Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə41/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   37   38   39   40   41   42   43   44   ...   49

135 
 
 
           MDB  ölkələri  Rusiya  üçün  əsas  ixracat  bazarıdır.  Eyni 
zamanda Rusiyada da MDB ölkələrində istehsal olunan kənd təsərrüfat 
məhsulları  üçün  böyük  bazar  rolunu  oynayır  və  mühüm  əmək 
miqrasiyası  məkanıdır.  MDB  ölkələrinin  əhalisi  azalmaqda  olan 
Rusiyanın əmək ehtiyaclarının xeyli hissəsini ödəyir. 
Fəsil 7.  Elm və texnika sahəsində ölkələrin əməkdaşliği və 
beynəlxalq münasibətləri 
7.1. Beynəlxalq elmi-texniki əməkdaşlığın mahiyyəti  və 
onu doğuran səbəblər 
 
XX  əsrin  ikinci  yarısında  biznesin  inkişafı  və  dövlətlərarası 
münasibətlər  iqtisadi  rəqabətin  beynəlmiləşməsinə  və  qloballaşmasına 
zəmin yaratdı. İnkişaf etmiş ölkələrdə elmi texniki tərəqqinin inkişaf etməsi 
nəticəsində kapitalın inhisarlaşması öz yüksək həddinə catmışdır. C.Hiksin 
modelinə görə, texniki tərəqqinin neytral, əməyə qənaət edən və kapitala 
qənaət edən formaları mövcuddur
 Dünya  elmi  texnoloji  məkanın  formalaşması  kimi  dünyada  elmi 
innovasiya  infrastrukturunun  tərkib  hissəsi  olan  standartların,  sertifikasiya 
sisteminin,  intellektual  mülkiyyət  hüquqlarını  qorumaq  mexanizminin 
unifikasiyası sahəsində mühüm addımlar atılmışdır. Elmi texniki tərəqqinin 
beynəlxalq ticarətdə əhəmiyyətli və ən aparıcı amillərdən birinə çevrilməsi, 
inkişaf  etmiş  ölkələrin  ixracatının  artması,  həmin  sahələrdə  qabaqcıl 
texnologiyanın  intensiv  tətbiq  edilməsinin  nəticəsidir.    1961  ci  ildə  ABŞ 
iqtisadçısı  M.Pozner  tərəfindən  irəli  sürülmüş  –Texnoloji  uçurum 
nəzəriyyəsinə görə - malların ilk ixracatçıları  zaman keçdikcə texnologiya 
təqlid  yolu  ilə  sərbəst  bir  mal  statusuna  gələrək,  mütəmadi  olaraq  yeni 


136 
 
 
texnika və texnologiyaların yaradılması başverdiyi üçün texnoloji üstünlük 
bir maldan başqa mala, bir dövlətdən başqa dövlətə keçir və davam edir.  
Bu nəzəriyyənin davamçısı olan  Raymond Vernona görə isə texnoloji 
yeniliklər  və  yeni  malların  işlənməsi  inkişaf  etmiş  sənaye  ölkələrində  baş 
verir.  
Beynəlxalq  iqtisadiyyat  çərçivəsində  texnologiyaya  –  beynəlxalq 
ticarət  kimi    istehsal  amilinin  beynəlxalq  hərəkəti  kimi  həmçinin, 
texnologiyaya əməklə yanaşı insan resursu kimi də baxmaq olar. 
 
Praktiki  məqsədlərin  əldə  edilməsi  üçün  texnologiya  elmi 
metodlardan  ibarət  olur  və  bura      adətən  üç  qrup  texnologiyalar  aid 
edilir: 
1.
 
Məhsul texnologiyası; 
2.
 
Proses texnologiyası; 
3.
 
İdarəetmə texnologiyası. 
Texnologiyanın beynəlxalq hərəkəti həm patentlərlə, lisenziyalarla, 
həm  də,  texnoloji  tutumlu  əmtəələrlə  ticarət  formasında  həyata  keçirilə 
bilər.  ikinci  halda  texnologiyanın  bir  istehsal  amili  kimi  beynəlxalq 
hərəkətini  digər  əmtəələrlə  ticarətdən  fərqləndirmək  statistik  baxımdan 
qeyri-mümkündür. 
Elmi-texniki  nailiyyətlərin  kommersiya  və  ya  ödənişsiz  əsasda 
dövlətlərarası hərəkəti –Texnologiyaların beynəlxalq hərəkəti dir. 
Beynəlxalq  iqtisadiyyatda  texnologiya  daşıyıcısı  kimi  əmtəələr  və 
digər istehsal amilləri çıxış edə bilər: 

 
əmtəə  –  yüksək  texnologiya  əsasında  istehsal  edilmiş 
əmtəələrlə beynəlxalq ticarət zamanı; 

 
kapital –  yüksək texnologiya əsasında istehsal edilmiş kapital 
tutumlu əmtəələrlə beynəlxalq ticarət zamanı; 

 
əmək  –  yüksək  ixtisaslı  elmi-texniki  kadrların  beynəlxalq 
miqrasiyası zamanı; 


137 
 
 

 
torpaq  –  əldə  edilməsi  üçün  ən  yeni  elmi-texniki 
nailiyyətlərdən istifadə edilmiş təbii resurslarla ticarət zamanı. 
Texnologiyalarla  beynəlxalq  mübadilə  XX  əsrin  əvvəllərindən 
etibarən  məlumdur,  lakin  dünya  texnologiyalar  bazarı  1950-1960-cı 
illərdə  formalaşmışdır.  Məhz  bu  müddətə  texnologiyalarla  beynəlxalq 
kommersiya  əməliyyatlarının  həcmi  milli  mübadilənin  masştabını 
üstələmişdir. 
Beynəlxalq  istehsal  və  elmi-texniki  əməkdaşlığı  şərtləndirən 
amilləri şərti olaraq iki qrupa bölmək olar: 

 
ölkələr səviyyəsində ola amillər

 
firma, müəssisə və təşkilatlar səviyyəsində olan lokal amillər. 
Elə buna görə də bütün dövlətlər hər il ümumi milli gəlirin müəyyən 
hissəsini  elmi-texniki  işlərin  aparılmasına,  ilk  növbədə  məqsədli 
fundamental  tədqiqatların  yerinə  yetirilməsinə  yönəldirlər.  Bu  yanaşmanı 
şərtləndirən  başlıca  səbəb  elmi-texniki  əməkdaşlığın  əsasında  cəmiyyətin 
hərəkət verici qüvvəsi hesab olunan elmidir. Elmin bəşəriyyətin inkişafında 
həlledici roluna vaxtı ilə Məhəmməd Peyğəmbərimiz (s.a.s.) böyük qiymət 
verərək  qeyd  etmişdi  ki,  alim  ölərsə  el  də  ölər.  Statistik  rəqəmlərdən 
göründüyü  kimi  2005-ci  ildə  dünyada  ETTKİ-nə  ayrılan  xərclərin  dünya 
üzrə  ümumi  milli  məhsulda  payı  2,  75  %  təşkil  etmişdir.  Bu  göstərici 
inkişaf  etmiş  sənaye  ölkələrində  6,1-  8,15  %  inkişaf  etməkdə  olan 
dövlətlərdə 0,91 %, MDB-də isə 2,8 %-ə bərabərdir. Dünyanın iqtisadi güc 
mərkəzi  hesab  olunan  ABŞ-da  bu  göstərici  6-8  %,  Rusiyada–3,1  %, 
Azərbaycanda  isə təxminən -0,9-1,0 % təşkil edir. Qeyd etmək lazımdır ki, 
dünya ölkələrində elmi-tədqiqat və təcrübə konstruktor işlərinə xərclər qeyri 
bərabərdir.  Bu  xərclərin  təxminən  95–96  %-i  sənayecə  inkişaf  etmiş 
dövlətlərin payına düşür. Məhz bunun nəticəsidir ki, beynəlxalq səviyyədə 
elmi-texniki əməkdaşlıq sistemində həmin ölkələr üstün rol oynayırlar. Bu 
üstünlüyü əldən verməmək üçün həmin dövlətlər ildən-ilə elmi tədqiqatlara 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə