Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Zülalların  təsnifatı.  Sadə  zülallar,  tərkibi,  təbiətdə  yayılması  və  bioloji



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə39/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   136
BIOKIMYA MUHAZIRELER

4.  Zülalların  təsnifatı.  Sadə  zülallar,  tərkibi,  təbiətdə  yayılması  və  bioloji 
rolu
Zülallar  yüksəkmolekullu  birləşmələrdir,  onların  quruluşları,  funksyaları, 
tərkibi  hələ  tam  öyrənilməmişdir.  Zülallar  müxtəlif  əlamətlərinə  görə  təsnif 
olunurlar. 
 Zülallar  tərkiblərinə  və  fiziki,  kimyəvi  xassələrinə  görə  sadə  və  mürəkkəb 
zülallara bölünür. 
Sadə  zülallar  (proteinlər)  hidroliz  olunduqda  ancaq  aminturşularına, 
mürəkkəb  zülallar  (proteidlər)  isə  aminturşularından  başqa, zülal  təbiətli  olmayan 
(nuklein,  fosfat,  yağ  turşuları,  karbohidratlar  və  s.)  başqa  birləşmələrə  ayrılırlar. 
Zülal olmayan hissə 
prostetik qrup 
adlanır.  
Sadə  zülallar  həll  olmasına,  aminturşu  tərkibinə  və  xassəsinə  görə  bir  neçə 
qrupa:  albuminlərə,  qlobulinlərə,  prolaminlərə,  qlütelinlərə,  histonlara,  protamin-
lərə, proteinoidlərə və ya skleroproteinlərə bölünür. 
Albuminlərə  insan  və  heyvanların  qan  zərdabında,  beyin-haram  ilik 
mayesində, əzələlərdə, sinir toxumasında, süddə (laktoalbumin), yumurta zülalında 
(ovalbumin)  və  s.-də  rast  gəlinir.  Zərdab  albumininin  tərkibində  bir  polipeptid 
zənciri vardır ki, o da 600-ə yaxın aminturşusunun qalığından əmələ gəlmişdir.  
Qlobulinlərin  molekul  kütləsi  100-300  min  dalton  arasında  dəyişir.  Bu 
zülallara qan plazmasındakı fibrinogen, zərdab qlobulinləri (α-, β- və γ- qlobulin-
lər),  süd  qlobulinləri  (laktoqlobulinlər),  əzələ  qlobulinləri,  yumurta  sarısındakı 
ovoqlobulinlər və qeyriləri aiddir.  
Bu qrup zülallar ən çox bitkilərdə olur. Molekul kütlələri az olmaqla, 26-40 
min  dalton  arasında  tərəddüd  edir.  Prolaminlərə  misal  arpada  olan  qordeini, 
qarğıdalıdakı  zeini,  buğda  və  çovdarda  olan  qliadini,  vələmirdəki  avenini  və 
başqalarını göstərmək mümkündür.  
Zəif (0,2-2,0 %-li) qələvi məhlullarında həll olur, suda, neytral duzların duru 
məhlullarında  isə  həll  olmur.  Bunlara  buğda  qlüteini,  düyü  orizenini,  qarğıdalı 
qlütelini  və  qeyriləri aiddir. Buğda  kleykovinasının  çoxunu  qlütelinlər  təşkil  edir. 
Bu zülalların toxumda miqdarı 1-3%-ə qədərdir.  
Turşularda həll olur. Bu zülalların tərkibində diaminomonokarbon turşuları 
(lizin, arğinin) çox olduğundan (20-30%) əsasi xassə daşıyır və azotun miqdarı da 
nisbətən artıqdır, yəni 18%-ə yaxındır. Histonlarda triptofan olmur. Bunların mole-
kul kütlələri 5-37 min arasında dəyişir. Bunlar nüvə zülalları hesab edilir. Çünki 


44 
 
əsas nüvədə DNT-kompleksləri şəklində xromatində yerləşir.  
Histonlar  vəzifələrinə  görə  quruluş  və  genetik  zülallar  sayılır.  DNT-nin 
fəallığını azaltmaqla RNT-nin sintezini ləngidir.  
Bu  zülallarda  əsaslıq  xassəsi  daha  çoxdur.  Aminturşu  tərkibinin  60%-dən 
çoxunu,  bəzi  hallarda  80%-ni  arginin  təşkil  edir,  tirozin,  triptofan,  sistein, 
asparagin turşusu və metionin olmur. Molekul kütlələri 10 mindən çox deyildir.  
Protaminlər  az  yayılmışdır.  Bunlar  əsasən  spermada  (klupein)  və  balığın 
kürüsündə olur.  
Fibrilyar  quruluşa  malik  olmaqla  istinad  toxumalarının  quruluşunda  və 
mexaniki müdafiədə iştirak edir. Bu qrup zülallara kollagenlər və keratinlər aiddir. 
Kollagenlər  birləşdirici  toxumada  olan  fibrilyar  zülallardır.  Buraya  sümük, 
qığırdaq,  vətərlər,  bağlar  və  birləşdirici  toxumanın  qeyri-zülalları  aiddir.  Bunlar 
birləşdirici toxumanın quruluş zülallarıdır.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə