Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə37/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

118 
 
 
və  onların  vasitəsilə  özünün  bu  bölgədəki  strateji  mövqelərini 
gücləndirməlidir. 
6.2. Mərkəzi Asiya, Xəzər-Qaradəniz hövzəsi ölkələri 
müasir dünya siyasətində. 
 
Əlverişli  coğrafi,  geosiyasi,  geoiqtisadi,  hərbi-geostrateji  mövqe-
lərini;  yürütdüyü  müstəqil  daxili  və  xarici  siyasətini;  zəngin  təbii 
ehtiyatlarını,  maddi,  mənəvi,  əmək  və  insan  resurslarını,  Şərq-Qərb 
alternativ  nəqliyyat-kommunikasiya,  tranzit  və  enerji  dəhlizlərinin 
yaradılması  sahəsində  yürütdüyü  transmilli  siyasəti  və  tutduğu  düzgün 
mövqeyini;  daxili  ictimai-siyasi  sabitliyi  təmin  etməsini,  demokratik 
dövlət,  vətəndaş  cəmiyyəti,  bazar  iqtisadiyyatı  quruculuğu  prinsiplərini 
rəhbər tutmasını; son on ildə nail olduğu dinamik sosial-iqtisadi inkişafı 
və gələcək inkişaf potensialını nəzərə alaraq Azərbaycan Respublikasını 
bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab 
edirlər.  Bu  amillər  geosiyasi  xarakteristikanın  əsas  dəyər  ölçüləri  kimi 
çıxış edərək ölkənin beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, bugünkü 
dinamik inkişafını şərtləndirmişdir.  
Azərbaycanın 
mühüm 
geoiqtisadi, 
geostrateji, 
geosiyasi 
bölgələrindən  biri  Orta  (Mərkəzi)  Asiyadır.  Dünya  xəritəsində  özünün 
geniş ərazisi ilə (4 mln kv km) xüsusi seçilən bu regionda ümumi əhalisi 
55  mln  nəfər  olan  5  dövlət  –  Özbəkistan,  Qazaxıstan,  Türkmənistan, 
Qırğızıstan və Tacikistan yerləşir. 
Şərq-Qərb əlaqələrində ən qısa və əlverşli nəqliyyat (quru, su, hava 
və  dəmiryolu),  komminikasiya  (telefon,  rabitə,  kabel-optik,  enerji 
daşıyıcıları xəttləri və kəmərləri və s.) imkanları da bu bölgə ölkələrinə 
məxsusdur. 


119 
 
 
Orta-Asiya,  Cənubi  Qafqaz,  Qara  və  Xəzər  dənizi  hövzəsi  təbbi 
qaynaqları,  xüsusən  enerji  daşıyıcıları  (neft,  qaz),qiymətli  metal  (qızıl, 
mis,  uran,  alminium,  sink  və  s.)  ehtiyatları  ilə  zəngindir.Bu  geostrateji 
dəyərlər dövlətlərdə Qərb (ABŞ, Avropa dövlətləri), Şərq (Çin, Cənubi 
Koreya,  Yaponiya,  Hindistan,  Pakistan)  və  Rusiya  arasında  maraq 
mübarizəsini şərtləndirmiş stimullaşdırmışdır. 
Avrasiyada xüsusən Orta Asiyada ənənəvi olaraq Rusiyanın mövqeləri 
və deməli digər ölkələr qarşısında təbbi üstünlüyü mövcud idi. 
         Orta Asiyanın 5 ölkəsi öz arasında Mərkəzi Asiya Əməkdaşlıq 
Təşkilatıadlı  qrumda  yaratmışdılar.  Qonşu  dövlətlərlə  birgə  iqtisadi 
Əməkdaşlıq Təşkilatında iştirak edirlər. Orta Asiya ölkələri bu çoxtərəfli 
əlaqələrə,  beynəlxalq  və  regional  qurumlara  üzvülüyə  öz  müstəqil 
dövlətçilik  maraqlarını  təmin  etmək,  gələcəkdə  Rusiya,  yaxud  digər 
ölkələr tərəfindən müstəqilliklərinə edilə biləcək qəsdin qarşısını almaq 
məqsədi  ilə  qoşulmuşlar.  Orta  Asiya  (Özbəkistan  və  Qırğızıstan) 
ərazisində ABŞ qoşunlarının  və hərbi bazalarının buraxılmasına müsbət 
təsir göstərəcək faktor kimi baxırlar. 
         Hazırda  Orta  Asiyanın  neft  və  qaz  yataqlarının  Əfqanstan, 
Hindistan, Pakistan, Çin, Yaponiya və digər Asiya dövlətləri  ilə  yanaşı 
Qərb  ölkələri  və  ABŞ  ciddi  maraq  göstərirlər.Onlar  Cənubi  Qafqazdan 
Aralıq  dənizinə  (Ceyhana)  uzanan  maqistral  neft  və  qaz  kəmərlərinə 
Qazaxıstan  və  Türkmənistan  karbohidrogen  sərvətlərini  qoşmaq  üçün 
ciddi  səy  göstərirlər.  Beləliklə,  göründüyü  kimi  Orta  Asiya  həm 
Asiyanın,  həm  də  Avropa  və  Amerikanın  həyatı  maraqlarının  əks 
olunduğu  ən  əhəmiyyətli  bir  regiondur  ki,  burada  ayrı-ayrı  maraqların 
kəsişməsi  real  və  gözləniləndir.  Bu  region  Cənubi  Qafqaz,  Qara  və 
Xəzər  dənizi  ətrafı  ölkələrlə  birlikdə  «Avrasiya»  adlanan  əhəmiyyətli 
geosiyasi və geoiqtisadi məkanı təşkil edir. 
Orta Asiyada olduğu kimi, Xəzər  – Qara dəniz hövzəsi  və Cənubi 
Qafqazda da bölgənin  geosiyasi,  geoiqtisadi və strateji hədəfləri uğrun-


120 
 
 
da Qərb ölkələri və ABŞ bir tərəfdən, Rusiya, Çin, İran və başqa region 
dövlətləri  isə digər tərəfdən ciddirəqabət  aparan NATO-nun və Avropa 
İttifaqının  Şərqə  doğru  genişlənməsi  və  Xəzər-Qara  dəniz  hövzəsi 
ölkələrinin  Qərbin  yeni  qonşusuna  çevrilməsi  avtomatik  olaraq  bu 
bölgənin Avropanın siyasi, iqtisadi və hərbi maraq dairəsinə düşməsinə 
səbəb  oldu.  Rusiya  və  İran  bu  bölgədə  yeganə  ölkələrdir  ki,  hövzə 
ölkələrinin  Qərbə  hərtərəfli  inteqrasiyasına  mane  olmağa  və  bütün 
gücləri  ilə  bu  ölkələrin  sabit  inkişafına  əngəllər  yaradaraq  öz  təsirini 
qorumağa  çalışırlar.  Onların  bu  işdə  müttəfiqləri    Belarus  və 
Ermənistandır. 
      Hövzə  ətrafında  demokratik  transformasiya  iqtisadiyyatın 
modemləşdirilməsi  və  liberallaşma  kimi  transmilli  məsələlərdə  Orta 
Asiya ölkə-ləri və Çin də müəyyən qədər Rusiyanın tərəfini saxlayır və 
Qərbin  irəliyə  getməsinə  maneçilik  törətməyə  çalışırlar.Qərbin  hövzə 
maraqları  və  siyasəti  ardıcıl  olaraq  Türkiyə,  Azərbaycan,  Ukraniya, 
Gürcüstan və Moldova tərəfindən dəstəklənir.  
6.3.  Azərbaycan beynəlxalq münasibətlər sistemində 
 
Azərbaycan  müstəqillik qazandığı  ilk illərdən etibarən beynəlxalq 
təşkilatlarla  əlaqələr  qurmağa  və  bu  əlaqələri  dərinləşdirməyə 
çalışmışdır. 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasında 
–  
Azərbaycan  xalqı  özünün  çoxəsrlik  dövlətçilik  ənənələrini  davam 
etdirərək,  «Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında» 
Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, Azərbaycan 
Respublikası  Nazirlər  Kabinetinin  səlahiyyətləri  haqqında  119-cu 
maddəsində  yazilib:  “Azərbaycan  Respublikası  dövlət  büdcəsinin 
layihəsini  hazırlayıb  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 
edir;    Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  icrasını  təmin  edir;  


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə