Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Mürəkkəb  zülallar,  tərkibi,  yayılması,  bioloji  rolu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə40/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   136
BIOKIMYA MUHAZIRELER

5.  Mürəkkəb  zülallar,  tərkibi,  yayılması,  bioloji  rolu: 
Mürəkkəb  zülallar 
sadə zülallarla qeyri-zülal təbiətli maddələrdən ibarətdir. Onlar hidroliz olunduqda 
sadə zülallara, fosfat turşusuna, nuklein turşularına, lipidlərə, metallara və bir sıra 
başqa birləşmələrə ayrılır. 
 
Mürəkkəb zülallara nukleoproteidlər, xromoproteidlər,  fosfoproteidlər, lipo-
proteidlər, qlikoproteidlər (mukoproteidlər), metalloproteidlər, metalloid-proteidlər 
aiddir.  
Nukleoproteidlər və ya nüvə zülalları bitki və heyvan hüceyrələrində olur.  
Nukleoproteidlərin  tərkibində  qeyri-zülal  təbiətli  maddələr  nuklein  turşu-
larıdır.  Nuklein  turşuları  2  növdən  ibarətdir.  Onlardan  bir  qrupuna  dezoksiri-
bonuklein  turşuları  (DNT)  və  digərinə  isə  ribonuklein  turşuları  (RNT)  deyilir. 
Bunlar özləri də mürəkkəb maddələrdir və mononukleotidlərin polimerləşməsindən 
əmələ gəlmişdir. Nuklein turşularının əmələ gəlməsində 3 müxtəlif qrup maddələr: 
azotlu əsaslar, pentozalar və fosfat turşusu iştirak edir.  
Xromoproteidlər tərkibində sadə zülallar-dan başqa müxtəlif rəngli maddələr 
də  saxlayır.  Bunlara  misal  eritrositlərdə  olan  hemoqlobini,  əzələlərdə  olan 
mioqlobini,  bitkilərin  xlorofilini,  gözün  torlu  təbəqəsindəki  rodopsini  və  başqala-
rını göstərmək mümkündür.  
Hemoqlobin  sadə  zülal  qlobinə  prostetik  qrup  olan  hemin  birləşməsindən 
əmələ  gəlir.  Bir  molekul  qlobinlə dörd  molekul hem  birləşir, hemin  hər  moleku-
lunda bir atom da dəmir vardır.  
Əzələlərdə  olmaqla,  hemoqlobinə  nisbətən  bəsitdir.  Mioqlobin  molekulda 
bir  hem  molekulu  və  153  aminturşusunun  qalığından  əmələ  gəlmiş  bir  polipeptid 
zəncirindən ibarət zülal molekulu vardır. Bunun oksigenə hərisliyi hemoqlobindən 
artıqdır.  
Fermentlərdən katalaza, peroksidaza, sitoxromlarda xromoproteidlərə aiddir.  


45 
 
Bunların prostetik qrupları hemə yaxın maddələrdir.  
Flavoproteidlər  və  rodopsin  də xromoproteiddir. Flavoproteidlərin prostetik 
qrupu B
2
 vitamini, rodopsininki isə 
A
 vitaminidir.  
Rodopsində 
A
-vitamini 11-sis-retinal şəklindədir.  
Rodopsin  gözün  torlu  qişasının  fotoreseptor  təbəqəsində  (membrana)  zülal-
ların 80-85%-ni təşkil edir.  
Bu  qrup  mürəkkəb  zülalların  tərkibində  sadə  zülallardan  başqa  prostetik 
qrup: dəmir, mis, sink, kobalt, kalsium, flüor və qeyri elementlər də olur. Metallo-
proteidlərdən qaraciyər və dalaqda olan fermentlərdə dəmir (20%) və sink vardır. 
Bu zülal orqanizmdə dəmirin deposu sayılır.  
Hemosiderin də tərkibində dəmir saxlayan zülaldır. Bunda 25% nukleotid və 
karbohidrat vardır. Bu zülal əsasən retinukloendateli hüceyrələrində olur.  
Fosfoproteidlərin  tərkibində  prostetik  qrup  olaraq  fosfat  turşusuna  təsadüf 
olunur. Bu da serinfosfat və treoninfosfat şəklindədir.  
Fosfoproteidlərə  misal süddə olan  kazeini, yumurta  sarısındakı  ovovitellini, 
balıq  kürüsündəki  ixtulini  və  s.-ni  göstərmək  olar.  Bunlar  ehtiyat  qida  zülalları 
sayılır.  Fosfoproteidlər  heyvanların  bəzi  üzvlərində  (məsələn:  qaraciyərdə)  fosfat 
turşusunun fəal forması kimi mübadilə proseslərində fəal iştirak edir. Fermentlər-
dən pepsin, fosforilaza, fosfoqlükomutaza da fosfoproteiddir.  
Lipoproteidlər sadə zülallarla lipidlərin  (yağ turşuları,  neytral yağlar, fosfa-
tidlər, sterinlər) birləşməsindən əmələ gəlir.  
Lipoproteidlərin  bəziləri  suda  həll  olan  kompleks  birləşmələrdir.  Bunlarda 
lipidlər  daxildə,  zülallar  isə  xaricdə  yerləşir.  Zülal  hissəsi  daxildə  və  lipid  hissəsi 
xaricdə yerləşən lipoproteidlər yalnız üzvi həlledicilərdə həll olur.  
Lipoproteidlər  çox  labil  (davamsız)  birləşmələrdir.  Bunlar  hüceyrələrin 
orqanellalarının  əmələ  gəlməsində  istirak  edir.  Lipoproteidlər  hüceyrə  pərdəsinin 
tərkib  hissəsini  təşkil  etməklə  sızma  prosesinin  tənzim  olunmasında  mühüm  rol 
oynayır.  
Lipoproteidlərə bütün toxumalarda rast gəlinir. Bunlara ən çox sinir toxuma-
sında, qan zərdabında, yumurta sarısında, süddə və s.-də rast gəlinir.  
Qlikoproteidlərə 
mukoproteidlər
  də  deyilir.  Bunlar  sadə  zülalların  karbo-
hidratlarla  (qlükoza, qalaktoza, maltoza, fruktoza, qlükozamın, qlükuron turşusu, 
sulfat  turşusu,  sirkə  turşusu  və  s.)  və  onların  törəmələrinin  (neyramin  və  sial 
turşuları)  birləşməsindən  əmələ  gəlir.  Karbohidratlar  bu  zülalların  10-20%-ni, 
aminşəkərlər isə 4%-ə qədərini təşkil edir. Məsələn, qammoqlobinlərin tərkibinin 
20%-ə yaxını karbohidratlardan ibarətdir. Bu qrup zülallardan sümük toxumasında, 
qığırdaqlarda,  gözün  buynuz  təbəqəsində,  həzm  şirələrində  olan  musinləri  və 
mukoidləri, qan plazmasındakı qaptoqlobinləri, fetuini göstərmək mümkündür.  
Zülallar molekullarının formalarına, fəza quruluşlarına (konformasiyasına) 


46 
 
görə  2  qrupa:  fibrilyar  və  qlobulyar  zülallara  bolunür.  Fibrilyar  zülallar  uzun 
sapvari formalıdır, suda, duz məhlulunda həll olmur. Kallogen, keratin, fibronin və 
s.  belə  zülallardandır.  Qlobulyar  zülallar  dairəvi,  kürə  formasındadır.  Suda  həll 
olur  –  mioqlobin,  hemoqlobin,  zərdab  albumini,  ribonukleaza  və  s.  belə  zülallar-
dandır. Bəzi zülalları (fibrinogen, miozin və s.) aralıq tipə məxsusdur.  
Zülalların  yuxarıda  sadalanan  təsnifatı  təfsilatı  ilə  tam  düzgün  hesab 
olunmur.  Bir  çox  zülallar  bu  və  ya  digər  qrupa  aid  olan  xassələri  özündə  əks 
etdirir.  Bu  səbəbdən  zülalları  əsasən  iki  əlamətlərinə  görə  ayırırlar.  Fəza 
quruluşuna və funksiyalarına görə.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə