Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə14/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   10   11   12   13   14   15   16   17   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

15 


 

MÜASİR DÖVRDƏ AZƏRBAYCAN – TÜRKİYƏ  MÜNASİBƏTLƏRİ  

AZERBAIJAN-TURKEY RELATIONS IN THE MODERN PERIOD                                                                  

Dos. Dr. İbrahim Əliyev 

Azərbaycan Turizm və Menecment Universiteti 

Xülasə 


Azərbaycan  Türkiyə  münasibətləri  qədim  və  zəngin  tarixə  malikdir.  Bu  münasibətlər  özünəməxsus 

xüsusiyyətləri  və  coxşaxəli  istiqamətləri  ilə  həmişə  fərqlənmiş,  müstəsna  əlamətlərə  malik  olmuşdur.  Dərin 

tarixi kökləri ilə bağlı olan bu ölkələri hər şeydən əlavə etnik doğmalıq birləşdirir. Buna görə də Azərbaycanın 

tarixini, ictimai-siyasi və mədəni həyatını birbirindən ayrı təsəvvür etmək mümkün deyildir.  

Azərbaycan-Türkiyə  münasibətləri  tarixin  müxtəlif  mərhələlərində  həyatın  ağır  sınaqlarından  keçmiş, 

özünün  qırılmazlığını  real  praktikada  təsdiq  etmişdir.  Bu  münasibətlər  barəsində  kifayət  qədər  geniş 

tədqiqatlar  aparılmış,  onun  müxtəlif  dövrləri  haqqında  xeyli  elmi  tədqiqat  əsərləri  yazılmışdır.  Hazırkı 

məqalədə  isə  diqqəti  Azərbaycanın  öz  müstəqilliyini  bərpa  etməsindən  sonra  Azərebaycan  –  Tütkiyə 

münasibətlərinin  müxtəlif  cəhətlərinə  yönəltmək  istərdik.  Bu  iki  dövlət  arasında  münasibətdən  danışarkən 

hər şeydən öncə onu qeyd etmək istərdik ki, onların hər ikisi böyük türk dünyasının tərkib hissələri olmaqla 

bu sistemdə özünəməxsus yerə və rola malikdir. Bu münasibətlər ictimai həyatın bütün sahələrini əhatə edir 

və strateği əhəmiyyət daşıyır. 

Açar sözlər: Müasir dövr, Türkiyə, Azərbaycan, əlaqələri 

Abstract 

Turkey's  relations  with  Azerbaijan  are  multidimensional  and  of  strategic.  High-level  intensive  mutual 

visits  are the most important driving force behind  the relationships. It has become a tradition  for  the two 

countries  to  visit  the  other  country  first,  following  the  change  of  the  state  authorities  or  of  symbolic 

importance.  Turkey  and  Azerbaijan  have  a  bond  of  unique  sisterhood  in  the  world.  Gazi  Mustafa  Kemal 

Atatürk described it as “Azerbaijan's happiness is our happiness and its grief is our grief” and Haydar Aliyev 

said “We are one nation in two states”. 

Key words: Modern perıod, Azerbaijan, Turkey relatıons  

Türkiyə dövlətinin Qafqaz regionuna olan maraqları, onların bu regionda dayaqlarını yaratmaq istəyi son 

yüzillikdə  yeni  bir  mərhələsinə  daxil  olmuşdu.  Hələ  Osmanlı  dövləti  özünün  qüdrətli  dövrlərində  regionda 

nüfuz  dairəsi  uğrunda  digər  qonşu  dövlətlərlə  rəqabət  aparmışdı.  Lakin  son  yüzilliklər  ərzində  onun  zəifl 

əyərək müxtəlif regionlarda mülklərini və nüfuz dairəsini itirməsi Qafqaza da aid idi. Buna baxmayaraq Türk 

dövlətinin  qlobal  maraqları  azalmamış,  onlar  həmişə  bu  regionda  təsirlərini  bərpa  etməyə  çalışmışdılar. 

Xüsusən  Birinci  dünya  müharibəsi  dövründə  Osmanlı  imperiyasının  regionda  başlıca  rəqibi  olan  Rusiya 

imperiyasının inqilablar nəticəsində iflasa uğraması onun qarşısında yeni imkanlar yaradır.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandığı  gündən  Türkiyə  dövlətinin  rəğbətli  münasibətini  öz  üzərində 

hiss etmişdi. O, 1918-ci il 4 iyulda Azərbaycan Xalq Cümhuriyyətini tanıyaraq ona siyasi və hərbi dəstək verir. 

Məhz  həmin  dövrdə  türk  ordusunun  Qafqazda  fəallaşması,  müstəqillik  astanasında  dayanmış  Azərbaycana 

dəstək  verməsi,  ona  qarşı  yönəlmiş  soyqırımı  dalğasının  qarşısının  alınmasında  öz  töhfəsini  verməsi 

türkazərbaycan birliyinin parlaq səhifələrindən birini təşkil edir. 1918-ci ilin martında Nuru paşanın rəhbərliyi 

altında  türk  ordusunun  Azərbaycana  uğurlu  gəlişi  onun  taleyində  dərin  iz  qoymuşdur.  Lakin  Birinci  dünya 

müharibəsində  OsmanlıTürkiyəsinin  daxil  olduğu  blokun  məğlubiyyəti  onların  xilasedici  missiyasını 

dayandırmasına səbəb oldu. Bununla belə türklər imkanları daxilində Azərbaycana dəstəklərini hər vasitə ilə 

davam  etdirirdi.  23  aylıq  mövcudluqdan  sonra  Azərbaycan  Cümhuriyyəti  tarixi  inkişafının  obyektiv  nəticəsi 

olaraq öz müstəqilliyini itirdi. Burada bolşeviklərin hakimiyyətəgətirilməsi ilə Türkiyənin strateği gedişləri arxa 

plana  keçmiş,  özünün  yeni  məqamını  gözləmişdir.  Lakin  yeni  şəraitdə  da  Türkiyənin  dəstəyi  ən  həlledici 

məqamlarda  zaman-zaman  özünü  büruzə  vermiş,  bir  sıra  prinsipial  problemlərin  həllində  öz  təsirini 

göstərmişdir.  Buna  müsal  olaraq  Azərbaycanın  sovet  hakimiyyəti  dövründə  onun  formal  müstəqilliyinin 

qorunub saxlanmasında və xeyli ərazilərinin mühafizə edilməsində müstəsna əhəmiyyətə malik olan Türkiyə 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

16 


 

ilə  Rusiya  arasında  imzalanmış  Moskva  müqaviləsi  və  Cənubi  Qafqaz  respublikaları  ilə  bağlanmış  Qars 

müqaviləsini qeyd etmək istərdik (1).  

Azərbaycanın SSRİ tərkibində olduğu dövrdə Türkiyə dövlətinin buraya əli çatmasa da, Azərbaycana olan 

isti  münasibəti  daim  hiss  olunmuşdur.  Sovet  rəhbərliyi  Azərbaycanı  türkiyə  təsirindən  uzaq  saxlamağa, 

onların  yaxınlığına  imkan  verməməyə  çalışırdı.  Bütün  bunlara  baxmayaraq,  bu  dogma  münasibətləri 

zəiflətmək mümkün olmamışdır.  

Türkiyə-Azərbaycan münasibətlərinin  yeni  mərhələsi  XX  əsrin  axırlarında  başlandı. 1990-cı  illərdə  SSRİ-

nin  dağlması  nəticəsində  yeni  türk  dövlətlərinin  öz  müstəqilliklərini  bərpa  etməsi  ilə  türk  dünyasının 

genişlənməsi  və  möhkəmlənməsi  üçün  əlverişli  şərait  yarandı.  Belə  bir  məqamda  Türkiyənin  həmin 

dövlətlərlə hərtərəfli əlaqələrinin güclənməsi, qarşılıqlı təmasların intensivləşməsi, onların bütün məsələlərdə 

vahid  mövqedən  çıxış  etməsi  məsələsi  aktuallaşır.  Bu  münasibətlər  sistemində  Azərbaycan-Türkiyə 

münasibətləri xüsusi əhəmiyyətə malik idi.  

SSRİ parçalana qədər  Türkiyə  Respublikası  türk  dünyasının dünya dövlətləri  sırasında  yeganə  təmsilçisi 

idi.  Sovet  imperiyasının  iflası  türk  dövlətləri  sırasının  genişlənməsinə  gətirib  çıxardı  və  bu,  türk  dünyasının 

güclənməsi yolunda böyük imkanlar açdı. 

Azərbaycan, Qazağıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın simasında tarix səhnəsinə çıxmış yeni 

türkmüsəlman  dövlətləri  dünyanın,  xüsusən  də  Qafqaz-Mərkəzi  Asiya  regionunun  yeni  durumunda  ciddi 

dəyişikliklərə  gətirib çıxarmış, onun siyasi mənzərəsinə  yeni qeosiyasi reallıq  gətirmişdir. Belə  bir məqamda 

Türkiyə  Respublikasının  qarşısında  yeni  perspektivər  açılması  ilə  yanaşı,  yeni  qlobal  vəzifələr  ortaya  çıxırdı. 

Tarixi inkişafın öz gedişi ilə açılan bu imkanlar Tütk dövlətinin məsuliyyətlərini də artırdı. Yeni şəraitdə Türkiyə 

Respublikasının müstəqilliyini bərpa etmiş türk-müsəlman dövlətləri, o cümlədən Azərbaycan Respublikası ilə 

münasibətləri regionun taleyində və onun inkişaf perspektivində böyük təsirə malikdir.  

Azərbaycan  öz  coğrafi  mövqeyinə  görə  türk  dünyası  üçün  son  dərəcə  vacib  bir  ərazidə  yerləşir, 

Türkiyənin bu dünyaya çıxışının bağlanğıcını təşkil edirdi. Digər tərəfdən, sosialiqtisadi, siyasi, mədəni durum, 

müasir  inkişaf  səviyyəsi,  ictimai  həyatın  bütün  sahələrində  malik  olduğu  səviyyə  Azərbaycanın  unikal 

mövqeyini  və  ictimai-siyasi  mahiyyətini  qabarıq  şəkildə  ifadə  edir,  onun  tarixi  missiyasını  və  rolunu 

şərtləndirirdi.  Bu  mənada  Azərbaycan  təkcə  müstəqilliyini  bərpa  etmiş  yeni  dövlət  olaraq  dəstəyə  ehtiyacı 

olan bir dövlət deyildi. Onun malik olduğu təbii ehtiyatlar, iqtisadi potensialı, mədəni intellectual səviyyəsi ilə 

Türkiyənin  özünün  müasir  inkişafında  əsaslı  dönüş  yarada  biləcək  imkanın  daşıyıcısı  idi.  Azərbaycan 

müstəqilliyini  bərpa  etdikdən  sonra  problemlərini  həll  etdikcə  və  müstəqil  iqtisadiyyatını  yaratdıqca  onun 

regionda  və  bütöv  dünyada  təsiri  artır.  Bu  mənada  Azərbaycan  regionda  bütün  qonşuları  ilə  münasibətdə 

müstəqil aktor kimi nüfuzunu və təsirini günbəgün gücləndirir. Bu mənada hazırkı dövrdə Azərbaycan-Türkiyə 

münasibətlərindən  danışılarkən  hər  kəs  tərəfindən  bu  münasibətlərin  strateji  tərəfdaşlıq  səviyyəsinə 

yüksəlməsi  etiraf  edilir.  Bu  məqamda  tarix  bir  daha  sübut  edir  ki,  dövətin  təsir  gücü  ərazisinin  böyüklüyü, 

əhalisinin  sayı  ilə  ölçülmür.  Düzgün  aparılan  daxili  və  xarici  siyasət,  resurslardan  düzgün  istifadə  edilməsi, 

ölkənin  maraqlarından  çıxış  edən  balanslasdırılmış  xəttin  yeridilməsi  dövlətin  uğurunun  təminatında 

əhəmiyyətli rol oyanayır (1).  

Əlbəttə,  bu  məqamda  Türkiyə  və  Azərbaycanın  qarşılıqlı  münasibətlərinin  strateji  əməkdaşlıq 

səviyyəsində qurulması hər iki dövlətin müasir dünyadakı durumunda özünü qabarıq şəkildə göstərir. Həyatın 

bütün sahələrində tərəfdaşlıq münasibətləri yuksək səviyyədə qurulur. Bu da onları öz güclərini birləşdirərək 

vahid  mövqedən  çıxış  etməyə,  həyata  keçirilən  transmilli  layihələrin  reallaşdırılması  sayəsində  daha  da 

yaxınlaşmaqa imkan verir.  

Azərbaycanın  Türkiyə  ilə  siyasi  əlaqələri  büstəqilliyin  bərpası  anından  başlamışdır.  Azərbaycanın 

müstəqilliyini  tanıyan  ilk  dörlət  Türkiyə  olmuşdur.  1991-ci  il  oktyabrın  18-də  Azərbaaycan  öz  müstəqilliyini 

bərpa etdikdən sonra noyabrın 9-da Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı. 1992-ci il 14 yanvar tarixində 

isə Azərbaycan-Türkiyə diplomatik əlaqələri yarandı, Bakı şəhərində Türkiyənin səfirliyi fəaliyyətə başladı, Bir 

qədər  sonra  –  Türkiyədə  Azərbaycan  Resspublikasının  səfirliyi  açıldı.  Diplomtik  münasibətlər  qurulduqdan 

sonar  bu  iki  dövlət  arasında  əlaqələr  daha  intensiv  xarakter  aldı.  Müstəqilliyin  ilk  illərində  Azərbaycanda 

mürəkkəb  icitmai-siyasi  proseslər  zamanında  Türkiyə  dövləti  Azərbaycan  xalqının  yanında  olmuş,  onun 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə