Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə7/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   2   3   4   5   6   7   8   9   10   ...   49

21 
 
 
ölkələrinə    münasibətda  ehtiyyatlı    siyasi    mövqe  seçdi    və  20    ildən 
sonra  bu,  gözlənilməyən”  Asiya  çağrışı”  nəticəsində  amerika  
iqtisadiyatının  nüfüz  dairəsini  daraltı.  Amerika  xarici  iqtisadi  siyasətin 
hansısa  elementlərindən  istifadə  etməsə  də  o,  maraqlarını  beynəlmiləl  
problemlər  dərəcəsində  ifadə  etməyə  çalışaraq  öz  maraqlarını  istənilən 
qitədə    müdafiə  edir  və  beynəlxalq  iqtisadi,  malliyə  təşkilatlarının 
müşavirələrində  qərarların  qəbulunda  liderlik  edir,  beynəlxalq 
münasibətlər  ierarxiyasında  öz  statusunu  qaldıraraq  onlara  beynəlxalq 
verir.  ABŞ-ın  rəsmi  kursunda  dünya  birliyində  milli  dövlətlərin 
inteqrasiyasina  kömək  etmək  cəhdi  göstərilib,  praktikada  isə  rəqiblərin 
maraq  sferalarının  məhdudlaşdırılması  və  istənilən  ərazi  miqyasında 
situasiyanın inkişafına təsir üçün  şərait yaratmaq tendensiyası meydana 
çıxır.  Oxşar  taktika  müəyyən  ölçüdə  ABŞ-ın  nüvə  üstünlüyü  ilə 
müəyyənləşən  qarşılıqlı  fəaliyyət  modeliçərçivəsindən  çıxmamasına 
səbəb olur. Strateqiyanın  ikinci variyantı ali dövlətin qarşılıqlı fəaliyyəti 
çərçivəsində  hansısa  qüvvələr  balansının  pozulmasi  ilə  müəyyən  edilir. 
İttifaqın  süqutu,  həmçinin  dövrü  gözləmələr  böhranı  keçmiş  SSRİ-nin, 
Mərkəzi,  Orta  və  Cənub  Şərqi  Asiya  ərazisində  eksponsiyanın  qeyri 
hərbi metodlarının aktivləşdirilməsi və bir sıra  ölkələrin yüksək iqtisadi 
inkişaf  tempinə  səbəb  oldu.  Bu  ölkələrin  iqtisadiyyatının  intensiv 
inkişafı  yeni  keyfiyyət  formasında  –  hər  bir  ölkənin  tələbatı  artıran 
malların ixracını artırmaq üçün imkan tapdığı hər məkanda  əhəmiyyətli 
dərəcədə  tutumlu  bazarın  artmasındadır.  Bu  idxala  kömək  etdi  və 
stimullaşdırdı.  Hazirki  situasiya  göstərirki  ölkələr  öz  tələbatını  kifayət 
qədər  yüksək  səvviyədə    gizlədə    bilmirsə,    istehsal  o  qədərdə  xarici 
bazarın  xidmətinə  yönəlir  –  tərəfdaş  ölkələrin  iqtisadiyyata  qarşılıqlı 
əlavələri baş verdi.   
 


22 
 
 
1.5.
 
İqtisadi siyasətin formaları 
 
Dövlətin  xarici    ticarət  siyasəti  bazar  uğrunda  digər  dövlətlərlə  və 
ya  iqtisadi  blolkarla  mübarizədə    rəqabət  qabiliyətinin  qaldırılmasına 
yönələrək qırılmaz əlaqədədir. Ticarət siyasəti çoxplanli hadisə kimi:  
 ixrac və idxal axinlarının tənzimlənməsinə;  
xarici ticarət strukturlarının səmərəliləşdirilməsinə;  
milli bazarın zəruri maddi – texniki ehtiyatlarla təmininə;  
 ölkənin səmərəli formada BƏB-ə qoşulmasına;  
• həmçinin  idxal və ixrac məhsullarına qoyulan qiymətin qarşılıqlı 
nisbətinin tənzimlənməsi üzrə istiqamətləndirilə bilər.   
Bütün bu dövlət səvviyəsində tənzimləmə vasitələri iki istiqamətdə 
tətbiq  oluna  bilər-liberallaşma  (Free  Trading)  və  himayəçilik 
(proteksionizm) siyasətində.   
Bəşəriyyətin  inkişafı  boyunca  məhsulların  ölkəyə  gətirilməsi  və 
ölkədən  çixarılması  üçün  bütün  maneələrin  aradan  qaldırılmasına 
yönəlmiş  azad  ticarət  siyasəti  daha  çox  öz  sahəsini  genişləndirir. 
Proteksionist  siyasəti  millibazarın  xarici  rəqabətdən  müdafiəsi  məsə-
ləsini  ortaya  qoyur.  Bir  qayda  olaraq  müdafiə  mearları  üç  istiqamətdə 
həyata  keçə    bilər;  məhsulun    istehsal xərclərinin  hər  cür  ixtisarı,  milli 
bazarda  rəqiblərin  aktivlərinin  buraxılmasına  qadağa  və  məhdudi-
yətlərin həyata keçirilməsi; xarici mal və ya xidmətə münasibətdə milli 
qiymətlərin artırılması siyasətinin keçirilməsi. 
Yuxarıdakıların nəticəsi ziddiyətli ola bilər. Beynəlxalq təşkilatlərın 
araşdırmaları ilə himayəçilik siyasətinin həyata keçməsinin əks nəticələri 
qeyd olunmuşdur. Burada belə  bir faktı qeyd etmək lazımdır ki, idxalın 
aşağı  düşməsi  ölkədə  əhalinin  məşğulluğunu  artırmır  və  yeni  işçi 
yerlərinin yaradılmasına kömək etmir. Ticarət məhdudiyətlərinin tətbiqi 
praktikası  ixracıaşağı  salır.    İnkar  etmək  olmaz  ki,  himayəçilik  siyasəti 
iqtisadiyatın  aşağı  inkişafına  səbəb  olaraq  xarici  investisyaların  axınını 


23 
 
 
aşağı düşməsinə  kömək edir. Meksikanin xarici borclarinin ödənilməsi 
təcrübəsi  göstərir  ki,  himayəçilik  siyasəti  ixrac  bazarına  qoşulma 
siyasətini məhdudlaşdırır, lakin şəxsi vergilərin maliyyələşməsi effektiv 
ixrac sektorunun formalaşmasi zəruriliyini  müəyyən edir. Əyani olaraq 
aşağıdakı  rəqəmləri  göstərmək olar.  
1970-1985-ci  illərdə  azad ticarət  siyasəti  yürüdən ölkələrdə inkişaf 
tempi  5  6  %    çatdi,  himayəçilik  rejimi  olan  ölkələrdə  isə  0.1–0.2  %-ə 
çatdı  (ümümdunya  banki  və  iqtisadi  inkişaf  təşkilatının  göstəricilərinə 
görə).  Dövlətin  daxili  inkişafı  ilə  bağlı  və  xarici  siyasətlə  həyata 
keçirilən  öhdəlikləri    ticarət  siyasətini  bu  və  ya  digər  vasitələrinin 
birləşdirilməsinin məqsədə uyğunluluğunu müəyyən edir, bu vasitələr öz 
təsirində  bir  başa  və  ya  dolayı  ola  bilər.  Bu  vasitələr  arasında  gömrük 
himayəçiliyinin  meyarlarını,  ticarətin  kəmiyyətcə    tənzimlənməsinə, 
ixracın  gücləndirilməsi  və  stimullaşdırılmasına  görə  malliyə  və  vergi 
meyarlarını,  ticari  sazişlərin  imzalanmasını  qeyd  etmək  məqsədə 
uyğundur.  Beynəlxalq  ticarət  sazişləri  sistemi  müəyyən  məsələlər  üzrə  
dövlətlər  arası  əməkdaşlıgın  ticarət-siyasi  rejimini  formalaşdırır  və  iki 
növə bölünür: iqtisadi problemlərin normativ bazasını əhatə edən siyası 
sazişlər, sonuncusu növbəti tiplə təmsil oluna bilər: dövlətlərin qarşılıqlı 
münasibətlərində    müəyyən  ticari  –    iqtisadi  rejimi  təsbit  edən  ticarət 
sazişləri;  kontinental  ticarət  sazişləri  (mal  dövriyəsi    və  malların 
çatdırılması  haqda  razılığı  təsbit  edir)  bu  sazişlərə  ixrac–idxal 
lisenziyalarının  verilməsi,  kvotalar  haqda  sazişlərin  verilməsi  aiddir; 
qarşılıqlı hesablamalar haqda saziş və kredit sazişləri.   
Ticarət  sazişlərində  qarşılıqlı  təsərrüfat    əlaqələrinin  müxtəlif 
aspektləritəsbit olunur, lakin onlarda ehtiva olunan şərtlər bərabərlik və 
ya əlverişlilik prinsipinə və ya milli rejim və kompensasiya prinsiplərinə 
əsaslana  bilər.  Onlardan  birincisi    müəyyən  edir  ki,  bir    ölkədən 
başqasına  hər  hansı  üçüncüölkədən  ötürülən  əmtəə  gömrük  rüsumu, 
vergi və həmçinin daha ağır qayda və formalılığa məruz qalmır.  Şərtsiz  


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə