Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə38/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   136
BIOKIMYA MUHAZIRELER

protomerlər
 adlanır. Onların birləşməsindən əmələ gələn zülal 
molekulu 
multimer
  adlanır.  Protomerlər  ayrı-ayrılıqda  bioloji  aktivliyə  malik 
olmurlar. Onlar bir-birilə müəyyən rabitə növləri ilə birləşib səciyyəvi fəza qurulu-
şu  əldə  etdikdən  sonra  (multimer  əmələ  gəldikdən  sonra)  öz  spesifik  bioloji 
funksiyalarını yerinə yetirir. Bu cəhətlərə görə dördüncü quruluş daha mürəkkəb-
dir. 
2 α və 2 β polipeptid zəncirindən ibarət olan hemoqlobin molekulunun hər 
birinin  molekul  kütləsi  17000  Da  olmaqla  4  protamerdən  əmələ  gəlmişdir.  α-
zəncirində  141,  β-zəncirində  146  aminturşu  qalığı  tetraed  formasında  tillərdə 
yerləşmişdir.  Nəticədə  yumaqşəkilli  (şarşəkilli)  0,50  x  0,55x0,64  nm  ölçüdə  fəza 
forması alınır və qlobulin zülalı yaranır.  
Tütün  mozaikası  virusunun  zülalının  molekul  kütləsi  40 000 000  Da 
yaxındır. Onun 6%-ə qədərini ribonuklein turşusu qalan hissəsinui zülal təşkil edir. 
Zülal  mültmerinin  tərkibində  4  substrat  (protomer)  yerləşir.  Hər  protomerin  öz 
təsir  sahəsi  vardır  ki,  bunlar  da  aminturşu  radikalları  ilə  müəyyən  olunur. 
Protomerlərin  molekul  kütləsi  1700-330000  Da  arası  tərəddüd  edir.  Protomerlər 
arasında  Van-der-Vaals-London  qüvvələri,  polyar  və  hidrofil  qrupların  (─OH, 


43 
 
─NH
2
,  ─NH,  ═C═O,  ─COOH)  qarşılıqlı  təsir  qüvvəsi,  hidrogen  rabitələri  və  s. 
təsir  göstərir.  Hazırda  bu  cür  rabitələrin  hesabına  protomerlər  multmerləri  əmələ 
gətirir və kooperativləşərək zülalların bioloji aktivliyini artırır.  
Müasir  fikirlərə  görə  zülalların  dördüncü  quruluşunun  saxlanmasında 
aminturşu  radikalları  arasında  hidrofil  və  hidrogen  rabitələri  əsas  rol  oynayır. 
Hazırda 100-ə qədər zülalın dördüncü quruluşu öyrənilmişdir.  

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə