Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə21/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

64 
 
 
çərçivəsində  çox  uğurludur,  düşünülmüş  siyasətdir.  Bizim  strateji 
xəttimiz  var  və  bu  xəttə  sadiqik.  Son  illər  ərzində  aparılan  işlər  onu 
göstərir  ki,  Azərbaycanın  dünyadakı  mövqeləri  daha  da  möhkəmlənir. 
(Cədvəl -3; 4.) 
 
 


65 
 
 
 
 Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  Dövlət 
müstəqilliyinin  möhkəmləndirilməsi,  ölkələrin  bir-birindən  asılılığının 
getdikcə  güclənməsi,  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq 
meydana  çıxan  problemlərin  mürəkkəbləşməsi,  hər  şeydən  əvvəl,  milli 
iqtisadiyyatın  formalaşması  və  ölkənin  beynəlxalq  əmək  bölgüsündə 
iştirakı  respublikanın xarici  iqtisadi  fəaliyyətinin  konseptual  əsaslarının 
işlənib hazırlanmasından asılıdır. Qeyd etmək lazımdır ki, müasir dünya 
təcrübəsinin  və  bütövlükdə,  BIM-in  nəzəri  əsaslarının  sistemli  təhlili 
yuxarıda  qeyd  olunanların  obyektiv  xarakter  daşıdığını  göstərir.  Xarici 
ticarət  xarici  iqtisadi  əlaqələrin  realizasiyasının  əsas  mexanizmi  kimi 
çıxış  edir.  BİM  sistemində  sərhədlərin  getdikcə  silinməsi,  texnologiya, 


66 
 
 
nəqliyyat  və  rabitə  sferalarında  baş  verən  əsaslı  kefiyyət  dəyişiklikləri 
nəticəsində geniş təkrar istehsal sferasının başlıca bazaları olan istehsal 
və mübadilənin daha da dərinləşməsi prosesini sürətləndirməklə real fakt 
kimi  meydana  çıxmışdır.  Bu  gün  istehsal  edilmiş  mal  və  xidmətlərin 
əsas  hissəsi  xarici  ticarət  vasitəsi  ilə  bazara  çıxarılır,  ya  da  həmin 
məhsulların istehsalında xarici komponentlərdən istifadə olunur. Son 40 
il  ərzində  beynəlxalq  mal  dövriyyəsi  15  dəfə,  istehsal  isə  cəmi  6  dəfə 
artmışdır.  Azərbaycan  Respublikasının  potensial  imkanları  baxımından 
«kiçik  ölkə»  olduğunu,  yəni  nəinki  dünya  bazarında,  hətta  regional 
bazarlarda  belə  mövcud  situasiyaya  təsir  etmək  imkanının  yoxluğunu, 
əksinə,  özünün  bütövlükdə  iqtisadi  fəaliyyətinin  təşkili  və  inkişafında 
real  vəziyyətə  uyğunlaşmaq  məcburiyyətində  qaldığını  qəbul  ediriksə, 
onda  ölkənin  xarici  ticarət  konsepsiyasının  formalaşdırılmasında 
göstərilən  cəhətləri  nəzərə  almaq  və  onu  qlobal  kontekstdə  araşdırmaq 
lazım gəlir. (Cədvəl - 5. ) 
 


67 
 
 
 
 
Bu  baxımdan  xarici  ticarət  konsepsiyası  inkişaf  mərhələlərinə 
uyğun olaraq iki dövr üçün işlənib hazırlanmalıdır.  
1). Keçid dövrünün xarici ticarət konsepsiyası.  
2). Real bazar dövrünün xarici ticarət konsepsiyası.  
1.  Keçid  dövrü  öz  mahiyyəti  etibarı  ilə  respublikada  bazarın 
formalaşması və həmin keyfiyyət aspektində real bazar münasibətlərinin 
təşəkkülü ilə başa çatmalıdır.  
2.  Real  bazar  münasibətlərinin  təşəkkülü  prosesi  başa  çatdıqdan 
sonra  ölkədə  həm  iqtisadi  bazisin  sosial  iqtisadi  mahiyyətində,  həm  də 


68 
 
 
cəmiyyətin siyasi təşkilində köklü keyfiyyət dəyişiklikləri baş verməklə 
ölkənin  dünya  iqtisadiyyatına  funksional  inteqrasiyası  baş  verəcəkdir. 
Göründüyü  kimi,  xarici  ticarətin  konseptual  əsasları  ölkənin  inkişaf 
mərhələlərinə uyğun şəkildə formalaşdırılmalı və metodoloji prinsiplərin 
tarixi  səciyyə  daşıdığı  birmənalı  şəkildə  qəbul  olunmalıdır.  Ölkənin 
xarici 
ticarət 
konsepsiyası 
bütövlükdə 
iqtisadi 
təhlükəsizlik 
konsepsiyasının  tərkib  elementi  kimi  nəzərdən  keçirilməli  və 
formalaşdırılmalıdır.  Belə  ki,  dövlətin  iqtisadi  təhlükəsizlik  sisteminin 
yaradılması  və  möhkəmləndirilməsi  başlıca  olaraq  ticarətin  təşkili  və 
inkişafından  birbaşa  asılıdır.  Belə  ki,  iqtisadi  münasibətlərin  getdikcə 
dərinləşməsi ölkənin həm iqtisadi təhlükəsizlik konsepsiyasında, həm də 
xarici ticarətdə əsaslı dəyişikliklər tələb edir. Dünya ölkələrinin təcrübəsi 
göstərir  ki,  ölkələrin  inkişaf  yollarının  seçilməsi  son  dərəcə  mühüm 
məsələlərdən  biridir.  Ümumiyyətlə,  milli  iqtisadiyyatın  xarici  amillərlə 
sıx  əlaqəliliyi  və  qarşılıqlı  asılılığı  baxımından  3  inkişaf  modelini 
fərqləndirmək olar:  
1)  İqtisadiyyatın  ixrac  yönümünün  yüksəldilməsini  nəzərdə  tutan 
inkişaf modeli;  
2) İdxalı əvəz edəcək istehsal sahələrinin inkişaf modeli;  
3)  İqtisadi  inteqrasiya  modeli.  Bu  modellərdən  hər  hansı  birinin 
seçilməsi  öz  mahiyyəti  etibarı  ilə  xarici  ticarət  konsepsiyasının 
formalaşdırılması deməkdir.  
Buna görə də Azərbaycanın mövcud potensialı baxımından bunların 
hansının  daha  mütərəqqi  və  məqsədə  uyğun  olduğunu  araşdırmaq 
zəruridir.  Beləliklə,  ixrac  yönümlü  inkişaf  müasir  beynəlxalq  iqtisadi 
münasibətlər  sistemində  mühüm  yer  tutan  modellərdən  biridir  və  milli 
iqtisadiyyatın  göstərilən  istiqamətdə  inkişafını  tələb  edir.  Lakin 
Azərbaycan  Respublikasının  bu  modeli  tətbiq  etməsi  üçün  aşağıda 
göstərilən  bir  sıra  problemlərin  həlli  vacibdir:  1.  Dünya  bazarında 
yaranmış  vəziyyət  məhsul  və  xidmətlərin  ixracında  tamamilə  yeni 


69 
 
 
amillərə və parametrlərə əsaslanmağı tələb edir. Belə ki, müasir texnika 
və  texnologiyanın  tətbiqi,  yeni  mallar  istehsal  artımının  və  rəqabətin 
qeyri-müəyyənliyi  dünya  standartlarına  cavab  verməyən  məhsullar 
istehsal  edən  Azərbaycanın  ixrac  imkanlarını  xeyli  məhdudlaşdırır;  2. 
İxrac  yönümlü  inkişaf  rəqabətə  davam  gətirməyi,  yəni  üstünlüklər 
yaratmağı  tələb  edir.  Yəni,  infrastruktura,  marketinq  və  yeni 
texnologiyaların  əldə  edilməsi  məqsədi  ilə  fasiləsiz  olaraq  investisiya 
qoyuluşları həyata keçirilməlidir. Aydındır ki, müasir şəraitdə maliyyə-
valyuta  resursları,  hətta  minimal  tələbləri  ödəmək  iqtidarında  olmadığı 
bir  dövrdə  göstərilən  istiqamətlərdə  iri  həcmli  kapital  qoyuluşlarının 
həyata  keçirilməsi  mümkün  deyildir;  3.  Hətta,  bütün  imkan  və 
vasitələrin mövcudluğu şəraitində belə, ixrac yönümlü inkişaf modelinin 
tətbiqi  və  onun  rolunun  yüksəldilməsi  istənilən  nəticəni  verə  bilməz. 
Belə  ki,  milli  iqtisadiyyatın  ixrac  yönümünün  gücləndirilməsi  xarici 
bazarlardan  ixrac  asılılığı  yaradır  və  nəticədə  daxili  sosial-iqtisadi 
situasiyaya güclü təsir göstərir. Aydındır ki, mənəvi tərəf müqabillərində 
də  iqtisadi  situasiyanın  pisləşməsi  zəncirvari  reaksiya  doğurmaqla 
ölkədə  staqflyasiyanı  sürətləndirməklə  böhranlı  vəziyyət  yaradır.  Buna 
görə  də  ixracat  prosesinin  əsas  hissəsinin  yönəldiyi  xarici  bazarlara 
əməli yardım edilməsi problemi meydana çıxır ki, bu da qlobal qarşılıqlı 
asılılığı  yeni  keyfiyyət  aspektləri  kimi  səciyyələndirə  bilər.  Ölkənin 
xarici  ticarət  konsepsiyasının  ağırlıq  mərkəzi  kimi  idxalı  əvəz  edəcək 
istehsal sahələrinin təşkili modelinin də bir sıra nöqsanları var. Əlbəttə, 
iqtisadi təhlükəsizliyi baxımından bir sıra mal və mal qrupları üzrə idxal 
asılılığına  son  qoyulması  mühüm  problemlərdən  biridir.  Lakin  bütün 
məhsul  və  xidmətlər  üzrə  idxalı  əvəz  edəcək  istehsal  sahələrini  inkişaf 
etdirmək  həm  mövcud  protensial,  həm  də  sosial-İqtisadi  səmərəliliy 
baxımından  qeyrimümkündür.  Idxalı  əvəz  edəcək  istehsal  sahələrinin 
təşkili  iri  həcmli  investisiya  qoyuluşları  tələb  edir,  digər  tərəfdən, 
ölkənin  müxtəlif  istehsal  amilləri  ilə  təchizi  dərəcələri  arasındakı  fərq 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə