Biokimyadan mühazirələr. MƏRuzəÇİ: prof. Yusifov Nazim Məhəmməd oğlu


  Zülalların  tərkibi,  xassələri,  ayrılma  və  təmizlənmə  üsulları



Yüklə 2,46 Mb.
Pdf görüntüsü
səhifə34/136
tarix08.01.2022
ölçüsü2,46 Mb.
#82706
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   136
BIOKIMYA MUHAZIRELER

1.  Zülalların  tərkibi,  xassələri,  ayrılma  və  təmizlənmə  üsulları:
  Zülallar 
bütün  canlıların  orqanizmlərinin  əsasını  təşkil  edən,  hidroliz  məhsulları   
α
 
aminturşuları olan yüksəkmolekullu azottərkibli təbii polimerlərdir.  
Zülalların ümumi formulunu aşağıdakı kimi təsəvvür etmək olar. 
 
                   H
2
N─CH─C─ ─NH─CH─C─ ─NH─CH─COOH 
                             
│       ║                   │       ║                 │ 
                             R      O                R     O   n          R 
 
Zülalların tərkibində elementlərin miqdarı müxtəlifdir. 
Karbon ......50-55%                Oksigen ......21-24% 
Hidrogen .....6,5-7,3%            Kükürd .......0-3,4% 
Azot ............15-18%              Kül ............0-0,5% 
İnkişafda olan canlı hüceyrənin quru maddəsinin 55-85%-ni zülal təşkil edir. 
Ən  sadə  bakteriyaların  hüceyrələrində  2000-ə  qədər  müxtəlif  zülallar  müəyyən 
edilmişdir. 
 
 


34 
 
Bitkilərdə  ən  çox  paxlalıların  toxumlarında  (23-40%),  yağlı  bitkilərdə  isə 
(16-20%)  zülal  olur.  İnsan  və  heyvanlarda  zülal  ən  çox  dalaqda,  əzələlərdə, 
ağciyərdə, böyrəklərdə və qeyri üzvlərdə olur. Bunlarda zülal quru maddənin 72-
84%-ni təşkil edir.  
Zülallar canlı materiyanın yaranmasının və inkişafının əvəzedilməz kompo-
nentidir.  
Bu funksyalardan başqa zülallar hüceyrələrin və qanın osmotik təzyiqinin və 
pH
-ın  tənzimində  iştirak  edir.  Zülallar  bir-birindən  tərkibinə  və  quruluşuna  görə 
fərqlənirlər.  
Zülalların  fiziki,  kimyəvi  xassələrini  və  fizioloji  rolunu  öyrənmək  üçün 
onları  bioloji  materialdan  təmiz  halda  ayırmaq  lazımdır.  İlk  dəfə  1728-ci  ildə  U. 
Bekkari  buğda  unundan  zülali  maddəni  ayırmağa  müvəffəq  olmuşdur.  Zülalları 
ayırmaq  və  təmizləmək  üçün  elə  üsullar  seçmək  lazımdır  ki,  onların  kimyəvi 
təbiətində  və  bioloji  funksyalarında  heç  bir  dəyşiriklik  getməsin.  Bu  məqsədlə 
denaturasiya  prosesinin  qarşısını  almaq  üçün  əməliyyatlar  aşağı  temperaturda 
(+5
0
C-dən aşağı) aparılmalıdır.  
Əvvəlcə toxuma (əzələ, qaraciyər, böyrək, bitki və s.) nazik kiçik hissələrə 
bölünür, müasir homogenizator vasitəsilə homogen məhlul (ekstrakt) hazırlanır. Bu 
məqsədlə neytral duz məhlulu (8-10%-li ammonium sulfat, natrium xlorid, natrium 
sulfat) və ya spirt (70%-li metanol, etanol məhlulu) götürülür və zülal çökdürülür. 
Çökdürmə əməliyyatı -5, -10
0
C temperaturda aparılır.   
Ayrılmış  zülalları  təmizləmək  müxtəlif  adsorbentlərdən  istifadə  etməklə 
iondəyişmə, adsorbsiya və afin xromotoqrafiya üsullarından istifadə etməklə aparı-  
lır.  
Duzlarla çökdürmə qüsurludur. Beləki, hər bir zülalın müxtəlif duzlara qarşı 
münasibəti fərqlidir. Belə çökdürmədə zülallar denaturasiyaya uğrayırlar.  
Elektroforez  üsulu  ilə  zülalların  ayrılması  daha  effektlidir.  Elektroforez 
kolloid  hissəciklərin,  o  cümlədən  zülalların  elektrik  sahəsində  anoda  və  katoda 
doğru hərəkətinə deyilir. Zülal molekulunun böyüklüyündən, yüklərin işarəsindən 
və elektrik yükünün miqdarından asılı olaraq onların elektrodlara hərəkər sürəti də 
fərqli olur. Elektroforez yaş filtr kağızı üzərində bərk mühitdə (nişasta, aqar-aqar, 
poliakrilamid və s.) tənzimlənmiş cərəyan şiddətində və müəyyən 
pH
-a malik olan 
bufer  məhlul  mühitində  aparılır.  Bu  cür  ayrılmış  zülallar  turş  (6n  HCI),  əsasi  (2n 
NaOH)  və  ya  fermentativ  mühitdə  hidroliz  olunaraq  aminturşu  tərkibinə  ayrılır. 
Aminturşu  tərkibi  xromatoqrafiya  üsulu  ilə  öyrənilir.  Bu  üsul  ayrı-ayrı  birləş-
mələrin  inert  maddələr  üzərində  müxtəlif  dərəcədə  adsorbsiya  olunmaq  qabiliy-
yətinə  əsaslanır.  Müasir  avtomatik  aminturşu  analizatorlarının  köməyi  ilə  (iondə-
yişmə  xromatoqrafiya  üsulu  ilə)  1-1,5  saat  müddətində  zülalların  tərkibində  olan 
20-ə qədər 
α 
–aminturşularının keyfiyyətcə miqdarını təyin etmək mümkün olur.  


35 
 
Zülal molekulunda atomların yerləşməsini və molekulun fəza quruluşunu – 
hidrodinamik  və  işıq  xassələrinə  əsaslanaraq  rentgenoqrafiya,  elektronomik-
roskopiya analiz üsulları ilə müəyyən olunmuşdur ki, zülal hissəcikləri asimmetrik 
dartılmış  formada  yerləşmişdir.  Zülal  hissəciklərinin  asimmetriyasını  xarakterizə 
etmək üçün asimmetriya dərəcəsindən istifadə edilir. 
;

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə