Biokimya A,D,E,K vitaminləri və onların biokimyəvi əhəmiyyəti



Yüklə 16,07 Kb.
səhifə5/6
tarix29.11.2023
ölçüsü16,07 Kb.
#143260
1   2   3   4   5   6
Ülkər Bio

Həll olması


K vitaminləri qrupuna aid olan bütün birləşmələr suda həll olmur, üzvi helledicilerdə isə yaxşı həll olur. Hava oksigeninin təsirindən asanli qla oksidləşir. Yüksəktəkamüllü hyevanların və insanların toxumaları nda menaxino nun 4 izoprenil qrupuna malik analoqu (menaxinon-4, K2 vitamini) daha geniş yayı lmı şdır.
Bu birləşmə toxumalarda həm K vitamininin qida vasitəsile alı nan təbii növlərindən, həm də onları n sintetik analoqu olan K3 vitaminindən sintez edilə bilər. Müasir təbabətdə K3 vitamininin suda hall olan törəmələrindən qanaxmalarin qarşısını alan dərman vasitəsi kimi istifadə edilir.

K vitamininin metabolizmi


Bütün yağda həll olan vitaminler kimi, K vitamini də nazik bağırsaqlardan öd turşularının və lipaza fermentinin tesiri altında sorulur, lakin onun suda həll olan analoqlarının sorulması üçün bu şərait vacib deyil.
K vitamini bağırsaqlardan qaraciyərə xilomik ronların tərkibində daşınır, qan plazmasında albuminlerle kompleks birləşmə əmələ gətirir, qaraciyər, dalaq və ürəkdə toplana bilir.

K vitamini balansının pozulmaları


İnsanda K vitamininin ilkin avitaminozuna nadir hallarda tesadüf edilir. Çünki, adətən insanın həm gündəlik istifadə etdiyi ərzaq maddələrinin terkibində kifayət qədər K vitamini olur, hem de bu vitamin bağırsaq bakteriyalarının heyat fealiyyeti nəticəsində əmələ gəlir.
Yenidoğulmuş uşaqlarda ilkin hipovitaminoz nisbətən çox müşahidə edilir. Bu, həm südün tərkibində K vitamininin cüzi miqdarda olması ilə, ham də yenidoğulmuşların bağırsaqlarında K vitamini sintez edən mikrofloranın yaranmaması ile əlaqədardır.

Hipervitaminoz


K vitamininin böyük dozaları hipervitaminoz əlamətləri törədə bilər: bu zaman eritrositlərdə oksidləşmə-reduksiya fermentlerinin fəallığ dəyişir, hemoqlobinin methemoqlobinə çevrilmə sürəti artir ve erit rodiarez (hemoliz) prosesi sürətlənir.
Buna görə, ana bətnində və doğuşdan sonrakı dövrdə yüksək dozada K vitamini alan yenidoğulmuşda hemolitik anemiya törənə bilər. Tibbi ədəbiyyatda K vitamininin yüksək dozalarının qaraciyər hüceyrələrinə də zədələyici təsir göstərdiyi haqda melumatlara rast gəlinir.

Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə