyuluşu  və  kreditlərin 
yerləşdirilməsi; 
 - xarici ölkələrdə istehsal və xidmət müəssisələrinin yaradılması və 
sair. 
Eyni  zamanda  xarici  ticarət  siyasətinin  prioritet  istiqamətləri  kimi 
aşağıdakıları nəzərə almaq son dərəcə vacibdir: 
 -  xarici  ticarət  münasibətlərinin  uzunmüddətli  perespektivə 
istiqamətlənməsi; 
 -  daxili  bazarın  qorunması  və  iqtisadiyyatın  real  sektorunun 
inkişafının stimullaşdırılması; 
 -  ölkədə  istehsal  olunan  məhsullarının  dünya  bazarlarına 
çıxarılmasına kömək edilməsi, yəni ixracatın stimullaşdırılması; 
 - xarici bazarlarda ölkə istehsalçılarının mənafelərinin qorunması; 
 - ixracatın strukturunun keyfiyyətinin artırılması; 


56 
 
 
 - daxili bazarların tənzimlənməsi
 -  idxalın  tənzimlənməsi  məqsədi  ilə  səmərəli  gömrük  və  vergi 
sisteminin tətbiqi; 
 - xarici ticarət balansına nail olunması; 
 - tədiyyə balansının tənzimlənməsi və s. 
 Bu və digər istiqamətləri özündə əks etdirən xarici ticarət siyasəti o 
vaxt effektli ola bilər ki, onun işlək, çevik və milli maraqları təmin edən 
tənzimləmə mexanizmləri olsun. 
Artıq  məlumdur  ki,  Azərbaycanın  mövcüd  iqtisadi  potensialı  bu 
problemləri həll etmək imkanlarına malikdir,  xüsusilə dünya bazarlarına 
qeyri  neft  əmtəələri  ilə  çıxış  imkanları  daha  da  genişləndirilməli,  bu 
sahədə dövlət dəstəyi və tənzimlənməsi daha güclü olmalıdır. Doğrudur 
bu  sahədə  son  illərdə,  xüsusilə  də  2010-ci  ildə  nəzərə  çarpacaq  işlər 
görülmüşdür.  Xüsusilə  idxal  ixrac  əməliyyatlarında  “bir  pəncərə” 
prinsiplərinin tətbiqinə başlanması olduqca tədqirə layiqdir. İdxal – ixrac 
əməliyyatlarına  “bir  pəncərə”  sisteminin  tətbiqi  və  digər  gömrük 
proseduralarının  sadələşdirilməsi,  vergi  sisteminin  təkmilləşdirilməsi 
nəticəsində  ölkədə  xarici  iqtisadi  fəaliyyətin  sürətlə  artması,  idxal  – 
ixracatın  strukturunun  xeyli  genişlənməsi  müşahidə  olunur.  Nəticədə 
idxalın  və  ixracatın  strukturunun  məqsədyönlü  şəkildə  dəyişməsi,  ölkə 
sahibkarlarının  xarici  bazarlara  çıxış  imkanlarının  artırılmasına  nail 
olunmuş  və  artıq  Azərbaycan  sahibkarlarının    Avropa  ölkəsi  və  ABŞ 
bazarlarına rüsumsuz və ya çox aşağı görük vergiləri ilə ixrac imkanları 
yaranmışdır. Bütün bunlar isə dünya bazarlarına Azərbaycanın qeyri neft 
əmtəələrinin  çıxarılması  sahəsində  ardıcıl  fəaliyyəti  üçün  əlavə 
tədbirlərin  görülməsi  imkanlarının  daha  da  yaxınlaşdırır.  Bu  sahədə 
qarşıda  duran  əsas  məsələlərdən  biri  ayrı  –  ayrı  ölkələrdə  iqtisadi 
əlaqələri  genişləndirməklə  bərabər  dünya  iqtisadi  məkanında  xüsusi 
nüfuza  malik  olan  beynəlxalq  təşkilatlarla  əlaqələri  genişləndirmək  və 
onlarda təmsil olunmaqdır. 


57 
 
 
 Xüsusilə  nüfuzlu  beynəlxalq  təşkilat  və  maliyyə  qurumlarında 
təmsil  olunmaq  və  iştirak  etmək  strateji  hədəf  olmalıdır.  Bu  prosesin 
sürətləndirilməsi  ölkəmizin  xarici  ticarət  əlaqələrinin  genişlənməsi  ilə 
bərabər  eyni  zamanda  həm  xarici,  həm  də  daxili  bazarlarda 
istehsalçıların  rəqabətqabiliyyətlik  imkanlarının  güclənməsinə,  ETT  və 
yeni  texnologiyanın  istehsala  tətbiqinin  stimullaşdırılmasına,  istehsal 
edilən  əmtəə  məhsullarının  dünya  standartlarına  uyğunlaşdırılması  və 
inkişafına güclü təsir göstərə bilər. 
 Xüsusi əhəmiyyət kəsb edə biləcək məsələlərdən biri də ölkəmizdə 
azad  iqtisadi  zonaların  yaradılmasıdır.  Bu  barədə  dövlətin  müvafiq 
proqramları  mövcuddur,  ardıcıl  danışıqlar  aparılır  və  müvafiq  hazırlıq 
işləri  görülür.  Burada  da  daha  sürətli  işlərin  görülməsi  və  bu  prosesin 
həyata keçirilməsi vaxtı çatmışdır. 
 Ölkədə 
investisiya 
mühutinin 
yaxşılaşdırılması, 
ölkə 
iqtisadiyyatına  yönəldilən  xarici  investisiyaların  tənzimlənməsi 
sahəsində  dövlət  siyasətinin  davam  etdirilməsi  ilə  bərabər  ölkə  daxili 
investisiya vəsaitlərinin dünya bazarlarına çıxarılması da ölkənin iqtisadi 
imkanları daxilindədir. 
 Bununla bərabər son illərdə Azərbaycan iqtisadiyyatı üçün prioritet 
hesab edilən xarici iqtisadi münasibətlərin digər istiqamətlərini də qeyd 
etmək lazımdır. 
 Strateji nöqteyi nəzərdən beynəlxalq iqtisadi münasibətlərin müasir 
qloballaşan  dünya  təsərrüfatı  sistemində  bir  neçə  əsas  istiqamətlərini 
qeyd  etmək  olar  ki,  bunlarda  eyni  zamanda  Azərbaycan  iqtisadiyyatı 
üçün  olduqca  aktualdır.  Bu  istiqamətləri  aşağıdakı  kimi  qruplaşdırmaq 
olar: 
 1.  Beynəlxalq  iqtisadi  əməkdaşlıq,  maliyyə,  bank  və  ixtisaslaşmış 
qurumlarla əlaqələrin gücləndirilməsi və onlarda təmsilçilik
 2. İnkişaf etmiş ölkələrlə əməkdaşlığa üstünlük verilməsi
 3. Azad ticarət zonalarının yaradılması; 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə