Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

24 
 
 
əlverişlilik  prinsipi  başqa  razilaşma  bağlanmış    tərəfdə  tətbiq  edilməli 
olan imtiyaz və üstünlükləri verir. Bəzən praktikada saziş bağlamış tərəf 
bu  imtiyazları  kompensasiya  üzrə  ala  bilər.  Milli  rejimin  yayılması 
prinsipi istənilən firma və şəxsi  milli  və ya xarici dövlətin nümayəndəsi 
olmasına baxmayaraq bərabər şərtlərlə təmin edir.   
Ölkələr  arasında  konversiya  və  başqa  pul  məsələləri  pul 
göstərişlərinə  uyğun  olaraq  həyata  keçirilir.  Belə  olan  hallarda  borclu  
ölkənin  ticarət  balansında  aktiv  saldo  yaratmaq  məqsədi  ilə  ixrac  və 
idxaı  arasında  müəyyən  qarşılıqlı    münasibət  qabaqcadan  şərtləndirilir. 
Belə  faktlar  o  zaman  tətbiq  olunurki,  valyuta  məhdudiyətləri  istifadə 
etməyən  dövlət  onları  praktikada  tətbiq  edən  tərəflərlə  əlaqəyə  girir. 
Əvvələr qeyd edildiyi  kimi  ticarət siyasətivasitələri arasında əsas rolu 
ölkədən  malların  aparılması  və  ölkəyə  gətirilməsi,  müəyyən    ərazidə 
nəzarət  olunan  tranzit  axinların  yoxlanilmasını  həyata  keçirən  ticarət 
tənzimləyiciləri  oynayir.  Bu  hesabla  dövlət  gömrük  rüsumu  adlanan  
əlavə  vergilər  toplayır.  Belə  halda  fiskal  adlanan,  dövlət  büdcəsinin 
gəlirlərini  artırılması  məqsədini  daşıyan,  xarici  malların  ölkəyə  daxil 
olmasına  maniə  yaratmaq  və  bazarlarda  nüfuz  üstunlüyünu  qarşisinin 
alinması  ticarət  proteksionizminin  əsas  vasitəsinə  xidmət  edir.  Protek-
sionist  adlanan  bu  rüsumlar  daxili  bazarda  qiymətlərin  artırılmasına 
şərait  yaradır  və  xalq  təsərrüfatının  zəif  sahələrinin  müdafiəsi  üçün 
monopoliya maraqlarında olan dempinqin malliyələş-dirilməsi, bəzəndə 
ixracatı üçün  imtiyaz  əldə etmək məqsədi ilə güzəşt üçün ehtiyat kimi 
istifadə oluna bilər. Ixrac rüsumları ölkə xaricinə çixarıldıqları zaman iki 
halda  dövlətlər  tərəfindən  alına  bilər:  a)  dövlət  onların    ölkədən  ixrac 
olunmasını  məhdudlaşdirmağa  çalişdiqda;  b)  müəyyən    qrup  malların  
ixrac olunduğu dünya bazarlarında qiymətlərin yuksəlişi şəraitində;  
Tranzit  rüsumu  xarici  malların  gömrük  ərazisi  vasitəsilə  hərəkəti 
zamanıalınır  və  aşağidaki  formaları  var:  icazəli,  gerb  şəkilli, 
plomblaşdırılmış,    statik  və  s..    gömrük  rüsumu  qoyulması    bir  qayda 


25 
 
 
olaraq  xüsusi  (malların  ədədindən,  həcmindən,  çəkisindən  asılı  olaraq) 
rüsum; qiymət ilə olan rüsum; qarişiq tip rüsumlara ayrılır. Onların idarə 
olunması mexanizmi üzrə genişbölgüsündə qeyd etmək lazımdır. Dövlət 
idarəçiliyi  altinda  müstəqil  və  başqa  dövlətlərlə  ticarət  razılaşmalarının 
bağlanması.  
 Bir  çox  dövlətlər  öz  praktikasında  başqa  dövlətlərlə  ticarət 
siyasətində  yayıla  bilməyən  müəyyən  ölkəni    bütün  və  ya  bəzi  malları 
üçün    imtiyazlı  rüsumlar  istifadə  edə    bilər.  Bununla  yanaşı  ticarət 
siyasəti  təcrübəsində anti dempinq rüsumları və cəzalandırıcı rüsumlar 
istifadə oluna bilər. Ölkə adi  rüsumlardan  əlavə  xüsusi kompensasiya 
və antidempinq rüsumları tətbiq etdikdə onlardan birincisi ixracın ticarət 
və  valyuta  dempinqi  yolu  ilə  gücləndirilməsi  üzrə  əks  təsir  göstərən 
ölçülər qismində tətbiq olunur. İkinci halda bu və ya digər dövlətə qarşi 
düşmən  və  ya  ayriseçkilik  munasibətinə  gorə  cəzalandırıcı  motiv  əsas 
götürülür. Vergi qoymaya əsaslanan, gömrüksüz  idxal və ixrac olunan 
dövlət tərəfindən alınan vergiyə xidmət edən əmtəə üzrə gömrük rüsumu 
sistemli  məlumatı    gömrük  tarifi  adlanır.  Qeyd  etmək  lazimdirki 
əmtəənin  çeşidindən  asılı  olaraq  müxtəlif  vəziyətlərdə    tətbiq  olunan 
lazimi kəmiyyət istifadə olunur ki, bu da dövlətlər arasənda danışıqlarına 
aparılması üçün fəaliyət sahəsi  təşkil edir. Çox vaxt bu və ya digər  ölkə  
müəyyən  vəziyyətdə    digər  vəziyyətə  toxunmadan  qarşılıqlı  imtiyaz  
əvəzinə    güzəşt  edir.  Bu,  sadə  və  mürəkkəb  tariflərin  bölünməsini 
zəruriliyinə  gətirib çıxardı. Onlardan birincisi  məhdudlaşdırılmış qəbul  
əldə    və  özü  ilə    mövcud  məhsula  gömrük  rüsumlarının  bir  sütununu 
təqdim edir. Ticari-siyasət vəziyyətindən asılı olaraq qeyri-tarif vasitələri  
də  özünəməxsus  yerə  malikdir.  Bu  meyar  aşağıdakı    kimi  təsnif  edilə 
bilər:   
•  idxalın  birbaşa  məhdudlaşdırılmasına  yönələnlər  (kvotalar, 
lisenziyalar,  kompensasiya    rüsumları,  idxal  depozitləri,  antidempinq 
rüsumları);   


26 
 
 
• xarici  ticarətdə  məhdudlaşdırma prosesini vasitələrlə ifadə edən 
inzibati    növlər  (gömrük  formaları,  texniki,  sanitar  normalar,  ölçülər, 
qablaşdırmaya tələb, nişanlama).  
Yuxarıda  şərh  edilmişlər  bu  maneələri  iqtisadi,  inzibati,valyuta-
malliyə  formalarına  bölməyə  imkan  verir.  Xüsüsən,  iqtisadi  xarakterli 
maneələrə antidempinq meyarları, kompensasiya vergiləri  və  rüsumları  
aiddir.  Bu  meyarlar  malın  xaricdə    aşağı    qiyməti  ilə  daxili  bazarda 
yuxarı  qiyməti arasında fərq eynidir.   
İnzibati  xarakterli maneələrə embarqo-idxalın birbaşa və  ya dolayı 
qadağa  edilməsini,  kəmiyyət  məhdudiyətlərini  (kvotalar),  lisensiyalar, 
məhsulun  tədarükünü    tələb  edən  xüsüsi  idarələr.  Dünya  təəcrübəsində 
eyni  məhsulun  müxtəlif    ölkələrdə  ixracının  müxtəlif  rejimləri 
formalaşmışdır.  Bu  rejimlərdə  kvotalar  özlərində  ayriseçkilik 
elementlərini ehtiva edir, buna görə də individual, tarifli, mövsümi və ya 
qlobal  ola  bilər.  Onların  tətbiqi  müxtəlif  məqsədlər  daşıyır,  həmçinin 
əmtəənin hərəkəti üzərində  nəzarətin təşkili işsizliyi dayandırmaq tədiyə 
balansını yaxıilaşdırmaq üçün milli istehsalın müdafiəsi. Kvotalaşdırma 
sistemində  ixracın  könüllü    məhdudlaşdırılması  haqda  böhran 
vəziyyətində  olan  sahələrdə  qəbul  edilən  saziş  ola  bilər.  Kvotaları 
formalaşdırma vasitələrinə, mal və ölkənin seçilməsinə  mövsümüliyinə  
və  s.  görə    bölmək  olar.  Adətən  onlar  uzun  müddət    ərzində  maneəsiz 
ixrac  və  idxala  imkan  verən  lisenziyalar    əsasında  bölünür.  Ölkənin 
meydana  gəlmə  əlamətlərinə  görə  lisenziayalar  preferensial  xarakter 
daşıyır.  
Bəzi  hallarda  bəzi  şirkətlərə  bəzi  şirkətlərə  dövlət  inhisarlarının 
formalaşmasıüçün  şərait  yaradan  idxal   ixrac  əməliyyatlarını  həyata 
keçirməyə    müstəna  hüqüqlar  verilir.  İnzibati  maneələrə  bundan  başqa 
texniki  ölçüləri  və  xüsüsi  tələbləri  aid  etmək  olar  (spesifikasiya  siste-
minin  standartları,  texniki  təhlükəsizlik,  mallarin  keyfiyyətin  yoxlama 
və.s). 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə