Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə25/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   21   22   23   24   25   26   27   28   ...   49

80 
 
 
üzvündən  birini  Azərbaycan  Gömrük  Təşkilatı  təmsil  edir.  Bu  isə  həm 
milli,  həm  də  beynəlxalq  sahədə  tərəqqi  və  təkan  olmaqla  beynəlxalq 
əməkdaşlığın  inkişafı  və  möhkəmləndirilməsi  məqsədi  ilə  ölkəmizin 
artan  nüfuzunun  bariz  nümunəsi  kimi  məqsədyönlü  gömrük  siyasəti 
aparmaqla ölkə  İqtisadiyyatının  iqtisadi suverenliyinə təminata, iqtisadi 
təhlükəsizliyə və beynəlxalq inteqrasiyaya xidmət edir.  
 
4.4. Azərbaycanın Beynəlxalq ticarət əməkdaşlığın 
perspektivləri 
 
 Azərbaycan  Respublikası  dövlət  suverenliyi  əldə  etdikdən  sonra 
onun  xarici  iqtisadi  fəaliyyət  sahəsində  sərbəst,  müstəqil  siyasət 
yeritməsi obyetiv zə- rurətə çevrilmişdir, digər tərəfdən isə bunun üçün 
zəruri  zəminlər  yaranmışdır.  Ölkə  SSRI-nin  tərkibində  olduğu  illər 
ərzində  xarici  ölkələrlə,  hətta  sabiq  müttəfiq  respublikalarla  öz 
mənafeyini,  ehtiyac  və  imkanları  baxımından  müstəqil  iqtisadi  əlaqələr 
həyata  keçirmək  imkanına  malik  deyildi.  Azərbaycanın  xarici  ticarət 
əlaqələrinin  təhlili  göstərir  ki,  son  illərdə  başlanmış  meyl  –  ticarət 
əlaqələrinin  liberallaşdırılması,  idxal  və  ixracın  strukturu  və 
coğrafiyasının  genişləndirilməsi,  ölkəmizin  xarici  ticarət  təşkilatlarında 
iştirakı  və  bu  təşkilatların  qayda  və  metodlarını  öz  xarici  ticarət 
siyasətinə tətbiqi və s. ticarət sferasında müsbət meyllər əmələ gəlmişdir. 
Azərbaycan, demək olar ki, dünyanın bütün qitələri 
 ilə ticarət - iqtisadi əlaqələrə malikdir. 
(Cədvəl -8) 


81 
 
 
 
 
 Lakin  istehsal  olunan  məhsulların  rəqabət  qabiliyyətinin  dünya 
bazarlarında aşağı olduğuna görə, respublika əsasən xammal ixrac edir. 
Son vaxtlarda dünya ölkələri arasında iqtisadi inteqrasiya güclənmişdir. 
Artıq  hər  60  bir  ölkənin  iqtisadiyyatının  inkişafı  milli  sərhədlərdən 
çıxaraq  dünya  iqtisadiyyatına  qovuşur.  Deməli,  elə  etmək  lazımdır  ki, 
ölkə  dünya  əmək  bölgüsündə  hazır  məhsulla  daha  çox  təmsil  olunsun. 
Sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  dünya  bazarına  əsasən  hazır 
mhsul, qabaqcıl mütərəqqi texnologiya, daha zox elm tutumlu məhsullar 
çıxarır. Həmin texnologiyanı alan ölkələr isə tez bir zamanda onu tətbiq 
edərək, 
milli 
İqtisadiyyatın 
formalaşdırılması 
və 
inkişafını 
sürətləndirirlər. Azərbaycanın idxal və ixrac balansının təhlili göstərir ki, 
ölkəyə Avstraliya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Fransa, Almaniya, 
Macarıstan, Iran, Israil, Cənubi Koreya, Polşa, İsveçrə, Suriya, Türkiyə, 
Birləşmiş  Ərəb  Əmirlikləri,  Böyük  Britaniya,  ABŞ  kimi  güclü  inkişaf 


82 
 
 
etmiş ölkələrdən texniki tərəqqinin əsasını təşkil edən sənaye sahələrinin 
məhsulları  ilə  bərabər,  Azərbaycanda  inkişafı  və  istehsalı  üçün  bütün 
imkanlar  və  amillər  olan  sənaye  və  kənd  təsərrüfatı  məhsulları  da 
gətirirlər.  Yuxarıda  göstərilən  ölkələrdən  Azərbaycana  ət,  süd 
məhsulları,  quş  əti,  çay,  düyü,  günəbaxan  yağı,  tünd  spirtli  içkiləri, 
üzüm,  alma,  armud,  kolbasa,  qənnadı  məmulatları,  meyvə-tərəvəz 
şirələri,  siqaretlər,  makaron  məmulatları,  mineral  sular,  bir  sıra 
tərəvəzlər,  məişət  mebelləri,  xalça  və  xalça  məmulatları,  elektrik 
cihazları, telefon aparatları, ayaqqabı, pambıq parçalar, kauçuk və rezin 
məmulatları,  elektrik  naqilləri  və  kabellər,  sintetik  yuyucu  vasitələr, 
boyalar  və  s.  gətirilir.  Halbuki,  həmin  məhsulların  istehsalı  üçün 
ölkəmizdə  bütün  imkanlar  və  amillər  mövcuddur.  Həmin  məhsulların 
istehsalı  uzaq  məsafələrdən  səmərəsiz  yükdaşımaların  qarşısını  alar, 
istehsalın  səmərəliliyinin  artmasını  təmin  edər,  sosial  geriliyi  azaldar, 
milli  gəliri  artırar.  Bütün  bunların  hamısı  birlikdə  əhalinin  yaşayış 
səviyyəsinin  artmasını  təmin  edər.  Milli  İqtisadiyyatımızın  inkişafının 
əsas istiqamətlərindən biri də ictimai əmək bölgüsüdür ki, bunu da təbii-
coğrafi,  sosial-iqtisadi  və  milli  amillər  şərtləndirir.  Ticarət  əlaqələrinin 
inkişaf səviyyəsi,  ictimai əmək bölgüsünün dərinləşməsi  və  cəmiyyətin 
məhsuldar  qüvvələrinin  inkişafı  ilə  bilavasitə  əlaqədardır.  Ticarət 
əlaqələrinin  dinamikliyi  İqtisadiyyatın  ayrı-ayrı  sahələri,  müəssiəslər 
arasında  uzun  müddətə  sabit  istehsal  əlaqələrinin  olmasını  tələb  edir. 
Yükdaşımaların ümumi həcmində neft, qara metal, tikinti, meşə, yeyinti 
məhsulları  yüksək  xüsusi  çəkiyə  malikdir.  Respublikadan  kənara 
çıxarılan  yüklərin  strukturu  ölkələrarası  əmək  bölgüsünün  xarakterini 
müəyyən  edir.  Belə  ki,  Azərbaycandan  kənara  göndərilən  yüklərin 
yarıdan çoxu neft məhsullarının payına düşür. İqtisadi-ticari əməkdaşlıq 
və  ictimai  əmək  bölgüsü  ölkə  miqyasında  əmək  məhsuldarlığının 
artmasının  təmin  olunması,  məhsul  istehsalına  sərf  olunan  maddi  və 
əmək  məsrəflərini,  həmçinin  iqtisadiyyatın  bütün  sahələrində  kapital 


83 
 
 
qoyuluşunun və  yüklərin nəql edilməsinə sərf edilən məsrəflərin ixtisar 
edilməsidir.  Bu  ictimai  əmək  bölgüsünün  əsas  məqsədi  və  istehsalın 
səmərəliliyinin  əsas  göstəricisidir.  Ölkəmizin  ticarət  əlaqələri  səmərəli 
əmək  bölgüsünə  və  istehsalın  kooperasiyasına  əsaslanmalıdır.  Bunun 
nəticəsində istehsal məsrəfləri azalar və əmək məhsuldarlığı yüksələrsə, 
ölkələrarası  mal  mübadiləsi  qarşılıqlı  faydalı  olar.  Xarici  ticarət 
əlaqələrinin  və  onunla  bağlı  milli  iqtisadiyyatın  inkişafının  tarixi 
xüsusiyyətləri, müxtəlif təbii və iqtisadi şərait, ölkənin əlverişli nəqliyyat 
iqtisadi  vəziyyəti  ilə  əlaqədardır.  Azərbaycan  Avropa  ilə  Asiyanın 
kəsişməsində  yerləşməklə,  məhsuldar  qüvvələrin  inkişafı  və  səmərəli 
nəqliyyat-iqtisadi  əlaqələr  üçün  olduqca  əlverişli  vəziyyətə  malikdir. 
Azərbaycan  ildən-ilə  digər  ölkə  və  regionlar  üçün  nəzərdə  tutulmuş 
məhsullar  istehsalında  öz  xüsusi  çəkisini  artırır,  eyni  zamanda  ictimai 
əmək  bölgüsü  və  ölkələrarası  əmək  bölgüsü  daha  da  dərinləşir, 
iqtisadiyyatın 
ixtisaslaşması 
və 
kompleks 
inkişafı 
güclənir. 
Azərbaycanın  ticarət  əlaqələrinin  güclənməsi  əmək  bölgüsünün 
dərinləşməsi  ilə  üzvi  surətdə  əlaqədardır.  Əmək  bölgüsünün 
dərinləşməsi  təbii  sərvətlərin  mənimsənilməsini  və  müxtəlif  sənaye 
sahələrinin  yaranmasını  təmin  etməklə,  məhsuldar  qüvvələrin 
yerləşməsində  güclü  dəyişiklik  etmiş,  ticarət  əlaqələrinin  daha  da 
təkmilləşdirilməsi  üçün  şərait  yaratmışdır.  Azərbaycan  öz  tələbatının 
böyük  hissəsini  digər  respublikalardan  alınan  xalq  istehlakı  malları 
hesabına  ödəyir.  Ümumiyyətlə,  ərzaq  məhsullarının  70  faizi  digər 
regionlardan  gətirilir.  Xalq  sənaye  istehlak  mallarından  Azərbaycana 
avtomobillər, elektrik avadanlıqları, pambıq və yun parça, ayaqqabı və s. 
daxil  olur,  yüngül  sənaye  məhsullarına  olan  tələbatın  45%-i  gətirmə 
məhsullarla  ödənilir.    Beləliklə,  Azərbaycan  ictimai  əmək  bölgüsünə, 
ixtisaslaşma  və  kooperativləşməyə,  iqtisadi  inteqrasiyaya  aktiv  daxil 
olur.  Hazırda  Azərbaycan  güclü  inkişaf  etmiş  yanacaq-energetika, 
maşınqayırma,  neft-kimya  ölkəsidir  ki,  bu  sənaye  sahələrinin  inkişafı 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə