Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə9/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

27 
 
 
200  dövlət  təşkilatını  birləşdirən  müasir  dünya  təsərrüfatı  özündə 
qarşılıqlı əlaqələrin  asimmetrik olduğu dinamik  dünyanı  əks edir, lakin 
ölkələrin  müxtəlif  qrupları  əməkdaşlığa  bərabər  şəraitdə  və  eyni 
dərəcədə cəlb olunmur.  
Avropa  İttifaqından  başlayaraq  reqionalizm  siyasəti  bizə  “müxtəlif 
sürətli” dövlətlərin inkişafı anlayışını verdi. Bu o deməkdir ki XX əsrin 
sonunda ETT-nin  inkişafı şəraitində eyni  iqtisadi  mövqedə olan bir çox 
dövlət  bir  birindən  uzaqlaşmağa,  öz  inkişafına  görə  müxtəlif  ölkə 
qruplaşmalarının  iştirakçısı  olmağa  başladı.  İnkişaf  tempində  ziddiy-
yətlərin  artması  kimi  belə  hadisə  ayrı  ayrı  ölkələrin  xarici  iqtisadi 
siyasəti,  həmdə  məzmunu,  dövlət  blokları,  həmdə  dünya  təsərrüfatının 
inkişafında bir çox xarici amillərlə əvvəlcədən müəyyən edilirdi. SSRİ-n 
süqutu, milli dövlətlərin qeyri hərbi ekspansiya metodlarının güclənməsi 
ziddiyyətlərin  meydana  gəlmə  prosesini  daha  sürətli  etdi,  lakin  onların 
sürət və keyfiyyəti olduqca müxtəlifdir.  
Cənub  şərqi  Asya,  orta  Asya,  MDB  məkanı,  baltikə  yəni  ölkələr 
misal  ola  bilər.  Bütun  bunlar  onu  göstərir  ki,  müasir  dövrdə  dünya 
arenasında  iqtisadi  qüvvələrin  bu  və  ya  digər  balansı  təkcə  obyektiv 
şəraitlə  deyil,  həmdə  məqsəd  yönlü  xarici  iqtisadi  siyasətlə  xarakterizə 
olunur.  Buna  görə  də  qeyd  etmək  lazımdırki,  son  vaxtlar  təbii-iqlim, 
iqtisadi  və  ölkənin  digər  maniələri  kimi  parametrlərə  əsaslanan  bir  çox 
obyektiv  proseslərin  realizəsinə  imkan  vermir.  Oxşar  xarakterli  və 
inkişaf  səviyyəli  bir  çox  ölkəni  BƏB-də  inteqrasiyanı  müxtəlif 
ierarxiyalı səviyyələrinə cəlb etmək olar.  
Yuxarıda qeyd olunanlar nəzərdə tuturki xarici iqtisadi siyasətə tam 
muxtar  (müstəqil)  məfhum  kimi  baxmaq  məqsədə  uyğundur,  çünki 
müasir dövrdə təkcə ölkələr  arası qarşidurma deyil,  xarici  təsir amilinə 
çevrilən ictimai dəyişikliklərə səbəb olan amillərin, ocaqların, vasitələrin 
qarşıdurması mühümdür.  


28 
 
 
İqtisadiyyatın beynəlmilləşməsi dünyanın siyasi xəritəsini prinsipcə 
dəyişir,  şəxsi  milli  maraqlarla  yeni  iqtisadi  sərhədləri,  strateji  məqsədli 
areallar və inteqrasiya hadissələrinin sxemini yaradır. Sözsüz, belə bölgü 
mürəkkəb  piramidaya  səbəb  olurki  bu  bölgüdə  dünya  təsərrüfatının 
informasiya  və  malliyə  kredit  strukturları  xüsusən  seçilir.  Belə  arenada 
xarici  dunya  ilə  qarşılıqlı  fəaliyyətin  üsül  və  qaydaları,  normalarının 
böyük  arsenalı,  bu  ehtiyatların  hərbi,  bəzəndə  diplomatik  metodların 
iştirakı  olmadan  ustalıqla  tətbiqi  fəaliyyət  göstərir.  Əsas  xarici  iqtisadi 
siyasətə  xidmət  edən  dövlət  tədbirləri  kompleksi  növbəti  məqsədlərin 
nail  olunmasına,  çatdırma  üçün  şəraitin  yaradılmasına  və  dünya 
bazarlarında milli istehsal həllqələrinin fəaliyətinə kömək edir;  
Qeyd  etmək  lazımdırki  xarici  iqtisadi  siyasət  göstərilən  xarakterli 
funksiyaları yerinə yetirməklə ölkənin iqtisadi inkişaf modelində xüsusi 
rol oynayır: dəyişdirici (malın idxalı və ixracı, kapital, işçi qüvvəsi və.s 
sahəsində  regionların,  sahələrin  inkişaf  siyasəti),  toplayıcı  (bazarda 
nüfuzun  saxlanması,  xarici  bazarların  genişlənməsi),  tarazlayıcı  (ölkə 
bloklarının  maraqlarına  uyğun  milli  maraqlar).  Bu  nöqteyi  nəzərdən 
xarici  iqtisadi  siyasət  ayrı  ayrı  ölkələrin  inkişaf  modellərinin 
transfarmasiya  yollarını  toplamağa  və  ümumi  dəyərləri  (ölkədaxili 
zidiyyətləri  aradan  qaldırmaq,  yeni  iqtisadi  mexanizmə  uyğunlaşma, 
hazırkı  mədəni  mühüt  özgəlik),  həmdə  siyasətin  realizəsinin  metodik 
yollarının  xarakterini  müəyyənləşdirməyə  imkan  verir.  Baxmayaraq  ki, 
iqtisadi  təbiətdə  möcüzənin  çox  mənzərələliyi  (yapon,  alman  və.s), 
dəyərlərin istiqamətlənmə şkalası, xarici iqtisadi siyasətdə bu vəya digər 
vasitənin  fəaliyyət  göstərməsi  baş  verir  əldə  edilmiş  nəticələrin 
tranformasiya  yolu  milli  xüsüsiyətlərin  siyasətin  ümumi  qəbul  edilmiş 
elementləri  və  onların  realizəsi  mexanizmləri  ilə  əlaqələndirilməsinə 
imkan verir. 


29 
 
 
Fəsil 2. Xarici iqtisadi əlaqələrin nəzəri və metodoloji 
əsasları. 
2.1. Beynəlxalq iqtisadi əlaqələrin obyektiv zəruriliyi və 
nəzəri əsasları. 
 
Beynəlxalq  iqtisadi  siyasət  dedikdə,  dövlətin  beynəlxalq  iqtisadi 
əlaqələr  sahəsində  xarici  ticarət  və  istehsal  axınının  istiqamətinə  təsir 
göstərərək ölkədəki bütün iqtisadi fəaliyyətlə bağlıdır. İqtisadi siyasətin 
iki  istiqaməti  –  daxili  və  xarici  siyasəti  arasında  sədd  qoymaq  qeyri 
mümkündü.  Xarici  iqtisadi  siyasət  əsasən,  xarici  ölkələrdə  tədbirlər 
sisteminin  məcmusu,  maliyyə  mənbələrinin  yaradılması,  tarif  və  qeyri-
tarif tənzimləmələri, xarici yardım,  xarici kapital qoyuluşları və tədiyyə 
balansı  anlayışını  əhatə  edən  dövlətin  aparıcı  qoludur.  İqtisadi 
nəzəriyyənin  aparıcı  baniləri  haqlı  olaraq  sübut  etmişlər  ki,  dünya 
iqtisadi sistemindən tədric olunmuş şəkildə heç bir dövlət sağlam ticarət 
apara bilməz.  
Beynəlxalq  ticarət  ən  qədim  dövrlərdən  yaransa  da,  xarıci  ticarət 
anlayışı XV əsrdən merkantilistlər tərəfindən  yaranaraq Avropada milli 
dövlətin  iqtisadi  siyasi  prinsiplərini  müəyyən  edərək,  merkantilizm 
ideyaları  kimi  özünü  göstərmişdir.  Avropa  dövlətləri  təxminən  300  ilə 
yaxın bu ideologiyanı əsas götürərək ölkərə mümkün qədər cox qızıl və 
gümüş  gətirilməsini  təmin  etmək  məqsədi  ilə  xarici  ticarətin  dövlət 
tərəfindən  nizamlanması  və  himayəsi  ideyasını  müdafiə  edirdilər.  
Merkantilistlər  insanın  gücünü  “Milli  sərvət”  adlandırdıqları  qızıl  və 
gümüşdən ibarət dövlətdə  görürdülər.  
Fransada təbiətin gücü adı altında meydana gələn fiziokratlar axını 
merkantilizmə qarşı çıxaraq, dəyərin mənşəyini tədavül sferasında deyil, 
istehsal  sferasında  axtarmağa  başlamışlar.  Fiziokratlar  beynəlxalq 
ticarətin  sərbəstliyini  nəzərdə  tutan  –  liberalizm  anlayışının  əsasını 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə