Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə16/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

49 
 
 
        Beynəlxalq  ticarətin  əmtəə  strukturu  bir  neçə  meyllə 
xarakterizə  edilə  bilər.  Birincisi,  beynəlxalq  əmtəə  dövriyyəsinə  cəlb 
edilən  əmtəə  axınları  diversifikasiya  olunur.  Almaniya  ixrac 
nomenklaturasında  bu  gün  180,  ABŞ,  Böyük  Britaniya  və  Fransanın 
175,  Yaponiyanın  160  mal  mövqeyi  mövcüddur.  Bu,  dünya  bazarlarına 
çıxarılan məhsulların sürətlə təzələndiyini göstərir. Hər 5 il müddətində 
maşın və cihazqayırma sənayesi məhsulların təxminən 60%-i təzələnir. 
        İkincisi,  elmi-texniki  tərəqqinin  təsiri  nəticəsində  beynəlxalq 
ticarətdə emaledici və kimya sənayesi məhsullarının payı yüksəlir.2007-
ci ildə emaledici sənayenin həcmi 7,5% artmışdır. Ümumiyyətlə, 2007-
ci  ildə  dünya  ixracının  47,8%-i  emaledici  sənayenin  payına  düşüb  və 
2000-ci  ildə  bu  göstərici  45,3%  olmuşdur.  Bu  məhsullar  dünya 
bazarlarında  əsas  ixracatçı  və  idxalatçılar  kimi  sənayecə  inkişaf  etmiş 
ölkələr çıxış edirlər. 
        Üçüncüsü,  xammal  və  yanacaq  ticarətin  dünya  əmtəə  dövriy-
yəsində  payı  getdikcə  azalır  ki,  bu  da  sənayecə  inkişaf  etmiş  ölkələrin 
maddi istehsalında xammal əmtəələrinin rolunun azalması və xammalın 
dünya qiymətlərinin aşağı düşməsi ilə əlaqədardır. 
        Dördüncüsü,  dünya  ticarətində  ərzaq  məhsullarının  da  xüsusi 
çəkisi azalır. 2000-ci ildə ərzaq məhsullarının cəmi əmtəə ixracında payı 
6,9%-ni,  təşkil  etdiyi  halda,  2007-ci  ildə  6,7%-ni  təşkil  etmişdir.  Bu 
aqrar  sektorun  bütün  qrup  ölkələrin  daxili  istehsalında  payının  aşağı 
düşdüyünü, kənd təsərrüfatı məhsullarının emal səviyyəsinin artdığını və 
qiymətlərin aşağı düşdüyünü göstərir. 
        Beşincisi,  1970-ci  illərin  dünya  iqtisadi  böhranından  sonra 
toxuculuq  və  hazır  paltar  məhsulların  dünya  ixracında  payının  artımı 
meyli müşahidə edilməkdədir.    
Həmçinin xidmətlərlə beynəlxalq ticarət getdikcə əmtəələrlə ticarətə 
daha  çox  təsir  göstərir.  Məsələn,  əmtəənin  xaricə  göndərilməsi  üçün 


50 
 
 
bazarın  təhlilindən  tutmuş  əmtəənin  nəqlinə  qədər  çox  xidmətlərdən 
istifadə edilir. 
     Beynəlxalq ticarətin sabit artımına aşağıdakı amillər təsir edir: 
 1. 
Beynəlxalq 
əmək 
bölgüsünün 
və 
istehsalın 
beynəlmiləlləşdirilməsinin inkişafı 
 2. Dünya bazarında transmilli şirkətlərin fəaliyyətinin artması 
 3. Xarici kapital ixracının artması 
 4. Ticarət-iqtisadi inteqrasiyası prosesinin inkişafı 
 5. Bir çox məhsulların qiymətinin artırılması və s. 
     Dünya  ticarətini  quruluşunu  –  maşınlar,  avadanlıq,  cihazlar; 
xammal  məhsulları;  ərzaq  məhsulları  və  istehlak  mallarına  görə 
qruplaşdırmaq olar. 
     XX  əsrin  ikinci  yarısında  daha  doğrusu  1960-2000-ci  illərdə 
dünya  üzrə  ixracın  tərkibində  xammal,  yanacaq  və  ərzaq  məhsullarının 
xüsusi  çəkisi  nisbətən  azalmış,  hazır  məhsullar  və  yarımfabrikatların 
payı  isə  atrmışdır.  Hazır  məhsullar  və  yarımfabrikatlar  inkişaf  etmiş 
ölkələrin  ixracında  əsas  yeri  tutur,  (82%),  yanacaq,  xammal,  ərzaq  isə 
15% təşkil edir. 
     Hər bir dövlətin xarici ticarət siyasətində əsas məqsədi – ixrac və 
idxalın  həcminin  və  qiymətlərinin  nisbətinin  dəyişilməsindən;  xarici 
ticarətin  quruluşunun  dəyişilməsindən,  eyni  zamanda      ölkənin  zəruri 
ehtiyyatlarla təmin edilməsindən ibarətdir. 
    Dövlətin  xarici  ticarət  siyasəti  əsasən  liberallaşma  və  
himayədarlıq olmaqla iki istiqamətdə özünü göstərir. 
1.  Liberallaşma  –  müəyyən  maneçiliklərin  azaldılması  bazarın 
tənzimləyici roluna üstünlük verilməsi nəzərdə tutulur. 
2.  Himayədarlıq  –  bir  cox  hallarda  ölkənin  iqtisadi  inkişaf 
səviyyəsindən  asılı  olduğu  üçün  diqqət  mərkəzində  saxlanılaraq,  daxili 
bazarın  xarici  rəqabətdən  qorunması  və  xarici  bazarın  ələ  keçirilməsi 
üçün dövlətin yeritdiyi siyasət nəzərdə tutulur.  


51 
 
 
   Fəlsəfi baxımdan Hegel  dialektikasıda ziddiyyət  o şeydir ki,  irəli 
hərəkət  etdirir.  Bu  müddəa  ilə  yanaşı  ziddiyyətdə  əksiklikləri 
barışdırmaq meyli də vardır. Hadisələrin daxilən zidd olan cəhətləri bir-
birinə qarşı laqeyd qalmır. Ziddiyyətdəki cəhətlərin hər birində müəyyən 
bir  meyl-müsbət  və  ya  mənfi,  təsir  və  ya  əks  təsir  və  s.  meylləri  əks 
olunur. Dünya ticarəti prosesinin təhlili göstərir ki, burada liberallaşma-
sərbəstləşmə bu prosesin əsasını təşkil edir. Gömrük dərəcələri azalır, bir 
çox məhdudiyyətlər aradan qaldırılır. 
3.3. Müasir şəraitdə beynəlxalq ticarətin bəzi 
xüsusiyyətləri 
 
Dövlətlərin  müasir  ticarət  siyasəti  proteksionist  və  liberal 
siyasətlərin  həm  inkişafı,  həm  də  qarşılıqlı  mübarizəsi  meylləri  ilə 
fərqlənir. Bu siyasətlərin hər bir istiqaməti müəyyən dövrlərdə üstünlük 
təşkil  etmişdir.  Əgər  1950-1960-cı  illərdə  liberalizm  meylləri  üstünlük 
təşkil  edirdisə  1970-1980-cı  illərdə  “yeni”proteksionizm  dalğası  dünya 
ticarətində  özünü  qabarıq  göstərdi.  Liberalizm  meylləri  1950-60-cı 
illərdə  gömrük  rüsümlarının    kəmiyyətinin  azaldılmasında  öz  əksini 
tapmışdır. 1950-ci illərin əvəlində gömrük rüsümları avropa ölkələri və 
ABŞ  üzrə30-40%təşkil  edirdisə    artıq  1970-ci  illərin  əvəlində  7-10%-ə 
qədər  azalmışdı  və  hazırda  isə  3-5%  arasında  dəyişir.  Gömrük 
rüsümlarının  azalması  heçdə  xarici  ticarətin  idarə  edilmməsi  deməkdir 
deyildir.  Əksinə  indi  bu  idarə  etmə  daha  çevik  xarakter  almış  və 
proteksionist müdafiənin yeni vasitələrinin  geniş tətbiqi ilə xarakterizə 
olunur. Proteksionizm yeni spesifik regional xarakter alır,beləki1970 –ci 
ildə  Lomey  razılaşması  əsasında    Afrikanın,  Karib  hövzəsini  və  Sakit 
okeanin  60  dan  çox  inkişaf  etməkdə  olan  ölkələri  ilə  Avropa  İttifaqı 
arasında  bağlanmış  müqavilə  faktiki  olaraq  inkişaf  etməkdə  olan 
ölkələrə  güzəştli  vergi  tariflərini  qalan  ölkələrə  qarşı  tətbiq  etməyi 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə