Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

33 
 
 
Azərbaycan  iqtisadiyyatının  dünya  iqtisadiyyatına  səmərəli 
inteqrasiya  olunmasında  strateji  valyuta-kredit  siyasətinin  düzgün 
seçilməsi və səmərəli xarici ticarət sisteminin formalaşmasında valyuta-
maliyyə  münasibətləri  mühüm  əhəmiyyət  kəsb  edir.  Ölkənin  milli 
təhlükəsizliyinin  təmin  edilməsi,  tədiyyə  balansının  kəsrinin  aradan 
qaldırılması,  daxili  istehsalın  inkişafı  və  ixrac  olunan  malların  xüsusilə 
emaledici  sənaye  məhsulları  ixracının  genişləndirilməsi  Azərbaycanda 
həyata keçirilən valyuta-kredit siyasətinin əasa məqsədlərindəndir.  
Ölkənin valyuta siyasəti əsasən dövlətin və cəmiyyətin maraqlarını 
qoruyaraq,  milli  iqtisadiyyatda  –  əmtəə  və  kapital  bazarının  mövcud 
vəziyyətini nəzərə almalı və  dünya böhrandan az təsirlənən dövlət kimi 
siyasi prinsiplərini qorumalıdır. 
 Azərbaycan  ərazisinə  görə  də  Zaqafqaziyada  ən  böyük  dövlətdir. 
Ərazisi  86.6  min  km2-dir.  Ərazisinin  11.5%-i  meşələr,  1.6%-i  su 
hövzəsi,  50%-i  becərilən  torpaqlar,  o  cümlədən  27%-i  otlaqlar,  36.9% 
sair torpaqlardır. Ölkə 420və 520 Şərq uzunluq sahəsi, 380 və 420 şimal 
en dairəsində, Bakı 400paralel üzərindədir. Bakıdan şimal qütbünə qədər 
olan  məsafə  5550  km,  ekvatora  qədər  olan  məsafə  isə  4440  km  təşkil 
edir. 
Azərbaycan  respublikasında  son  illərdə  həyata  keçirilən  sosial 
siyasətin əsas istiqamətlərindən biri də məşğulluq sahəsindəki siyasətin 
formalaşdırılması  və  işçi  qüvvəsindən  səmərəli  istifadə  edilməsidir. 
Ölkədə  əhalinin  məşğulluq  və  işsizlik  probleminin  həll  edilməsinin 
mühüm aspektlərindən biri də ölkə iqtisadiyyatına xarici investisiyaların 
cəlb  edilməsi  strategiyasının  həyata  keçirilməsi  ilə  bağlıdır.  Bu 
baxımdan  Azərbaycan  iqtisadiyyatına  yönəldilmiş  xarici  kapitalın  ölkə 
əhalisinin  məşğulluq  və  işsizlik  problemlərinin  həll  edilməsindəki 
rolunun müəyyən edilməsi ən mühüm vəzifələrdən biridir.1996-cı ildən 
başlayaraq 2005-ci ilə kimi ölkədə fəaliyyət göstərən xarici investisiyalı 
və  birgə  müəssisələrdə  məşğul  olanların  sayı  9,6  dəfə  artaraq,  5,6  min 


34 
 
 
nəfərdən  53,9  min  nəfərə  çatmışdır.  2004cü  ildə  2000-ci  ilə  nisbətən 
sənaye  məhsulunun  həcmi  22,1  faiz,  kapital  qoyuluşları  5,2  dəfə,  kənd 
təsərrüfatı  məhsulunun  həcmi  30,5  faiz,  nəqliyyatda  yük  daşınmasının 
həcmi 1,5 dəfə artmışdır. 2000-2004-cü illərdə əhalinin real pul gəlirləri 
1,5 dəfə, əhali tərəfindən əldə edilmiş pul gəlirlərinin nominal həcmi 1,7 
dəfə  artmışdır.  2000-ci  ilə  nisbətən  2004-cü  ildə  əhalinin  əmək  haqqı 
üzrə gəlirləri 1,7 dəfəyə yaxın artmışdır. Azərbaycanda yaradılan iqtisadi 
sabitlik və əlverişli iqtisadi şəraitdən məqsədyönlü istifadə edən yerli və 
xarici  investorlar  il  ərzində  sənayeyə  2003-cü  ildəkindən  30,3  faiz  çox 
və ya 19,6 trilyon manatlıq əsas kapitala investisiyalar yönəltmişlər. 
  Dünya  təsərrüfatı  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində 
formalaşmağa başlamışdır. Bu dövrdə istehsal və kapital təmərküzləşmiş 
və  bu  təmərküzləşmədən  doğan  inhisarlar  meydana  gəlmişdi;  bank 
kapitalı ilə sənaye kapitalının qovuşması nəticəsində maliyyə kapitalı və 
maliyyə  oliqarxiyası  yaranmışdı;  əmtəə  ixracından  fərqli  olaraq  kapital 
ixracı  böyük  əhəmiyyət  kəsb  edirdi.  XIX  əsrin  sonlarında  kapitalist 
ölkələrinin  iqtisadi  inkişafının  başlıca  xüsusiyyəti  ayrı-ayrı  müstəqil 
müəssisələrin azad rəqabətinə əsaslanan kapitalizmdən tədricən inhisarçı 
kapitalizmə  keçilməsi  ilə  müəyyən  olunurdu.  XIX  əsrin  sonlarında 
dünya üzrə sənaye məhsulu istehsalı 3 dəfədən çox artmışdı. 
Xarici  iqtisadi  siyasət  umumi  iqtisadi  siyasətin  tərkib  hissəsidir  və 
ölkədəki  bütün  iqtisadi  fəaliyyətlə  sıx  bağlıdır.  Xarici  iqtisadi  fəaliyyət 
sahəsində  qəbul  edilen  qərarlar  gündəlik  həyatın  bütün  sahələrinə  öz 
təsirini göstərir. Məs.: Beynəlxalq siyasəti məhdudlaşdıran hər hansı bir 
hökümət  siyasəti  qiymətlər  vasitəsi  ilə  dərhal  isteklakçıların  vəziyətinə 
təsir  göstərir.  Müasir  mərhələdə  dövlətin  iqtisadi  siyasətində  daxili  və 
xarici  iqtisadi  siyasi  bir-birindən  ayırmaq  mümkün  deyil,  çünki, 
göstərilən  iki  istiqamət  bir-biri  ilə  sıx  bağlıdır.  Məs.:  xarici  iqtisadi 
siyasətin  həyata  keçirilmə  vasitəsi  milli  pul  və  maliyyə  siyasəti 


35 
 
 
beynəlxalq  ticarətə və kapital  qoyuluşlarına ciddi təsir göstərir və buna 
görə də ölkənin xarici iqtisadi əlaələri ilə qarşılıqlı əlaqədir. 
  Yaxud  məşquliyyət  sahəsində  görülən  tədbirlər  ölkənin  xarici 
iqtisadi  əlaqələrində  öz  əksini  tapır  və  əksinə  beynəlxalq  ticarət,  xarici 
yardim,  xarici  kapital  qoyuluşları  və  ödəniş  balansı  sahəsində  qəbul 
edilən  qərarlar  milli  gəlir  artımı  və  bölgəsində  müstəqilliyyət  və 
qiymətlərin səviyyəsində öz əksini tapır.  
2.3. Xarici iqtisadi siyasətin həyata keçirilməsi 
istiqamətləri 
 
Azərbaycanda  müstəqil  dövlət  quruculuğu  vəzifələri  iqtisadi 
siyasətin  möhkəmləndirilməsi və təmin olunması, təhlükəsizliyin, ərazi 
bütövlüyünün  və  iqtisadi  maraqların  özünəməxsus  xüsusiyyətlərlə, 
fərqlənən  müxtəlif  istiqamətli  xarici  siyasət  yeridilməsini  tələb  edir. 
Ölkənin  müstəqilliyinin dönməzliyinə nail olmaq, onu tədricən ənənəvi 
siyasi  təsir  dairəsindən  çıxarmaq,  tarixən  formalaşmış  xarici  iqtisadi, 
siyasi  və  mədəni  əlaqələrdən  müstəqillik  mənafeləri  üçün  səmərəli 
istifadə  etmək,  Şərqlə  Qərb  arasındakı  münasibətlər sistemində 
Azərbaycanın  özünə  məxsus  yer  tutmasını  təmin  etmək  üçün  region 
dövlətlərinin  köklü  mənafelərinə  və  maraqlarına  toxunmamaq  şərtilə 
çoxşaxəli və tarazlaşdırılmış siyasət həyata keçirilir.
 
Xarici iqtisadi siyasət aşağıdakı istiqamətlərdə həyata keçirilir:     
 
Xarici ticarət siyasəti  
 
Ödəniş balansı siyasəti 
 
Xarici investisiya siyasəti  
 
Xarici yardım siyasəti 
Xarici  ticarət 
siyasəti  dedikdə  ölkənin  xarici  ticarətinin 
nizamlanmasına  yönəldilmiş  tədbirlər  sisteminin  məcmusu,  xarici 
iqtisadi  sayasətinin  aparıcı  sahələrindən  biridir.  Xarici  ticarət  siyasəti 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə