Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   41   42   43   44   45   46   47   48   49

147 
 
 
saxlanılması,  qorunması  və  istifadə  edilməsi  beynəlxalq  razılaşmalara, 
beynəlxalq kodeksə əsaslanır. 
Son  100  ildə  kifayət  qədər  belə  razılaşmalar  əldə  edilmişdir.  Bu 
razılaşmaların  əksəriyyəti  intellektual  mülkiyyət  hüququ  istiqamətini 
nəzərdə tutur. 
 
Ümumidünya  intellektual  mülkiyyət  hüququ  təşkilatı  1967-ci 
ildə yaradılmışdır. İqamətgahı Cenevrədə yerləşir. 1974-cü ildən BMT–nin 
ixtisaslaşdırılmış  təşkilati  hesab  edilir.  156  üzvü  vardır.  Eləcə  də  1994-cü 
ildə ümumdünya ticarət təşkilatı çərçivəsində intellektual mülkiyyət hüququ 
üzrə  çoxtərəfli  razılaşma  əldə  edilmişdir.  1996-cı  ildən  qüvvədə  olan 
«intellektual  mülkiyyətin  ticarəti  hüququ»  üzrə  çoxtərəfli  razılaşma 
fəaliyyət  göstərir.  Burada  inkişaf  etməkdə  olan  ölkələr  üçün  2005-2006 
illərədək bəzi istisnalar nəzərdə tutulmuşdur.  
 
BMT-nin  ticarət  və  inkişaf  üzrə  konfransı  (YUNKTAD) 
çərçivəsində  texnologiya  verilməsi  komitəsi,  ixraca  nəzarət  üzrə 
koordinasiya  komitəsi,  təhlükəsizlik  və  texnologiya  üzrə  mütəxəssislərin 
müşavirəsi və digər qurumlar intellektual mülkiyyətin qorunmasına zəmin 
yaradırlar. 
7.5. Azərbaycan –beynəlxalq elmi texniki əməkdaşlıq 
sistemində 
 
Dünya  ölkələrində  beynəlxalq  texnoloji  mübadilə  prosesi  dünya 
təsərrüfatları  milli  iqtisadiyyatların  inkişaf  səviyyəsindən  asılı 
olmayaraq, texniki iqtisadi kateqoriya kimi maşınlı sənayeyə əsaslandığı 
üçün  inkişaf  etməkdə  olan  ölkələrdə  texniki  biliklər  inkişaf  etmiş 
ölkələrdəki  istiqamətlərdə inkişaf  etmişdir.     Xaricdən mədaxil olunan 
texnoloji  biliklər  zəif  inkişaf  etmiş  ölkələr  uçun  tərəqqi  yoludur.  Son 
onillilərdə  dünya  əmtəə  ticarəti  dövriyyəsində  ETT-nin  yüksək  inkişaf 
templəri  xüsusi  əmtəənin–elmi  texnoloji  biliklərin  çəkisini  sürətlə 


148 
 
 
artırmışdır.  Bu  səbəbdən  hazırda  dünya  ölkələri  arasında  texnoloji 
mübadilə  prosesi  gedir  ki,    bu  mübadilə  anlayışı  iki  əsas  xüsusiyyət 
daşıyır: geniş mənada o, ölkələr arasında istənilən elmi-texniki bilik və 
təcrübənin  mübadiləsi  kimi,  dar  mənada  isə  konkret  texnoloji  proses 
üçün nəzərdə tutulmuş elmi-texniki bilik və təcrübənin mübadiləsi kimi 
başa düşülür. Texnologiya kommersiya və  ya qeyri-kommersiya  yolları 
ilə  ötürülür.  Geniş  mənada  texnoloji  mübadilə  qeyri-kommersiya  yolu 
ilə mübadilə olunur: 

 
elmi-texniki kəşflər;                              

 
sərgi, yarmarka, simpoziumların keçirilməsi

 
kadr mübadiləsi; 

 
mütəxəssis miqrasiyası; 

 
tələbə və aspirant hazırlıqları; 

 
elm  və  texnika  sferalarında  əməkdaşlıq  üçün  beynəlxalq 
təşkilatların fəaliyyəti və s. vasitəsilə bu mübadilə prosesi yaranır.  
Dar  texnoloji  mübadilə  isə  əsasən  kommersiya  vasitəsilə  həyata 
keçirilir: 

 
ixtiralardan  istifadə  hüquqlarının  lisenziya  razılaşmaları  vasitə-
silə  ötürülməsi    (patent,  nou-hau,  əmtəə  nişanları,  sənaye  nümunələri, 
texniki sənədlər): 

 
müxtəlif sənaye avadanlıqları; 

 
texniki kömək göstərilməsi

 
incinirinq xidmətləri

 
mütəxəssis xidmətləri; 

 
elmi-texniki və istehsal kommersiyası və s. 
 
Azərbaycanda  mövcud  elmi-texniki  potensial  əsasən  3  bölmə 
üzrə fəaliyyət  göstərir.  Bunlara  Akademiya  elm  bölməsi, sahə  elmi və  ali 
məktəb  elmi  aiddir.    Bunlardan  başqa  respublikada  zavodların  nəzdində 
elmi  bölmələr  vardır  ki,  onlar  da  cəm  halında  zavod  elm  bölməsi 


149 
 
 
adlandırılır. Bu elmi sektorlarda 123 elmi-tədqiqat institutu, 40-dək dövlət 
və özəl ali məktəb fəaliyyət göstərir. 
 
Elm  və  elmə  xidmət  sahəsində  21  min  nəfərdən  çox  elmi  və 
elmi- pedaqoji kadrlar çalışırlar. Bunlarında 9 min nəfəri elmlər namizədi, 4 
mindən  bir  qədər  çoxu  elmlər  doktorudur.  Kifayət  qədər  keyfiyyət 
xarakteristikana  malik  elmi-pedoqoji  kadrlar  fizika-riyaziyyat,  kimya, 
biologiya, genetika və seleksiya, yer elmləri, ictimai elmlər və s. sahələrdə 
əsaslı və tətbiqi tədqiqatlar yerinə yetirirlər. 
 
Respublikamız bir çox elm sahələrində MDB məkanında aparıcı 
yer  tutur.  Alimlərimizin  yarımkeçiricilər,  müxtəlif  aşqarların  hazırlanması 
və  s.  istiqamətində  apardıqları  tədqiqatlar  dünya  alimlərini  maraqlandırır. 
Bütün  bunlar  alimlərimizin  beynəlxalq  elmi-exniki  əməkdaşlıqda  iştirak 
etmələri üçün böyük potensiala malik olmalarından xəbər verir.  
 
Bazar  iqtisadi  münasibətləri  şəraitində  Azərbaycanda  fəaliyyət 
göstərən elmi təşkilatların, xüsusilə Akademiya elm bölməsinin beynəlxalq 
elmi-texniki  əməkdaşlıqda,  «NOU-XAU»  proqramlarında  iştiraki  tədqiqat 
institutlarının  maliyyə  və  material-texniki  bazasının  möhkəmləndirilməsi 
üçün böyük əhəmiyyət kəsb edir. 
 
Kifayət qədər güclü elmi kadrlar məhz ən yeni cihaz, aparat və 
avadanlıqlarla  yaxşı  təchiz    olunduqda  aparılan  tədqiqatlardan  alınan 
nəticələr  daha  dəqiq,  keyfiyyəti  xarakterizə  edən  göstəricilər  baxımından 
mütərəqqi hesab olunur. 
 
Beynəlxalq elmi-texniki əməkdaşlıqda aparıcı rol oynayan  elmi 
kadrların  cihazlarla  və  ümumi  halda  texnika  ilə  silahlanmasını  diqqətin 
gücləndirilməsi  ixtiraların,  kəşflərin  və  səmərələşdirici  təkliflərin 
çoxalmasına səbəb olur.  
Ölkə  ərazisində  elmi  tədqiqatlardan  alınan  yeniliklərin  hesabına  elmi 
məhsullar  bazarı  yaranır.  Bu  bazarda  lisenziyaların,  patentlərin,  müəlliflik 
hüququ  təsdiq  edən  digər  sənədlərin  elmi  məhsullar  bazarında  satılması 
respublikada, həmçinin konkret müəssisələrdə və sair iştirakçılar tərəfindən 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə