Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

141 
 
 
Beynəlxalq  iqtisadi  inteqrasiyanın  əsasında  beynəlxalq  əmək 
bölgüsü və təsərüfatçılıq sübyüktinin iqtisadi maraqları dayanır. İqtisadi 
inteqrasiyanı  bir  mənalı  şəkildə,  ancaq   kortəbii  bazar   və  yaxud  da 
şüurlü  tənzimolunan  proses  kimi  nəzərdən  keçirmək  olmaz.
  Texnoloji 
tədiyyə  balansı  ölkənin  xarici  ölkələrlə  texnoloji  mübadiləsinin 
kompleks  qiymətləndirilməsində    mühüm  rol  oynasa  da  müəyyən 
nöqsanlara malikdir. Belə ki, həmin balansın mənfi saldoya malik olması 
heç  də  həmin  ölkənin  iqtisadi  inkişaf  səviyyəsinin  və  rəqabət 
qabiliyyətinin aşağı olduğunu əks etdirmir. Son illər əksər inkişaf etmiş 
ölkələrdə və yeni sənaye ölkələrində texnoloji tədiyyə balansı üzrə daxil 
olmaların  və  ödənişlərin  kəsgin  artması  müşahidə  olunur.  Texnoloji 
tədiyyə balansın nəticələri isə bu ölkələrdə müxtəlifdir. ABŞ-dan fərqli 
olaraq Avropa ittifaqı, hətta Yaponiya texnoloji tədiyyə balansı üzrə son 
illər  mənfi  saldoya  malikdirlər  ki,  bu  da  xaricdən  texnologiya 
gətirilməsini  əks  etdirir.  Beynəlxalq  texnologiya  mübadiləsində  yüksək 
texnoloji  məhsulaların  xüsusi  çəkisi  günügündən  artmaqdadır.  İqtisadi 
inkişaf  və  əməkdaşlıq  təşkilatın  məlumatlarına  əsasən  inkişaf  etmiş 
ölkələrdə  yüksək texnoloji məhsulların ixracı hər orta hesabla 7% artır. 
Yaponiya  və  İrlandiyada  yüksək  və  orta  texnoloji  məhsullar  ümumi 
ixracın  80%  -ni  təşkil  edir.  Böyük  Britaniya,  ABŞ,  Koreya,  İsveşrədə 
ixracının  45%  xalis  yüksək  texnoloji  məhsullardan  ibarətdir.  Bu  hal 
həmin ölkələrdə elmi-texniki inkişafın sürətlə getməsindən irəli gəlmir. 
Bu  ölkələr  ABŞ-dan  iri  həcmli  detallar  idxal  edirlər  və  onu  
komplektləşdirərək xarici hazır məhsullar bazarına ixrac edirlər. Yüksək 
texnoloji  məhsulların  beynəlxalq  ticarəti  texnologiyanın  beynəlxalq 
mübadiləsinin forması kimi çıxış edir. Beləki yüksək texnoloji məhsullar  
yüksək  elmi-texniki  biliklərin  maddiləşmiş  forması  olaraq  bir  ölkədən 
digərinə  ticarət  yolu  ilə  ötürülür  və  belə  texnologiya  işləmək  müəyyən 
hazırlıq,  ixtisaskeçmə  kimi  əlavə  xidmətlərin  alınmasını  da  nəzərdə 
tutur.  Burada  alıcı  texnologiyanın    lahiyələndirilməsi  quraşdırılması, 


142 
 
 
sazlanması  və  işə  salınması  və  s.  əməliyyatları  alqı  müqaviləsinə  daxil 
edir ki, bu onun dəyərini artırır. Müasir dövrdə beynəlxalq informasiya-
texnoloji  kooperasiyanın  mühüm  forması  kimi  ofşor  proqramlaşdırma 
geniş  yayılmışdır.  OP  milli  soft-kompaniyaların  (komyütürlərin 
proqramlarının  hazırlanması,  yenidən  işlənməsi,təkmilləşdirilməsi  və 
yayılması  ilə  məşğul  olan  şirkətlər)  xarici  bazarların  proqram  təminatı 
fəaliyyətini həyata keçirməsidir. Bunula belə dövlətlər bu sahəni inkişaf 
etdirmək  məqsədilə  belə  şitkətlər  üçün  güzəştli  fəaliyyət  şəraiti 
yaradırlar, texnoparklar təşkil edirlər, kömrük rüsumlarısız  bu sahə üçün 
lazım olan avadanlıqların gətirilməsi, gəlir vergisindən azad edilmə və s. 
Ofşor  proqramlaşdırmanın  istehlakçıları  əsasən  inkişaf  etmiş  ölkələr 
ABŞ və AB ölkələridir. Onun istehsalçıları isə inkişaf etməkdə olan və 
keçid  iqtisadiyyatlı  ölkələr  hesab  olunur.  Bu  sahədə  liderlik  Hindistan 
proqramistlərinə  məxsusdur.  Güclü  proqramlaşdırma  mərkəzləri 
Tayvanda,  Sinqapurda,  Malaziyada,  İrlandiyada,  Braziliyada  fəaliyyət 
göstərir.  
7.3. Beynəlxalq elmi-texniki əməkdaşlığın dünya 
texnologiyalar bazarının inkişafında rolu 
 
Dünya  iqtisadiyyatı  –  beynəlxalq  əmtəə  mübadiləsi,  xidmətlər, 
texnologiyalar, kapitalın və işçi qüvvəsinin beynəlxalq yerdəyişmələri və 
beynəlxalq  iqtisadi  münasibətlərin  milli  iqtisadiyyatların  qarşılıqlı 
asılılığından  və  geniş  təkrar  istehsal  prosesinin  beynəlmiləlləşməsi 
nəticəsində beynəlxalq əmək bölgüsü bazasında formalaşaraq, ölkələrin 
inkişafını şərtləndirir.  Texnologiyaların  beynəlxalq  mübadiləsinə dövlət 
tənzimlənməsinin və  ya  nəzarətinin  tətbiq  edilməsi bir sıra səbəblərdən 
irəli gələ bilər ki, onların da əsasları dünya bazarında rəqabət mübarizəsi 
ilə əlaqədardırlar. 


143 
 
 
Texnologiyaların beynəlxalq mübadiləsinə dövlət tənzimlənməsinin 
və ya nəzarətinin tətbiq edilməsi bir sıra səbəblərdən irəli gələ bilər ki, 
onların da əsasları dünya bazarında rəqabət mübarizəsi ilə əlaqədardırlar. 
XX  əsrin  sonunda  yeni  ixtiralar  və  kəşflər  beynəlxalq  iqtisadi 
münasibətlər  sistemini,  bazarlarda  rəqabətin  güclənməsi  və  resurs 
bazarlarının məhdudluğu prinsipcə yeni texnologiyalar əsasında iqtisadi 
artımın  optimal  yollarını  beynəlxalq  siyasətin  və  elmi-texniki 
əməkdaşlığın  aktuallığını  artırır.
 
Müasir  beynəlxalq  texnologiya  və 
informasiya  mübadiləsini  ona  uyğun  olan  hüquqi,  maliyə  təşkilati, 
innovasiya  və  texniki  təminat  olmadan  həyata  keçirilmək    mümkün 
deyildir. Ona görə də  dünya iqtisadiyyatında belə mübadilənin səmərəli 
inkişafı şərtləri aşağıdakılar hesab olunur: 
-hüquqi – intellektual mülkiyyətin yerdəyişdiyi xarici ölkədə hüquq 
və məcmu münasibətlərinin hamısının hüquqi müdafiəsi
-maliyyə  –  əldə  olunan  xarici  texnologiya  və  informasiyanın 
maliyyə  hesablaşmasının  səmərəli  sxeması,beynəlxalq  innovasiya 
layihələrinin və ETTKİ kreditləşdirilməsi və sığortası; 
-insitutsional  –    beynəlxalq  texnologiya  və  informasiya 
mübadiləsinə təsir göstərən və onu tənzimləyən ixtisaslaşmış beynəlxlaq 
və milli təşkilatların fəaliyyəti
-innovasiya 
– 
müvafiq 
informasiya 
məhsullarına 
və 
təkmilləşdirilmiş  yeni  texnologiyaya  tələbi    olan  ölkələrinə  verilməsi 
hesabına  xaricə  verilən texnologiya və informasiyanın keyfiyyətinin və 
məzmun qiymətinin yüksəldilməsi;   
 -texniki  –  müşahidəçi  texniki  sənədlərin,  texnologiya  və 
informasiyanın  verilməsi  müqavilələrinin  şərtlərinin  tamlığı  və  aydın 
olması;  müasir  texnologiya  və  informasiyanın  idxalçısının    istehsalının 
vaxtında    yeni  texnoloji  həllərə  adaptasiya  edilməsi;  informasiya  və 
texnologiya  mübadiləsinin  iştirakçılarının  tam  qarşılıqlı  anlaşması  və 
nizamlı əlaqəsi. 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə