Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

150 
 
 
əlavə  valyuta  əldə  etməsinə  imkan  verəcəkdir.  Digər  tərəfdən  elmi 
məhsullar  bazarına  xarici  valyutaların  və  investorların  axını  baş  verəcək, 
əgli  əməyin  məhsuluna  təlabat  artmaqla  Azərbaycanın  beynəlxalq 
texnologiyalar bazarına verdiyi töhfəsi daha da artacaqdır.  
Fəsil 8. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın 
yeni neft strategiyası 
8.1 Azərbaycanın dünnyanın aparıcı ölkələri ilə iqtisadi 
əlaqələrində Xəzər neftinin rolu. 
 
Azərbaycan  Respublikası  əlverişli  coğrafi  mövqeyi,  olan  hava,  su, 
dəmiryolu, avtomobil nəqliyyatı, neft və qaz kəmərləri ilə inkişaf etmiş 
beynəlxalq əhəmiyyətli  dünya təsərrüfat sisteminə səmərəli inteqrasiya 
xüsusiyyətlərinə  malikdir.  Həmçinin,  Azərbaycan  mineral-xammal 
ehtiyatları,  məhsuldar  torpaq  sahələri,  əlverişli  təbii-iqlim  şəraiti  ilə 
xarici  investorları  cəlb  edən  regiondur.  İqtisadi  sistemlər  arenasında 
qarşılıqlı əlaqəni təmin edən əsas xüsusiyyət iqtisadi əlaqələrdi. İqtisadi 
əlaqələrin  20-dən  cox  forması  mövcuddur.  Azərbaycanın  dünya  müasir 
iqtisadiyyatında yeri, beynəlxalq təşkilatlarla əlaqələri xüsusilə də xarici 
şirkətlərlə  bağlanmış  neft  müqavilələri  dünyanın  siyasi  müzakirə 
obyektinə çevrilib. Son illərin təhlilləri deməyə əsas verir ki, 2005 ci ilə 
qədər  iqtisadi  artım  əsas  fondlara  qoyulan  kapital  qoyuluşu,  2005  ci 
ildən  sonra  isə  xarici  ticarət  hesabına  əldə  olunmuşdur.    Azərbaycanda 
iqtisadi artıma hərəkətverici  xüsusiyyətləri belə qruplaşdırmaq olar: 
1.
 
Turizm gəlirləri,  
2.
 
Manatın  xarici  valyutalara,  xüsusilə  ABŞ  dolları  və  avroya 
nisbətdə məzənnəsinin  dəyişməsi
3.
 
Xarici ticarətin həcminin artması; 


151 
 
 
4.
 
Xarici investisiya qoyuluşları; 
5.
 
Xidmətlər  ticarətinin,  xüsusilə  nəqliyyat  daşınmalarının 
artması. 
Neftin  dünya  qiymətinin  artan  istiqamətdə  dəyişməsi  və 
Azərbaycandan  xarici  ölkələrə  satılmasına  görə  neft  məhsulları  ilə,  iki 
struktur  –  Dövlət  Neft  Şirkəti  və  “Azneftyağ”  İstehsalat  birliyi  məşğul 
olmuşdur.  İxrac  edilmiş  neft  məhsullarının  təxminən  1,02  milyon  tonu 
(48,19%) Dövlət Neft Şirkətinin Xarici İqtisadi Əlaqələr İdarəsinin, 1,06 
milyon  tonu  isə  (50,24%)  “Azneftyağ”-  ın  payına  düşmüşdür. 
Ümumiyyətlə  götürdükdə  XXI  əsrin  əvvəllərində    xarici  iqtisadi 
əlaqələrlə 7466 hüquqi və fiziki şəxs məşğul olmuşdur. Bunlardan 2789-
u  dövlət  və  özəl  müəssisə,  4677-i  isə  fiziki  şəxslərin  payına  düşür. 
(cədvəl -19) 
ŞİRKƏTLƏR 
İnvestitsiya payı 
Britiş Petroleum (Böyük Britaniya) 
Amoko (Amerika Birləşmiş Ştatları) 
Yukoyl (Rusiya) 
Penzoil (Amerika Birləşmiş Ştatları) 
Eksson (Amerika Birləşmiş Ştatları) 
Staboyl (Norveç) 
İtocu Slodzi (Yaponiya) 
Remko Enerji (Qrup Böyük Britaniya) 
Yunokal (Amerika Birləşmiş Ştatları) 
Turkiş petroleum Cor. (Türkiyə) 
Delta Nimir Xəzər (Səudiyyə Ərəbistan) 
ARDNŞ (Azərbaycan) 
17,12 % 
17,01 % 
10 % 
4,81 % 
8,0 % 
8, 56 % 
3,92 % 
2,08 % 
10,05 % 
6,75 % 
1, 68 % 
10 % 


152 
 
 
Neftçıxarma  sənayesinə  və  onunla  bağlı  digər  sahələrə  30  milyard 
ABŞ dolları həcmində investisiya qoyulması haqqında dünyanın Böyük 
Britaniya,  ABŞ,  Fransa,  İtaliya,  İran,  Yaponiya,  Norveç,  Türkiyə, 
Səudiyyə  Ərəbistanı,  Rusiya  və  s.  kimi  aparıcı  dövlətlərinin  neft 
şirkətləri ilə kontranktlar bağlanmış və bu iş indi də davam etməkdədir. 
Xəzər  dənizinin  Azərbaycan  bölməsi,  mütəxəssislərin  fikrinə  görə 
dünyanın  ən  perspektivli  neft  və  qazla  zəngin  olan  hövzələrindən  biri 
sayılır və göstərilir ki, burada neft, qaz və kondensatın ümumi ehtiyatı 8 
milyard  ton  şərti  yanacaqdan  çoxdur.  Ulu  öndərimiz  Heydər  Əliyev 
Azərbaycanın  xarici  siyasətinin  təməl  prinsiplərindən  biri  kimi 
ölkəmizin  milli  maraqlarını  və  xarici  dövlətlərin  qarşılıqlı  mənafeyini 
nəzərə  almaqla  Azərbaycanın  neft  ehtiyatlarına  maraq  göstərən  hər  bir 
ölkə  ilə  qarşılıqlı-faydalı  əməkdaşığa  hazır  olduğunu  bəyan  etmişdi. 
Əsas  məqsəd  ölkənin  mövcud  sərvətlərinə,  o  cümlədən  zəngin  neft  və 
qaz  yataqlarına  sahib  olmaq,  onlardan  dövlətin  möhkəmlənməsi, 
əhalinin  həyat  səraitinin  yaxşılaşması  və  ölkənin  beynəlxalq 
mövqelərinin  güclənməsi  istiqamətində  düzgün  istifadə  etmək  idi. 
Azərbaycan 
rəhbərliyi 
Respublikanın 
zəngin 
karbohidrogen 
ehtiyatlarının  mənimsənilməsinə  daha  çox  ölkəni,  xüsusən  Qərb 
dövlətlərini,  ABŞ-ı,Yaponiyanı,  regionda  xüsusi  rolu  olan  Rusiyanı, 
Türkiyə  və  İranı  cəlb  etmək  istəyirdi.  1994-1997-ci  illərdə  9  iri 
beynəlxalq  neft  kontraktı  və  onlardan  ən  irisi  “Əsrin  kontraktı”  
bağlanmışdır. Bu kontrakt Azəri-Çıraq yataqlarının və Günəşli yatağının 
dərin  su  qatlarında  yerləşən  hissəsinin  işlənməsi  üçün  yeddi  xarici 
ölkələrin  neft  kompaniyalarını  və  ümumi  şəkildə  bu  kontraktda 
Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  ilə  yanaşı  11 
xarici  neft kompaniyası  iştirak edir. Bu kontrakta görə 30 il müddətinə 
yataqlardan 500-600 milyon ton neft və 200 milyard kubmetrdən də çox 
qaz  çıxarılacağı  proqnozlaşdırılmışdır.  “Əsrin  kontraktı”  7,5  milyard 
ABŞ  dolları  məbləğində  vəsait  tələb  edir.  Qoyulan  şərtlərə  görə 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə