Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

73 
 
 
qaydalarına böyük ehtiyacın olduğunu dərk edirlər. Müharibədən sonrakı 
Beynəlxalq  İqtisadi  və  maliyyə  sisteminin  əsası  1944-cü  ildə  çağırılan 
«Bretton Woods» konfransında qoyulmuşdu. Konfransın nəticəsində iki 
təşkilatın  qurulmasına  qərar  verildi.  1.  Dünya  Bankı.  2.  Beynəlxalq 
Valyuta  Fondu.  Dünya  Bankı  Avropa  İqtisadiyyatının  dirçəlməsinə 
yardım etmək, BVF isə beynəlxalq pul və maliyyə sisteminin durğun bir 
şəkildə  işləməsini  təmin  etməlidir.  Beynəlxalq  ticarət  əlaqələrinin 
tənzimlənməsi  üçün  ÜTT-nin  yaradılması  cəhdi  müvəffəqiyyətsizliyə 
uğradı.  Bu  təşkilatın  Nizamnaməsi  olan  «Havana  Xartiyası»  qəbul 
olunmadı. Lakin az ölkə bu xartiya əsasında 1947-ci ildə Ticarət və Tarif 
üzrə  Baş  Saziş  imzaladılar.  Bu  saziş  digər  ölkələr  üçün  açıq  saxlınıldı. 
Tədricən  bir  sıra  ölkələrin  bu  sazişə  qoşulması,  faktiki  olaraq  dünya 
ticarət  problemlərini  müzakirə  edən  və  ticarət-siyasi  xarakterli 
mübahisələri həll edən beynəlxalq təşkilata çevrilməsi ilə nəticələndi. Bu 
təşkilatın  üzvləri  1994-cü  ilə  qədər  raund  adlanan  ticarət  danışıqları 
aparmışdır.  İlkin  olaraq  bu  danışıqlar  zamanı  gömrük  rüsumlarının 
azaldılması  haqqında  öhdəlik  qəbul  olunmuş,  sonra  isə  beynəlxalq 
ticarətdə  qeyri-tarif  tədbirlərinin  (kvotalaşdırma,  lisenziyalaşdırma  və 
digər  inzibati  tədbirlər)  aradan  götürülməsi  məsələləri  həll  edilmişdir. 
Uruqvay raundunda TTBS əsasında ÜTT yaradıldı (1986-1994-cü illər). 
1994-cü il aprelin 15-də Mərakeşdə imzalanan yekun aktı ÜTT-nin təsis 
edilməsi  haqqında  Sazişin  imzalanması  üçün  yol  açdı.  ÜTT  TTBS-in 
varisidir  və  öz  fəaliyyətinə  1995-ci  ilin  yanvarın  1-dən  başlamışdır. 
Mənzil  qərargahı  Cenevrədə  yerləşir.  ÜTT  ticarət  sazişləri  spektrində 
daha geniş nəzarəti həyata keçirir və mübahisəli məsələlər üzrə bir sıra 
qərarların qəbulu qaydalarının təkmilləşdirilməsi ilə əlaqədar daha geniş 
səlahiyyətə  malikdir.  TTBS  çərçivəsində  keçirilən  raundların  gedişində 
ardıcıl  olaraq  üzv  dövlətlərin  gömrük  tarif  dərəcələrinin  aşağı 
endirilməsi,  həmçinin  xarici  ticarətin  nizama  salınmasında  qeyri-tarif 
tənzimlənmələri,  mülki  aviasiya  texnikasının  və  toxuculuq  mallarının 


74 
 
 
ticarətinə  aid  mühüm  məsələlərə  aid  Sazişlər  işlənib  hazırlanmış,  8-ci 
raundda  əsas  mülkiyyətin  mühafizəsi  və  xidmət  ticarəti  kimi  (bank, 
sığorta,  nəqliyyat  və  s.)  yeni  sahələrin  genişlənməsi  məsələlərinə 
baxılmışdır.  ÜTT-nin  əsas  məqsədi  ticarətdə  idxal  rüsumlarının 
səviyyəsinin ardıcıl olaraq aşağı salınması, kəmiyyət və digər qeyri-tarif 
maneələrinin  aradan  qaldırılması  və  başlıca  olaraq  tarif  üsullarından 
istifadə etməklə beynəlxalq ticarətin liberallaşdırılmasına nail olmaqdır. 
ÜTT-nin  əsas  prinsip  və  qaydaları  aşağıdakılardır:  -  ticarətdə  qarşılıqlı 
surətdə  daha  əlverişli  şəraitin  yaradılması;  -  xarici  mənşəli  mal  və 
xidmətlərə mülki  recimlərin  tətbiqi;  - ticarət  mübahisələrinin danışıqlar 
və  məsləhətləşmələr  yolu  ilə  həll  edilməsi.  ÜTT-nin  funksiyalarına 
aşağıdakılar  aiddir:    a)  Uruqvay  raundunun  bütün  sazişlərinin  və 
gələcəkdə  imzalanması  nəzərdə  tutulan  sazişlərin  qəbul  edilməsi  və 
yerinə  yetirilməsinin  təşkili;  b)  beynəlxalq  imzalanmış  və  Nazirlər 
Konfransında  daha  geniş  problemlərə  aid  olan  məsələlər  üzrə  ÜTT 
üzvləri  arasında  danışıqların  təşkili;  c)  ÜTT  üzvləri  arasında 
mübahisələrə  və  münaqişəli  vəziyyətlərə  baxışın  təmin  edilməsi;  ç) 
ÜTT-yə  üzv  dövlətlərin  ticarət  siyasətinə  mütəmadi  nəzarətin  təşkilinə 
təminat.  ÜTT-nin  bütün  üzv  dövlətləri  «çoxtərəfli  ticarət  sazişləri»  adı 
altında  birləşən  sazişlərin  və  digər  sənədlərin  yerinə  yetirilməsi  üzrə 
öhdəlikləri  qəbul  edirlər.  ÜTT-yə  üzv  olan  145  ölkə  dünya  ticarətinin 
97%-dən  az  olmayaraq  öz  əllərində  cəmləmişdir.  ÜTT-də  180-dən  çox 
dövlət  iştirak  edir.  20-dən  çox  dövlət  Baş  Sazişə  qoşulma 
mərhələsindədir.  Tacikistan  istisna  olmaqla,  bütün  MDB  dövlətləri 
təşkilata  üzv  olmaq  prosesinin  müxtəlif  mərhələlərindədirlər.  ÜTT-nin 
strukturu  bir  sıra  bölmələrdən  ibarətdir.  ÜTT-nin  ali  orqanı  bütün 
iştirakçı dövlətlərin nümayənədələrini birləşdirən Nazirlər Konfransıdır. 
Konfransın sessiyaları Uruqvay raundunun sazişi ilə əlaqədar prinsipial 
məsələlər üzrə qərarların müzakirəsi və qəbulu üçün iki ildə bir dəfədən 
az  olmayaraq  çağırılır.  Konfrans  aşağıdakı  komitələri  təsdiq  edir:  - 


75 
 
 
ticarət  və  inkişaf  üzrə;  -  ödəmə  balansının  tarazlığını  təmin  etmək 
məqsədilə  məhdudlaşdırma  üzrə;  -  büdcə,  maliyyə  və  inzibati;  -  ətraf 
mühit və ticarət üzrə. Konfrans ÜTT-nin Baş Direktorunu təyin edir. O 
da  öz  növbəsində  ÜTT  katibliyi  şöbələrnin  əməkdaşlarını  təyin  edir  və 
Nazirlər  Konfransının  qəbul  etdiyi  müddəalara  uyğun  olaraq  onların 
xidməti  şərtlərini  və  vəzifələrini  müəyyən  edir.  ÜTT-nin  qərarları 
konsensus  yolu  ilə qəbul  edilir. Əgər konsensus  olmazsa qərarlar əksər 
səs çoxluğu ilə qəbul olunur. Ticarət, xidmət, əqli mülkiyyət hüquqları, 
qəbul edilmiş öhdəliklərdən azad olmaq üzrə sazişlərin müddəaları şərti 
səs  çoxluğu  ilə  qəbul  edilir.  Nazirlər  Konfransının  sessiyalararası 
dövründə onun funksiyasını Baş Şura həyata keçirir. Bundan başqa Baş 
Şura mübahisələrin nizama salınması üzrə Orqanın və Ticarət siyasətinə 
nəzarət üzrə orqanın fəaliyyətini həyata keçirir.  
4.3 Azərbaycanın xarici iqtisadi təşkilatlarla 
əməkdaşlığının müasir vəziyyəti 
 
 Azərbaycanın  xarici  iqtisadi  təşkilatlarla  əməkdaşlığının  müasir 
vəziyyəti  Milli  İqtisadiyyatın  sivil  təsərrüfatçılıq  sisteminə  inteqrasiya 
olunması,  ticari-iqtisadi  münasibətlərdə  baş  verən  müsbət  keyfiyyət  və 
kəmiyyət  dəyişikliklərinə,  ilk  növbədə,  tam  hüquqi-iqtisadi,  idarəçilik 
baxımından 
qanunvericilik 
aktlarının 
qəbul 
edilməsi, 
bazar 
infrastrukturlarının  formalaşdırılmasının  və  onların  çevik  fəaliyyət 
mexanizminin  yaradılması  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir. 
Respublikamızın 
ticarət 
əlaqələrinin 
genişləndirilməsində 
və 
dərinləşdirilməsində  ölkənin  bir  çox  beynəlxalq  iqtisadi  təşkilatlarda 
iştirakı,  regional  iqtisadi-ticarət  əməkdaşlığa  qoşulması  və  ayrı-ayrı 
ölkələrdə bağlanmış ticarət müqavilələri müstəsna əhəmiyyət kəsb edir. 
İƏT  (İqtisadi  Əməkdaşlıq  Təşkilatı)  ilə  Azərbaycan  arasında  əlaqələrin 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə