Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə40/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

129 
 
 
 
1.  Azərbaycan Şərq və Türkiyəyə çıxış üçün, yaxın və orta Şərqdə 
baş verən proseslərə təsir imkanlarına görə əhəmiyyətlidir. 
2.    Azərbaycan  Şərq-Qərb  nəqliyyat  kommunikasiyaları  və 
dəhlizlərin-in mərkəzində yerləşir və bu baxımdan Rusiyanın rəqibidir. 
3.    Azərbaycanın  zəngin  karbohidrogen  yataqları  xüsusən  Xəzər 
dənizində mövcuddur ki, bunların istismarı, istehsalı və ixracı Rusiyanı 


130 
 
 
biganə  qoya  bilməz.  Bu  sahədə  də  Azərbaycan  Rusiyanın  dünya 
bazarında rəqibidir. 
4.    Azərbaycan  Rusiya  malları  üçün  satış  bazarı,  kənd  təsərrüfatı 
məhsulları ilə isə təminatçı rolunu oynasın. 
5.    Azərbaycanda  çox  saylı  rus  dilli  əhali,  Rusiyada  isə 
Azərbaycanlılar  yaşayır  ki,  bu  faktor  da  Rusiyanın  maraqlarını  əks 
etdirir. 
6.  Azərbaycanın əraziləri Rusiyanın təhlükəsizliyi baxımından çox 
böyük əhəmiyyət kəsb edir. 
   Nəticədə Rusiya Avrasiyanın ən böyük dövləti kimi, həm Mərkəzi 
Asiyada, Qara-Xəzər dənizi hövzəsində siyasət  yürüdür. Bunu regionun 
bütün ölkələri, o cümlədən də Azərbaycan dərk edir. 
  Hazırda  iqtisadi  və  təhlükəsizlik  maraqları  Rusiyanın  Avrasiya 
siyasətinin ana xəttini təşkil edir. (Cədvəl -17) 


131 
 
 
 
6.5.  Rusiya üçün Avrasiya anlayışı 
 
 “Tarixin  coğrafi  oxu”  adlı  məqaləsində  X.  Makinder  yazırdı  ki, 
tarixin coğrafi oxu Avrasiyadan keçir. İki geosiyasi xətti üzrə - Dneprin 
axarı  boyu  Baltik  və  Qara  dəniz  hövzəsinə  və  Volqa  çayı  vasitəsilə 
Xəzərə,  oradan  isə  Qafqaza  və  Orta  Asiyaya  doğru  rusların  həmin 
coğrafi  oxun  istiqaməti  ilə  Xəzər  dənizi  hövzəsinə  gəlişi,  regionda 
geosiyasi 
mövqelərini 
möhkəmləndirməyə 
başlaması 
Moskva 


132 
 
 
knyazlığının  getdikcə  güclənməsi  və  IV  İvanın  çarlığı  illərində  ətraf 
ərazilərin  zəbt  olunması  dövrünə  təsadüf  edir.  1552-ci  ildə  Moskva 
knyazlığının  qoşunları  Kazan  şəhərini,  1556-cı  ildə  isə  Həştərxanı  ələ 
keçirərək,  Volqa  çayının  axarı  boyu    Xəzər  dənizinin  şərq  sahillərini 
işğal edir. Xəzərin şərq hövzəsinə çıxan ruslar burada yeni bir geosiyasi 
əhatə  -  İran  və  Türkiyə  ilə  qonşuluq  şəraitində  yaşamaq  və  “öz  cənub 
sərhədlərinin”  təhlükəsizliyi  ilə  bağlı  tədbirlər  həyata  keçirməyə 
başlayır. Həmin dövrdən etibarən rusların hərbi hissələri sırasında Cənub 
sərhədlərinin  təhlükəsizliyi  keşiyində  dayanan  kazak  hərbi  dəstələri 
yaradılır. I Pyotrun hakimiyyəti illərində Rusiya Ukrayna və Belarusun 
ərazilərini  öz  tərkibinə  qataraq,  Baltik  və  Qara  dənizə  çıxış  əldə  edir. 
Beləliklə,  Rusiya  getdikcə  Avropanın  əsas  və  aparıcı  dövlətlərindən 
birinə  çevrilir.  Tədqiqatçılar  I  Pyotrun  hakimiyyətə  gəlməsindən  ll 
Aleksandrın  hakimiyyətinin  sonuna  qədərki  dövrü  (1682-1880)  rus 
tarixinin 
geosiyasi 
dövrləşməsinin 
növbəti 
mərhələsi 
kimi 
dəyərləndirirlər. Həmin dövrdə Rusiya əhalisinin sayı, ərazisinin ölçüləri 
və digər strateji meyarlarına görə Avropanın güclü imperiyalarından biri 
olur. 
Hazırda  Rusiya  üçün  «Avrasiya»  anlayışı  əsasən  MDB 
üzvlərini,Türkiyə və İranı əhatə edir. SSRİ dağıldıqdan, Sərqi Avropanın 
sosialist ölkələri nəzarətdən çıxdıqdan, dünya dövlətlərinə XX əsr boyu 
davam  etmiş  təsir  mexanizimləri  aradan  qalxdıqdan  sonra  Rusiya  öz 
xarici siyasəti qarşısında üç əsas vəzifə qoymuşdur ki, bunun da hər biri 
Avrasiya ilə bağlıdır: 
─ABŞ,  Avropa  İttifaqı  və  NATO-nun  Şərqə  doğru  hərəkətinin 
qarşısını almaq; 
─ keçmiş sovet məkanında Qərb dövlətlərinin müdaxiləsinə və yeni 
müstəqil dövlətlərin Qərbə meyillənməsinə mane olmaq;   
─Rusiya  Federasiyasının  bütövlüyünü  qorumaq,onun  milli 
təhlükəsizliyini və dövlət maraqlarını bütün vasitələrlə təmin etmək. 


133 
 
 
         Rusiya  Cənubi  Qafqaz  istiqamətində  uzun  müddət  etnik 
separatizim  meyilərindın  isifadə  edərək,  region  ölkələrini  öz  təir 
dairəsində saxlamaq siyasətini ürütmüşdür. Bundan başqa kremil Cənubi 
Qafqaz  ölkələrinin  xüssən  Azərbaycanın  kənd  təsrrüfatı  məhsullarının 
ənənəvi  bazarının  məhz  Rusiya  olması,  bu  ölkələrin  vətəndaşlarının 
müəyyən  hissəsinin  işçi  qüvvəsi  kimi  məhz  Rusiyada  yaşamasını  da 
bölgə  ölkələrindəki  siyasi  həyata  təsiri  göstərmək  mexanizmi  kimi 
istifadə etməyə çalışır. Bundan başqa, Orta Asiya, Xəzər hövzəsi, Qara 
dəniz  ətrafı  və  Cənubi  Qafqazı  itirməklə  Rusiya  bütün  Avrasiyada, 
dünya  enerji,  nəqliyyat-kommunikasiya  sistemində  öz  təsirini  itirmiş 
olur.Odur  ki,  Rusiya  bütün  mümkün  vasitələrlə  öz  həyatı  maraqlarını 
təsir  dairəsini  Avrasiya  subregionunda  qorumağa  və  təmin  etməyə 
çalışır. (Cədvəl - 18) 
 


134 
 
 
 
           Müasir 
dünya  və  beynəlxalq  münasibətlərini  yeni 
tendensiaları  dünya  siyasətinədə  Rusiyanın  rolunu  xeyli  azaltsa  da, 
Avrasiya  regionundan  onu  sıxışdırmaq  çox  çətindir.  Geostrateji  və 
geosyasi  xarakteristikasına  görə  dünyanın  ən  nəhəng  dövlətlərindən 
hesab  olunan  bu  ölkə  zəngin  təbii  ehtiyyatalara  malikdir.  Rusiya  öz 
enerji  ehiyatları  ilə  təlabatını  100%  ödədiyi  halda,Yaponiya  bu  sahədə 
82%, Almaniya və Fransa 50%, ABŞ 23%  xarici aləmdən asılıdır. Eyni 
zamanda  Rusiyanın  nəhəng  hərbı  potensialı  Avropaya,  dünyanın 
istənilən quru, hava, su keçidlərinə çıxış imkanıları var. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə