Biokimya A,D,E,K vitaminləri və onların biokimyəvi əhəmiyyəti


E vitamininin metabolizmi



Yüklə 16,07 Kb.
səhifə4/6
tarix29.11.2023
ölçüsü16,07 Kb.
#143260
1   2   3   4   5   6
Ülkər Bio

E vitamininin metabolizmi

    • E vitamini nazik bağırsaqlardan sorulur. Bütün yağda həll olan vitaminlər kimi, E vitamininin sorulmasi üçün də bağı rsaqlarda lipidlerin və öd turşularının olması vacibdir. Bağı rsaqdan sorulan E vitamini xilomikronların tərkibində limfa yolları vasitesile neql edilerek, ümumi venoz sistemə gətirilir ve qan plazmasının lipoprotein fraksiyasında orqan və toxumalara dașınır.
    • Tokoferol toxumalarda hüceyre membranlarına daxil olub, burada toplanır. Piy toxumasında, qaraciyərdə və eninəzolaqlı əzələlərdə tokoferolun miqdarı daha çox olur.

E vitamininin blokimyəvi funkslyaları


Evitamininin molekulyar səviyyede göstərdiyi təsirin konkret mexanizmleri tam inceliklərine qədər öyrənilməyib. Tokoferolun biokimyəvi rolunu onun çatışmazlğı şəraitində baş verən dəyişikliklərə əsaslanmaqla izah etməyə cəhd göstərən fərziyyələr arasında ən çox diqqet cəlb edəni - antioksidant fərziyyəsidir. Bu fərziyyəyə görə, tokoferollar orqanizmdə bioloji antioksidant funksiyası daşıyırlar. Məlumdur ki, doymamış lipidlər hüceyrələrin və hüceyrə orqanoidlərinin lipoprotein membranının əsas komponentidir; E vitamini çatışmazlığı nəticəsində bu birləşmələrin peroksidləşməsinin sürətlənməsi bioloji membranların funksiyasının pozulmasına hüceyrelərin zədələnməsinə səbəb olur.

Avitaminozu


İnsan qida maddələrinin (xüsusən bitki yağlarının) tərkibində orqanizmin tələbatına müvafiq miqdarda E vitamini alır. Buna görə insanda E vitamini çatışmazlığına rast gəlinmir. Yalnız yarımçıq doğulmus uşaqlarda bəzən E vitamininin hipovitaminozu ile əlaqədar olan hemolitik anemiya müşahidə edilir. Bu, eritrositlerin membranının davamsız olması və sərbəst radikalların təsirindən asanlıqla parçalanması ilə əlaqədardır. Yarımçıq doğulmuş uşaqlarda təsadüf edilən retinopatiyaların və görmə zəifliyinin bəzi növləri də tokoferol çatışmazlığı ilə əlaqədar ola bilər.

K vitamininin kimyəvi quruluşu və fiziki-kimyəvi xassələri


K vitamini xassəsinə malik olan üzvi birləşmələrin molekullarına izoprenoid xarakterli yan zəncirlə birləşmiş xinon daxildir. Bu vitaminin məlum olan 2 vitamerinin (Kı və K2 vitaminləri) molekulunun tsiklik hissəsində 2-metil 1,4-naftoxinon qalığı vardır. Müxtəlif bioloji obyektlərdən alı nan K vitaminləri bir-birindən yan zencirlərinin tərkibinə görə fərqlənir.
Bitki mənşəli ərzaq maddələrinin tərkibində olan vitamerə K vitamini və ya filloxinon bağırsaq bakteriyalarının həyat fəaliyyəti məhsulu olan vitamerə isə K2 vitamini və ya menaxinon adı verilmişdir;

Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə