Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə10/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   6   7   8   9   10   11   12   13   ...   49

30 
 
 
qoyaraq  klassik  iqtisadi  məktəbin  yaranmasına  şərait  yaratdılar.    Bu 
məktəbin yaradıcılarından olan Adam Smitt (1723-1790) həyatın özündə 
“görünməyən əl”  və iqtisadi adam anlayışlarını əsaslandıraraq, sərvətin 
mənbəyini torpaqda, kənd təsərrüfatında,  üstünlük prinsipini isə hansısa 
ölkədə  digər  ölkələrə  görə  daha  məhsuldar  istehsal  edilməsində, 
beynəlxaq əmək bölgüsünün verdiyi səmərəni isə yalnız sərbəst ticarətdə 
görürdü.  Fiziokratlar  məktəbi  merkantilizm  ilə  mübarizədə  inkişaf 
etmişdir. 
Mütləq  üstünlük  nəzəriyyəsinin  cavab  verə  bilmədiyi  bir  sira 
suallara  D.Rikardonun  (1819-1923)  müqayisəli  üstünlük  nəzəriyyəsi 
cavablandırmışdı. Dünya ölkələri bir-biri ilə iqtisadi əlaqələrin müxtəlif 
formalarından istifadə edirlər.  
  Bu  baxımdan  iqtisadi  fəaliyyətə  dair  müddəalar    D.Rikardo 
tərəfindən işlənib, hazırlanmışdır;   
1. 
İqtisadi  resurslar-təbii,  insan  və  sərmayə  ehtiyatları  ölkələr 
arasında qeyri-bərabər bölünmüşdür.  
2. 
Müxtəlif  əmtələrin  səmərəli  istehsalı  texnologiya  və  resurs-
ların kombinasiyasını tələb edir. 
3. 
Ölkələr arasında resursların mütəbərrikliyi aşağıdır.  
Ona  görə  də,  xarici  ticarət  resursların  beynəlxalq  mütəbərrikliyi  
əvəzləyicisi kimi ortaya çıxır.  
 Rikardoya  görə  hava  və  su  həddən  artıq  faydalıdırlar  qızılın  hava 
və su ilə müqayisədə istehlak dəyəri çox azdır, lakin çox miqdarda başqa 
nemətlərə  mübadilə  olunur.  Beləliklə,  faydalılıq  mübadilə  dəyəri  üçün 
nə  qədər  zəruri  olsa  da  onun  ölçüsü  ola  bilməz.  Beləliklə,  beynəlxalq 
ticarət nəzəriyyəsi öz başlanğıcını A.Smittdən və D.Rikardodan götürür.  
    Müasir 
dünyanın  vəhdətini,  dünya  xalqlarının  birliyini 
şərtləndirən  amillər  sırasına  bəşəriyyəti  narahat  edən  aşağıdakı  qlobal 
problemləri aid etmək lazımdır.   
1.  Nüvə müharibəsinin qarşısının alınması 


31 
 
 
2.  Zəif inkşaf etmiş ölkənin iqtisadi geriliyinin aradan qaldırılması. 
3.  Dünya enerji, ərzaq, xammal və demoqrafiya problemlərinin həlli. 
4.  Kosmos və dünya okeanı sərvətlərinin dinc məqsədlər üçün istifadə 
edilməsi. 
5.  Təhlükəli xəstəliklərin müalicəsi və aradan qaldırılması və s. 
 Bu  məqsədlərin  həyata  keçirilməsi  böyük  iqtisadi  biliklərin 
yaranmasına, məhsuldar qüvvələrin beynəlmilləşməsinə səbəb olur.  
Xarici  ticarətin  nəzəri  müddə  alan  dünya  təcbübəsisınaqlarından 
keçmiş  müasir  ümümdünya  təcrübəsində  özünü  tam  subut  etmişdir. 
Dünya  ölkələrinin  iqtisadi  əlaqələrinin  əsasını  təşkil  edən  obyektiv 
meyarlarla 
qiymətləndirdikdə 
Azərbaycanın 
dünya 
iqtisadi 
inteqrasiyasına  qovuşmasını  şərtləndirən  amilləri  aşağıdakılara  ayırmaq 
olar: 
1.Coğrafi  baxımdan  Azərbaycanın  torpaq  iqlim  şəraitinin 
əlverişliyi.  Qərb  və  Şərq,  Şimal  və  Cənub  arasında  əlaqələrin 
yaradılmasında Azərbaycan ərazisi mühüm rol oynayır. Azərbaycandan 
dünya ticarət və hava yollarına asanlıqla çıxmaq imkanları vardır. Xarici 
iqtisadi əlaqələrin inkişafı üçün yüksək səviyyədə inkişaf etmiş nəqliyyat 
və infrastruktura sistemi  ticrət-iqtisadi əlaqələri  səmərəli aparmaq üçün 
əlverişli şərait yaradır, xarici iqtisadi  əlaqələrin yaradılması üçün əlavə 
xərclər tələb olunmur. 
2.Respublikanın  zəngin  təbii  xammal  və  əmək  ehtiyatlarına  malik 
olması. 
3.İnvestisiya-kapital resurslarının məhdudlugu və çatışması. 
4.Texniki-texnoloji  potensialın  aşağı  olması  və  onlara  kəskin 
ehtiyac olması. 
5.  Azərbayan  iqtisadiyatının  mövcud  vəziyyəti  eledir  ki,  ölkə 
əhalisinin bütün məhsul növlərinə olan ehdiyaclarını öz istesalı hesabına 
tımin  etmık  imkanına  malik  deyildir.  Ona  görə  də  xarici  ticarətin 
Azərbaycanın iqtisadi inkişafında rolu böyükdür. 


32 
 
 
6.  Müstəqil  azərbaycanın  siyasi  durumu  Azərbaycan  dövlətinin 
müstəqilliyini qorumaq və möhkəmləndirmək zərurəti. 
Azərbaycanın əldə etdiyi siyasi istiqlalı möhkəmlətmək üçün xarici 
ölkələrlə  iqtisadi  əməkdaşlıq  həm  siyasi  həmdə  iqtisadi  cəhətdən    çox 
vacibdir. Azərbaycanın dünya təsərrüfatının tərkib hissəsinə çevrilməklə
iki  dövlətlərin  maraq  dairəsinə  daxil  olunur.  Həmin  ölkələr  isə  öz 
maraqlarıni  təmin  etmək  üçün  Azərbaycanın  siyasi  müstəqilliyinin 
qorunub  saxlanılmasında  maraqlıdır.  Ümumdünya  əmək  bölgüsü  və 
təsərrüfat  həyatının  beynəlilləşməsi    prosesin  obyektiv  əsasları  kimi, 
ölkələr arasında iqtisadi əlaqələri daima artır və genişləndirir. 
 Digər  tərəfdən  beynəlxalq  iqtisadi  əməkdaşlığın  üstünlüklərindən 
istifadə  edərək  respublika  öz  iqtisadi  problemlərini  həll  etmək  imkanı 
qazanır. 
2.2.  Azərbaycanın dünya iqtisadi inteqrasiyasına 
qovuşması 
 
İqtisadi  inteqrasiya  prosesi  ilk  növbədə  təsərrüfat  subyektlərinə 
(firmalara,  idarələrə,  təşkilatlara,  müəssisələrə  və  s.  təsərrüfat 
subyektlərinə)  imkan  verir  ki,  bütün  region  miqyasında  iqtisadi 
resurslardan  (maliyyə,  maddi,  əmək)  yeni  texnologiya  və  texnikadan 
istifadə etməklə iqtisadi inteqrasiyaya daxil olan dövlətlərin bazarlarının 
tələbatını ödəmək üçün məhsul istehsalını həyata keçirsinlər. İkincisi isə 
region  miqyasında  ölkələrin  iqtisadi  inkişaf  səviyyələrinin  birbirinə 
yaxınlaşması,  yaranmış  sosial  problemlərin  birgə  həlli,  əhalinin 
məşğuliyyəti,  sosial  təminatı  və  səhiyyənin  gələcək  inkişafı  təmin 
edilsin. Valyuta ittifaqı isə müəyyən ölkələrin bir ittifaqda birləşməsidir. 
Buna  misal  olaraq,  1979-cu  ildən  fəaliyyət  göstərən  Avropa  valyuta 
sistemini göstərmək olar. Dünya iqtisadi inteqrasiya prosesində iki meyl 
özünü göstərir:  beynəlxalq yaxınlaşma; regional yaxınlaşma. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə