Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

36 
 
 
geniş mənada maliyyə mənbələrinin yaradılması və istifadə olunmasına 
xidmat  edir.  Xarici  ticarət  siyasəti  qarşıya  qoyulan  məqsəddən  asılı 
olaraq iqtisadi mənbələrin yenidən böyüdülməsinə təsir göstərir. 
  Xarici  ticarət  siyasətinin  əsas  vasitəsi  tarif  və  qeyri  tarif 
tənzimlənmələridir. Burada yalnız xarici iqtisadi siyasətin tərkib hissəsi 
kimi ödəniş balansı siyasətinin ümumi cəhətlərinə diqqət getirir.  
  Ödəniş  balansı  siyasəti  hökümətin  ödəniş  balansının müvanizətini 
təmin etmək üçün həyata keçirdiyi tədbirlərin məcmusudur.    
   Ödəniş  balansının  kəsirinin  ödəmək  üçün  görülən  tədbirləri  qısa 
və  uzun  müddətli  tədbirlərə  bölmək  olar.  Qısa  müddətli    tədbirlərə  bu 
kəsirli ödəmək üçün digər dövlətlərdən, beynəlxalq təşkilatlardan vəsait 
əldə  əldə  edilməsi  və  ya  özünün  malik  olduğu  tədbirlər  daxildir.  Uzun 
müddətli tədbirlərə isə aşağıdakılar daxildir: 
1)  
Pul və maliyyə siyasətlərindən istifadə olunaraq iqtisadiyyatda 
devalvasiya  (milli  və  ya  beynəlxalq  pul  vahidi  məzəndəsinin  xarici 
valyuta  ilə  müqayisədə  aşağı  salınmasıdır)  yaradılması  yolu  ilə  ödəniş 
balansının kəsir verilməsini təmin etmək. 
2) 
 Milli valyutanı devalvasiya etmək. 
3)  
Beynəlxalq  iqtisadi  fəaliyyətlər  üzərinə  valyuta  nəzarəti 
qoymaq. 
4)  
Xarici  ticarət  balansı  kəsirlə  bağlanırsa  tarif  dərəcələrini 
yüksəltmək və idxalda məhdudiyyətləri artırmaq, ixracın artırılması üçün 
tədbirlər görmək. Bu tədbirlərin hamısı  birlikdə və  yaxud hər biri ayrı-
ayrı qəbul edilə bilər.  
Ödəniş  balansında  müvazinət  yaradılması  məqsədi  ilə  yeridilən 
siyasət 250 illik tarixə malikdir. Lakin, keçən əsrin 30-cu illərinə qədər 
nəzəriyyə ödəniş balansının müvazinətinin sabit valyuta məzənnələrində 
dəyişiklik edilməsi yolu ilə çox bəsit bir yolla təmin edilməsini nəzərdə 
tuturdu.  Şübhəsiz  bu  nəzəriyyə  klassik  rəqabət  mexanizmi  və 
qiymətlərin  tam  elastik  olduğu  ehtimalından  doğurdu.  Bazar  iqtisadiy-


37 
 
 
yatı  sistemində  işsizlik  və  infilasiya  kimi  çox  ciddi  problemlərin  həlli 
üçün tam məşqulluq və qiymətlərin sabitliyinin təmin olunması aparılan 
iqtisadi  siyasətin  başlıca  məqsədlərindən,  ödəniş  balansı  siyasətinin 
mərkəzi  problemlərindəndir.  Çünki,  ödəniş  balansında  bazarlığın 
pozulması  gəlir,  məşqulluq  və  qiymətlərin  səviyyəsində  əks  olur.  Ona 
görədə ödəniş  balansı siyasətin istər ümumi  iqtisadi  siyasətin, istərsədə 
xarici siyasətin mühüm tərkib hissəsidir.  
  Xarici  investisiya  siyasəti  uzun  müddətli  beynəlxalq  kapital 
qoyuluşları  özündə  birbaşa    xarici  investisiyaları  və  uzun  müddətli 
portfel qoyuluşlarını birləşdirir.  
2.4. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin 
mahiyyəti 
 
İqtisadiyyatın  tənzimlənməsində  dövlətin  rolunu  ön  plana  çıxaran 
və  iqtisadi  fikir  tarixində  Keyınsçi  istiqamətinin  əsasını  təşkil  edən 
ingilis  iqtisadçısı  C.M.Keyns  1936-cı  ildə  nəşr  edilmiş  «Məşğulluğun, 
faizin  və  pulun  ümumi  nəzəriyyəsi»  tədqiqat  əsərində  bu  problemin 
əsasını  qoymuşdur.  Neoklassiklər  kimi  keynsçilər  də  bazar  iqtisa-
diyyatının  tərəfdarları  kimi  çıxış  edirdilər.  Onlar  iqtisadiyyatı  təşkil  və 
koordinasiya edən, o cümlədən də istiqamətləndirən qüvvə kımi  sərbəst 
qiymətlər  mexanizmi,  gəlirlər,  tələb  və  təklif  tarazlığında  görürdülər. 
Amma  bu  mexanizmlərin  qiymətləndirilməsi  onların  baxışlarını 
tamamilə  yeni  müstəvilərdə  əsaslandırırdı.  Məhz  bu  baxımdan 
keynsçilərin  dövlətin  iqtisadiyyatının  idarə  olunmasında,  tənzimlənmə-
sində,  o  cümlədən  də  ölkənin  xarici  iqtisadi  əlaqələrinin  tənzimlən-
məsində  məqsədləri,  rolu  və  inkişafı  büsbütün  dəyisir.  Neoklassiklərin 
mikroiqtisadi  yanaşmalarından  fərqli  olaraq  keynsçilər  iqtisadi  həyatda 


38 
 
 
hadisə  və  meyllərin  tədqiq  olunmasında  makroiqtisadi  yanaşmaya 
üstünlük verirdilər.  
XX əsrin 40-60 cı illərində Keynsin fikirlərini inkişaf etdirən onun 
tərəfdarları  həm  bazar,  həmçinin  də  dövlət  tərəfindən  tənzimlənən  və 
müasir ədəbiyyatlarda «keynsçi qarışıq iqtisadiyyat» adlandırılan iqtisadi 
sistemin  dayanıqlı  konsepsiyasını hazırladılar.  Bu konsepsiya aşağıdakı 
əsas  müddəaları  özündə  ehtiva  edir:  təbii  bazar  mexanizminin 
qiymətləndirilməsi  və  dövlətin  iqtisadiyyata  müdaxiləsinin  səbəbləri; 
belə  müdaxilənin  məqsədlərinin  müəyyənləşdirilməsi;  iqtisadiyyatın 
dövlət  tənzimlənməsinin  forma  və  metodları,  iqtisadi  həyatın  real 
gerçəklikləri  dəfələrlə  sübut  etmişdir.  Makroiqtisadi  proseslərin  dövlət 
tənzimlənməsi  milli  təsərrüfat  kompleksinin  işlənməsinin  çox  mühüm 
tərəfini  özündə  birləşdirir.  XX  əsr  ərzində  onun  həyata  keçirilməsinin 
prinsipləri və yolları dəyişmişdir. Belə ki, XX əsrin 30 - cu illərinə qədər 
bazar  iqtisadiyyatlı  ölkələrdə  hətta  dövlətin  iqtisadi  proseslərə 
müdaxiləsinin  özü  belə  inkar  edilirdi.  Bu  ideyanı  klassik  siyasi  iqtisad 
məktəbi daha geniş müdafiə edirdi. 
BİF-in  dövlət  tənzimlənməsi  dedikdə  beynəlxalq  iqtisadi  münasi-
bətlərin  qlobal  kompleksinə  milli  iqtisadiyyatların  səmərəli  inteqrasiya 
olunması  məqsədilə  beynəlxalq  təsərrüfat  əlaqələrinin  inkişafına 
istiqamətləndirilən tədbirlər sistemi başa düşülür.  
Dövlət  hər  bir  iqtisadi  sistemin  normal  fəaliyyətinin  təmin 
edilməsində həlledici rol oynayır. Dövlətin  iqtisadiyyata  müdaxiləsinin  
optimal  nisbəti  və hüdudlarının müəyyən edilməsi, gözlənilməsi müasir 
dövrdə  iqtisadiyyatın  dövlət  tənzimlənməsinin  təkmilləş-dirilməsinin  
başlıca  problemi  hesab  olunur.  
Bütün  iqtisadi  sistemlərdə  bazarın  çatışmazlıqlarının  aradan  qal-
dırılması üçün dövlət iqtisadiyyata müdaxilə edir.  
Ümumiyyətlə,  bu  çatışmazlıqlar–ictimai    sərvətlərin,  məhsulların  
istehsalında bazarın kifayət dərəcədə maraqlı olmaması, haqsız rəqabətin 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə