Biokimya A,D,E,K vitaminləri və onların biokimyəvi əhəmiyyəti


İzopren Vitamin A2 Retinal



Yüklə 16,07 Kb.
səhifə2/6
tarix29.11.2023
ölçüsü16,07 Kb.
#143260
1   2   3   4   5   6
Ülkər Bio

İzopren

Vitamin A2

Retinal

Retinoy turşusu

A vitamininin metabolizmi


Retinol gözün torlu qişasında retinala çevrilir və rodopsin zülalının tərkibində işıq duyğusunda iştirak edir.
Bundan əlavə, retinol qan plazmasında olan retinolbirləşdirici zülalla birləşir və bu birləşmə şəklində toxumalara gətirilir. Retinolun bir hissəsi qaraciyərdə ehtiyat (depo) üçün saxlanılır, bir hissəsi isə retinala və retinoy turşusuna qədər oksidləşdikdən sonra qlükuron turşusu ilə birləşmə şəklində öd vasitəsilə bağırsaqlara ifraz edilir.
Retinol bağırsağın selikli qişasında üzvi turşularla mürəkkəb efir əmələ gətirərək, xilomikronların tərkibində qan və limfa vasitəsilə nəql edilir.
A vitamini və karotinoidlər nazik bağırsaqlardan sorulur; tokoferollar və doymamış üzvi turşular onların sorulmasını sürətləndirir. A vitamininin sorulması üçün bağırsaqlarda öd turşularıınn olması vacib şərtdir.

A vitamininin biokimyəvi funksiyaları


A vitamininin bütün formaları -retinol, retinal, retinoy turşusu və onların efirləri – bioloji aktiv maddalərdir.
Onlar (retinoy turşusundan başqa) embrionun və böyüməkdə olan orqanizmlərin normal inkişafını və hüceyrə diferensiasiyasını, qığırdaq, sümük və epitel toxumalarının proliferasiya və regenerasiyasını tənzim edirlər;
bundan əlavə, A vitamini görmə duyğusunun fotokimyəvi mərhələsində iştirak edir.
Retinoy turşusu yuxarıda sadalanan proseslərdən yalnız sümüklərin və yumşaq toxumaların inkişafını tənzim edir.

A vitamini çatıışmazlığı


A vitamini çatışmazlığının ən tez təzahür edən əlamətlərindən biri gözün qaranlığa adaptasiya qabiliyyətinin pozulmasıdır.
Buna hemeralopiya (gecə korluğu və ya toyuq korluğu) deyilir. Bundan əlavə, hipovitaminoz zamanı dərinin buynuz təbəqəsi və selikli qişalar zədələnir; epitel qişasının buynuzlaşması sürətlənir, arıqlama, cavan heyvanlarda və uşaqlarda boy inkişafının ləngiməsi müşahidə edilir.
Orqanizmin yoluxucu xəstəliklərə müqavimət qabiliyyəti (immunitet) zəifləyir.
A vitamini çatışmazlığı nisbətən ağır olduqda xəstənin gözlərində üzvi dəyişikliklər törənir: əvvəlcə gözün buynuz qişasının quruması, yeni kseroftalmiya (yunanca xeros - quru, ophtalmos – göz) müşahidə edilir, daha ağır hallarda isə buynuz qişa nekrozlaşaraq dağılır; buna keratomalyasiya deyilir.

Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə