Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə24/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

76 
 
 
təhlili əsasən ticarət sferasında aparılır. Çünki Azərbaycan bu beynəlxalq 
təşkilata  cəmi  14  ildir  ki,  üzv  olmuşdur  və  ölkəni  əhatə  edən  sazişlər 
nisbətən təzə qəbul  edildiyi  üçün  (preferensial tariflər haqıqnda, tranzit 
ticarət  haqqında  və  s.)  onların  praktiki  nəticələri  barədə  danışmaq  hələ 
tezdir,  digər  tərəfdən,  Azərbaycanın  iştirak  etdiyi  bəzi  İƏT  layihələri 
(elmi  fond,  gəmiçilik  təşkilatı,  sığorta  təşkilatı,  ticarət  və  investisiya 
bankı və s.) bağlanmış niyyət protokolları şəklindədir.  (Cədvəl -6) 
 


77 
 
 
Tədqiqatda  Azərbaycanın  İƏT  ilə  əlaqələrinə,  bu  təşkilatın  ixrac 
ehtiyatında  yerinin  öyrənilməsinə,  ticarət  əlaqələrinə  və  onun 
yaxşılaşdırılmasına  üstünlük  verilməsini  məqsədəuyğun  hesab  etmək 
olar.  Qeyd  etdiyimiz  kimi,  respublikamızın  xarici  ticarət  dövriyyəisndə 
İƏT  yeddinci  yerdədir.  Təhlil  göstərir  ki,  2005-ci  ildə  1999-cu  ilə 
nisbətən  Azərbaycanın  IƏT  ilə  ticarət  dövryyəsi  286726,9  mln.dollar 
artmış  (409306,1  mln.dollardan  696036  mln.  dollara  çatmışdır), 
Azərbaycanın  ümumi  xarici  ticarət  dövriyyəsində  İƏT  ölkələrinin  payı 
isə 28,5% artmışdır. Ümumilikdə İƏT ölkələri ilə ticarət dövriyyəsi 30% 
artmışdır.  Bu  da  Azərbaycanın  İƏT  üzv  ölkələri  ilə  əlaqələrinin 
genişlənməsinin  göstəricisidir.  2005-ci  ilin  yeknlarına  görə  İƏT 
Azərbaycanın  idxalında  22%  xüsusi  çəki  ilə  İƏT  (49,9%),  Qara  dəniz 
İƏT  (37,8%),  Asiya-Sakit  Okeanı  İƏT  (36,6%),  MDB  (32%),  İslam 
Konfransı  Təşkilatı  (26,1%),  ixracında  isə  8,7%,  xüsusi  çəki  ilə  İƏİT 
(71,7%),  Avropa  Birliyi  (60,4%),  Qara  dəniz  İƏT  (19,3%),  MDB 
(13,5%),  İslam  Konfransı  Təşkilatından  (9,76%)  geri  qalmaqla  hər  iki 
göstərici üzrə altıncı yerdə durur (G.Gənciyev: BİM: müasir vəziyyət və 
inkişaf  problemləri).  Ölkənin  2001-2005-ci  illər  ərzində  ixracında  İƏT 
üzvü  olan  5  dövlət  (Türkiyə,  Özbəkistan,  İran,  Qazaxıstan, 
Türkmənistan),  idxalında  isə  İƏT  üzvü  olan  4  dövlət  (Türkiyə,  İran, 
Qazaxıstan, Türkmənistan) ilk 25 ölkə sırasnıda yerləşmişlər. İƏT üzvü 
olan  ölkələrlə  respublikamızın  ticarət-iqtisadi  münasibətlərinin 
dinamikasının təhlili və inkişaf meylləri aydın göstərir ki, bu dövlətlərin 
Azərbaycanın  ixrac  ehtiyatlarından  istifadə  edilməsində  rolu  getdikcə 
artır. 
Azərbaycanla 
İƏT 
ölkələrinin 
iqtisadi 
əməkdaşlığının 
dərinləşməsinə  təkan  verəcək  ən  mühüm  səbəblərdən  biri  onların 
çoxunun  yüksəliş  dövründə  olması,  arasıkəsilmədən  orta  və  yüksək 
inkişaf  templəri  göstərməlildir.  Həm  də  İƏT  üzvlərinin  makroİqtisadi 
göstəricilərinin  xeyli  hissəsinin  yaxınlığı,  iqtisadi  durumlarının, 
problemlərinin  oxşar  olması  müxtəlif  sahələrdə  (proteksionizm  və  ya 


78 
 
 
təşkilat 
daxilində 
liberallaşma, 
antiinflyasiya, 
xarici 
ticarət, 
valyutakredit)  uyğunlaşdırılmış  iqtisadi  siyasət  yeridilməsini  və 
çətinliklərin  birgə  aradan  qaldırılmasını  daha  asanlıqla  mümkün  edir. 
Respublikamızın  bu  ölkələrlə  idxal-ixrac  əməliyyatlarının  strukturuna 
baxsaq  görərik  ki,  Azərbaycanın  İƏT  ölkələrindən  idxalında  hazır 
məhsulların payı 26%-dən çox olduğu halda, Azərbaycanın bu ölkələrə 
ixracında hazır məhsulların payı 5,9% təşkil edir. Onlardan ümumiyyətlə 
ölkəyə  idxal  olunan  məhsulların  əsas  hissəsini  elektrik  enercisi,  buğda 
unu,  un  məmulatları,  şəkər,  sement,  soyuducu,  rabitə  aparatları,  onlara 
ixrac  olunan  məhsulların  əsas  hissəsini  isə  neft  və  neft  məhsuları, 
alüminium  oksidi,  plastik  kütlələr,  pambıq  lifi  təşkil  edir.  İƏT 
ölkələrindən  idxalın  8,6%-i,  ixracın  1,5%-i  istehsal  təyinatlı  avadanlıq 
və  maşınlardır.  54  Eyni  zamanda,  Azərbaycanın  hazırda  istehsal  etdiyi 
məhsulların  əksəriyyətinin  keyfiyyəti  və  rəqabət  qabiliyyəti,  dünya 
bazarlarında təklif olunan analoci əmtəələrin keyfiyyəti, İƏT ölkələrinin 
bazarlarının  tələbi,  alıcılıq  qabiliyyəti  nəzərə  alınarsa,  bu  təşkilatla 
inteqrasiya  əlaqələrinin  gücləndirilməsi  ölkəmiz  üçün  daha  cəlbedici 
olar. Çünki ölkəmizdə istehsal olunan məhsulların çoxu (xüsusilə qeyri-
neft  sektorunda)  öz  keyfiyyətinə  görə  əsasən  İƏT-ə  üzv  dövlətlərin 
daxili  bazarlarının  tələblərinə  cavab  vermək  iqtidarındadır.  Bütün 
bunları ümumiləşdirərək Azərbaycanın İƏT ilə əməkdaşlığının aşağıdakı 
4 istiqamətini əsaslandırmaq olar:  
1.  İqtisadiyyatın  müxtəlif  sahələrində  birgə  müəssisələrin 
yaradılması.  
2. Qarşılıqlı nəqliyyat-kommunikasiya və ticarətin bütün növlərinin 
inkişaf etdirilməsi üçün əməkdaşlıq.  
3. Regional statusa malik azad İqtisadi zonaların yaradılması.  
4.  Elmi-texniki  əməkdaşlıq.  Milli  ticarət  sisteminin  beynəlxalq 
standartlara  uyğunlaşdırılması,  bu  sahədə  iqtisadi-ticari  əməkdaşlığının 


79 
 
 
genişləndirilməsi baxımından beynəlxalq səviyyədə əməkdaşlıq mühüm 
rol oynayır.  
Bu  baxımdan  Azərbaycan  Respublikasının  Ümumdünya  Gömrük 
Təşkilatına üzvlüyü mühüm əhəmiyyət kəsb edir. 1992-ci ildən bugünə 
qədər Azərbaycanın xarici və daxili ticarət siyasətinin tərkib hissəsi olan 
vahid  gömrük  siyasətinin  həyata  keçirilməsi  sayəsində  ölkənin 
beynəlxalq əlaqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə 
çatmışdır. Ticarət qaydalarının sadələşdirilməsi məqsədilə Azərbaycanla 
ÜGT  arasında  XİF  əmtəə  namenklaturası  (ƏN)  əsasında  vahid  gömrük 
tarifinin  işlənib  hazırlanması,  gömrük  rüsumlarının  alınması,  tətbiq 
edilməsi,  malların  mənşə  ölkəsinin  təyin  edilməsi,  gömrük  məqsədləri 
üçün  malların  qiymətləndirilməsi  barədə  razılaşmalar  əldə  edilmişdir. 
ÜGT-nin  Baş  Katibi  Mişel  Danenin  müraciət  məktubuna  əsasən 
Azərbaycan 
«Malların 
təşkili 
və 
kodlaşdırılması 
üzrə 
harmonikləşdirilmiş  sistem  haqqında  Beynəlxalq  Konvensiya»-ya 
qoşulmaq  barədə  təklif  almışdır.  Bu  təklif  qəbul  olunmuş  və  artıq 
ölkəmiz  öz  ticarət  əlaqələrində  bu  konvensiyanın  müddəalarını  tətbiq 
edir. Fərəhləndirici haldır ki, 2001-ci ilin yanvarından respublikamız bu 
konvensiyaya  qoşulan  101-cü  dövlətdir.  ÜGT-nin  Brüssel  şəhərində 
keçirilən  sessiyalarında  Azərbaycan  ÜGT-nin  Maliyyə  Komitəsinə  üzv 
seçilmişdir.  ÜGT-nin  bir  sıra  proqramları  çərçivəsində  DGK-nin 
əməkdaşları üçün narkotiklərin müəyyən edilməsi, riskin təyin edilməsi, 
yükün nəzarətdən keçirilməsi və gəmilərin  yoxlanılması, hava və dəniz 
limanlarında,  dəmir  yolunda,  gömrük  sərhədlərində  nəqliyyat 
vasitələrinə  nəzarətə  dair,  nəzəri  və  praktiki  seminarlar  təşkil 
olunmuşdur.  Artıq  ölkəmiz  ÜGT-nin  Siyasi  Komissiyasında  təmsil 
olunur ki, bu da AR DGK-nin mühüm nailiyyətidir. 2000-ci il 6-8 iyulda 
ÜGT-nin  sessiyasında  təşkilatın  mötəbər  ali  orqanı  olan  Siyasi 
Komissiyaya  üzv  seçilməsinin  özü  ölkəmizin  beynəlxalq  aləmdə 
nüfuzunun  artmasının  təzahürüdür.  Məhz  Siyasi  Komissiyanın  17 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə