Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

42 
 
 
2. 1993-2003-cü illəri əhatə edən müstəqillik illər. 
Qeyri-tarif  tənzimləmə  metodları  dedikdə  bəyəmnamələrin  tətbiqi, 
kvotaların    tətbiqi  (ölkəyə  gətirilən  və  yaxud  çıxarılan  məhsulların 
həcminə  məhdudiyyətlərin    qoyulması),  lisenziyalaşdırma,  veterinar, 
sanitar-gigiyenik, texniki  standartların  və s.-nin tətbiqi nəzərdə tutulur. 
 Daxili  bazarı  qorumaq  üçün  müdafiə  tədbirlərinin  həyata  keçiril-
məsi (antidempinq, kompensəedici,  xüsusi  gömrük  tariflərinin tətbiqi) 
– xüsusi, əlavə gömrük rüsumun növüdür, dövlətin iqtisadi maraqlarının 
mühafizəsinə xidmət edir; ölkənin gömrük ərazisinə ixracat ölkəsindəki 
normal  dəyərdən  yaxud  orta  dünya  qiymətlərindən  aşağı  qiymətə  idxal 
olunan  mallar  üzərinə  idxalat  ölkəsi  istehsalçılarının  mənafeyini 
mühafizə  etmək,  onlara  maddi  ziyan  vurulmaması,  oxşar  malların 
istehsalının təşkili və genişləndirilməsi məqsədi ilə tətbiq olunur. QATT 
1967-ci  ildə  antidempinq  məcəlləsi  qəbul  etmişdir.  Bütün  ölkələr  öz 
qanunlarını  ona  uyğunlaşdırır.  Daxili  bazarın  qorunması  üçün  spesifik, 
antidempinq  və  kompensəedici  gömrük  rüsumları  formasında  həyata 
keçirilir. Spesifik vergilər, adətən daxili istehsalçılar üçün təhlükə yarada 
biləcək  həcmdə  ölkəyə  məhsul  gətirdikdə  tətbiq  olunur.  Antidempinq 
gömrük  rüsumları  gətirilən  məhsulun  qiymətinin  süni  olaraq  aşağı 
olduğunu  müəyyən  etdikdə  tətbiq  olunur.  Kompensəedici  gömrük 
rüsumları ölkəyə gətirilən əmtəələrin  gətirilməsi  və yaxud  çıxarılması 
zamanı 
əlverişli 
şəraitlərin 
tətbiqi 
(subsidiaların 
verilməsi,  
subvensiaların  verilməsi  və s.)  nəticəsində istifadə olunur.  
Azərbaycan dövlətinin gömrük siyasətinin uğurla həyata keçirilməsi 
öz növbəsində aşağıdakı prioritetlərin əldə edilməsini mümkünləşdirir:  
− gömrük nəzarəti alətlərinin səmərəli istifadəsinin təmin olunması; 
−  respublikanın  gömrük  sərhədlərində  əmtəə  dövriyyəsinin 
tənzimlənməsi; 
−daxili bazarı qorumaq məqsədilə ticari-İqtisadi məqsədlərin həyata 
keçirilməsi; 


43 
 
 

 
milli iqtisadiyyatın inkişafının stimullaşdırılması;  

 
xarici  bazar  ekspansiyasından  və  qeyri-sivil  rəqabətdən 
qorunmaq və s. 
Bu  baxımdan  idxal-ixrac  siyasətinin  formalaşması,  İqtisadi  maraq-
larla  yanaşı  sosial  mənafelər  və  sosial  inkişaf,  İqtisadi  təhlükəsizlik  və 
daxili  resursların  İqtisadi  dövriyyəyə  cəlb  olunması  baxımından  hazır-
lanır və tənzimlənir. 
Fəsil 3. Bеynəlхаlq ticаrət və xarici iqtisadi siyasət 
2.1.
 
Beynəlxalq ticarətin inkişafına təsir edən amillər 
 
       Beynəlxalq 
iqtisadi 
münasibətlərin 
idarə 
olunması 
mexanizminin başlıca amili beynəlxalq ticarət alqı-satqı əməliyyatlarının 
həyata  keçirilməsi  ilə  reallaşdırılır.  Məhz  maddi  malların  mübadiləsi, 
ölkələr  arasında  istehsal-texniki  əməkdaşlığın  nəticələrinin  mallar 
mübadiləsi formasında təzahürü beynəlxalq iqtisadi münasibətləri təşkil 
edir.  Ölkələrin  qarşılıqlı ticarət  əməliyyatları  vasitəsilə  həyata  keçirilən 
öncədən  müəyyənləşdirilmiş  müxtəlif  beynəlxalq  ticarətin  həyata 
keçirilməsi  dünya  dövlətləri  qarşısında  belə  bir  məsələ  qoyur  ki,  hər 
hansı  bir  ölkə  istehsal  edə  bildiyi  bütün  əmtəələri  deyil,  ən  az  xərclə 
daha çox əldə edilən əmtəənin istesalı ilə məşğul olsun. Heydər Əliyev 
demişdir:  «Bazar  iqtisadiyyatına  keçid  uzun  prosesdir  …  yalnız  bu 
prosesi ardıjıl surətdə həyata keçirərək Azərbayjanın iqtisadiyyatını daha 
çox inkişaf etdirə və xalqımızın rifah halını daha da yaxşılaşdıra bilərik 
… Eyni zamanda bu, nəzəriyyə ilə bağlıdır, dünya təjrübəsi ilə bağlıdır. 
Dünya təjrübəsini siz – bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq 
işçiləri toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə ijad etməyə ehtiyaj 
yoxdur  –  ümumiləşdirmək,  bizim  iqtisadiyyatımıza  uyğunlaşdırmaq 
sizin  vəzifənizdir.  …  İqtisadçılar  gərək  apardığımız  islahatların  hər 


44 
 
 
birinin həm həyata keçirilmə prosesini, həm də nətijələrini təhlil etsinlər. 
Ola  bilər,  bundan  yaxşı  əsərlər  də  yaza  bilərsiniz.  Bu  da  sizin  elmi 
əsərləriniz olajaqdır» 
Beynəlxalq ticarət BİM-in ənənəvi və əsas forması kimi bütün BİM 
formalarının təxminən 80%-inin payına düşür. 
       Əmtəə  və  xidmətlərin  çıxış  etdiyini  nəzərə  alsaq,  Beynəlxalq 
ticarətin obyekti kimi onun iki formasını - əmtəələrlə beynəlxalq ticarəti 
və  xidmətlərlə  beynəlxalq  ticarəti  fərqləndirərək  demək  olar  ki, 
əmtəələrlə  beynəlxalq  ticarət  müxtəlif  ölkələrin  əmtəə  istehsalçıları 
arasında  beynəlxalq  əmək  bölgüsü  əsasında  meydana  gələn  əlaqələr 
formasıdır.  Beynəlxalq  ticarət  müxtəlif  ölkələrin  satıcıları  və  alıcıları 
arasında xidmətlərlə mübadiləni əks etdirən dünya təsərrüfat əlaqələrinin 
xüsusi bir formasıdır. 
        Əmtəə  və  xidmətlərin  satışı  xarici  bazarlarda  və  ölkədə 
istehsalı genişləndirərək, ölkənin gəlirini artırmağa imkan verir. İqtisadi 
cəhətdən  zəif  inkişaf  etmiş  ölkələrə  göndərilən  sənaye  məhsulları 
nisbətən yüksək qiymətlə satılaraq, həmin ölkələrdəki xammalları aşağı 
qiymətlə  almaq  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  üçün  xüsusilə 
əlverişlidir. (Cədvəl – 1; 2) 


45 
 
 
 
 
 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə