Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

144 
 
 
Texnologiyanın  beynəlxalq  hərəkəti  yaxud  ötürülməsi  elmi-texniki 
nailiyyətlərin  dövlətlərarası  hərəkəti  başa  düşülür.  İqtisadi  münasibətlərin 
obyekti  kimi  bu  elmi–texniki  yeniliklər  bir  neçə  formada  və  müxtəlif 
yollarla  dövlətlər  arasında  yayılır.  Ümumi  halda  bu  yayılma  iki  formada 
həyata keçirilir: 
1.
 
Kommersiya əsasında  
2.
 
Qeyri-Kommersiya yolu ilə. 
Kommersiya  yolu  dedikdə  texnologiyanın,  yaxud  elmi  məhsulların 
hansı şəkildə olmasından asılı olmayaraq onu  beynəlxalq bazarlarda olan, 
razılaşdırılmış qiymətlərlə  müəyyən məbləğ pul ödəyir. 
Qeyri-Kommersiya  yolu  dedikdə  isə  dövlətlərarasında  pul  ödəmələri 
nəzərdə tutulmur.  
Hazırda  elmi-texniki  biliklərin  və  yaxud  onların  bir  növü  olan 
texnologiyanın mübadiləsinin ən çox yayılmış forması beynəlxalq lisenziya 
satışıdır. Buna patent lisenziya razılaşmaları da deyilir. Hər hansı bir dövlət 
şirkət öz kəşfi, yaxud ixtiraçı barədə olan məlumatı digər ölkəyə və başqa 
qurumlara satır. Qeyd edək ki, lisenziya ödəmələri bir neçə formada həyata 
keçirilir. Bunlardan biri royalti müqaviləsi hesab olunur. Royalti müqavilə 
müddətində  ardıcıl  olaraq  lisenziyanın  istifadəsindən  əldə  edilən 
mənfəətdən ödəniş nəzərdə tutulur. 
İkincisi, pauşal ödənişi müqaviləsidir. Bu müqaviləyə, əsasən istifadə 
vaxtından asılı olmayaraq lisenziyanı aldığı vaxtdan razılaşdırılmış məbləğ 
birdəfəlik ödənilir. Üçüncüsü, birləşdirilmiş yaxud uyğunlaşdırılmış ödəniş 
formasıdır.  Zəruri vəsaitin 10-15 %-i birdəfəlik pauşal qaydada, qalanı isə 
dövrü olaraq royaltı qaydasında ödənilir. Dördüncü forma mənfəətdə iştirak 
etmək qaydasına əsaslanır. Bu qaydaya əsasən əldə edilən mənfəətin 10- 30 
%-i lisenziya satana ödənilir. 
Lisenziyaların satışı sistemində mülkiyyətdə iştirakına görə ödəmələrin 
aparılması formasından da istifadə olunur. Bu formaya görə lisenziyanı alan 
öz müəssisəsinin səhmlərinin bir qismini lisenziya verənə ödəniş kimi verir. 


145 
 
 
Son  dövrlərdə  başqa  istehsal  amilləri  kimi  texnologiya  sahəsində  də 
idxal  və  ixracın  həcmi  genişlənərək,  dünya  texnologiya  bazarının 
yaranmasını  şərtləndirir.  Texnologiya  bazarının  əsas  subyektləri-dövlətlər, 
şirkətlər, universitetlər, müəyyən fondlar, alimlər və mütəxəssislərdən ibarət 
fiziki şəxslərdir. 
Dünya  texnologiya  bazarının  obyektləri  isə  intellektual  mülkiyyət 
hesab  olunur  ki,  bu  bazarı  da  quruluşuna  görə  -  patent  və  lisenziyalar 
verilməsi; elmitutumlu və texnoloji tutumlu məhsullar  bazarı; elmi-texniki 
mütəxəssislər bazarı kimi xarakterizə etmək olar. 
Bütünlükdə  isə  dünya  texnologiya  bazarının  90  %-i  inkişaf  etmiş 
sənaye  ölkələrinə  məxsusdur.  Dünya  texnologiya  bazarının  sahəvi 
quruluşunda  isə  dünya  üzrə  lisenziya  satışının  19  %-ni  elektrotexniki  və 
elektron sənayesi, 18 %-ni ümumi maşınqayırma sənayesi, 17,4 %-ni kimya 
sənayesi,  10,2  %-ni  nəqliyyat  maşınqayırma  sənayesi  təşkil  edir. 
Beynəlxalq  texnologiya  mübadiləsinin  emal  sənayesinin  inkişafına  olan 
təsiri bütünlükdə iqtisadiyyata nisbətən 3 dəfə yüksəkdir. 
Müasir şəraitdə formalaşmış dünya texnologiya bazarı bir çox cəhətləri 
ilə səciyyələnir. Bunlardan aşağıdakıları göstərmək olar:   
-  dünya  texnologiya  bazarı  bütünlükdə  dünya  iqtisadiyyatının 
intellektuallaşma səviyyəsini artırır; 
-  dünya  texnologiya  bazarında  TMK-lar  aparıcı  subyekt  kimi  çıxış 
edirlər.  
7.4. Beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafında 
beynəlxalq təşkilatların rolu 
 
Elmi texniki əməkdaşlıq  beynəlxalq iqtisadi əməkdaşlığın bir forması-
dır. Beynəlxalq elmi- texniki əməkdaşlıq  hazırda xarici iqtisadi əlaqələrin 
ən dinamik inkişaf edən sahələrindən biridir. 


146 
 
 
Beynəlxalq  elmi-texniki  əməkdaşlığın  inkişafında  beynəlxalq  və 
regional təşkilatların böyük rolu vardır. Bu sahədə aparıcı yer BMT və onun 
ixtisaslaşdırılmış qurumlarına məxsusdur. Xüsusilə, Yunesko, Ümumdünya 
intellektual  mülkiyyət  hüquqi  təşkilati,  BMT-nin  ticarət  və  inkişaf  üzrə 
konfransı  (YUNKTAD)  və.  s  beynəlxalq  elmi-texniki  əməkdaşlığın 
güclənməsində rolu böyükdür. 
 
Beynəlxalq  elmi-texniki  əməkdaşlıqda  qeyd  etdiyimiz 
beynəlxalq təşkilatların  rolunu  göstərməkdən qabaq bu problemin  «NOU-
XAU»  proqramının  əhəmiyyəti  haqqında  qısaca  məlumat  verməyi 
məqsədəuyğun hesab edirik. 
 
«NOU-XAU»  anlayışının  hərfi  mənası  bilirəm-demirəm 
deməkdir.  O,  ilk  dəfə  1916-cı  ildə  ABŞ-da  ailə  zəminində  baxılmış 
məhkəmə prosesində işlədilmişdir. Qeyd etmək lazımdır ki, bütün lisenziya 
müqavilələrinin 50 %-ə qədəri «NOU-XAU»-nun payına düşür. Beynəlxalq 
səviyyədə  «NOU-XAU»  proqramının  İEOÖ-lər  üçün  böyük  əhəmiyyəti 
vardır.  Çünki,  bu  proqramla  müxtəlif  ölkələrdə  vacib  elmi-texniki  işləri 
yerinə yetirmək üçün maliyyə təminatı lazımı səviyyədə təmin olunur, əldə 
edilən  nəticədən  istifadə  edən  şirkətin,  təşkilatın  və  s.  ünvanı  dəqiq 
göstərilir.  Deməli,  ideyadan  konkret  elmi  biliyinin  əldə  edilməsinədək 
mövcud şəkildə işlər ardıcıl aparıldığına görə innovasiya prosesi sürətlənir, 
elmi-texniki  əməkdaşlığın  iqtisadiyyatın  nəzərdə  tutulan  sahəsində  verdiyi 
səmərənin yüksəlməsi üçün şərait yaranır. 
Beynəlxalq  elmi-texniki  əməkdaşlığı  tənzimləyən  qurumların  əsas 
vəzifələrindən biri intellektual mülkiyyət hüququnun qorunmasıdır. 
Qeyd  edək  ki,  hər  bir  ölkədə  mülkiyyət  hüququnun  milli  qorunma 
sistemi nə qədər güclü olsa, bir o qədər həmin ölkəyə müasir texnologiya 
axını artıq olar. 
Aydındır ki, hər bir ölkədə mülkiyyət hüququ milli qanunvericilik yolu 
ilə  müəyyən  edilir.  Beynəlxalq  münasibətlərdə  isə  bu  hüququn 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə