Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

39 
 
 
olması,  işsizlik,  inflyasiya,  makroiqtisadi  qeyri-sabitlik,  ölkə  və 
regionlarının  kəskin  diferensiasiyası  və  sosial  ədalətlilik  probleminə 
bazarın  biganə  olması  dövlətlərarası    səviyyədə    xarici    ticarət  
əlaqələrinin  tarazlığını pozur.  
Dünya    ölkələrinin    təcrübəsinə  görə,  sırf    bazar    iqtisadiyyatı  
mövcud deyil  və halhazırda milli iqtisadiyyatlar daha cox qarışıq bazar 
iqtisadiyyatı kimi fəaliyyət göstərir. İqtisadiyyatın dövlət tənzimlənməsi 
sistemində  dövlət,  dövlət    orqanlarının  simasında  iqtisadi    obyekt  və 
proseslərə, onlarda iştirak edənlərə təsir göstərməklə, onları özünütəşkil 
və  idarəolunan  etməklə  müvafiq  olan  qanunlarına  riayət  olunmasını, 
dövlət  və  ictimai  maraqların    qorunmasını    təmin    etməyə  çalışır. 
İqtisadiyyatın  poqnozlaşdırılması,  planlaşdırılması,  maliyyələşdirilməsi, 
büdcə  təminatı,  vergi  qoyma,  kreditləşmə,  inzibatçılıq,  uçot  və  nəzarət 
etmə  kimi    prinsiplər  iqtisadiyyatın  dövlət  tənzimlənməsinə  aid 
xüsusiyyətlərdir.  
2.5. Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin əsas 
istiqamətləri 
 
İqtisadi  siyasətin  strukturunda  dövlətin  iqtisadiyyata  maksimal 
həddi  öz  əksini  -  makroiqtisadi    siyasət,    pul-kredit    siyasəti,    büdcə-
vergi    siyasəti,  investisiya  siyasəti,  konyuktur  siyasət,  struktur  siyasət, 
sosial  siyasət,  regional  siyasət,  xarici  iqtisadi  siyasət  istiqamətlərində 
göstərməkdədir. Bu istiqamətlər iqtisadi siyasətin dövlətin iqtisadiyyata 
maksimal  təsirini  əks  etdirməklə,  iqtisadi  tənzimləmə  mexanizmlərin 
vasitələri  və  metodlarını  birləşdirərək  dövlət  tənzimlənməsinin  əsas 
funksiyalarını  –    istiqamətləndirici,  koordinasiyaedici,  stimullaşdırıcı, 
nəzarətedici,  sosial  və  s.  kimi    təsnifləşdirərək  aşağıdakı  ardıcıllıqla 
qruplaşdırmaq olar:  
-
 
qanunvericiliyin formalaşdırılması;  


40 
 
 
-
 
milli iqtisadiyyatın təhlükəsizliyinin təmini və  xarici təhlükələrdən 
müdafiə;  
-
 
makro-iqtisadi  sabitliyin təmini və mümkün qədər inflyasiyaya  yol 
verməmək,  milli  valyutanın  sabitliyini  təmin  etmək;   
-
 
institusional  islahatların  həyata  keçirilməsi;  ictimai  xidmətlərin 
göstərilməsi;  sosial  baxımdan  zəif    əhali  təbəqəsinin  müdafiəsi  və 
təminatı;  
-
 
təbiətin qorunması və ekoloji  təhlükəsizliyin  təmini;  iqtisadiyyatın  
strukturunda səmərəli dəyişikliklər edilməsi;  
-
 
bazar  qusurlarının,  çatışmazlıqlarının  aradan    qaldırılması    və  ya  
qarşısının  alınması;   
-
 
dövlət  sahibkarlığı müəssisələrininin idarə edilməsi. 
Ölkənin  xarici  iqtisadi  fəaliyyəti müvafiq  olaraq  dövlətin xarici 
iqtisadi  siyasəti  vasitəsilə  reallaşdırılır.  Bu  siyasətin    səmərəli  
reallaşdırılması    dövlətin    xarici  iqtisadi  fəaliyyət  sahəsində  görəcəyi 
tədbirlər sisteminin müəyyənləşdirilməsini və bütünlükdə xarici iqtisadi 
əlaqələrinin   strukturunun  təhlilini tələb edir.   Xarici iqtisadi   əlaqələr  
struktur  meyarına görə aşağıdakı istiqamətlərdə reallaşdırılır:  
1)  Xarici  ticarət  sahəsində -  ixrac  və idxal  əməliyyatları,  barter  
əməliyyatları.  
2)  Xidmət  və informasiya  sahəsində -  turizm,  konsaltinq,  
injinerinq, reinjinerinq, françayzinq vəs.  
3)  Maliyyə  sahəsində  –  bank  fəaliyyətlərini  vəqarşılıqlı 
əməkdaşlığın  təşkili,  valyuta  mübadiləsi,  kreditləşmə,  maliyyə 
ehtiyatlarının idarə olunması və mübadiləsi və s.  
4)  İnvestisiya  sahəsində  -  xarici  investisiyaların  ölkəyə  gətirilməsi 
daxili investisiyaları ixracı və s. 
Xarici  ticarət  fəaliyyəti,  eyni  zamanda    əmtəələrin,  xidmətlərin, 
işlərin,  intellektual    yaradıcılığın    beynəlxalq    mübadiləsi    sahibkarlıq 
fəaliyyəti  formasında    da    həyata  keçirilir.    Dövlətin    həyata    keçirdiyi 


41 
 
 
xarici    ticarət    siyasəti    ölkənin    xarici    iqtisadi    fəaliyyətdə  seçdiyi 
istiqamətdən asılı olaraq reallaşdırılır. Bu fəaliyyəti  reallaşdırmaq üçün 
dövlət liberal və yaxud himayədar siyasəti yolunu seçə bilər.  
Dövlət    xarici    iqtisadi    fəaliyyəti    tənzimləmək    üçün  –  gömrük, 
qeyri-tarif, ixraca nəzarət, əmtəələrə inhisarçılığın təyin  olunması; daxili 
bazarı  qorumaq  üçün  müdafiə  tədbirlərinin  həyata  keçirilməsi    vasitə-
lərinlən istifadə edir.  
Gömrük – tarif tənzimlənməsi, xarici ticarətin fəaliyyətində gömrük  
tariflərinin  tətbiq  edilməsi  idxal  və  ixracın  istiqamətlərinin  dəyişməsi 
tədbirlərini    əhatə  edərək,  idxalçı    və  ixracatçıların    maraqlarına  təsir 
göstərir.  Azərbaycan  Respublikası  18  oktyabr  1991-ci  ildə  müstəqillik 
əldə  etdikdən  sonra  30  yanvar  1992-ci  ildə  dövlətçiliyin  mühüm 
atributlarından biri olan  Dövlət  Gömrük  Komitəsi  yaradıldı.  Ölkəmizin 
seçdiyi  dövlət  quruluşu  və  inkişaf  istiqamətləri  iqtisadiyyatımızı  xarici 
müdaxilənin  zərərli  təsirlərindən  qorumağa,  milli  istehsalı  müdafiə 
etməyə  qadir  olan  və  bütövlükdə  ölkənin  iqtisadi  təhlükəsizliyin  təmin 
edə biləcək orqanın yaradılmasını, ilk növbədə təsis edilməli olan dövlət 
idarəetmə  sisteminin  aparıcı  elementlərindən  birinin  təşkilini, 
labüdləşdirdi.  Gömrük  işinin  əhəmiyyətini  haqqında  xalqımızın 
Ümummilli  Lideri,  müasir  Azərbaycan  dövlətinin  banisi  və  memarı 
Heydər Əliyevin fikrini qeyd edək:  “...Həqiqi gömrük işini təşkil etmək 
üçün iki əsas şərt lazımdır. Birincisi, gömrük işçisi gərək bilikli olsun, öz 
peşəsini  yaxşı  mənimsəmiş  adam  olsun,  mənəviyyatca  təmiz  olsun, 
müstəqil Azərbaycanın iqtisadiyyatının möhkəmləndirilməsi işində sadiq 
olsun. İkinci tərəfdən, gərək onun təcrübəsi ola, biliyi ilə  yanaşı, maddi 
texniki  bazası,  müasir  texnikası,  ləvazimatları  olsun.  Bunları  yaratmaq 
lazımdır.  Bu  da  sizin  vəzifənizdir...”  (Azərbaycan”  qəzeti,  31  yanvar 
1997-ci  il).  Heydər  Əliyevin  dövlət  başçısı  kimi  gömrük  siyasəti 
sahəsindəki fəaliyyətini iki mərhələyə bölmək olar:  
1. 1969-1987-ci illəri əhatə edən sovet dönəmi;  


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə