Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə5/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   2   3   4   5   6   7   8   9   ...   49

15 
 
 
Bununla  əlaqədar  əksər  ölkələr  bu  istiqamətdəöz  səylərini  birləşdirir, 
əməkdaşlıq  edir  və  ümumi  proqramlar  həyata  keçirir,  ya  da  müəyyən 
elmi  istiqamətlər  üzrə  ixtisaslaşaraq  əldə  olunmuş  nəticələrlə  mübadilə 
edirlər. 
 
Dördüncü amillər qrupuna kapital ixracının artması aid edilir. 
Ölkələr  arasında  xarici  iqtisadi  münasibətlərin  bərqərar  olmasında 
kapital  ixracı  mühüm  rol  oynamışdır.  Xarici  investisiya  qoyuluşunun 
həyata keçirilməsi ilə beynəlxalq istehsalın əsas subyektləri – transmilli 
və çoxmilli şirkətlər meydana gəlmişdir. Beynəlxalq kreditləşmə hazırda 
dünya istehsalının fasiləsizliyini təmin edən mühüm şərtlərdən biridir. 
 
Son illərdə digər amillər bloku – qlobal problemlərin BİM-in 
inkişafına  özünəməxsus  təsir  dərəcəsi  getdikcə  artmaqdadır.  Ekoloji, 
enerji, xammal, ərzaq və digər problemlər ümumilikdə sivilizasiyaya aid 
olduğundan  onların  həlli  ayrıca  bir  ölkənin  qüvvəsi  hesabına  baş  verə 
bilməz.  Buna  görə  də,  onların  aradan  qaldırılması  üçün  sosial-iqtisadi 
inkişaf səviyyələrindən və siyasi istiqamətlərindən asılı olmayaraq bütün 
ölkələrin  birgə  səyi  zəruridir.  Müasir  dünya  təsərrüfatının  xarakterik 
cəhətlərindən  biri  beynəlxalq  iqtisadi  münasibətlərin  intensiv  inkişafda 
olmasıdır.  Bu  özünüölkələr,  ölkə  qrupları,  ayrı-ayrı  firma  və  təşkilatlar 
arasında  iqtisadi  münasibətlərin  genişlənməsində  və  dərinləşməsində 
göstərir ki, bunu da əsasən aşağıdakı səbəblər şərtləndirir: 

 
istehsalın  beynəlmiləlləşməsi,  yəni  onun  milli  sərhədlər  çərçivə-
sindən  kənara  çıxması,  milli  iqtisadi  sistemlər  arasında  hərtərəfli  və 
geniş həcmli əlaqələrin və qarşılıqlı asılılığın inkişaf etməsi

 
elmi-texniki  tərəqqi  nəticəsində  ictimai  əmək  bölgüsünün  dərin-
ləşməsi  və  istehsalçılar  arasında  ən  müxtəlif  əlaqələrin,  xüsusilə  də 
texnoloji əlaqələrin güclənməsi


16 
 
 

 
regional inteqrasiya prosesinin sürətlənməsi nəticəsində bu prosesdə 
iştirak  edən  ölkələrin  qarşılıqlı  əlaqələrinin  güclənməsi  və  onların 
iqtisadiyyatlarının açıqlığının artması; 

 
qlobal  problemlərin  kəskinləşməsinin  bütün  dünya  ictimaiyyətinin 
bu problemlərin həlli üçün səylərini birləşdirməyə gətirib çıxarması. 
Yuxarıda  sadalanan  amillər,  həmçinin  qeyd  olunmayan  bir  sıra 
digər  amillər  beynəlxalq  münasibətlərin  xüsusi  altsistemi  olan  BİM-in 
inkişafını aktivləşdirir. 
 
1.3.
 
BİS-in ümumi xarakteristikası. 
 
Dövlətin xarici  ticarət siyasəti bazar uğrunda digər dövlətlərlə  və 
ya  iqtisadi  blolkarla  mübarizədə  rəqabət  qabiliyətinin  qaldırılmasına 
yönəlmişdir  və  qirilmaz  əlaqədədir.  Ticarət  siyasəti  çoxplanli  hadisə 
kimi:  
• ixrac və idxal axinlarının tənzimlənməsinə;  
•xarici ticarət strukturlarının səmərəliləşdirilməsinə;  
• milli bazarın zəruri maddi –texniki ehtiyatlarla təmininə;  
• ölkənin səmərəli formada BƏB-ə qoşulmasına;  
• həmçinin idxal  və ixrac məhsullarına qoyulan  qiymətin  qarşılıqlı 
nisbətinin tənzimlənçəsi üzrə istiqamətləndirilə bilər.   
Bütün bu dövlət səvviyəsində tənzimləmə vasitələri iki istiqamətdə 
tətbiq  oluna bilər -  liberallaşma (Free Trading)  və himayəçilik  (protek-
sionizm)  siyasətində.  Bəşəriyyətin  inkişafı  boyunca  məhsulların  ölkəyə 
gətirilməsi  və  ölkədən  çıxarılması  üçün  bütün  maneələrin  aradan 
qaldırılmasına  yönəlmiş  azad  ticarət  siyasəti  daha  çox    öz  sahəsini 
genişləndirir.  Proteksionist  siyasəti  milli  bazarın  xarici  rəqabətdən 
müdafiəsi məsələsini ortaya qoyur. Bir qayda olaraq müdafiə mearları üç 
istiqamətdə    həyata  keçə  bilər;  məhsulun    istehsal  xərclərinin  hər  cür 
ixtisarı,  milli  bazarda  rəqiblərin  aktivlərinin  buraxılmasına  qadağa  və  


17 
 
 
məhdudiyətlərin  həyata  keçirilməsi;  xarici  mal  və  ya  xidmətə 
münasibətdə milli qiymətlərin artırılması siyasətinin keçirilməsi. 
Yuxarıdakıların  nəticəsi    ziddiyətli  ola  bilər.  Beynəlxalq 
təşkilatlərın araşdırmaları  ilə himayəçilik  siyasətinin  həyata keçməsinin 
əks  nəticələri  qeyd  olunmuşdur.  Burada  belə    bir  faktı  qeyd  etmək 
lazımdırki, idxalın aşağı düşməsi ölkədə əhalinin məşğulluğunu artırmır 
və  yeni  işçi  yerlərinin  yaradılmasına  kömək  etmir.  Ticarət 
məhdudiyətlərinin tətbiqi praktikası ixracı aşağı salır. İnkar etmək olmaz 
ki, himayəçilik siyasəti iqtisadiyatın aşağı inkişafına səbəb olaraq xarici 
investisyaların  axinini  aşağı  düşməsinə    kömək  edir.  Meksikanin  xarici 
borclarinin  ödənilməsi  təcrübəsi    göstərirki,  himayəçilik  siyasəti  ixrac 
bazarına  qoşulma  siyasətini    məhdudlaşdırır,  lakin  şəxsi  vergilərin 
maliyyələşməsi  effektiv  ixrac  sektorunun  formalaşması  zəruriliyini  
müəyyən edir. Əyani olaraq aşağıdakı rəqəmləri  göstərmək olar.  
1970-1985–ci illərdə azad ticarət siyasəti yürüdən ölkələrdə inkişaf 
tempi 5 6 %  çatdi, himayəçilik rejimi olan ölkələrdə isə 0.1 – 0.2 % -ə 
çatdı  (ümümdünya  banki  və  iqtisadi  inkişaf  təşkilatının  göstəricilərinə 
görə).  Dövlətin  daxili  inkişafı  ilə  bağlı    və  xarici    siyasətlə    həyata 
keçirilən  öhdəlikləri    ticarət  siyasətini  bu  və  ya  digər  vasitələrinin 
birləşdirilməsinin məqsədə uyğunluluğunu müəyyən edir, bu vasitələr öz 
təsirində  bir  başa  və  ya  dolayı  ola  bilər.  Bu  vasitələr  arasında  gömrük 
himayəçiliyinin  meyarlarını,  ticarətin  kəmiyyətcə    tənzimlənməsinə, 
ixracın  gücləndirilməsi    və  stimullaşdırılmasına  görə  malliyə  və  vergi 
meyarlarını,  ticari  sazişlərin  imzalanmasını  qeyd  etmək  məqsədə 
uyğundur.  Beynəlxalq  ticarət  sazişləri  sistemi  müəyyən  məsələlər  üzrə  
dövlətlər  arası  əməkdaşlıgın  ticarət–siyasi  rejimini  formalaşdırır  və  iki 
növə bölünür: iqtisadi problemlərin normativ bazasını əhatə edən siyası 
sazişlər, sonuncusu növbəti tiplə təmsil oluna bilər: dövlətlərin qarşılıqlı 
münasibətlərində    müəyyən  ticari–iqtisadi  rejimi    təsbit  edən  ticarət 
sazişləri;  kontinental  ticarət  sazişləri  (mal  dövriyəsi  və  malların 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə