Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

138 
 
 
və təcrübə konstruktor işlərinə xərcləri artırırlar. Qeyd edilən amillərin təsiri 
altında dünya texnologiyalar bazarının bütün seqmentlərinin inkişafı yalnız 
İEÖ-də deyil, inkişaf etməkdə olan ölkələrdə də baş verir ki, bu da onların 
milli iqtisadiyyatlarının inkişafında böyük rol  oynayır.  
Beynəxalq  iqtisadi  münasibətlərin  aparıcı  formalarından  biri 
beynəlxalq elmi-texniki əməkdaşlıqdır (BETƏ). Həm də BİM-in bu forması 
digər  formalardan  fərqli  olaraq  bəşəriyyəti  düşündürən,  həlli  bütün 
dövlətlərin,  maddi-texniki,  elmi-texniki,  informasiya  və  s.  resursların-
səylərin  birləşməsi  yolu  ilə  qlobal  problemlərin  həllinə  xidmət  edir. 
Problemlər  bir  ölkənin  deyil,  dünyəvi  problem  olduğu  üçün  onların  həlli 
hazırda harada və hansı dövlətə mənsub olmasından asılı olmayaraq ölkələr 
arasında  elmi-texniki  əməkdaşlığın  gücləndirilməsini  obyektiv  tələbata 
çevirir. 
Elmin  cəmiyyətdə  artan  rolunun  nəticəsidir  ki,  XX  əsrin  ikinci 
yarısında dünyada yeni bazar-texnologiyalar bazarı əmələ gəlmişdir ki, o da 
əmək və kapital bazarı ilə yanaşı beynəlxalq səviyyədə fəalliyyət göstərir.  
Beynəxalq  elmi-texniki  əməkdaşlığın  inkişafı  ilk  növbədə  müxtəlif 
ölkələrdə  elmi-tədqiqat  və  təcrübə  konstruktor  işlərinə  ayrılan  resursların 
həcmindən çox asılıdır. 
Dünyanın iqtisadi güc mərkəzi hesab olunan ABŞ-da bu göstərici 6-8 
%, Rusiyada–3,1 %, Azərbaycanda  isə təxminən -0,9-1,0 % təşkil edir. 
Qeyd  etmək  lazımdır  ki,  dünya  ölkələrində  elmi-tədqiqat  və  təcrübə 
konstruktor işlərinə xərclər qeyri bərabərdir. Bu xərclərin təxminən 95–96 
%-i  sənayecə  inkişaf  etmiş  dövlətlərin  payına  düşür.  Məhz  bunun 
nəticəsidir  ki,  beynəlxalq  səviyyədə  elmi-texniki  əməkdaşlıq  sistemində 
həmin  ölkələr  üstün  rol  oynayırlar.  Bu  üstünlüyü  əldən  verməmək  üçün 
həmin  dövlətlər  ildən-ilə  elmi  tədqiqatlara  və  təcrübə  konstruktor  işlərinə 
xərcləri artırırlar.  
Məsələn, 1979-cu ildə  ABŞ-da bu məqsədlə cəmi-56,6 mlrd. dollar, 
Yaponiyada -18,2 mlrd. dollar, Almaniyada -12,5 mlrd. dollar, Fransada 8,0 


139 
 
 
mlrd. dollar, Böyük Britaniyada-8,0 mlrd. dollar xərclənildiyi halda 2005-ci 
ildə  bu  göstəricilər  dövlətlər  üzrə  müvafiq  olaraq  təxminən  305,0;  158,0; 
49.3; 39,0; 35,9 mlrd. dollar təşkil etmişdir. Məhz, ETTKİ-nə göstərilən bu 
diqqətin  nəticəsidir  ki,  ABŞ-da  qeyd  olunmuş  ixtiralar,  verilmiş 
lisenziyalar,  verilən  patentlər  (şəhadətnamələr),  yeni  əmtəə  nişanları  və  s. 
digər dövlətlərə nisbətən daha sürətlə artmışdır. Bütün bu məlumatlar ABŞ-
ın  elmi–texniki  əməkdaşlıq  və  elmi-texniki  yeniliklərin  kommersiya 
mənimsənilməsi sahəsindəki böyük üstünlüklərə malik olmasını sübut edir. 
İnkişaf  etmiş  sənaye  ölkələrində  elmi-texniki  fəaliyyətin  sürətli 
inkişafına  diqqətin  gücləndirilməsinin  bir  çox  səbəbləri  vardır.  Onlara 
əsasən aşağıdakılar daxildir: 
-dünyada texnologiya sahəsində liderliyi əldə saxlamaq; 
- texnoloji gerilikdən çıxmaq marağı; 
- istehsal sahələrinin texniki əsasının təkmilləşdirilməsinin zəruriliyi; 
- beynəlxalq bazarlara çıxarılan məhsulların rəqabət qabiliyyətinin 
yüksəldilməsi; 
- milli iqtisadiyyatların elm tutumlu məhsullar istehsalını artırmaqla 
BƏB-də iştirak etmək istəyi; 
- dünya texnologiyalar bazarında aparıcı yer tutmaq marağı; 
- elmi-texniki məhsulların ixracı hesabına daha çox mənfəət əldə 
etmək; 
- dünyada güclənən beynəlxalq  elmi-texniki mübadilə prosesinin 
sürətləndirilməsi zərurəti. 
7.2.  Beynəlxalq elmi texniki mübadilə - BİM-in bir 
formasıdır. Texnoloji tədiyyə balansı 
 
Azərbaycanın  iqtisadi  artımın  inkişaf  etməsi,  investisiya  mühitinin 
yaxşılaşması  və  dünya  bazarları  ilə  alqı  və  satqısı  ilə  əlaqədar  valyuta  


140 
 
 
daxil  olmalarının  və  kapital  axınının  genişlənməsi  texnoloji  tədiyyə 
balansını  əhəmiyyətli  dərəcədə  yaxşılaşmasına  zəmin  yaradır.  Tədiyyə 
balansının tərkib hissəsini əməliyyatlar hesabı təşkil edərək, vəziyyəti – 
valyuta məzənnəsinin dəyişməsinə, valyuta ehtiyatlarına, xarici borclara 
və  ümumiyyətlə  iqtisadi  siyasətin  istiqamətinə    təsir  göstərir. 
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  metodoloji  izahında 
göstərilir ki, tədiyyə balansı – başqa ölkələrdən daxıl olan pulun, ümumi 
məbləği ilə digər ölkələrə pul tədiyyələrinin məbləği arasındakı fərqdir. 
Tədiyə  balansı  isə  bir  termin  kimi  dövriyyəyə  ingilis  iqtisadçısı  Con 
Stüart-Mill  tərəfindən  daxil  edilmişdir.  Həmin  vaxtlarda  balans  ilk 
növbədə  fiskal  rolu  yerinə  yetirirdi.  Özünün  müasir  formasında  isə 
tədiyə  balansı  əsas  makroiqtisadi  siyasət  elementlərinin  hazırlanması 
zamanı  vacib  orientir  rolunda  çıxış  edir.    Azərbaycanda  tədiyyə 
balansının strukturu.  
 Texnologiya  və  informasiya  həm  istehsal  amili  kimi  həm  də 
istehsalın nəticəsi kimi BİM-nin xüsusi sferasıdır. Müasir dövrdə bu yeni 
istehsal  amili  forması  öz  əhəmiyyətinə  görə  həm  “kapital”,  həm 
“torpaq”,  həm  “əmək”  və  həmçinin  “sahibkar  təşəbbüskarlığından” 
üstündür, çünki onları əlaqələndirən element kimi çıxış edir ki, onlarsız 
geniş təkrar istehsal baş verə bilməz. Dünya iqtisadiyyatında onların rolu 
günbəgün  artır,  şirkətlərin  beynəlxalq  rəqabətqabiliyyətliliyi  onlardan 
asılıdır.  “Texnologiya”  termini  yunan  sözü  olan  “texne”   sözündən 
əmələ  gəlmişdir,  mənası  ustalıq,  incəsənət  və  bacarıq  deməkdir. 
Texnologiya  -  müəyyən  bir  işi  müəyyən  tərzdə,  müəyyən  üsullarla 
yerinə  yetirmək  və  ya  hazırlamaq  üçün  lazım  olan  bilik  və  bacarıqdan 
ibarətdir.  Ölkələrin  iqtisadiyyatlarının  qarşılıqlı  asılılığının  güclənməsi, 
makro  və  mikro  səviyyələrdə  inteqrasiya  proseslərinin  inkişafı,  dünya 
təsərrüfatının iqtisadi inkişaf qanunauyğunluqlarından və texnologiyalar 
mübadiləsinin inkişafından irəli gəlir.  


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə