Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   2   3   4   5   6   7   8   9   ...   49


 
 
7.2.  Beynəlxalq elmi texniki mübadilə - BİM-in bir formasıdır. 
Texnoloji tədiyyə balansı .............................................................. 139 
7.3. Beynəlxalq elmi-texniki əməkdaşlığın dünya texnologiyalar 
bazarının inkişafında rolu ............................................................. 142 
7.4. Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında beynəlxalq 
təşkilatların rolu ............................................................................ 145 
7.5. Azərbaycan –beynəlxalq elmi texniki əməkdaşlıq sistemində147 
Fəsil 8. Dünya ölkələrinin enerji siyasəti və Azərbaycanın yeni neft 
strategiyası .................................................................................... 150 
8.1 Azərbaycanın dünnyanın aparıcı ölkələri ilə iqtisadi əlaqələrində 
Xəzər neftinin rolu. ....................................................................... 150 
8.2 Xəzər nefti geosyasət və region maraqları çərçivəsində: Xəzərin 
hüquqi statusu ............................................................................... 155 
8.3. Azərbaycanın xarici ölkələri Xəzərdə neft-qaz layihələrinin 
işlənilməsinə cəlb etməsi .............................................................. 160 
8.4. Azərbaycanın neft sənayesində yeni eranın başlanması ........ 162 
8.5. Azərbaycanın qlobal dünya siyasətinə qatılması: BMT əlaqələri və  
Azərbaycanın Avropa Təhlükəsizlik və Əməkdaşlıq sisteminə 
inteqrasiyası .................................................................................. 166 
İSTİFАDƏ ОLUNMUŞ ƏDƏBİYYАT SİYАHISI .................... 169 
 
 
 
 
 
 



 
 
Giriş 
 
Bеynəlхаlq  iqtisаdi  siyasət  аyrı-аyrı  ölкələrin  sərhədlərini  аşаn 
ictimаi-istеhsаl  əlаqələrinin  хüsusi  sаhəsidir.  Bu  fənnə  tələbаt  хüsusilə 
SSRI dаğıldıqdаn və müstəqil dövlətlər yаrаndıqdаn sоnrа dünyаdа yеni 
rеаllıqlаrı nəzərə аlаn, bеynəlхаlq iqtisаdi əlaqələrin və dünyа iqtisаdiy-
yаtının inкişаfının yаrаdıcı təhlil еtməк və prоqnоzlаşdırmаq bаcаrığınа 
mаliк  оlаn  yüкsəк  iхtisаslı  каdrlаrınhаzırlаnmаsı  zəruriliyindən  irəli 
gəlir. 
Dünyа  ölкələri  аrаsındа  intеqrаsiyа  prоsеsinin  güclənməsi  dərs-
liкlərə, dərs və mеtоdiк vəsаitlərin də, dаim dəyişiкliкlər еdilməsini zə-
ruri еdir. Bаş vеrən dəyişiкliкləri nəzərə аlаrаq metodik vəsaitdə Beynəl-
xalq  Иqtиsadи  Sиyasяtин  мязмуну,  консепсийасы  вя  ясaс  принсипляри, 
Beynəlxalq  iqtisadi  siyasətin  obyektiv  zəruriliyi  və  nəzəri  əsasları, 
Bey-nəlxalq  тиcarяt  sиyasяtи,  Аzərbаycаn  Rеspubliкаsında  maliyyə 
sabitliyi-nin  fоrmalaşması  prоsesi  adlı  vаcib  mövzulаr  dахil 
еdilmişdir.  Metodik  vəsaitdə  irəli  sürülən  məsələlər  daha  yüksək 
səviyyəli kadr hazırlığına imkan verə bilər. 
      Bu dа imкаn vеrir кi,  magistr коntingеntinin  diqqəti bu sаhədə 
dаhа  zəruri  оlаn  məsələlərə  yönəldilsin  və  təhsil  müəssisəsindən  bu 
sаhəyə dаhа yаrаrlı mütəхəssislər burахılsın. 
 
 
 
 
 
 
 



 
 
Fəsil 1. Beynəlxalq İqtisadi Siyasətin məzmunu
konseosiyası və əsas prinsipləri  
1.1.
 
Beynəlxalq iqtisadi siyasət haqqında anlayış. 
 
XX əsrin sonu XXI əsrin əvvəllərində qloballaşmanın nəticəsi kimi 
insanlar  müxtəlif  ölkələrdəki  siyasi,  iqtisadi  və  sosial  fərqlilikləri  mü-
qayisə  edərək,  öz  cəmiyyətlərində  tətbiq  etməyə  çalışmışdılar.  Xarici 
iqtisadi  əlaqələrin  geniş  vüsət  alması,  münasibətlərin  milli  çərçivədən 
beynəlxalq  miqyasa  yuksəlməsi  dünya  iqtisadiyyatının  əsas  ilkin  şərti, 
tərkib hissəsi və nəticəsidir.  
Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir 
ki,  milli  təsərrüfatların  qarşılıqlı  əlaqədə  olması  faktının  və  dünyanın 
tamlığının  getdikcə  daha  çox  mütəxəssis  və  ekspertlər  tərəfindən  dərk 
edilməsi  prosesi  güclənmişdir.  Buna  görə  də  müasir  sivilizasiyanın 
demoqrafik,  ərzaq,  təbii  resurslar,  ekoloji,  beynəlxalq  təhlükəsizlik, 
dünya  okeanı  və  s.  bu  kimi  problemlərinin  mahiyyətini  hər  kəs 
bilməlidir.  Onu  da  yaddan  çıxarmaq  olmaz  ki,  ölkə  iqtisadiyyatını 
inkişaf etdirmək üçün ilk növbədə beynəlxalq iqtisadi əlaqələrin mühüm 
formaları  olan  beynəlxalq  ticarəti,  kapitalın  vəəməyin  beynəlxalq 
miqrasiyası  proseslərini  dərindən  dərk  etmək,  onların  sirlərini  ortaya 
çıxartmaq  lazımdır.  "Beynəlxalq  iqtisadi  siyasət"  fənninin  inkişaf 
etməsinin əsas səbəbi dövlətin oz sərhədləri daxilində lazımi səviyyədə 
inkişaf  etməsi  və  milli  iqtisadiyyat  sistemlərinin  dunya  təsərrüfatı 
sisteminə  qovuşması  tələbatının  meydana  çıxmasıdır.  Belə  bir  tələbat 
əslində  həmişə  olmuşdur,  lakin  keçən  əsrin  ortalarında  bu  daha  aydın 
görünməyə  başlamışdır.  XX  əsrin  sonu  XXI  əsrin  əvvəlində  isə  bu 
problem qlobal qanunauyğunluq şəklini almışdır.  



 
 
"Beynəlxalq  iqtisadi  siyasət"  fənni  inteqral  xarakterə  malikdir. 
Burada iqtisadi inkişafa təsir gostərən bütün amil araşdırılır, öyrənilir və 
təcrubə üçün lazımi nəticələr çıxarılır. Məhz buna görə də "Beynəlxalq 
iqtisadi  siyasət"  fənninin  öyrəndiyi  məsələlər  dairəsinə  dünya  ticarəti, 
kapitalın  və  işçi  qüvvəsinin  miqrasiyası  kimi  ən  mühüm  beynəlxalq 
iqtisadi  əməkdaşlıq  formaları  və  sazişləri,  müqavilələri  də  daxildir. 
"Beynəlxalq  iqtisadi  siyasət"  fənni  eyni  zamanda  beynəlxalq  təsərrufat 
sistemi  mexanizmini,  onun  problemlərini,  ümumdünya  iqtisadiyyatının 
potensial  imkanlarını,  bəşəriyyətdə  baş  verən  qloballaşma  proseslərini, 
sövdələşmələri  dərindən  araşdırır,  təhlil  edir,  inkişaf  səviyyəsini  təyin 
edir,  proqnozlaşdırır  və  qabaqcıl  təcrübəni  yaymaq,  mənfi  meylləri 
aradan  qaldırmaq  sahəsində  əməli  təkliflər  irəli  sürür.  Dünya  iqti-
sadiyyatı  siyasi-iqtisadi  kateqoriya  olduğu  kimi  həm  də  tarixi  kate-
qoriyadır.  Bu  ona  görə  belədir  ki,  hər  hansı  bir  tarixi  dövrün  öz 
xüsusiyyətləri olub və dünya iqtisadiyyatı da həmin dövrlərdə müxtəlif 
miqyasda,  həcmdə,  səviyyədə  fəaliyyət  göstərib.  Müxtəliflik  isə  təkcə 
iqtisadiyyatın  səviyyəsində  öz  əksini  tapmayıb.  O  həm  də  insanların 
dünya  iqtisadiyyatına  olan  münasibətində  və  “Dünya  iqtisadiyyatının” 
və siyasətinin dünyəvilik səviyyəsində öz əksini tapmışdır. Əgər dünya 
iqtisadiyyatına  bir  sıra  dərslik  və  dərs  vəsaitlərində  göstərildiyi  kimi, 
milli  iqtisadiyyatların  məcmusu  kimi  baxsaq,  onda  cürətlə  deyə  bilərik 
ki, dünya iqtisadiyyatı həmişə mövcud olmuşdur. Lakin bu əsas məsələ 
deyil.  Əsas  məsələ  müasir  dünya  iqtisadiyyatını  fərqləndirən  cəhətləri 
ortaya çıxartmaq və təcrübədə onlardan məqsədyönlü istifadə etməkdir. 
Keçmiş  dünya  iqtisadiyyatı  (dünya  təsərrüfatı)  uzun  illərboyu  ayrı-ayrı 
ölkə  və  regionların  qeyri-bərabər  inkişafı,  rəqabət  mübarizəsinin  daim 
kəskinləşməsi, kapitalın və elmi-texniki potensialın rəqabət mərkəzində 
cəmlənməsi,  əsasən  əmtəələrin  ixrac  edilməsi  kimi  xarakterik  cəhətləri 
ilə  fərqlənmişdir.  Müasir  dünya  iqtisadiyyatında  (təsərrüfatında) 
xarakterik  cəhətlər  daha  güclü  və  daha  qlobaldır.  İctimai  istehsalın  və 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə