Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

157 
 
 
Türkməninstan  Xəzərin  hüquqi  statusu  məsələsində  ilk  dövrlərdə 
Rusiya və İranla birləşərək: “Xəzər beş ölkənin daxili gölüdür və burada 
heç  bir  xarici  dövlət  yaxud  region  ölkəsi  təkbaşına,  hamının  razılığını 
almadan hər  hansı  bir  iş  apara  bilməz”  bəyanatını  vermişdi.  Həmin 
dövrdə  Türkmənistan  Xəzərdə  təkbaşına  fəaliyyətin  əleyhinə  çıxış 
etməklə  yanaşı,  1993-cü  ildə  ölkənin  dövlət  sərəhdləri  haqqında  qəbul 
etdiyi  qanunvericilik  aktlarında  Xəzərin  sahil  ərazilərini  (“Dəniz 
hüquqları 
haqqında” 
BMT 
Konvensiyasına 
əsaslanaraq) 
“Türkmənistanın milli ərazisi”, orta xəttinə qədər olan digər su hövzəsini 
isə  “iqtisadi  zona”  elan  etmişdi.  Bu  hadisədən  cəmi  bir  il  keçməmiş 
Rusiya prezidenti B.Yeltsiinin “Xəzərin nə dibi, nə də su səthi heç kim 
tərəfindən bölünə bilməz.” fiikrləri Türkmənistan tərəfindən dəstəkləndi. 
Rusiya barışmaz aqressiv münasibət mövqeyi nümayiş edərək, bəhs 
olunan  dövrdəki  tələbindən  belə  bir  məntiqi  nəticə  ortaya  çıxırdı  ki, 


158 
 
 
Xəzərdə iqtisadi fəaliyyətlə məşğul olmaq istəyən hər bir sahilyanı ölkə 
öz addımlarını Moskva və Tehranla razılaşdırmalı idi. Beləliklə,  Rusiya 
və  İranın  xarici  ölkələrə  qarşı  birgə  mübarizə  aparmaq  haqda  “strateji 
müttəfiqliyini” təsbit edərək, Xəzəri yalnız iki ölkənin birgə istifadə edə 
biləcəyi  geosiyasi  məkana  və  daxili  dənizə  çevirirdi.  Razılaşmaya 
müvafiq  olaraq  Xəzərin  Cənubunda  İran,  qalan  bütün  sahillərində  isə 
sovet  Rusiyası  ətraf  ərazilərin  və  xalqların  taleyini  istədiyi  kimi  həll 
etmək imkanı qazanırdı.  
XX  əsrin  son  onilliyində  beynəlxalq  aləmdə  gedən  ictimai-siyasi 
proseslər  tək  qütblü  dünya  nizamının  yaranması,  qloballaşma  və  s. 
nəticəsində  Xəzər  dənizi  və  Qafqaz  regionu  yenidən  öz  əhəmiyyətinə 
görə dünya siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir. 
SSRİ-nin  dağılması  və  Azərbaycan,  Qazaxıstan,  Türkmənistan  və 
Rusiya  kimi  yeni  müstəqil  dövlətlərin  yaranması  ilə  Xəzəryanı 
dövlətlərin sayı beş olmuşdur. Hazırda bu dövlətlər öz iqtisadi və siyasi 
maraqlarını  nəzərə  alaraq,  Xəzərdən  istifadənin  özlərinə  sərfəli 
variantlarını  irəli  sürürlər.  Bəzi  dövlətlər  Xəzər  sahiyanı  dövlətlərin 
birgə  istifadə  etməli  olduğunu,  digər  ölkələr  Xəzər  dənizinin  dünya 
praktikasına  uyğun  olaraq  sektorlara  bölgüsü  prinsipini  təklif  edir. 
Hazırda  Rusiya,  Qazaxıstan  və  Azərbaycan  arasında  dənizin  dibinin 
milli sektorlara bölgüsü haqqında müqavilə bağlansa da, Xəzərin statusu 
məsələsi hələ ki, həll olunmayıb. İran və Türkmənistanın Xəzərin hüquqi 
statusu  məsələsində  nümayiş  etdirdiyifərqli  (qeyri  konstruktiv)  mövqe 
aradan  qalxmamış,  bu  iki  dövlətin  dənizin  Azərbaycan  sektorunda 
yerləşən  bəzi  yataqlara  olan  iddeaları  Xəzəryanı  dövlətlər  arasında 
münasibətləri bir qədər də gərginləşdirmişdir. 
Xəzərin  hüquqi  statusu  beynəlxalq  məsələdir  və  bu  müstəvidə  ilk 
növbədə dünyanın aparıcı dövlətləri olan ABŞ və Rusiyanın, Avropa və 
bəzi  Asiya  dövlətlərinin,  o  cümlədən  region  ölkələrinin  maraqları 
kəsişir. 


159 
 
 
Xəzərin  hazırki  statusu  fevralın  26-da  imzalanmış  Rusiya  İran 
dostluq  müqaviləsi,  həmçinin  1940-cı  il  martın  25-də  SSRİ  ilə  İran 
arasında imzalanmış Ticarət  və Gəmiçilik  haqqında (Sudaüzmə) Sazişə 
əsasən  tənzimlənir.  Həmin  bölgüdə  sərhədləri  Astaradan  (Azərbaycan) 
Həsənqulu  (Türkmənistan)  adlanan  yaşayış  məskəninə  qədər  olan  düz 
xətt  üzrə  İrana  14  %  ,SSRİ-yə  isə  86%  pay  düşmüşdür.  SSRİ  isə  öz 
daxili qaydaları ilə orta xətt prinsipi üzrə xəzər dənizini dörd respublika 
arasında  Rusiya  (19%),  Qazaxıstan  (30%),  Azərbaycan  (21%)  və 
Türkmənistan  (16%)  milli  sektora  bölünmüş  və  respublikaların  su 
sərhədlərini müəyyən etmişdir.  
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  – Xəzəryanı 
dövlətlərin  xarici  işlər  nazirlərinin  Qazaxıstanın  paytaxtı  Astanada 
keçirilən  görüşündə  bildirmişdir:  "Ümid  edirik  ki,  çoxillik  əməyin 
nəticəsi  Xəzəryanı  dövlətlərin  qarşılıqlı  fəaliyyəti  və  əməkdaşlığı  üçün 
hərtərəfli  hüquqi  əsas  yaradacaq.  Xəzəryanı  dövlətlərin  əməkdaşlığı 
üçün  hüquqi  bazanın  təkmilləşdirilməsi  məqsədilə  ticarət-iqtisadi, 
nəqliyyat-logistika və ekoloji sahələrdə, həmçinin təhlükəsizlik məsələ-
ləri  ilə  bağlı  bir  sıra  sahəvi  saziş  layihələri  irəli  sürülüb.  Biz  bu 
layihələrin müzakirəsi və razılaşdırılmasında fəal iştirak edirik, bununla 
yanaşı  müvafiq  Konvensiyanın  qəbulunadək  Xəzər  dənizinin  hüquqi 
statusunu  əvvəlcədən  müəyyən  edə  bilən  müddəalara  malik  sənəd 
layihələrinin müzakirəsini vaxtından əvvəl  hesab edirik. Biz o nöqteyi-
nəzərdən  çıxış  edirik  ki,  təklif  olunan  bütün  sahəvi  saziş  layihələrinin 
müzakirəsi bütün beş Xəzəryanı dövlətin iştirakı ilə aparılmalıdır". 
 
 
 


160 
 
 
8.3. Azərbaycanın xarici ölkələri Xəzərdə neft-qaz 
layihələrinin işlənilməsinə cəlb etməsi 
 
Acıq  iqtisadiyyat  siyasətini  həyata  kecirən  Azərbaycan  dövləti 
iqtisadi  böhrandan  cıxmaq,  inkişafa  sabit  xarakter  vermək  ücün 
doxsanınçı  illərdə  geniş  miqyaslı  tədbirlər  və  iqtisadi  islahatlar  həyata 
kecirməyə  başladı.  Lakin  dövlət  müstəqilliyini  yeniçə  əldə  etmiş 
Azərbayçan Respublikasının maliyyə imkanlarının olmaması səbəbindən 
reallaşdırılan  tədbirlər  gözlənilən  səmərəni  vermirdi.  Bu  istiqamətdə 
respublikada  həyata  kecirilən  iqtisadi  strategiyada  böyük  keyfiyyət 
dəyişiklikləri  aparmaq  ücün  səylər  güçləndirildi.  Beynəlxalq  şirkətlərin 
marağını  güçləndirmək  ücün,  Azərbayçanda  xariçi  iqtisadi  fəaliyyət 
ücün,  əlverişli  mühit  yaratmaq  məqsədilə  Ümummilli  liderimiz 
H.Ə.Əliyev  tərəfindən  tədbirlər  görüldü,  respublikada  dünyanın  bütün 
TMK-ları ücün biznes fəaliyyəti ilə məşğul olmaq sahəsində, iri həçmli 
investisiyalar  qoyulmasına  dövlət  qarantının  olmasını  bəyan  etdikdən 
sonra xariçi şirkətlərin ölkəmizə münasibətində dönüş yarandı. 
Xariçi  şirkətlərlə  respublika  iqtisadiyyatının  müxtəlif  sahələri,  o 
çümlədən  neft  cıxarma  sahəsi  arasındakı  əməkdaşlıq  buna  çanlı 
sübutdur.  «Əsrin  müqaviləsi»nin  transmilli  korporasiyaların  Azərbay-
cana  çəlb  edilməsi  ilə  bağlı  məsələləri  nəzərdən  kecirtməzdən  əvvəl, 
dünyada,  həmcinin  respublikamızda  bu  strateji  məhsulun  ehtiyatları  ilə 
bağlı  ümumi  məlumatları  nəzərdən  kecirməyi  məqsədə  uyğun  hesab 
edirik.  
Beynəlxalq  ekspertlərin  hesablamalarına  görə  hazırda  dünyada 
neftin  potensial  ehtiyatları  540  mlrd.  tona  catır.  Bu  qədər  neftin 
təxminən  40  %-ə  qədəri  Yaxın  Şərq  dövlətlərinin,  22  %-i  MDB 
ölkələrinin payına düşür. Azərbayçanda neft ehtiyatı  3,4 mlrd. ton təşkil 
edir. Bu dünyada mövçud olan ümumi neft ehtiyatlarının çəmi  0,6 %-ni 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə