Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

126 
 
 
bilməsi  üçün  BMT  çərçivəsində  islahatların  aparılması  ideyasını 
dəstəkləyir. 
Azərbaycan  18  sentyabr  1992-ci  il  tarixindən  BVF-nun  üzvüdür. 
Fonda üzv qəbul edilərkən ilkin kvotamız 117 mln. SDR (168 mln. ABŞ 
dolları) olmuş, 2000-ci ilin yanvar ayının 28-dən etibarən isə kvotamıza 
yenidən  baxılmış  və  artırılaraq  160,9  milyon  SDR-ə  çatdırılmışdır  (Bu 
dövrdə 1 SDR = 1.35 ABŞ dolları olmuşdur). 
Respublikamız  BVF-na  üzv  qəbul  edilən  müddətdən  iqtisadi 
islahatların həyata keçirilməsi istiqamətində Fondun yaxından iştirakı ilə 
altı  proqram hazırlanmış  və müvəffəqiyyətlə həyata keçirilmişdir. BVF 
tərəfindən  bu  proqramların  həyata  keçirilməsi  üçün  ölkəmizə  546.7 
milyon ABŞ dolları məbləğində kredit ayrılmışdır. 
Azərbaycan Hökuməti Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıqda 
bir  sıra  sahələrdə  iqtisadi  islahatların  həyata  keçirilməsində  mühüm 
irəliləyişlərə nail olmuşdur, o cümlədən Hesablama Palatası yaradılmış, 
yeni  Büdcə  Sistemi  haqqında  Qanun  qəbul  edilmiş,  Neft  Fondu 
yaradılmış və onun şəffavlığı təmin edilmiş, vergi və gömrük idarəetmə 
sistemləri 
təkmilləşdirilmiş 
habelə 
bank 
nəzarəti 
sistemi 
gücləndirilmişdir,  Hökumət  və  Milli  Bank  sağlam  pul-kredit  və  büdcə 
siyasətlərini həyata keçirməkdədir. 
  Azərbaycan 1992-ci ilin sentyabrında Dünya Bankına, 1995-ci ilin 
martında  Beynəlxalq  İnkişaf  Assosiasiyasına  üzv  olmuşdur.  Eyni 
zamanda,  Azərbaycan  1992-ci  ildə  Çoxtərəfli  İnvestisiyalar  üzrə 
Zəmanət  Agentliyinə,  1995-ci  ildə  isə  Beynəlxalq  Maliyyə  Korpora-
siyasına qoşulub. 
1995-ci ildən etibarən Dünya Bankı bazar iqtisadiyyatına keçid üzrə 
islahat  proqramlarının  həyata  keçirilməsi,  makroiqtisadi  stabilləşdirmə 
və  neft  gəlirlərinin  idarə  edilməsi,  qaçqınların  və  məcburi  köçkünlərin 
problemlərinin həllinə yardım, infrastrukturun (su, irriqasiya, avtomobil 
yolları)  bərpa  edilməsi,  təhsil  və  səhiyyə,  enerji  sektoruna 


127 
 
 
investisiyaların  cəlb  edilməsi  sahəsində  tədbirlər,  dövlət  sektorunda 
islahatlar,  kənd  təssərrüfatında  və  ümumiyyətlə  qeyri-neft  sektorunda 
artım  və  yeni  iş  yerlərinin  açılması  sahələrində  Azərbaycana  yardım 
etməkdədir. 
Bu  günə  qədər  Beynəlxalq  İnkişaf  Assosiasiyası  tərəfindən  22 
layihə  üzrə  585  milyon  ABŞ  dolları  məbləğində  kredit  ayrılmışdır. 
Bunun  392  milyon  ABŞ  dolları  artıq  layihələr  çərçivəsində  istifadə 
olunmuşdur.  Qalan  193  milyon  ABŞ  dolları  isə  hazırda  icrada  olan 
layihələr çərçivəsində istifadə olunur. Bundan başqa icrası başa 
Azərbaycan  Respublikası  Dünya  Bankı  qrupuna  daxil  olan 
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə də əməkdaşlıq edir. 
6.4. Rusiyanın Avrasiya siyasəti və Azərbaycan 
 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəlləri  Avrasiyanın  əhəmiyyətli 
bölgələrindən  hesab  olunan  Xəzər  hövzəsinin  Rusiya  və  dünya  üçün 
xüsusi  geosiyasi,  geoiqtisadi  və  hərbi-geostrateji  məkana  çevrilməsi 
təsadüf  olunur.  Bakı  neftinin  kəşf  olunması  və  neft  məhsullarının 
dünyada  kapitalizmin  inkişafı  məqsədilə  istifadəsinin  genişlənməsı, 
SSRİ-nin  yaranmasına  qədərki  dövrdə  Bakı  və  Xəzər  hövzəsi  zəngin 
neft  yataqları  ilə  məşhurlaşır  və  həm  Rusiya,  həm  də  dünya  geosiyasi 
güclərinin  diqqət  mərkəzinə  çevrilir.  Rusiyanın  Avrasiya  siyasətində 
Azərbaycan  beynəlxalq  münasibətlər  sisteminin  mövcud  olduğu  bütün 
dövrdə  mühüm  yer  tutmuşdur.  I  Dünya  müharibəsi  ərəfəsində  Xəzər 
hövzəsi,  Bakı  nefti  və  onun  dünya  bazarlarına  daşınmasında  istifadə 
olunan  bölgənin  Batumi  kimi  liman  şəhərlərinə  sahiblik  uğrunda 
mübarizəsi transmilli məsələyə çevrilir. 
Hələ  Çar  Rusiyası  dövründə  Xəzər  dənizinə  çıxış,  Azərbaycanın 
işğalı və bu ərazidən İran, Türkiyə və digər Şərq dövlətlərinə müdaxilə 


128 
 
 
və təsir kimi istifadə edilməsi, rus imperatorlarının fəaliyyətində xüsusi 
yer  tutmuşdur.  Rus-iran,  rus-türk  müharibələri,  Qafqazın  işğalı  və  s. 
hadisələrdə Azərbaycan məsələsi daim diqqət mərkəzində olunmuşdur. 
   Hazırda  Rusiya  Azərbaycanın  müstəqilliyi  və  Qafqaz  bölgəsinin 
nüfuzlu, perspektiv imkanlanlar geniş olan dövlət statusu ilə barışmış və 
onunla praqmatik münasibətlər yaratmaq əzmi nümayiş etdirir. 
SSRİ-nin dağılmasından sonra Rusiyanın Xəzər hövzəsində növbəti 
geosiyasi  fəallıq  dövrü  kı  başlayır.  1920-1991-cı  illərdə  Xəzər-Qara 
dəniz hövzəsi və Cənubi Qafqaz  tam olaraq SSRİ-nin nəzarətində idi və 
həm  beynəlxalq,  həm  də  regional  rəqabətdən  kənar  məkan  hesab 
olunurdu.  Lakin  SSRİ-nin  dağılmasından  sonra  bir  müddət  Rusiyanın 
bütövlükdə  Avrasiya  siyasəti,  o  cümlədən  Cənubi  Qafqaz,  Xəzər-Qara 
dəniz  hövzəsində  nümayiş  etdirdiyi  fəaliyyət  həm  beynəlxalq,  həm  də 
regional  dairələrdə  ciddi  anlaşılmazlıq  yaratmışdı.  SSRİ-  nin  dağılması 
və müstəqilliyinin elan edilməsindən sonrakı dövrdə Rusiyanın xarici və 
daxili  siyasətində  onun  həm  beynəlxalq,  həm  də  regional  geosiyasi 
mövqelərini  zəiflədən  və  siyasi  ədəbiyyatda  geosiyasi  risklər  kimi 
dəyərləndirilən  ciddi  neqativ  hallar  müşahidə  olunurdu.  Tədqiqatçılar 
həmin  dövrdə  regionda  SSRİ-dən  ayrılan  bir  çox  keçmiş  müttəfiq 
ölkələrlə  ziddiyyətli  münasibətlərin  yaradılmasını,  daxildə  federal 
hakimiyyətlə  regionlardakı  muxtar  qurumlar  arasındakı  “mərkəz-region 
müharibəsi”nin  genişlənməsini  və  iqtisadi,  siyasi,  sosial  məsələlərlə 
bağlı ciddi anlaşılmazlıqların baş verdiyini və s. halları qeyd edirlər. 
   Azərbaycanın  Rusiya  üçün  bir  neçə  xarakteristikasına  görə 
əhəmiyyətlidir.  (Cədvəl - 16) 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə