Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

121 
 
 
maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir; dövlət 
iqtisadi  proqramlarının  həyata  keçirilməsini  təmin  edir;    dövlət  sosial 
təminat proqramlarının həyata keçirilməsini təmin edir;  nazirliklərə və 
digər  mərkəzi  icra  hakimiyyəti  orqanlarına  rəhbərlik  edir,  onların 
aktlarını ləğv edir”. 
Beynəlxalq  iqtisadi  əməkdaşlığın  inkişafı  ilk  növbədə  ölkələrin 
qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir ki, bu zaman da əsas 
istiqamətlərdən  biri  beynəlxalq  iqtisadiyyatı  tənzimləyən  müxtəlif 
təşkilatlarla əlaqələri genişləndirməkdən ibarət olmalıdır.  
Azərbaycan  Respublikası  1992-ci  ilin  2  mart  tarixində  BMT-nin 
üzvlüyünə  qəbul  edilmiş  və  1992-ci  il  may  ayının  6-da  Azərbaycanın 
BMT nəzdində Daimi Nümayəndəliyi açılmışdır. BMT ilə əməkdaşlığın 
birinci  günündən  başlayaraq,  Azərbaycan  BMT  platformasından 
beynəlxalq 
ictimAByyətin 
diqqətini 
Ermənistan-Azərbaycan 
münaqişəsinə cəlb etməyə və BMT-nin potensial imkanlarından istifadə 
etməklə sülh sazişinin əldə olunmasına çalışmışdır.(Cədvəl - 14) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


122 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan BMT Baş Assambleyasının işi çərçivəsində fəal iştirak 
edir.  Belə  ki,  1994  və  1995-ci  illərdə  BMT  BA-nın  49-cu  və  50-ci 
sessiyalarında  Azərbaycan  Respublikasının  Prezidenti  Azərbaycan 
Respublikasının  nümayəndə  heyətinə  başçılıq  etmişdir.  Azərbaycan 
Respublikasının  Prezidenti,  həmçinin,  2000-ci  ilin  sentyabr  ayında 
BMT-nin  Minillik  Zirvə  Toplantısında  iştirak  etmişdir.  Azərbaycan 
Prezidenti 
çıxışında 
qlobalizasiya 
mövzusuna 
toxunmuş 
və 
qlobalizasiyanın  müsbət  inkişafı,  həmçinin  Cənubi  Qafqazda 
təhlükəsizlik məsələlərinə Azərbaycanın  verdiyi  töhfələri  xüsusilə qeyd 
etmişdir. 2003-cü ilin sentyabrında isə Azərbaycan Respublikasının Baş 
Naziri  BMT  BA-nın  58-ci  sessiyasında  milli  sosial-iqtisadi  inkişaf  və 
regional  və  beynəlxalq  təhlükəsizliyə  qarşı  təhdidlərlə  bağlı  çıxış 
etmişdir. 
Azərbaycanın üzv olduğu əsas beynəlxalq təşkilatlar 
 
 
BMT 
Azərbaycan 
NATO 
(assosiativ üzv) 
Avropa Şurası 
Atət
 
 
İKT 
BVF 
Dünya Bankı 
Qrupu 
AYİB 
ÜTT 
(müşahidəçi) 


123 
 
 
Azərbaycan BMT-nin bir çox xüsusi qurum və orqanları ilə fəal və 
səmərəli  əməkdaşlıq  edir.  Onların  sırasında  BMT-nin  İnkişaf  Proqramı 
(BMTİP),  BMT-nin  Qaçqınlar  üzrə  Ali  Komissarı,  BMT-nin  Uşaq 
Fondu,  BMT-nin  Təhsil,  Elm  və  Mədəniyyət  Təşkilatı,  Sənaye  İnkişaf 
Təşkilatı,  Ümumdünya  Səhiyyə  Təşkilatı,  BMT-nin  Qadınlar  Fondu, 
Atom  Enerjisi  üzrə  Beynəlxalq  Agentlik,  Nüvə  Sınaqlarının  Hərtərəfli 
Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar. 
Azərbaycan  və  BMT-nin  Uşaq  Fondu  (UNİCEF)  arasında  olan 
əməkdaşlıq  məcburi  köçkün  və  qaçqın  uşaq  və  yeniyetmələr  arasında 
vəziyyətin  yaxşılaşdırılması  məqsədilə  bərqərar  olmuşdur.  Azərbaycan 
UNİCEF-in  İcra  Heyətinin  1995-1997,  1998-2000-ci  illər  ərzində  üzvü 
olmuşdur. 
Azərbaycan BMT-nin xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq 
edir.  Azərbaycan  Qadınların  statusu  haqqında  Komissiyanın  üzvü 
olmuşdur  (2000-2002).  Azərbaycan  həmçinin  Komissiyanın  “Hərbi 
münaqişələr  nəticəsində  girov  götürülmüş  qadın  və  uşaqların  azad 
edilməsi haqqında” illik qəbul etdiyi qətnaməsinin əsas sponsorudur. 
Azərbaycan  BMT-nin  xüsusi qurumları  qismində BMT-nin  İnkişaf 
Proqramı  (BMTİP)  və  BMT-nin  Sənaye  İnkişaf  Təşkilatı  (UNİDO)  ilə 
xüsusi  əlaqələrə  malikdir.  Müxtəlif  layihə  və  proqramlar  yaşayış 
standartlarının yüksəldilməsinə, iqtisadiyyatın struktur tənzimlənməsinin 
həyata keçirilməsinə xidmət edir. (Cədvəl -15.) 


124 
 
 
 
Xüsusilə  də,  BMT-nin  İnkişaf  Proqramı  Azərbaycanın  Bərpa  və 
Yenidənqurma  Agentliyinin  (ARRA)  və  ərazilərin  Minalardan  Təmiz-
lənməsi  üzrə  Milli  Agentliyin  (ANAMA)  imkanlarının  inkişaf  etdiril-
məsi və onların maliyyələşdirilməsi yolu ilə münaqişədən sonrakı bərpa 
prosesinə  böyük  yardım  göstərmişdir.  BMT-nin  İnkişaf  Proqramı 
ARRA-nı  dəstəkləməklə  Dünya  Bankı,  BMTİP,  BMT-nin  Qaçqınların 
işi  üzrə  Ali  Komissarı  (UNHCR),  Avropa  Birliyinin  (AB)  Müstəqil 


125 
 
 
Dövlətlər  Birliyinə  Texniki  Yardımı  (TACİS)  proqramı  və  s.  həyata 
keçirir. 
Azərbaycan öz siyasi və iqtisadi sistemini yeniləşdirməklə, ölkənin 
müasir norma və standartlar çərçivəsində inkişaf etməsini əsas üstünlük 
hesab  edir.  Bu  prosesin  mühüm  tərkib  hissəsi  kimi  demokratik 
infrastrukturun  gücləndirilməsi,  geniş  şəffaflıq,  qərar  qəbulu  və  siyasi 
müzakirələr  prosesində  ictimaiyyətin  inkişafı  məsələlərini  qeyd  etmək 
olar. Yeni iş  yerlərinin açılması və iqtisadiyyatın inkişafı üçün BMTİP 
həmi siyasi və digər müvafiq tədbirlərin xüsusi sektorda effektiv inkişafı 
və böyüməsini təmin etmək üçün Azərbaycan Hökumətinə yardım edir. 
Struktur  islahatlarının  gücləndirilməsi  məqsədləri  üçün  BMTİP 
Azərbaycanda  xüsusi  sektorda  proqramın  icrası  ilə  əlaqədar  Dünya 
Bankı ilə əməkdaşlıq edir. 
BMTİP Azərbaycanda 1993-cü ildən fəalliyət göstərir. Azərbaycan 
üzrə  iki  Ölkə  Əməkdaşlıq  Çərçivələri  sənədi  qəbul  edilmişdir.  Hazırda 
2-ci Ölkə Əməkdaşlıq Çərçivələri sənədi (12-23 iyun 2000-ci il) həyata 
keçirilir. Sənəd 2000-2004-cü illəri əhatə edir və ümumilikdə 26 milyon 
ABŞ dollarının ayrılmasını nəzərdə tutur. 
Azərbaycan  Respublikası  1993-cü  ildən  BMSİT-in  (UNIDO) 
üzvüdür.  Təşkilatla  Azərbaycanın  əməkdaşlıq  istiqamətlərini  müəyyən 
edən  sənəd  kimi  BMSİT-lə  Azərbaycan  arasında  imzalanmış 
Memorandum  xüsusi  qeyd  edilməlidir.  Belə  ki,  5  iyun  2000-ci  ildə 
tərəflər  arasında  “Sənaye  inkişafı  sahəsində  əməkdaşlıq  haqqında 
Memorandum”  imzalanmışdır.  Hal-hazırda  təşkilat  Azərbaycanda 
sənaye  şəhərciyinin  yaradılması  layihəsi  istiqamətində  İqtisadi  İnkişaf 
Nazirliyi ilə əməkdaşlıq edir. 
Azərbaycan  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  möhkəm-
ləndirilməsi  və  qorunmasında,  davamlı  inkişaf  və  demokratikləşdirmə 
prosesində BMT-nin vacib rol oynadığını qəbul edir. Azərbaycan BMT-
nin  XXI  əsrdə  olacaq  təhdid  və  problemlərə  qarşı  mübarizə  apara 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə