Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

153 
 
 
investisiya  xərcləri  ilk  8-10  il  ərzində  ödənilməlidir.  ABŞ-ın  sabiq 
prezidenti  Bill  Klintonun  1994-cü  il  sentiyabrın  20-də  göndərdiyi 
teleqramda  deyilirdi:  «Birləşmiş  Ştatlar  tarixində  bu  tipli  sazişlər 
arasında ən böyüyü olan bu müqaviləni alqışlayır. O, bütün tərəflər üçün 
mənfəətli  olacaq  ölkələrimizin  arasında  artmaqda  olan  iqtisadi-ticarət 
əlaqələrinin  möhkəmlənməsinə  xidmət  edəcəkdir».  Kontraktdan  əldə 
edilən gəlirin məbləğinin 80 milyard olacağı gözlənilir ki, onun da 50%-
i  respublikanın  sərəncamında  qalmalıdır.  Çıraq  yatağından  ilkin  neft 
şimal  kəməri  ilə  Novorossiyski  terminalına  və  oradan  da  dünya  neft 
bazarına  çatdırılmışdır.  Bakı-Supsa  neft  kəməri  tikilib  istismara 
verilmişdir.  Bu  kəmərlərlə  ildə  20  milyon  ton  neft  ixrac  etmək 
mümkündür.  
Müqavilələr  “pay  bölgüsü”  prinsipinə  əsasən  bağlanır  və  hər  bir 
kompaniyanın payı ayrıca olaraq qabaqcadan təyin edilir. Əyanilik üçün 
aşağıdakı  cədvəldə  1994-1997-ci  illərdə  bağlanmış  bir  neçə  neft 
müqaviləsinin  adı,  iştirak  edən  ölkələrin  siyahısı  və  “məhsulun  pay 
bölgüsü” ündə faizlə payı  qeyd edilmişdir. (Cədvəl - 20) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


154 
 
 
Azərbaycan Respublikasının 1994-1997-ci illərdə bağlandığı bir 
neçə neft müqavilələrində xarici kompaniyalar 
və onların payı (%-lə) 
Muqavilənin adı 
və bağlanma 
tarixi 
 
Olkələr 
 
Kompaniyalar 
 
Payları (%-lə) 
Azəri, Cıraq,  
Gunəşli  
(20.09.94)  
(“Əsrin  
muqaviləsi”) 
Norvec 
Səudiyyə  
Ərəbistanı 
ABŞ 
ABŞ 
ABŞ 
ABŞ 
Boyuk Britaniya 
Boyuk Britaniya 
Turkiyə 
Rusiya 
Yaponiya 
Statol 
Delta 
AMOCO 
Unocal 
Exxon 
Pennzoil 
BP 
Remco 
TPAO 
Lukoil 
Itochu 
8,56 
1,68 
17,01 
10,05 
8,0 
4,81 
17,13 
2,08 
6,75 
10,00 
3,92 
Qarabağ 
(11.10.96) 
İtaliya 
Rusiya və İtaliya 
ABŞ 
Rusiya 
Agip 
Luk Agip 
Pennzoil 
Lukoil 
5,0 
45,0 
30,0 
12,5 
Lənkəran-Dəniz 
Talış-Dəniz 
(01.13.97) 
Fransa 
Fransa 
İran 
Almaniya 
Elf Acquitaine 
Total 
20,0 
10,0 
10,0 
10,0 
 
 


155 
 
 
8.2 Xəzər nefti geosyasət və region maraqları çərçivəsində: 
Xəzərin hüquqi statusu 
  
Xəzərin sahilində XVIII əsrin sonlarından başlayaraq, Azərbaycana 
məxsus  tarixi  ərazilər,  Dərbənd,  Bakı,  Rəşt,  Mazandərən,  Astara  kimi 
şəhər  və  xanlıq  mərkəzləri,  türk  xalq  və  etnoslarının  məskunlaşdığı 
xəzərətrafı  məkanlar  uğrunda  –  Rusiya,  Osmanlı  və  Böyük  Britaniya 
imperiyaları  arasında  mühəribələr  olmuşdur.  Xəzərsahili  ərazilərin 
“hüquqi  statusu  və  mənsubiyyəti”  ilə  bağlı  ilk  sənəd  Rusiya  ilə  İran 
arasında rus çarı I Pyoturun 1722-1723-cü illərdə 80 min qoşunla Xəzər 
hövzəsinə  ilk  yürüşü  və  işğalından  sonra  (Dərbənd,  Bakı,  Pəşt,  Şirvan, 
Gilan,  Mazandərən)  Sankt-Peterburqda  imzalanmışdır.  Xəzərətrafı 
Azərbaycan  torpaqlarının  statusu  ilə  bağlı  Rusiya  və  İran  arasında 
növbəti saziş 1732-ci ildə Rəşt şəhərində imzalanmışdır. Bu sazişə görə, 
Rusiya  İranla  1722-1723-cü  illər  müharibəsi  zamanı  ələ  keçirdiyi 
Xəzərin  Cənub  sahillərini  geri  qaytarır  və  əvəzində  Xəzər  dənizində 
sərbəst  üzmək,  İranla  məhdudiyyətsiz  ticarət  aparmaq  hüququ  əldə 
edirdi. 
1813-cü ildə Gülüstanda, 1921-ci ilin 26 fevralında Rusiya ilə İran 
arasında (25 mart 1940-cı ildə isə SSRİ ilə İran arasında Xəzər dənizində 
yalnız  Rusiya  və  İran  gəmi  saxlaya,  sərbəst  üzə  və  balıqçılıqla  məşğul 
ola  bilərdilər.  Müqavilədə  SSRİ-nin  Xəzərdəki  payı  86%,  İranınkı  isə 
14%  müəyyənləşmişdir),  1929-cu  ildə  Osmanlı  imperatorluğu  ilə  və 
1828-ci  ildə  Türkmənçayda  Xəzərin  Cənub  və  Şimal  sahilləri  də  daxil 
olmaqla iki hissəyə ayrılmasını və bölüşdürülməsini rəsmiləşdirən, onun 
“hüquqi  mənsubiyyətini”  müəyyənləşdirən növbəti  beynəlxalq  sazişlər 
rəsmiləşmişdir.  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  1921  ci  il  Rusiya-İran 
müqaviləsi  SSRİ  yaradılandan  sonra  da,  1931-ci  ilə  qədər  öz  hüquqi 


156 
 
 
qüvvəsini  olduğu  kimi  saxlamış  və  müvafiq  olaraq  SSRİ-İran 
razılaşması kimi fəaliyyət göstərmişdir.  
27  oktyabr  1931-ci  ildə  iki  Xəzəryanı  ölkə  olan  SSRİ  və  İran 
arasında  “Xəzər  dənizinə  daxil  olma,  ticarət  və  gəmiçilik”  haqqında 
imzalanmış  Konvensiyanın  16-cı  maddəsində  qeyd  edilir  ki,  Xəzər 
dənizi  yalnız onun sahillərində  yerləşən SSRİ və  İrana məxsusdur.  Bu 
səbəbdən  də  onun  sularında  yalnız  bu  ölkələrə  məxsus,  yaxud  onların 
bayrağı altında üzən gəmilər daxil ola bilərdi. 
Mütəxəssislərin fikrinə görə, bu müqavilə faktiki olaraq Rusiya və 
İranın  xarici  ölkələrə  qarşı  birgə  mübarizə  aparmaq  haqda  “strateji 
müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə 
biləcəyi geosiyasi məkana və daxili dənizə çevirirdi. Xəzərin statusu ilə 
bağlı Rusiyanın 1992-ci ildən sonrakı mövqeyini iki əsas mərhələyə : 
 –1992-95-ci  illərdə    “Rusiyanın  öz  geosiyasi  maraqlarını  xarici 
ölkələrin ərazisində axtarması” “post-imperiya” yanaşması. 
 –  1994-cü  ildə  imzalanmış  “Əsrin  müqaviləsi”  Azərbaycanın 
Qərbdəki, Qərbin isə Xəzər hövzəsindəki mövqelərinin möhkəmlədərək, 
rəsmi Bakı Rusiya ilə İranı real geosiyasi vəziyyət qarşısında qoydu.  
Xəzər  dənizi  dünyada  mühüm  geosiyasi  əhəmiyyətinə  və  zəngin 
karbohidrogen ehtiyatlarına görə seçilən bölgələrdən biridir. 
Xəzərin hüquqi statusuna dair ölkələr arasında uzun müddət qeyri-
müəyyən vəziyyətin hökm sürməsində Türkmənistanın nümayiş etdirdiyi 
rəsmi  mövqenin  də  mühüm  rolu  olmuşdur.  Məlum  olduğu  kimi, 
Türkmənistan  bölgədə,  ilk  növbədə,  özünün  dünya  əhəmiyyətli  zəngin 
təbii qaz ehtiyatları ilə tanınır. Xəzərin statusu və Qərb investisiyalarının 
bölgəyə  gəlməsinə  münasibətdə  Türkmənistanın  maraqları  və  mövqeyi 
Azərbaycanınkı  ilə  tam  üst-üstə  düşür.  Düzdür,  bu  ümumilik  yalnız 
xarici  şirkətlərlə  birgə  iş  aparmaq  və  öz  məhsullarını  sərbəst  şəkildə 
dünya bazarlarına çıxarmaq ehtiyacında müşahidə olunur.  


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə