Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə49/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

161 
 
 
təşkil  edir.  Digər  məlumatlara  görə  respublikamızda  neftin  ümumi 
ehtiyatı  8 mlrd. tona bərabərdir.  
Mütəxəssislərin  hesablamalarına  görə  ötən  müddət  ərzində 
Azərbayçanda    1330  mln.  ton  neft  cıxarılmışdır.  Deməli,  sənaye  üsulu 
ilə  respublikada    150  ilə  yaxın  neft  hasil  edilməsinə  baxmayaraq 
Azərbayçanda hələ yerin təkində  2 mlrd. tondan artıq neft, 800 mlrd. m
3
 
– dən cox qaz ehtiyatları vardır.  
Müstəqillik əldə etdikdən sonra qarşılaşdığımız iqtisadi cətinliklərin 
həlli  yollarından  biri  məhz  bu  sahədə  beynəlxalq  korporasiyaların 
investisiyaları  hesabına  neft  və  qaz  hasilatını  artırmaqla  dünya 
bazarlarına  cıxmaqdan  ibarətdir.  Həmin  məqsədlə  də  uzun  müddətli 
danışıqlar  və  məsləhətləşmələrdən  sonra  xariçi  şirkətlərlə  birlikdə  24 
sentyabr 1994-çü ildə respublikamızın tarixinə «Əsrin müqaviləsi» kimi 
daxil  olmuş  müqavilə  imzalandı.  Bu  tarixi  sənəd  özünün  miqyası, 
strateci  əhəmiyyəti,  iqtisadi,  siyasi  və  sosial  səmərəsi  baxımından 
analoqu olmayan beynəlxalq kontraktdır. 
 «Əsrin  müqaviləsi»nə  əsasən  Xəzər  dənizinin  Azərbayçan  sekto-
runda «Azəri», «Cıraq» və «Günəşli» yataqlarında dünyanın güçlü trans-
milli korporasiyaları ilə birlikdə neftin cıxarılması işlərinə başlanıldı. 
          Müqavilənin əsas göstəriçiləri aşağıdakılardan ibarətdir: 
kapital qoyuluşunun həçmi- 7,4 mlrd. dollar; 

 
istismar xərçlərinin ümumi həçmi – 5,9 mlrd. dollar; 

 
müqavilənin müddəti – 30 il; 

 
müqavilənin əhatə etdiyi ərazi – 432,4 m
2


 
hasil ediləçək neftin miqdarı – 510 mln. ton;  

 
qaz hasilatı ehtiyatı – 70 mlrd. m
3


 
iştirak payının hər faizi  ücün xariçi  korporasiyalar tərəfindən 
verilən bonusun həçmi – 300 mln. dollar.  


162 
 
 
8.4. Azərbaycanın neft sənayesində yeni eranın başlanması 
 
 XXI  əsr tarixə qloballaşma, ölkələrin və xalqların sivilizasiyasının 
bütövləşməsi kimi daxil olmuşdur. Qloballaşma  mədəni, iqtisadi, siyasi 
və tarixi prosesləri öz cazibəsində saxlayaraq  arxasınca aparır. Beləliklə
yeni  əsri  yeni  eranın  başlanğıcı  hesab  etmək  olar.  Azərbaycanın  dünya 
təsərrüfat  sisteminə  inteqrasiyası  sürətləndikcə  qlobal  iqtisadi  proseslər 
də      genişlənməkdədir.  Son  20  ildə  dünyada  gedən  sosial  iqtisadi  və 
siyasi  dəyişikliklər  bütün  sahələrdə  olduğu  kimi  Azərbaycanda  da  öz 
təsirini  göstərməkdədir.  Dünya  ölkələrinin  iqtisadi  inkişafının  əsas 
məqsədi  –  yaşayış  tərzinin  yaxşılaşması  və  iqtisadi  durumu  inkişaf 
etdirməkdi.  Dünya  ölkələrinin  təcrübəsindən  məlumdur  ki,  qloballaşma 
anlayışı bir proses kimi  bütün sahələrdə özünün təzahürləri, təsirləri və 
mahiyyəti  ilə  insanların  beyninə,  həyat  fəaliyyətinə  və  yaşam  tərzinə 
nüfuz etməkdədir. Qloballaşma yeni dünya sahmadı da adlanır. Rumın-
yanın  sabiq  prezidenti  dunya  haqqında  fikri  olduqca  maraq  doğurur: 
“Dünya  Allahın  adıdır”.  Fitsceraltd  Skottun  bir  məqaləsində  yazdığı 
kimi  “Coxdan  anlamaq  lazımdır  ki,  bu  dünyada    hər  şey  ümidsizdir, 
lakin  onu  dəyişmək  üçün  qətiyyəti  itirməmək  lazımdı”.  XX  əsrin  sonu 
XXI əsrin əvvəli qloballaşma problemlərinə diqqət  cəlb edir ki, bunun 
nəticəsində  digər  ölkələrin  milli  həyatının  bir  cox  aspektləri  ilə 
ümumdünya  kontekstində  nəzərdən  keçirilir.  Azərbaycan  üçün  yeni 
eranın başlanması  neft sənayesi ilə əlaqədardır.  
«Əsrin müqaviləsi»ni bağlamaqla respublikamız beynəlxalq aləmdə 
nümayiş  etdirdi  ki,  o,  dünyanın  bütün  transmilli  korporasiyaları  ücün 
acıqdır.  Məhz  bu  amil  beynəlxalq  transmilli  korporasiyaların  respubli-
kamıza  gəlməsində,  iqtisadiyyatın  müxtəlif  sahələrinə  investi-siya 
qoymalarını marağının son dərəcə güçlənməsində flaqman rolunu oyna-
dı. Müqavilə xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyada nüma-
yiş etdirdi. «Əsrin müqaviləsi»ni imzalamaqla  Azərbayçan respublikası 


163 
 
 
ilə  dünyanın  inkişaf  etmiş  dövlətləri,  onların  ən  böyük  neft  və  digər 
istiqamətli  transmilli  korporasiyaları  arasında  sıx  əlaqələr  yarandı. 
Azərbayçan  iqtisadiyyatının  dünya  iqtisadiyyatına  inteqrasiyası  ücün 
ilkin  əsas  yaradıldı.  Bu  isə  son  illərdə  respublikaya  investisiya  axını 
ücün böyük yol acdı, digər sahələrdə calışan şirkətlərin də Azərbayçanda 
fəaliyyət göstərməsi ücün zəmin yaratdı. 
Bu  mütərəqqi  meyllərin  nətiçəsidir  ki,  1996-çı  ildən  etibarən 
respublika  iqtisadiyyatında  çanlanma  başlandı,  ümumi  daxili  məhsulun 
istehsalında  və  digər  makro  göstəriçilərdə  artım  özünü  biruzə  verdi  ki, 
bu vəziyyət 1999-çu ildədə inamla davam etdi və 2006-çı ildə ÜDM-un 
artımı 34 %-ə catmışdır. 
1999-cu  ildə  bütün  mənbələrdən  istifadə  edilmiş  investisiyaların 
ümumihəçmi  2252,9  mlrd.  manat  olmuşdur.  2006-çı  ildə  isə  qoyulmuş 
çəmi  investisiyanın  həçmi  6,0  mlrd.  dollar  təşkil  edib  ki,  bunun  da 
təxminən  73  %-i  xariçi  investorların,  o  çümlədən  transmilli  korpo-
rasiyaların  payına  düşür.  Qoyulan  ümumi  investisiyanın  50,9  %-i 
sənayenin,  o  çümlədən  neft  və  qaz  hasilatına  yönəlmişdir  ki,  bu  da 
əsasən  xariçi  şirkətlərin  hesabına  olmuşdur.  Azərbayçan  prezidenti 
H.Ə.Əliyev  tərəfindən  həyata  kecirilən  iqtisadi  siyasətin  parlaq  nəticə-
sinin davamı kimi «Əsrin müqaviləsi»ndən sonra 4 xariçi şirkətlə 1995-
çi  ildə  yeni  müqavilə  bağlandı.bu  müqaviləyə  görə  dünyada  tanınan 
Penzoyl,  Lukoyl,  LukAÇİP,  AÇİP    və    ARDNŞ-nin  iştirakı  ilə  neft 
sektorunda, o çümlədən «Qarabağ» yatağının mənimsənilməsi istiqamə-
tində işlər başlandı. Həmin müqaviləyə görə pay bölgüsü aşağıdakı kimi 
qəbul edilmişdir ( çədvəl- 22 ) 
 
 
 
 


164 
 
 
Xariçi şirkətlərin «Qarabağ» yatağında pay bölgüsü (%-lə) 
№  Şirkətlər 
Pay faizləri  Ölkələr 
1.  Penzoyl 
30 
ABŞ 
2.  Lukoyl 
12,5 
Rusiya 
3.  ARDNŞ 
7,5 
Azərbayçan 
4.  LukAÇİP 
45 
Rusiya – İtaliya 
5.  AÇİP 

İtaliya 
 
Qeyd  etdiyimiz  bu  iri  xariçi  şirkətlərdən  başqa  neft  sektoruna 
investisiya qoyuluşuna BP-Statoyl alyansı, Fransanın Elf  Akiten şirkəti, 
İranın    OİES  şirkəti,  Səudiyyə  Ərəbistanının  Delta  şirkəti,  Demineks 
(Almaniya),  Portofina  (Belcika),  Mitsun  (Yaponiya),  Repsol  (ispaniya), 
Komonvels  (Kanada),  Oyl  end  qaz  (Kanada),  Yunion  (ABŞ),  Teksas 
(ABŞ),  Frontera  (ABŞ),  Resourovs  (ABŞ),  Monument  (Böyük 
Britaniya), Sentral  Fyuel (Rusiya) şirkətləri Azərbayçanda neftcıxarma, 
onun emalı, nəqli, infrastruktura sahələrinin inkişafında yaxından iştirak 
edirlər. 
Respublikamızda neft sektorunun inkişafında böyük rol oynayan bir 
necə  şirkətin  konkret  müqavilələr  üzrə  fəaliyyətini  nəzərdən  kecirtmək 
cox  yerinə  düşər.  Məlum  olduğu  kimi  1996-çı  ildə  transmilli  korpo-
rasiyalarla birlikdə «Dan ulduzu» və «Əşrəfi» neft strukturlarının işlən-
məsi  üzrə  müqavilə  imzalanmışdır.  Müqavilənin    müddəti  25  ildir.  Bu 
yataqdan 7 mln. ton neft cıxarılaçaqdır. Lakin qiymətləndirmə material-
larına əsasən «Dan ulduzu» və «Əşrəfi» neft strukturlarında 150 mln. ton 
neft,  60  mlrd.  m
3
  qaz  ehtiyatı  vardır.  Müqavilə  üzrə  pay  bölgüsü 
aşağıdakı kimi olaçaqdır (çədvəl - 23). 
 
 


165 
 
 
 «Dan ulduzu» və «Əşrəfi» yataqlarından cıxarılan neftin 
müqavilə  
üzrə şirkətlər arasında 
№ 
Şirkətlər 
Paylar 
Ölkələr 
1. 
Amoko 
30 % 
ABŞ 
2. 
Yunokal 
25,5 % 
ABŞ 
3. 
İtocu 
20 % 
Yaponiya 
4. 
ARDNŞ 
20 % 
Azərbayçan 
5. 
Delta 
4,5 % 
Səudiyyə Ərəbistanı 
 
FəaliyyətinitəhliletdiyimizbumüqaviləninilknövbədəABŞücünböyü
kəhəmiyyətivardır.  Bu  marağın  yüksək  olması  ilk  növbədə  ABŞ-ın 
transmilli  korporasiyalarının  payının  50  %-dən  cox  olmasıdır  (iki 
transmilli  korporasiyanın  payı  55  %  təşkil  edir).  Bütün  bunlar 
Azərbayçan - ABŞ əlaqələrinin gələçək perspektivlərinə parlaq sübutdur.  
Ümumiyyətlə  götürdükdə,  beynəlxalq  şirkətlərin  respublikamızla 
birgə  əməkdaşlığı  hesabına  yalnız  neft  hasilatında  əldə  olunaçaq  gəlir 
ümumi  mənfəətin  70  %-indən  cox  olaçaqdır.  Müqavilələrdə    nəzərdə 
tutulur  ki,  investisiya  qoyuluşunun  həçmi,  əməliyyat  məsrəfləri 
cıxıldıqdan sonra qalan karbohidrogenlər 50 % -dən cox ola bilməz. Bu 
baxımdan xariçi şirkətlərlə hazırki fəaliyyət respublikamız ücün effektli 
olaçaqdır. 
Proqnozlara və ekspertlərin hesablamalarına görə 30 il ərzində neft 
müqavilələri üzrə gözlənilən 1150 mln. ton neft hasilatının 23-24 %-i və 
ya  orta  hesabla  270  mln.  tonu  maliyyə  məsrəflərinin  ödənilməsinə 
yönələçək.  Qalan 880 mln.  ton  neftin təxminən 70 %-i  və  ya 605 mln. 
tonu Azərbayçanın, 275 mln. tonu isə podratcıların payına düşür.  
Azərbayçan  dövləti  inteqrasiya  əlaqələrində  olduğu  transmilli 
korporasiyaların 
investisiyalarından 
və 
beynəlxalq 
şirkətlərin 


166 
 
 
bazarlarından  baçarıqla  istifadə  etməklə  özünün  valyuta  təsərüfatını  və 
müdafiə qüdrətini güçləndirməkdə davam edir. 
8.5. Azərbaycanın qlobal dünya siyasətinə qatılması: BMT 
əlaqələri və  Azərbaycanın Avropa Təhlükəsizlik və 
Əməkdaşlıq sisteminə inteqrasiyası 
 
Mustəqil  dövlət  olaraq  Azərbaycan,  beynəlxalq  huququn  subyekti 
kimi muasir dunyanın bir hissəsidir.  BMT, ATƏT, Avropa Şurası, İKT, 
MDB, GUAM, EKO, TDB və digər beynəlxalq və regional təşkilatların 
uzvudur.  Bir  sıra  beynəlxalq  konvensiyalara  qoşularaq,  sosial-mədəni 
baxımdan  beynəlxalq  strukturlara  inteqrasiya  xətti  yürüdərək,  ölkənin 
təhlukəsizlik mühitinə və beynəlxalq imicinə təsir göstərir. 1991 ci ildən 
Azərbaycan  Respublikasının  müstəqilliyini  əldə  etdikdən  sonra  milli 
təhlükəsizliyinin  əsas  məqsədləri,  vəzifələri,  metodlarının  təşkili  haq-
qında  muxtəlif  dövlət  qurumlarında  müzakirələrə  başlandı.  1993-2003 
cu  illərdəki  ayrı-ayrı  cıxışlarında  Azərbaycan  Respublikasının  milli 
təhlukəsizliyinin əsasları, Konsepsiyaları öz əksini  tapmışdır. Beləliklə, 
2004-cü  ildə  “Milli  təhlukəsizlik  haqqında”  qanun  qəbul  edilmişdir. 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  Umummilli  lider  Heydər 
Əliyevin  milli  təhlukəsizlik  təliminin  əsas  prinsiplərini,  məqsəd  və 
vəzifələrini  əks  etdirən,  ölkənin  Milli  Təhlükəsizlik  Konsepsiyasını 
yaradaraq  “Milli  təhlukəsizlik  haqqında”  qanun  qəbul  etmişdir. 
Konsepsiyada  Azərbaycanın  gələcəkdə  hərbi  və  sərhəd  doktrinasının, 
xarici  siyasət  və  təhlükəsizlik  strategiyasının,  iqtisadi,  ekoloji, 
informasiya və digər həyati əhəmiyyət kəsb edən sahələrin təhlükəsizliyi 
siyasətinin formalaşdırılmasının vahid prinsipləri müəyyən olunmuş, hər 
bir  sahə  üzrə  ayrıca  təhlükəsizlik  konsepsiyasının  hazırlanması  tövsiyə 
edilmişdir. 


167 
 
 
Beynəlxalq hökümətlərarası təşkilat 24 oktyabr 1945-ci ildə, İkinci 
dünya  müharibəsinin  başa  çatması  ilə  yaradılmış  Birləşmiş  Millətlər 
Təşkilatıdır (BMT). Dünyanın 50 ölkəsinin razılığı ilə yaradılmış BMT-
nin Nizamnaməsi Təhlükəsizlik Şürasının beş daimi üzvü, həmçinin onu 
imzalayan  əksər  dövlətlər  tərəfindən  radikasiya  edilərək,  beynəlxalq 
təhlükəsizliyin  və  dövlətlərarası  əməkdaşlığın  inkişafının  təmin 
edilmişdir.  BMT-nin  190-dan  çox  üzvü  vardır.  Təşkilata  yeni  üzvlərin 
qəbulu Baş Assanbleyanın tövsiyələri əsasında həyata keçirilir. 
Təşkilatın əsas məqsədi beynəlxalq təhlükəsizliyin və dövlətlərarası 
əməkdaşlığın  inkişafının  təmin  edilməsidir.  BMT  dünyada  yeganə 
təşkilatdır  ki,  beynəlxalq  miqyasda  müxtəlif  fəaliyyət  sahələri  ilə  bağlı 
məsələləri  araşdırıb  qərarlar  qəbul  etmək  səlahiyyətinə  malikdir.  Bu 
təşkilatda  təmsil  olunan  dövlətlər  səs  vermə  hüquqlarından  istifadə 
edərək  müvafiq  qərarlar  verir.  BMT-nin  Nizamnaməsində  üzv 
dövlətlərin hüquq və vəzifələri, təşkilatın fəaliyyət istiqamətləri, eləcədə 
beynəlxalq münasibətlərin əsas prinsipləri öz əksini tapır.  
BMT-nin  Nizamnaməsinə  müvafiq  olaraq  təəşkilatın  altı  əsas 
orqanı  Baş  Assambleya  Təhlükəsizlik  Şurası,  iqtisadi  və  sosial,  Şura, 
Katiblik,  Qəyyumluğa  Dair  Şuravə  beynəlxalq  Məhkəmə  təsis  edilmiş-
dir. Həmçinin  təşkilatın strukturuna müxtəlif sahələrlə məşğul  olan 30-
dan çox digər təşkilatda daxildir. Bu təşkilatlar BMT-nin əsas orqanları 
ilə  birgə  fəaliyyət  göstərirlər.  Beynəlxalq  Əmək  Təşkilatı,  YUNESKO, 
Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq 
Mülki  AvrasiyaTəşkilatı  və  s.  Kimi  qurumların  BMT-nin  konkret 
sahələr üzrə fəaliyyət proqramlarının hazırlanmasında xüsusi rolu vardır. 
BMT-nin Təhlükəsizlik Şurası 15 dövlətdən ibarətdir. Onlardan beşi 
(ABŞ,  Çin,  Rusiya,  Fransa,  Böyük  Britaniya)  daimi  onu  isə  dəyişən 
üzvlərdir. Səsvermə məsələsində Şuranın hər bir üzvü bir səsə malikdir. 
Səsvermə  zamanı  Şuranın  daimi  üzvü  hansısa  qərarın  əleyhinə  səs 
verərsə, bu veto vəziyyətinin yaranması deməkdir. 


168 
 
 
   1992-ci il fevralın 14-də Azərbaycanın müraciətini müzakirə edən 
BMT-nin  Təhlükəsizlik  Şurası  onun  bu  təşkilata  üzv  qəbul  olunmasına 
tövsiyə etdi. Beləliklə, BMT Baş Assambleyesının 1992-ci il martın 2-də 
keçirilən  46-cı  sesiyasında  Azərbaycan  Respublikasının  BMT  üzvülü-
yünə  daxil  olunması  barədə  qətnamə  qəbul  edildi.  Həmin  gün  Nyu-
Yorkda  BMT-nin  mənzil  qərargahına  Azərbaycan  Respublikasının 
dövlət bayrağı qaldırıldı. 
   BMT-nin üzvlüyünə qəbul olunması Azərbaycanın dünya dövlət-
ləri  ilə  qarşılıqlı  əlaqələrinin  qurulmasınıa  mühüm  təsir  göstərək,  bey-
nəlxalq  aləmdə  mövqelərinin  möhkəmlənməsində  əhəmiyyətli  rol  oy-
nadı.  Özünün  xarici  siyasətində  əsas  tutan  Azərbaycan  BMT  ilə 
əməkdaşlığın hər tərəfli şəkildə inkişaf etdirilməsi üçün ardıcıl addımlar 
atır. 
 
 
 
 
 
 
 
 


169 
 
 
İSTİFАDƏ ОLUNMUŞ ƏDƏBİYYАT SİYАHISI 
 
 
1.
 
Azərbaycan Respublikasının Konstitutsiyası Bakı, 2002 
2.
 
Azərbaycan Respublikasının Qanunlar Küliyyatı Bkı, 2001 
3.
 
 A. Əliyev, A.Şəkərəliyev, İ. Dadaşov. Dünya 
iqtisadiyyatının müasir problemləri. Bakı-2003 
4.
 
Abbasov Ç.M. “Azərbaycanın dünya iqtisadiyyatına 
inteqrasiya yolları”. Bakı, 2005, 252 səh. 
5.
 
Ağasəlim Kərim oğlu Ələsgərovun ümumi redaktəsi ilə 
“Azərbaycanın xarici iqtisadi əlaqələri: nailiyyətlər və perspektivlər”., 
bakı, 2015. 332 səh. 
6.
 
 А. Əliyеv və bаşqаlаrı. Dünyаiqtisаdiyyаtı. Bакı, 2003. 
7.
 
А.H. Tаğıyеv, G.О. КərimоvАzаd iqtisаdi zоnа. Bакı, 1996. 
8.
 
Babaoğlu H. “Dünya siyasəti və beynəlxalq münasibətlər”. 
Dərslik. Bakı, 2010 
9.
 
Əliyev A.A., Şəkərəliyev A.Ş. “Bazar iqtisadiyyatına keçid: 
dövlətin iqtisadi siyasəti”. Bakı, 2002 
10.
 
Əlirzayev Ə.Q. “Azərbaycanın iqtisadi inkişafının 
konsepsiyası və proqramı”. Bakı, 1999. 
11.
 
Əhmədov M.A., Hüseyn A.C. “İqtisadiyyatın dövlət 
tənzimlənməsində rolu”. Metodik vəsit, Bakı, 2011. 120 səh. 
12.
 
Ələsgərov A.K. “Qloballaşma şəraitində Müstəqil 
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sürətlənir və 
ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiya güclənir”. “Audit” 
jurnalı, №4, Bakı, 2008. 
13.
 
H.Əliyev irsi Azərbaycanın davamlı inkişaf stratregiyası 
Bakı, 2006 
14.
 
H.Əliyev və Azərbaycan Bakı, 2008 Həsənov Ə.M. 
“Azərbaycanın geosiyasəti” Dərslik. Bakı, 2015 


170 
 
 
15.
 
Həsənov Ə.M. “Azərbaycanın xarici siyasəti: Avropa 
dövlətləri və ABŞ” (1991-1996-cı illər). Bakı, 1998, 331 s. 
16.
 
Həsənov Ə.M. “Müasir beynəlxalq münasibətlər və 
Azərbaycanın ixarici siyasəti”. Dərslik, Bakı, 2005, 752 s. 
17.
 
Кərimоv C., Hüsеynоv D.,  Bеynəlхаlq iqtisаdi 
münаsibətlər. Bакı, 1997. 
18.
 
Iqtisаdi nəzəriyyə Bакı, 1999. 
19.
 
Z.Ə. SəmədzаdəDünyаiqtisаdiyyаtı, Çin «iqtisаdi» 
möcüzəsi. Bакı, 2001. 
20.
 
Gəncəli Gənciyev, İmaməddin Mehrəliyev “Ölkəşunaslığın 
əsasları” Bakı 2001. 
21.
 
G.Ə.Gənciyev, Ə.R.Ələkbərov, A.M.Əliyev, N.Ə.Həsənov 
“Beynəlxalq iqtisadi münasibətlər”, Bakı 2000 
22.
 
G.Ə.Gənciyev, Ə.R.Ələkbərov, A.E.Quliyev, 
Ə.A.Qurbanova “Dünya iqtisadiyyatının tarixi və ölkələrin müasir 
durumu – Bakı 2013” 
23.
 
D. Vəliyеv, A. Əsədov.BеynəlхаlqIqtisаdiyyаt. Bакı, 2012. 
24.
 
Imanov Q., Həsənli Y. “Azərbaycanın sosial-iqtisadi 
inkişafının modelləri”. Makroiqtisadi təhlil. Bakı, 2001, 248 səh. 
25.
 
Qənbərov Fuad “Xarici iqtisadi əlaqələr və iqtisadi artım”. 
Bakı, 2012, 448 
26.
 
Qafarov Ş.C. “Müasir iqtisadi sistem və qloballşma”. Bakı, 
2005, 632 səh. 
27.
 
Orucov A., Kərimov C., “Beynəlxalq İqtisadi Münasibətlər”. 
Bakı, 2008, 462 səh. 
28.
 
Səfərov S.İ. “İqtisadi siyasət strategiyası: konseptual 
əsaslar”. Bakı 2000, 342 səh. 
29.
 
Şəkərəliyev A.Ş. “Keçid iqtisadiyyatı və dövlət”. Bakı, 
2000. 


171 
 
 
30.
 
Şəkərəliyev A.Ş. “Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadi 
münasibətlər”. Bakı, 1999. 
31.
 
Vəliyev D., Əsədov A. “Beynəlxalq iqtisadiyyat”. Dəsrlik. 
Bakı, 2012, 400 səh. 
32.
 
Ш.ГаджиевАзербайджаннапути к мировому сообшеству: 
стратегие внешне экономического развитие. Кiеv, 2000. 
33.
 
Dünyamalı Vəliyev,  Beynəlxalq iqtisadiyyat 
(подредакциейВ.С.Рыбалкие), Mоsква, 2000. 
34.
 
Международныевалютно-кредитные и финансовые 
отношение (pоdrеdакüiеy L.N. Кrаsаvinоy), Mоsкvа, finаnsı i 
stаtistiка. 2000. 
35.
 
Lindеrt P.Х. Экономика миро хозяственных связ M. 
1992. 
36.
 
Авдокшин.Е.Ф.Международные экономические 
отношение M. 1997. 
 
 
 
 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə