Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə17/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

52 
 
 
nəzərdə  tutur.  Qlobal  səviyyədə  proteksionizmin  yeni  qaydaları  tətbiq 
olunur, beləki həmin qaydalara görə əgər idxalçı ölkənin milli sənayesi 
idxaladan  ziyan  çəkərsə  onda  bir  tərəfli  qaydada  gömrük  rüsümarını 
artıra  bilər.  Gömrük  tarifləri  əvəzində  qeyritarif  vasitələri  –texniki, 
ekoloji  standartlar  və  tələblər  daha  geniş  tətbiq  olunmaqdadır. 
Proteksionist  siyasətin  belə  inkişafı  liberalizmin  daha  üstün  inkişafı  ilə 
müşayət  olunurdu.  Proteksionizm  və  liberalizmin  birlikdə  mövcudlu-
ğuna  xarici  ticarətdə  idxalın  dövlət  stimullaşdırılması  da  əlavə  olunur. 
Bir sıra elm tutumlu sahələrdə fundamental tətdiqatları aparmaqdansa bir 
sıra  ölkələr  həmin  məhsulların  idxalına  üstünlük  verirdilər.Belə 
həvəsləndirmə  metodları  ,idxal  olunası  məhsulların  10-20%dəyərinin 
dövlət  yardımları  ilə  ödənilməsini  nəzərdə  tutur.  Bundan  başqa  inkişaf 
etmiş  ölkələrdə  ixracın  stimullaşdırılması  siyasəti  müasir  dövrdə  xarici 
ticarət  siyasətinin  ən  mühüm  cəhətlərindən  biridir.  Bu  əsasən  kənd 
təsərüfatı  məhsullarına  daha  çox  aiddir.  İnkişaf  etmiş  ölkələrdə  ixracı 
həvəsləndirmək məqsədi təyinatlı kreditlər və dövlət yardımları verilir ki 
bu da məhsulau dəyərinin 12-20%  təşkil  edir. 
Müasir dövrdə beynəlxalq ticarətin  quruluşunda əsaslı dəyişikliklər 
baş vermişdir: hazır məmulatların xüsusi çəkisi artmış yanacaqdan başqa 
digər xammal-materialların və ərzaqın xüsusi çəkisi isə azalmışdır. Əgər 
1950-ci ildə xammal material və ərzaqın xüsusi çəkisi,hazır məhsulların 
xüsusi şəkisinə bərabər idisə, XX-ci əsrin sonuna xammal-materialın və 
yanacağın  xüsusi  çəkisi  30%düşmüşdür  ki  bunun  da  25%  yanacağın 
,5%isə xammalın payına düşürdü. Hazır məhsullar isə 70% əhatə edirdi. 
Beynəlxalq ticarətdə xammal-materialın xüsusi çəkisinin azalması 3 əsas  
səbəblə  izah  olunur:  kimya  sənayesinin  inkişafı  əsasında  sintetik 
materialların istehsalının genişlənməsi (sintetik kauçuk, plastmass və s.), 
ölkədaxili materiallardan daha geniş istifadə olunması və resursa qənaət 
edən  texnologiyaya  keçilməsi.  Bunula  yanaşı  neft  və  təbii  qaz  ticarəti 
kəsgin artmışdır. 


53 
 
 
Əgər  əvəllər  beynəlxalq  ticarətdə  xammal-materiallar  üstünlük 
təşkil  edirdisə,  indi    hazır  məmulatlar,  yarımfabrikatlar,və  onların  ayrı-
ayrı  hissələrinin  ticarəti    daha  üstün  mövqe  tuturlar.  Buna  səbəb 
transmilli  korporasiyaların  mövcudluğudur  ki,  onların    müxtəlif  dünya 
ölkələri  üzrə  səpələnmiş,  texnoloji  ardıcıllığın  müxtəlif  fazaları  üzrə 
ixtisaslaşmış filialları və onlar arasındakı ticarət əlaqələridir. Bu prosesin 
əsasında  elmi-texniki  tərəqqi  dayanır  ki,  o  da    ayrı-ayrı  hissə  və 
komplektləşdirici  hissələr  üzrə  müxtəlif  ölkələrin  frmalarının 
ixtisaslaşmasıdır.  Hal-hazırda  istehsalvə  istehlak  xarakterli  buraxılan 
məhsulların çeşidi 20mln. növdən çoxdur, aralıq məmulatlarının sayı isə 
fantastik  rəqəmlərə  çatır.  Boinq-747  təyyarəsinin  istehsalında  4.5  mln. 
müxtəlif hissə və qovşaqlardan istifadə olunur ki,bunlarında istehsalı ilə 
16 min şirkət məşğul olur. 
 İxtisaslaşmanın  dərinləşməsinə  həmçinin  mənəvi  aşınma  və 
assortimentlərin  tez-tez  dəyişməsi  də  təsir  göstərir.  Beləki,  bu 
ixtisaslaşmış elmi-tədqiqatın aparılmasını tələb edir. 
 Beynəlxalq  ticarətin  istiqamətlərinin  təhlili  göstərir  ki,  dünya 
ixracatının    60%  -ni  əhatə  edən  inkişaf  etmiş  sənaye  ölkələri  arasında 
ticarət  daha  sürətlə  artmaqdadır.  İnkişaf  etməkdə  olan  ölkələr  isə  öz 
ixracatlarının 70%-ni inkişaf etmiş ölkələrə edirlər. Beynəlxalq ticarətin 
inkişaf  etimiş  sənaye  ölkələri  zonasında  təmərküzləşməsinin  başlıca 
səbəbi,  iqtisadi  güclərin  dünyada  qeyri  bərabər  bölüşdürürülməsidir. 
Beləki Dünyanın 3 iri ölkəsinin-ABŞ, Yaponiya və Almaniyanin payına 
dünya  əhalisinin  9%-i  düşdüyü  halda,  dünya  gəlirinin  50%,və  dünya 
alıcılıq qabiliyyətinin isə 33% düşür. 
 
 


54 
 
 
3.4. Dövlətin xarici ticarət siyasəti və beynəlxalq iqtisadi 
münasibətlərinin inkişafina onun təsiri 
 
Azərbaycan ərazisi coğrafi mövqeyinə görə qərblə  şərqin kəsişdiyi 
ərazidə yerləşməklə, təbii sərvətlərlə, o cümlədən neftlə zəngin olan bir 
ölkədir. Ölkəmiz həmçinin geosiyasi mövqeyə malikdir. Neft hasilatı ilə 
yanaşı  Azərbaycanda  neft  emalı  sənayesi  də  inkişaf  edirdi.  Bakıda  ilk 
neft  emalı  müəssisəsi  1859-cu  ildə  Suraxanıda  tikilmişdir.  1896-cı  ildə 
başlayan  Bakı-Batumi  kəmərinin  tikintisi  1906-cı  ildə  başa  çatmışdır.  
Kəmərin uzunluğu 833 km, borunun diametri 200 mm. idi. Kəmərlə ildə 
900 min ton kerosin daşınması nəzərdə tutulurdu. 1874-1899-cu illərdə 
Azərbaycan neft sənayesində 29 səhmdar  (o cümlədən, xarici  kapitallı) 
şirkət  yaradıldı.  1916-cı  ilə  kimi  belə  səhmdar  şirkətlərin  sayı  104-a 
çatdı. Onların bəzilərinin səhmləri hətta  London,  Paris, və Berlin fond 
birjalarında xüsusi tələbata malik idi.  
Azərbaycan  iqtisadiyyatında  müasir  inkişaf  mərhələsində  onun 
xarici  iqtisadi  siyasətinin  strateji  hədəfləri  ilk  növbədə  ölkə 
iqtisadiyyatının  müasir  durumu,  onun  dünya  iqtisadiyyatında 
mövqeylərinin möhkəmlənməsi və ümumi iqtisadi inkişaf strategiyasının 
reallaşdırılması fonunda formalaşıır.  
Son  illərdə  1991-2013  cü  illərdə  beynəlxalq  iqtisadi  əlaqələrin 
inkişafı üçün elmtutumlu, eyni zamanda rəqabətqabiliyyətli məhsulların 
satış  bazarlarına  çıxışını  təmin  etmək  üçün  aşağıda  sadalanan  dövlət 
tənzimləmə funksiyalarına üstünlük verirlər: 
1. 
Əmtəə üzrə ixtisaslaşdırmanın aparılması; 
2. 
Əmtəə çeşidinin müxtəlifliyinin təmin edilməsi
3. 
İxtisaslaşma çeşidinin müxtəlifliyinin təmin edilməsi; 
4. 
İqtisadi regionlar üzrə iqtisadi müxtəlifliyin təmin edilməsi
5. 
Sahə üzrə regionların konkret üstünlüklərinin əldə olunması: 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə