Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə3/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   2   3   4   5   6   7   8   9   ...   49


 
 
kapitalın  sosiallaşdırılması,  humanistləşdirilməsi,  müasir  elmi-texniki 
inqilabın  misli  görünməmiş  nailiyyətlərindən  istifadənin  hərtərəfli 
genişləndirilməsi,  prosesləri  belə  qlobal  cəhətlərdəndir.  İndiki  dövrdə 
xarici  iqtisadi  əlaqələr  sahələrdən,  məsafədən,  millətindən  asılı 
olmayaraq  təsərrüfatçılıqla  məşğul  olan  müxtəlif  subyektlərin  arasında 
yaranan  və  inkişaf  edən  kontaktlara  çevrilmişdir.  Beynəlxalq  istehsal, 
kapitalın  beynəlxalq  bazarı,  işçi  qüvvəsinin  beynəlxalq  bazarı  kimi 
xarakterik  xüsusiyyətlər  isə  tam  gücü  ilə  formalaşmaqdadır.  Müasir 
dünya  iqtisadiyyatının  fərqləndirici  cəhətləri  arasında  beynəlxalq 
məlumat fəzasının sürətlə formalaşmasını xüsusi qeyd etmək lazımdır. 
Beynəlxalq  iqtisadi  siyasət  -  dövlətlərin  idxal  və  ixrac,  gömrük 
rüsumları,  tariflər,  məhdudiyyətlər,  xarici  kapitalın  cəlb  olunması, 
kapitalın xaricə ixracı, xarici istiqrazlar, digər ölkələrə iqtisadi yardımın 
göstərilməsi,  birgə  iqtisadi  layihələrin  həyata  keçirilməsi  sahəsində 
dövlət  siyasətinin  həyata  keçirilməsi  deməkdir.  Beynəlxalq  iqtisadi 
siyasət  xarici  ticarət  və  istehsal  amilləri  axınının  istiqaməti,  tərkibi  və 
həcminə  təsir  göstərmək  üçün  hökumətin  hər  növ  məcmusundan 
ibarətdir.  Eyni  zamanda,  beynəlxalq  iqtisadi  siyasəti  həyata  keçirən 
ümumi iqtisadi siyasətin tərkib hissəsidir vəölkədə ticarəti bütün iqtisadi 
fəaliyyətlə  sıx  bağlıdır.  Beynəlxalq  iqtisadi  fəaliyyət  sahəsində  qəbul 
edilən  bütün  qərarlar  gündəlik  həyatın  bütün  sahələrinəöz  təsirini 
göstərir.  Beynəlxalq  ticarəti  məhdudlaşdıran  hər  hansı  bir  hökumət 
siyasəti,  qiymətlər  vasitəsilə  istehlakçıların  vəziyyətinə  təsir  göstərir. 
Müasir  mərhələdə  dövlətin  iqtisadi  siyasətində  daxili  və  xarici  iqtisadi 
siyasətini ümumi iqtisadi siyasətin göstərilən iki istiqamətini bir-biri ilə 
sıx  bağlı  olduğu  üçün  bir-birindən  hər  hansı  bir  xətt  üzrə  ayırmaq 
mümkün deyildir. Beynəlxalq iqtisadi siyasətin mühüm həyata keçirilmə 
vasitəsi milli pul və maliyyə siyasət olması, milli pul və maliyyə siyasəti 
beynəlxalq  ticarətə  və  kapital  qoyuluşlarına  ciddi  təsir  göstərməsi  və 
ölkənin  xarici  iqtisadi  siyasəti  ilə  bilavasitə  əlaqəlidir.  Yaxud  məşğu-


10 
 
 
liyyət sahəsində  görülən tədbirlərdə ölkənin xarici iqtisadi əlaqələrində 
öz  əksini  tapır.  Yaxud,  beynəlxalq  ticarət,  xarici  yardım,  xarici  kapital 
qoyuluşları  və  ödəniş  balansı  sahəsində  qəbul  edilən  qərarlar  milli 
gəlirin  artımı  və  bölgüsündə,  məşğuliyyət  və  qiymətlərin  səviyyəsində 
öz əksini tapır. 
Xarici  ticarət  siyasəti  ölkədə  xarici  ticarətin  nizamlanmasına 
yönəldilmiş  tədbirlər sisteminin məcmusu, beynəlxalq  iqtisadi siyasətin 
aparıcı sahələrindən biridir. Xarici ticarət siyasəti geniş mənada maliyyə 
mənbələri yaradılması və istifadə olunmasına xidmət edir.  
Beynəlxalq  iqtisadi  siyasətin  əsas    istiqamətləri  xarici  iqtisadi 
fəaliyyətin  məcmusunu  tənzimləyir:  mal  və    xidmətin  beynəlxalq 
qarışığı, maddi,  əmək, pul, və intelektual resurslar. Onun tərkib hissəsi 
xarici  ticarət  siyasəti,  istehsal  və  elmi  texniki  əməkdaşlıq  sahəsində  
siyasət,  valyuta  kredit  siyasəti,  xarici  investisyalar  sahəsində  siyasət, 
texnologiya və.s ötürülməsində siyasət dövlətin  xarici  iqtisadi siyasətin 
hazırlanması  müəyyən    baza  tələb  edir:  iqtisadi  institutıarın  müvafiq 
sistemi.  
- Dövlətin milli  xüsusiyətlərini  nəzərə alan xarici iqtisadi siyasətin 
formalaşması üçün nəzəri baza
-  Lobbiçilik  sipərini  təmin  edən  cəmiyyətin  demokratikləşməsini 
zəruri səviyyəsi;   
-  İqtisadiyyada  bu  və  ya  digər  lider  həlqələri    təmin  edə  bilməyən 
milli bazar strukturunun geniş şəbəkəsinin formalaşması. 
  Bununla    əlaqədər  tam  qanuna  uyğun  olaraq    ümumi    cəhətlərin 
ayrılması,  müasir  mərhələdə  BƏB-ə  meyl  və  eyni  zamanda  bəzi 
ölkələrin uğur və nailiyətlərinin formulunu və digərlərinin xətalarını əks 
etdirmək zəruriliyi meydana  çixir. Yekunda ölkələr arası qarşiqoymanın 
zəruriliyini    qəbul  etsək,  onun  mühüm  və  tamamlayıcı  kompenenti 
siyasətin qiymətləndirilməsi olur.   


11 
 
 
1.2.
 
Beynəlxalq iqtisadi siyasətin mahiyyəti 
 
Beynəlxalq  iqtisadi  münasibətlərin  inkişafı  beynəlxalq  ticarətin 
milli  səviyyədə  tənzimlənməsi  ilə  yanaşı,  son  illərdə  bu  sahədə 
dövlətlərarası  qarşılıqlı  fəaliyyətin müxtəlif formalarının  yaranması ilə 
müşaiyət olunur. Bu tendensiya bir neçə səbəblərlə şərtlənir: 

 
təsərrüfat həyatının beynəlmiləlləºməsinin dərinləºməsi; 

 
dünya əmtəə, xidmət, istehsal amilləri bazarlarının genişlənməsi

 
transmilli şirkətlərin inkişafı; 

 
çoxsaylı beynəlxalq təşkilatların yaranması. 
Nəticədə  bir  ölkənin  tənzimləmə  tədbirləri  digər  dövlətlərin 
iqtisadiyyatına  bir  başa  təsir  göstərir  ki,  bu  dövlətlər  də  öz  növbəsində 
istehsalçılarını  və  istehlakçılarını  müdafiə  etmək  üçün  cavab  tədbirləri 
görürlər. Bu tənzimlənmənin dövlətlərarası səviyyədə həyata keçirilməsi 
zəruriliyini ortaya çıxarır. 
Ticarətin  dövlətlərarası  tənzimlənməsi  aşağıdakı  əsaslarda  həyata 
keçirilə bilər: 

 
ikitərəfli müqavilələr

 
regional  təşkilatlar  çərçivəsində  imzalanan  regional  xarakterli 
çoxtərəfli müqavilələr; 

 
qlobal  təşkilatlar  tərəfondən  dövriyyəyə  daxil  edilən  qlobal 
xarakterli çoxtərəfli konvensiyalar. 
Dövlətlər  arasında  ikitərəfli  əsasda  qurulan  ticarət  münasibətləri 
ticarət  müqavilələri  və  sazişlərinin  köməyi  ilə  tənzimlənir  ki,  onlar  da 
ölkələr arasında icraedici hakimiyyət (hökumətlər arasında) səviyyəsində 
bağlanır və qanunverici hakimiyyət (parlament) tərəfindən təsdiq edilir. 
İkitərəfli  ticarətin  prinsiplərini  və  rejimini  müəyyən  edən  bu  cür 
müqavilələr  və  sazişlər  adətən  5-10  il  müddətinə  imzalanır  və  dövri 
olaraq onlara yenidən baxılır və müddətləri uzadılır. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə