Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə4/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   2   3   4   5   6   7   8   9   ...   49

12 
 
 
Beynəlxalq  ticarətin  dövlətlərarası  tənzimlənməsinin  ikinci  əsasda 
aparılmasından  danışarkən  ilk  növbədə  gömrük  birliklərini  qeyd  etmək 
lazımdır. Hazırda dünya üzrə sayı 20-ni keçən gömrük birlikləri hüquqi 
baxımdan iki və ya daha artıq dövlətin bağladığı sazişdir. Bu sazişə görə
birliyə daxil olan dövlətlər bir-birlərinə və üçüncü ölkələrə münasibətdə 
vahid  tarif  siyasəti  həyata  keçirirlər.  İqtisadi  nöqteyi-nəzərdən  gömrük 
birlikləri vahid iqtisadi məkanın formalaşdırılmasını nəzərdə tutur ki, bu 
da  həmin  məkanın  daxilində  gömrük  sərhədlərinin  ləğv  edilməsi 
deməkdir. 
Xarici  iqtisadi  siyasət  strategiyasının  mexanizmi  kompleks  xarak-
terə malik olduğundan və iqtisadiyyatın bütün səviyyələri (mikro, mezo, 
makro)  və  sferaları  ilə  sıx  qarşılıqlı  bağlılığı  səbəbindən  əksər  iqtisadi 
məktəblərin  tədqiqat  obyektinə  çevrilmişdir  və  bu  istiqamətdə  tədqiqat-
lar  bugün  də  davam  edir.  Dünyanın  tanınmış  alimləri  tərəfindən  dünya 
iqtisadiyyatı və xarici iqtisadi əlaqələr sisteminin mahiyyətinin açıqlan-
ması  və  fundamental  problemlərinin  araşdırılması  sahəsindəçox  dəyərli 
tədqiqat əsərləri yaradılmışdır. Bu iqtisadçılardan A. Smit, D. Rikardo, J. 
Keyns,  N.  Kaldor,  E.  F.  Heckscher,  B.  Ohlin,  V.  Leontev,  M.  Porter, 
Rybczynski,  P.  Samuelson,  V.  Stopler,  B.  Belaşa,  M.  Korden,  P. 
Kruqman, C. Stiqlis, J. Saks və digərlərinin adlarını çəkmək olar.  
MDB  və  digər  postsosialist  ölkələrində  xarici  iqtisadi  əlaqələrin 
tənzimlənməsi mövzusu Rusiya, Ukrayna vəŞərqi Avropa ölkələrinin bir 
çox  tanınmış  alimləri  tərəfindən  işlənilmişdir.  Həmin  dövrdə  Y.  F. 
Avdokuşin,  V.  Q.  Draqonov,  A.  S.  Filipenko,  V.  İ.  Fomiçev,  İ.  P. 
Fominski,  A.  Kireev,  V.  Y.  Rıbalkin,  S.  Şişkov  kimi  görkəmli 
iqtisadçıların problemə həsr olunmuş əsərləri elmi ictimaiyyətin həmişə 
diqqət  mərkəzində  olmuşdur.  Son  zamanlar  xarici  iqtisadi  əlaqələrin 
tənzimlənməsi  mövzusu  və  Azərbaycanın  xarici  iqtisadi  əlaqələrinin 
inkişaf  problemləri  ölkəmizin  iqtisadçı  alimlərinin  də  tədqiqat  obyekti 
olmuşdur.  Azərbaycanın  iqtisadçı  alimlərindən  Səmədzadə  Z.Ə.,  Ələs-


13 
 
 
gərov  A.K.,  Nadirov  A.N.,  Bayramov  Ə.  İ.,  Əlirzayev  Ə.  Q.,  İmanov 
N.M.,  Həsənov  R.  T.,  Muradov  Ə.,  Qənbərov  F.Ə.,  Əhmədov  M.A., 
Bərxudarov  M.İ.  və  başqaları  tərəfindən  müasir  dövrdə  beynəlxalq 
iqtisadi  münasibətlərdə  baş  verən  dəyişikliklər  və  hazırkı  şəraitdə 
ölkəmizin  xarici  iqtisadi  əlaqələrinin  hüquqi  təminat  sisteminin 
prinsipləri və xarakterik xüsusiyyətləri araşdırılmışdır. 
Beynəlxalq  ticarətin,  istehsal  və  elmi-texniki  əməkdaşlığın  bütün 
formaları  beynəlxalq  hesablaşmaların  həyata  keçirilməsi  və  beynəlxalq 
kreditlərin  alınması  və  ya  verilməsi  imkanlarının  mövcudluğunun 
zəruriliyi  ilə  əlaqədardır.  Bu  isə  beynəlxalq  valyuta-kredit  münasibət-
lərinin  inkişafına  təkan  verir.  İnvestisiya  və  borc  kapitalı  üzrə  dünya 
bazarlarında  mövcud  olan  vəziyyət  isə  öz  növbəsində  əmtəələrlə  və 
xidmətlərlə,  texnologiyalarla  beynəlxalq  ticarətə,  dünya  təsərrüfatında 
işçi  qüvvəsinin  əmək  miqrasiyası  prosesinə  təsir  göstərir.  BİM-in 
praktiki  reallaşdırılması  onun  həyata  keçirilmə  mexanizminin  olmasını 
tələb edir. BİM-in mexanizmi dedikdə milli və dövlətlərarası səviyyədə 
qəbul olunmuş (regional və qlobal beynəlxalq iqtisadi təşkilatlar da daxil 
olmaqla)  hüquqi  normaların  və  onların  reallaşdırılması  alətlərinin 
(beynəlxalq sazişlər, müqavilələr, konvensiyalar, xartiyalar, kodekslər və 
s.) məcmusu başa düşülür. 
Müasir dünya təsərrüfatının xarakterik cəhətlərindən biri beynəlxalq 
iqtisadi  münasibətlərin  intensiv  inkişafda  olmasıdır.  Bu  özünüölkələr, 
ölkə  qrupları,  ayrı-ayrı  firma  və  təşkilatlar  arasında  iqtisadi  münasibət-
lərin  genişlənməsində  və  dərinləşməsində  göstərir  ki,  bunu  da  əsasən 
aşağıdakı səbəblər şərtləndirir: 

 
istehsalın  beynəlmiləlləşməsi,  yəni  onun  milli  sərhədlər 
çərçivəsindən kənara çıxması, milli iqtisadi sistemlər arasında hərtərəfli 
və geniş həcmli əlaqələrin və qarşılıqlı asılılığın inkişaf etməsi


14 
 
 

 
elmi-texniki  tərəqqi  nəticəsində  ictimai  əmək  bölgüsünün 
dərinləşməsi və istehsalçılar arasında ən müxtəlif əlaqələrin, xüsusilə də 
texnoloji əlaqələrin güclənməsi

 
regional inteqrasiya prosesinin sürətlənməsi nəticəsində bu prosesdə 
iştirak  edən  ölkələrin  qarşılıqlı  əlaqələrinin  güclənməsi  və  onların 
iqtisadiyyatlarının açıqlığının artması; 

 
qlobal  problemlərin  kəskinləşməsinin  bütün  dünya  ictimaiyyətinin 
bu problemlərin həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması. 
Yuxarıda  sadalanan  amillər,  həmçinin  qeyd  olunmayan  bir  sıra 
digər  amillər  beynəlxalq  münasibətlərin  xüsusi  altsistemi  olan  BİM-in 
inkişafını aktivləşdirir. 
Ümumilikdə  BİM-in  bərqərar  olmasına  və  inkişafına  ciddi  təsir 
göstərən beş amil bloku vardır.  
BİM-in  inkişafının birinci  amillər bloku  kimi ölkələr üzrə mövcud 
olan təbii-coğrafi fərqliliyi qeyd etmək olar. Hər bir ölkə faydalı qazıntı 
ehtiyatlarına,  torpağın  münbitliyinə,  iqliminə  görə  müxtəlif  şəraitə 
malikdir ki, bu da onlar üçün BİMə cəlb olunmanı və bu münasibətləri 
inkişaf etdirməyi zəruri edir. 
 
İkinci  amillər  blokuna  maşın  sənayesi  və  kütləvi  istehsalın 
təşkili  daxil  edilir.  Kütləvi  istehsalın  təşkili  əmək  məhsuldarlığının 
kəskin  artımına  gətirib çıxarır. Nəticədə istehsalın həcmi daxili  bazarın 
ehtiyaclarını  aşır  və  beləliklə  də,  istehsal  olunan  artıq  məhsul  xarici 
bazarlara çıxarılır. Eyni zamanda istehsalın ixtisaslaşması prosesi inkişaf 
edir  ki,  bu  da  özlüyündə  ölkələr  arasında  əmək  nəticələrinin  qarşılıqlı 
mübadiləsini zəruri edir. 
Üçüncü  amillər  bloku  elmi-texniki  tərəqqi  ilə  bağlıdır.  XX  əsrin 
ikinci  yarısında  yüksək  texnologiyaya  əsaslanan  istehsalda  inqilabi 
dəyişikliklər  baş  verdi.  Lakin  yeni  texnologiyaların  və  yeni  növ 
əmtəələrin  işlənməsinə  əhəmiyyətli,  daim  artan  xərclər  tələb  olunur. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə