Beynəlxalq iQTİsadi SİyasəT (Metodik vəsait)



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə28/49
tarix20.09.2018
ölçüsü1,81 Mb.
#70068
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

91 
 
 
olmalıdır.  Dövlət  tənzimlənməsi  miqyasının  azaldılması  və  xarıci 
iqtisadi  əlaqələrin  daha  da  liberallaşdırılması  yalnız  bu  məsələ  həll 
edildikdən  sonra  gündəliyə  çıxarıla  bilər.  Bu  baxımdan,  Asiyanın  Yeni 
Sənaye  Ölkələrinin  təcrübəsini  öyrənmək  və  nəzərə  almaq  əhəmiyyətli 
olardı.  Belə  ki,  bu  ölkələrin  dünya  iqtisadiyyatına  inteqrasiyası  idxalın 
liberallaşdırılması  yolu  ilə  deyil,  ixracın  stimullaşdırılmasından 
başlanmışdı. 
İxracatçılar 
mütəmadi 
olaraq 
mövcud 
duruma 
uyğunlaşdırılan bir sıra güzəştlərdən istifadə edirdılər.  
Fəsil 5. Ölkənin maliyyə sabitliyinin təmin edilməsi. 
5.1.Azərbaycanda maliyyə sabitliyinin fоrmalaşması 
prоsesi. 
 
Azərbaycanda  maliyyə  sabitliyinin  formalaşması  prosesi  İqtisadi 
inkişafın  səviyyəsi  artdıqca,  dövlətin  İqtisadiyyatı  tənzimlənməsinin 
inzibati  üsullarının  rolu  azalır,  İqtisadi  tənzimlənmənin  əhəmiyyəti  isə 
yüksəlir.  Qeyd  etmək  lazımdır  ki,  bazar  mexanizmi  qeyri-təkmil 
xüsusiyyətə  malik  olduğu  üçün,  dövlət  müdaxiləsinin  varlığı  zəruridir. 
Çünki  əslində  bazarın  əbədi  olaraq  qeyri-təkmil  xarakterli  olması 
iqtisadiyyatı  fəallaşdırır  və  səmərəli  fəaliyyətini  şərtləndirir,  eyni 
zamanda  stimullaşdırır.  İngilis  filosofu  Ceremi  Bentama  görə:  «… 
sabitlik prinsipi – istənilən obyektin ləzzət, fayda və xoşbəxtlik gətirmək 
və  ya  ağrıdan,  əzabdan  və  yamanlıqdan  qorumaq  xüsusiyyətidir».” 
Dünya  iqtisadiyyatında  gedən  liberallaşdırma  prosesi  və  SSRİ-nin 
dağılması  ilə  əlaqədar  olaraq  respublikların  dövlət  suverenliyi  əldə 
etməsi  XİF-in  hüquqi  tənzimlənməsi  sahəsində  köklü  dəyişiklikləri 
zəruri edib. Belə olan halda keçid dövründə bütün müstəqil dövlətlərdə 
xarici  iqtisadi  əlaqələrin  tənzimlənməsinin  milli  qanunvericilik  bazası 
işlənməyə başlandı. Şübhəsiz ki, XİF-in miqyasları müstəqil dövlətlərin 


92 
 
 
ərazilərində  müəyyən  olunmuş  hüquqi  normaların,  onların  fəaliyyətinə 
verilən  iqtisadi  təminatların  çərçivəsində  həyata  keçirilməlidir.  Bu 
çərçivədə  Azərbaycanda  da  XİF-in  sferanın  hüquqi  tənzimlənməsi 
prosesi  gedir.  Azərbaycanda  bazar  münasibətlərinin  təşəkkülü  və  bu 
münasibətlərə  əsaslanan  xarici  iqtisadi  əlaqələrin  inkişafı  hər  şeydən 
əvvəl işgüzar fəaliyyət üçün zəruri ilkin şərtlərin yaradılmasını tələb edir 
ki,  bunun  da  ən  vacib  tərkib  hissələrindən  biri  iqtisadiyyatın  bazar 
modelinə  uyğun  hüquqi  mexanizminin  yaradılmasıdır.  Bundan  başqa, 
məqsəd  respublikamızda  ilk  növbədə  xüsusi  mülkiyyətə  əsaslanan  özəl 
bölmə  üçün  dəqiq  və  geniş  qanunvericilik  bazasının  formalaşması,  iş 
adamlarının,  təsərrüfat  subyektlərinin,  xarici  investorların  sahibkarlıq 
fəaliyyəti üçün hüquqi təminatın yaradılması, habelə sahibkarlığın dövlət 
tərəfindən tənzimlənməsinin və maliyyə sabitliyinin möhkəmlənməsinin 
hüquqi  əsaslarının  qorunmasıdır.  Azərbaycanda  xarici  investisiya 
qoyuluşunun  bazasının  formalaşdırılması  sahəsində  dünya  təcrübəsinə 
və  ölkəmizin  spesifik  şəraitinə  əsaslanaraq  son  dərəcədə  əhəmiyyətli 
işlər  görülmüşdür.  Milli  Məclis  tərəfindən  iqtisadi  islahatlarla  bağlı 
çoxlu  qanunlar,  müvafiq  qanunvericilik  sənədləri  qəbul  edilmişdir  ki, 
bunların  da  xeyli  hissəsi  xarici  iqtisadi  fəaliyyət  və  xarici  iqtisadi 
əlaqələr ilə bu və ya digər səviyyədə əlaqədardır. Xarici iqtisadi əlaqələr 
və sahibkarlıq fəaliyyəti ilə bağlı olan qanunlara «Antiinhisar fəaliyyəti 
haqqında»,  «Haqsız rəqabət  haqqında»,  «Girov haqqında»,  «İnvestisiya 
fəaliyyəti  haqqında»  və  digər  qanunları  aid  etmək  olar.  Xarici  iqtisadi 
əlaqələrin  iştirakçıları  olan  sahibkarlıq  subyektlərinin  fəaliyyətin 
tənzimləyən  qanunlar:  «Müəssisələr  haqqında»,  «Səhmdar  cəmiyyətləri 
haqqında»,  «Banklara  və  bank  fəaliyyəti  haqqında»,  «Kəndli  fermer 
təsərrüfatı  haqqında»  və  s.  Bundan  əlavə,  bu  qrupa  sahibkarlıq 
subyektlərinin iqtisadi fəaliyyətinin nəticələri ilə bilvasitə əlaqədar olan 
«Müflisləşmə  və  iflas»  haqqında  qanunu  da  aid  etmək  olar.  Ölkədə 
əmtəə  bircalarının  yaradılması,  həmçinin  qiymətli  kağızlar  bazarının 


93 
 
 
formalaşması  xarici  iqtisadi  əlaqələrin  inkişafının  zəruri  şərtlərindən 
biridir.  Bu  baxımdan  «Əmtəə  birjası  haqqında».  «Qiymətli  kağızlar  və 
fond  birjaları  haqqında»  qanunlar  da  sözü  gedən  hüquqi  bazaya  aid 
edilməlidir. Son illər Azərbaycanda xarici iqtisadi əlaqələrin bir forması 
olaraq  beynəlxalq  lizinq  sürətlə  inkişaf  edir.  Xüsusi  ilə  aqrar  sektorda, 
tikinti sektorunda iri şirkətlər xarici ölkələrdən idxal edilmiş texnika və 
avadanlıqları  uzunmüddətli  lizinqə  təklif  edirlər.  Bu  fəaliyyəti  isə 
«Lizinq xidməti haqqında» qanun tənzimləyir. Xarici iqtisadi fəaliyyətin 
tənzimlənməsində  vergi  qanunvericiliyi  də  mühüm  rola  malikdir.  Bu 
istiqamətdə 
xüsusilə 
«Vergi 
Məcəlləsi», 
«Hüquqi 
şəxslərin 
mənfəətindən  və  gəlirlərinin  ayrı-ayrı  növlərindən  vergilər  haqqında», 
«Fiziki  şəxslərdən  gəlir  vergisi  haqqında»,  «Əlavə  dəyər  vergisi 
haqqında»,  «Aksizlər  haqqında»  və  s.  qanunlara  diqqət  yetirilməlidir. 
Qeyd edilən qanunlar sistemində elələri də vardır ki, respublkada xarici 
iqtisadi  fəaliyyəti  tənzimləmək  baxımıdan  fundamental  xarakter 
daşıyırlar,  yəni  digər  xüsusi  qanunlar  üçün  fəaliyyət  həddini,  normativ 
sərhədləri  müəyyənləşdirirlər.  Fikrimizcə,  belə  qanunlara  hər  şeydən 
əvvəl,  «Sahibkarlıq  fəaliyyəti  haqqında»,  «Dövlət  mülkiyyətinin 
özəlləşdirilməsi  haqqında».  «Müəssisələr  haqqında»,  «Torpaq  islahatı 
haqqında»,  «İnvestisiya  fəaliyyəti  haqqında»  və  bir  sıra  belə  xarakterli 
hüquqi  sənədləri  aid  etmək  olar.  Milli  qanunvericilik  aktlarının  qəbulu 
xarici  İqtisadi  fəaliyyətin  hüquqi  bazasının  konseptual  əsaslarını  təşkil 
edir.  Bu  əsaslar  əsasən  aşağıdakı  tələblər  üzərində  qurulmuşdur: 
Azərbaycan  Respublikasının  xarici-iqtisadi,  o  cümlədən  valyuta-kredit 
siyasəti;    valyuta-gömrük  tənzimlənməsi  qaydaları;  xarici  iqtisadi 
fəaliyyətlə  məşğul  olan  xarici  investisiyalı  müəssisə  və  birliklərin, 
onların 
filiallarının, 
nümayəndəliklərinin, 
birgə 
müəssisələrin 
yaradılması  və  qeydiyyat  prosedurası;  XİF-lə  məşğul  olan  Azərbaycan 
Respublikasının  müəssisə  və  təşkilatlarının,  vətəndaşlarının  maddi 
maraqlarının  təminatı;  respublika  ərazisində  fəaliyyət  göstərən  XİF-lə 


Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə