Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə35/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   136
BIOKIMYA MUHAZIRELER

c
b
a


burada 
α
a
-
asimmetriya 
dərəcəsi; 
b-
hissəciklərin  uzunluğunun  simmetriya  oxu, 
c-
hissəciklərin  qısa 
simmetriya  oxu 
1

a

olan  zülalların  molekullarının  fəza  quruluşu  ellips  və  ya 
dairəvidir.  Belə  zülallara  az  rast  gəlinir. 
1
6
3


a

  olan  zülalların  molekullarının 
fəza quruluşu çubuqvarıdır. Bu zülallar çox yayılmışdır. 
200
80



 olan zülalların 
molekullarının fəza quruluşu dartılmış formadadır. Zülal molekulunun formaları və 
xassələri  arasında  qarşılıqlı  əlaqə  mövcuddur.  Bu  qarşılıqlı  əlaqə  ən  çox  əzələ 
zülalında (aktın, miozin) və ipək zülalında (fibroin) daha çox özünü göstərir.  
Zülalların  molekul  kütlələri  100  min  hətta  daha  çox  mln  daltonla  (atom 
kütləsinin ölçü vahididir) ifadə olunur. Zülalların molekul kütləsini fiziki üsullarla 
ən çox istifadə olunan ultrasentrafuqlaşma üsulu ilə müəyyən edilir. Bundan başqa 
elektronmikroskopiya,  nüvə  maqnit  rezonans  (NMR),  gel-süzmə,  gel-elektroforez 
üsulları ilə zülalların molekul kütlələri müəyyən edilir.  
Zülalların çoxusu suda həll olur və kolloid məhlul əmələ gətirir. Ona görə də 
kolloidlərə  aid  bütün  xassələri  daşıyır.  Yəni  Broun  hərəkətini,  osmos  xassəsini, 
optik xassəsini (Tindal effekti) özündə əks etdirir. Temperaturun və elektrolitlərin 
təsirindən  koaqulyasiyaya  uğrayırlar.  Temperatur  artıq  olduqda  denaturasiyalaşır. 
Yəni ikinci, üçüncü və dördüncü quruluşu pozulur, yalnız birinci quruluş qalır. Etil 
spirti  və  aseton  zülalları  denaturasiyalaşdırır.  Denaturasiyanın  əksi 
renaturasiya
 
adlanır.  
Zülallar  amfoter  elektrolitlərdir,  bu  da  onların  tərkibindəki  amin  (-NH
2
)  və 
karboksil  (-COOH)  qrupları  ilə  əlaqədardır.  Bu  qruplar  məhlulda  ionlaşaraq 
anionlara və kationlara ayrılır.  
 
 
 
 
 
Turş  mühitdə 
(𝑝𝐻 < 7)
  bipolyar  ion  müsbət,  əsasi  mühitdə 
(𝑝𝐻 > 7)
 
bipolyar ion mənfi yüklənir.  
 
 
 
 
          
 
                                                                                          COO

R─CH─COOH → R─CH─COO
-
 (bipolyar ion)  
        │                                       │                                                                    
NH
3
+
 
      NH
2
                       NH
3

      COO
-
                       COOH              COO
-
                        COO
-
 
                  + H
+
↔                    ;                     + OH
-
↔                 +  H
2

        NH
3
+
                      NH
3
+
                 NH
3
+
                         NH
2



36 
 
Zülallar elektrik yükü daşıdığından izoelektrik halda olurlar. Bu hal zülalın 
kolloid  hissəciklərinin  elektroneytral  vəziyyətinə  deyilir.  İzoelektrik  hal 
elektrolitlərin  təsiri  ilə  yaranır.  Hidrogen  ionları  qatılığının  bu  haldakı  qiyməti 
(yəni 
pH
-ı)  həmin  zülalın  izoelektrik  nöqtəsi  adlanır.  İzoelektrik  nöqtə  zülalın 
tərkibində olan aminturşunun (turş və ya əsasi xassəli) miqdarından asılıdır.  
Zülalların bioloji xassələri-onların fermentativ, yəni biokatalitik aktivliyi ilə 
əlaqədardır.  Bəzi  zülalların  molekulunun  quruluşu,  həmçinin  tərkiblərində 
funksional  qrupların  olması  biokimyəvi  reaksiyaların  sürətini  artırır.  Zülalların 
bioloji  xassələrindən  biri  də  harmonal  aktivliyi  ilə  əlaqədardır  ki,  bu  da  orqanı-
zmdə  baş  verən  bir  çox  biokimyəvi  reaksiyaların  qrup  halında  aktivləşməsinə 
səbəb olur. 
Zülalların  kimyəvi  tərkibini  öyrənmək  üçün  turş,  əsasi  və  ya  fermentativ 
mühitdə  hidroliz  aparılır.  Hazırda  yüzlərlə  zülalların  tərkibində  aminturşuların 
keyfiyyətcə və kəmiyyətcə miqdarı öyrənilmişdir.  
Zülalların  tərkibində  olan  aminturşular  iki  yerə  ayrılır:  bütün  zülalların 
tərkibində  həmişə  rast  olunan  aminturşular.  Bunlar  18  α-aminturşusu  və  iki 
aminturşunun  amidi-asparagin  turşusunun  amidi  asparagin  (
Asn
)  və  qlutamin 
turşusunun amidi – qlutamın (
Qln
).  
 
 
 
Zülallar 
α-
aminturşularından (qlisin, prolin və oksiprolindən başqa) əmələ 
gəlmişdir.  Bütün  zülal  aminturşuları  (qlisindən  başqa)  optiki  aktivdir  və 
L
  (sol) 
izomer halındadırlar. 
Zülalların tərkibində 18 
α 
aminturşudan və iki amiddən başqa bəzi hallarda 
oksiprolinə  (oksiprolidin  2-karbon  turşusu),  ornitinə  (
α,δ 
diaminvalerian turşusu), 
α-
aminyağ turşusuna və selensistein (sistein turşusunda 
Se
-də olur) turşusuna rast 
gəlinir. 
α-
aminturşularının  tərkibində  olan  funksional  qruplar  orqanizmdə  gedən 
biokimyəvi  reaksiyalara  müxtəlif  cür  xassələr  verir.  Beləki,  ─NH
2
  və  ─COOH 
qrupları duz əmələgətirmə, ─SH və ─S─S─ qrupları reduksiyaedici-oksidləşdirici, 
─NH
2
, ─OH, ─COOH qrupları alkilləşmə, ─OH qrupu fosforlaşma reaksiyalarını 
verir.  
Aminturşuların  fiziki  xassələri  tərkibindəki  aminturşu  radikalların  polyarlı-
ğından,  uzunluğundan  və  ölçüsündən  asılı  olaraq  müxtəlif  cürdür.  Aminturşu 
radikalı  zülalların  polipeptid  zəncirinin  quruluşuna,  zülalın  fəza  görünüşünə  də 
təsir  edir.  Beləki,  qlisində  olan  fəal  radikal  (─CH
2
─CHNH
2
─COOH)  polipeptid 
                                        
O                                                                        O
 
HOOC─CH─CH
2
─C               HOOC─CH─CH
2
─CH
2
─C 
 
                  │                               
NH
2
                      │ 
                                  
NH
2
 
              NH
2
                                           NH
2
 
 
          Asparagin                                       Qlutamın 


37 
 
zəncirinin  hərəkət  aktivliyini  artırır  və  zülalların  digər  quruluşlarının  yaranmasını 
tezləşdirir.  
Alanin,  valin,  leysin,  izoleysin,  fenilalanin  və  triptofanın  radikalları  az 
polyardır,  digər  aminturşuların  radikalları  polyardır.  Bu  da  onların  müxtəlif 
həlledicilərdə həll olma xassəsində özünü biruzə verir.  
Histidinin radikalı mühitin pH-dan asılı olaraq düzünə və tərsinə ionlaşaraq 
(protonlaşaraq) fermentlərin aktiv mərkəzlərinin fəallaşmasında iştirak edir.  
 
 
 
Amin turşuları tərkib və quruluşlarına görə 2 qrupa bölünürlər. 
1. Asiklik

açıq zəncirli aminturşuları: qlisin, alanin serin, sistein, metionin və 
s. 
2.  Siklik-qapalı  zəncirli  aminturşuları:  treptofan,  histidin,  prolin,  fenilalanin 
və s. 
Asiklik aminturşuları da öz növbəsində karboksil və amin qruplarının sayına 
görə monoaminmonokarbon pH=7 (qlisin, alanin, fenilalanin), monoamindikarbon 
pH
<
7 (asparagin turşusu qlütamin turşusu) və diaminmonokarbon pH
>
7 (arginin, 
lizin, ornitin) turşularına bölünür.  
Aminturşu  radikallarının  müxtəlifliyi  onların  fiziki  və  kimyəvi  xassələrinə 
təsiri  zülalların  bir  çox  funksyalar  daşımasına,  digər  biopolimerlərdən  fərqlən-
məsinə və həyatın ən vacib komponenti olmasını təmin edir. 

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə