Biokimya A,D,E,K vitaminləri və onların biokimyəvi əhəmiyyəti


D vitamininin bioloji aktiv formaları və onları n kimyəvi təbiəti



Yüklə 16,07 Kb.
səhifə3/6
tarix29.11.2023
ölçüsü16,07 Kb.
#143260
1   2   3   4   5   6
Ülkər Bio

D vitamininin bioloji aktiv formaları və onları n kimyəvi təbiəti


D vitamini adı altında bioloji fəallığına görə bir-birinə oxşar olan bir neçə sterin birleşməsi nəzərdə tutulur. Bu vitamerlərdən erqokalsiferolun (D2) ve xolekalsiferolun (D3) bioloji fəallı ğı xüsusən yüksəkdir.
D vitamini insan və heyvanların dərisində günəş şüalarının tərkibində olan 280-320nm dalğa uzunluqlu ultrabənövşəyi şüaların təsiri nəticəsində müvafiq provitaminlərdən əmələ gəlir. Burada bitki manşəli provitamin-erqosterin erqokalsiferola (D: vitamini), heyvan mənşəli provitamin -7-dehidroxolesterin isə xolekalsiferola (D3 vitamini) çevrilir: D3 vitamininin bioloji faallığı D2 vitamininə nisbətən yüksəkdir. Bu vitamerlerin hər ikisi 115-117°C temperaturda əriyən, suda həll olmayan, yağda, efirdə, xloroformda və b. üzvi həlledicilərdə yaxşı həll olan kristal şəkilli, rengsiz maddədir.
D vitamininin bioloji fəallığı nisbətən az olan vitamerleri (D4, Ds, D6 və D7) orqanizmdə ulğtrabənövşəyi şüalari n təsiri alti nda bitki mənşəli provitaminlərdən - dihidroerqosterindən (D4), 7-de hidrositosterindən (Ds), 7-dehidrostiqmasterindən (D6) və 7-dehidrokam pesterinden əmələ gəlir.

D vitamininin metabolizmi


Qidanın tərkibində olan kalsiferollar nazik bağırsaqlardan öd turşularının köməyi ilə sorulur. Onlar buradan xilomikronların tərkibində qana keçir və qapı venası vasitəsilə qaraciyərə gətirilir. Dəridə əmələ gələn endogen mənşəli kalsiferollar da metabolizmin sonrakı mərhələsini yalnız qaraciyərə gətirildikdən sonra davam etdirir.
D vitamini epidermisdən qanın tərkibində qaraciyərə spesifik kalsiferollirleşdirici zülal - transkalsiferinlə birləşmə şəklində gətirilir. D vitamini epidermisdən qanın tərkibində qaraciyərə spesifik kalsiferolbirləşdirici zülal transkalsiterinlə birləşmə şəklində gətirilir. D vitamininin vitamerlərinin heç biri orqanizmdə biokimyəvi proseslərə dəyişikliyə uğramamiş şəkildə təsir göstərə bilmir.

Avitaminozu


D vitamini çatışmazlığı uşaqlarda raxit xesteliyinin inkişafına sabəb olur. Bu xəstəlik zamanı orqanizmdə D vitamininin tənzim etdiyi bütün prosesler pozulur, yəni kalsium və fosforun bağırsaqlardan sorulmasının və böyrek borucuqlarından reabsorbsiyasının sürəti azalır; bunun neticəsində qanda kalsium və fosfor azalır, sümüklerin minerallaşması pozulur.
Hipervitaminozu
Həddindən artıq yüksək dozada D vitamini qəbul edən uşaq orqanizmində skeletin inkişafi pozulur; əmgəklər vaxtından əvvəl sümükləşir; bunun neticəsində mikrosefaliya törənir və kəllədaxili təzyiq artır. D vitamininin hipervitaminozu zamanı qanda kalsium və fosforun qatılığı kəskin sürətdə artır. Bunun nəticəsində daxili organlarda və əzələlərdə kirəcləşmə baş verə bilər.

Yüklə 16,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə