Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

46 
 
 
        İkinci  dünya  müharibəsindən    sonra  beynəlxalq  ticarətin 
inkişafına  təsir  edən  amillər  inkar  etmək  mümkün  deyil.  Beynəlxalq 
əmək  bölgüsünün  və  dünya  təsərrüfatının  beynəlmiləlləşməsinin 
dərinləşməsi; elmi-texniki tərəqqinin 1970-ci illərdə milli iqtisadiyyatda 
struktur  dəyişikliklərinə  səbəb  olması;  istehsalın  və  kapitalın  milli  və 
xarici  bazarlarda  təmərgüzləşməsi  və  mərkəzləşməsi  transmilli  şirkət-
lərin  dünya  bazarlarında  fəaliyyətinin  aktivləşməsi;  Müstəmləkə  siste-
minin  dağılması  ilə  milli  iqtisadiyyatların  formalaşdırılması  yoluna 
qədəm  qoymuş  yeni,  müstəqil  dövlətlərin  formalaşması;  beynəlxalq 
ticarətin  liberallaşdırılması  prosesinin  güclənməsi;  azad  ticarət  zona-
larının,  gömrük  ittifaqlarının  və  s.-nin  yaradılması;  ixrac-idxal  əməliy-
yatları  üçün  əlverişli  mühit  yaradılması  məqsədilə  dövlətlərin  xarici 
iqtisadi fəaliyyətə aktiv surətdə müdaxiləsi və Mərkəzi və Şərqi Avropa 
ölkələrinin 
inkişafın 
bazar 
metodlarına 
keçidi 
ilə 
onların 
iqtisadiyyatlarının  açıqlığının  artması,    son  50  il  ərzində  əmtəələrlə  və 
xidmətlərlə  beynəlxalq  ticarətin  dinamikasını,  onun  əmtəə  və  coğrafi 
strukturlarında  baş  verən  dəyişiklikləri  şərtləndirmiş,  beynəlxalq 
ticarətin müasir inkişaf meyllərini müəyyən etmişdir. 
3.2. Beynəlxalq ticarətin dinamikasi və quruluşu 
 
Beynəlxalq ticarətin dinamikasi dedikdə əsasən dəyər göstəricisi və 
artım  nəzərdə  tutulur.  Məsələn,  XX  əsrin  ikinci  yarısından  beynəlxalq 
ticarətin  inkişaf  sürəti  dünya  iqtisadiyyatının  artım  sürətini  qabaqlayır. 
1960 – 2000 ci illərdə dünya üzrə ÜDM- 28, 7 dəfə artdığı halda, ixracın 
həcmi  41,  6  dəfə  çoxalmışdır.  Təsadüfi  deyil  ki,  qərb  iqtisasçıları  bu 
dövrü “qızıl əsr” adlandırmışlar.  
        Beynəlxalq  ticarətin  dinamikası  yüksək  inkişaf  templəri  ilə 
xarakterizə olunur. Əmtəə ixracında müşahidə edilən artım 2007-ci ildə 
6%-ə enmişdir. Bu göstərici 2006-cı ildə 8,5% təşkil edirdi. Bu enmənin 


47 
 
 
səbəbi  başlıca  olaraq  ABŞ  həmçinin  Avropa  və  Yaponiyada  idxal 
tələbinin  azalmasıdır.  2000-2007-ci  illər  ərzində  əmtəə  ixracı  ÜDM-ə 
nisbətən orta hesabla 2,7% çox artmışdır. 
        Xidmətlərlə 
beynəlxalq  ticarətdə  isə  1980-ci  illərin 
əvvəllərindən  etibarən  intensiv  inkişaf  müşahidə  edilmişdir.  Son  illər 
xidmətlərlə  ticarətin  artım  tempi  əmtəələrlə  ticarətin  artım  tempini 
müəyyən dərəcədə üstələyir. 2007-ci il ərzində xidmətlərlə ticarət (18%) 
çox yüksək bir sürətlə əmtəələrlə ticarətə (15%) nisbətən artmışdır. 
       Beynəlxalq  ticarətin  sürətli  inkişafına  təsir  edən  amillər    – 
uzunmüddətli  iqtisadi  yüksəliş  işgüzar  aktivliyin,  əmək  məhsuldar-
lığının, şirkətlərin gəlirlərinin və əhalinin ödəmə qabiliyyətinin artması; 
elmi-texniki  tərəqqi  istehsalın  həcminin  genişlənməsi;    insan  faktoru( 
ehtiyacların  daim  artması  qanunu)    və  həmçinin  əmtəə  dövriyyəsi  və 
sərmayələr  arasında  qarşılıqlı  əlaqənin  güclənməsi,  dünya  bazarının 
qloballaşması,  milli  iqtisadiyyatların  “açıqlığı”nın  genişlənməsi  üçün 
zəmin yaratdı. 
Əmtəə dövriyyəsinin dinamikasına təsir edən vacib amillərdən biri 
də  qiymət  faktorudur.  1990-cı  illərin  əvvəllərindən  başlayaraq  dünya 
ticarətinin əsas əmtəə qruplarının qiymətlərində azalma müşahidə edilir. 
Asiya ölkələrində tələbin aşağı düşməsini, kənd təsərrüfatının və hasilat 
sənayesinin  restrukturizasiyasına  iri  kapital  qoyuluşlarını,  müxtəlif 
ölkələrin  ixrac  imkanlarının  genişlənməsini  əsas  səbəblər  kimi 
göstərmək olar. 
       Dünya  iqtisadiyyatının,  xüsusilə    beynəlxalq  ticarətin 
vəziyyətinə mühüm təsir göstərmiş amillərdən biri kimi həmçinin 1990-
cı illərin ikinci yarısında Asiya və Latın Amerikası ölkələrində baş verən 
maliyyə böhranlarını misal  göstərmək olar. Bunun birbaşa nəticəsi özü-
nü dünya ticarətinin artım tempinin aşağı düşməsində göstərmişdir. 


48 
 
 
        Beynəlxalq  ticarətin  coğrafi  strukturu  ərazi  və  ya  təşkilati 
əlamətlərinə  görə  formalaşdırılmış  ayrı-ayrı  ölkələr  və  ya  onların 
qrupları arasında əmtəə və xidmət  axınları bölgüsünü əks etdirir. 
        Beynəlxalq ticarətin ərazi axınlarında əhəmiyyətli dəyişikliklər 
baş  vermişdir.  Belə  ki,  Şimali  Amerika,  Latın  Amerikası,  Mərkəzi  və 
Şərqi Avropa, Afrika ölkələrinin dünya əmtəə ixracında payı azalmışdır. 
Bunun  əksinə  olaraq,  Qərbi  Avropa,  Orta  Şərq  və  Asiya  ölkələrinin 
dünya ixracında malik olduqları pay artmışdır. İdxalda da təxminən eyni 
meyllər müşahidə edilmişdir. 
        Xidmətlərlə  dünya  ticarətinin  ölkələr  üzrə  bölgüsündə 
sənayecə inkişaf etmiş ölkələr üstünlük təşkil edir. Xidmətlərin  regional 
baxımdan əsas ixracatçıları isə Avropa  Birliyi,  ABŞ, Yaponiya, Çin  və 
Hindistandır.  İdxal  üzrə  ilk  beşliyə  isə  ABŞ,  Almaniya,  Yaponiya, 
Böyük Britaniya və Fransa daxildir. 
        Təşkilati əlamətinə görə dünya ticarətinin coğrafi strukturunda 
isə son 30 ildə sənayecə inkişaf etmiş ölkələrin dünya ixracında payı 60-
70%,  inkişaf  etməkdə  olan  ölkələrin  payı  25-30%,  keçmiş  sosialist 
ölkələrinin  payı  isə  5%  ətrafında  dəyişir.  İnkişaf  etmiş  ölkələr  həm 
ixracda,  həm  də  idxalda  dominant  mövqeyə  malikdirlər.  Lakin  onların 
dünya  ixracında  və  idxalında  payı  azalmağa  doğru  meyllidir.  İnkişaf 
etməkdə  olan  və  keçid  iqtisadiyyatlı  ölkələrin  payı  isə  əksinə 
artmaqdadır.  Bu  isə  göstərir  ki,  inkişaf  etməkdə  olan  ölkələrin  xarici 
ticarəti  inkişaf  etmiş  ölkələrin  xarici  ticarətinə  nisbətən  daha  yüksək 
templə artır. 
        Beynəlxalq  ticarətdə  aparıcı  mövqeyə  malik  inkişaf  etmiş 
dünyanın üç mərkəzi: ABŞ, Avropa Birliyi və Yaponiya. Onların payına 
ixracının və idxalının təxminən 60%-i düşür. 
        Dünya  əmtəə  dövriyyəsinin  təxminən  yarısı  isə  “böyük 
yeddilik”  ölkələrinin  (ABŞ,  Kanada,  Yaponiya,  Fransa,  Böyük 
Britaniya, Almaniya, İtaliya) nəzarətindədir. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə