Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə10/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   6   7   8   9   10   11   12   13   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



bağlanmış saziş, bu sahədə dövlətlər arasında hüquqi əməkdaşlığın inkişafını səviyyələndirən əsas amillərdən 

biridir. Bu sazişin 1-ci maddəsində deyilir: “Bu Saziş əsasında Tərəflərin məqsədi məhkəmə ekspertizası üzrə 

birgə  elmi  tədqiqatların  aparılması,  məhkəmə  ekspertizasının  mövcud  metodlarının  təkmilləşdirilməsi  və 

yenilərinin  işlənməsi,  məhkəmə  ekspertizası  və  məhkəmə  ekspertizasının  standartlaşdırılması  üzrə  təcrübə 

mübadiləsi, məhkəmə ekspertizası mütəxəssislərinin əlavə ixtisaslaşma tədbirlərinin təşkil edilməsidir” (6). 

Nəticə 


Müasir dövrdə Azərbaycan-Türkiyə münasibətləri siyasi-iqtisadi və hüquqi müstəvidə inkişaf etməkdədir. 

Bu əlaqələrin inkişaf etməsində etnik birlik və ümumi dil amilinin xüsusi rolu olsa da, həmçinin hər iki dövlətin 

siyasi-iqtisadi və strateji maraqlarının da böyük əhəmiyyəti vardır.Azərbaycan Türkiyə üçün Cənubi Qafqazda 

olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən, türkdilli ölkələrlə, islam dininə 

mənsub xalqlarla əlaqə üçün mühüm vasitə rolunu oynayır. 

Türkiyənin  Cənubi  Qafqazdakı  mövcud  mövqeyi,  gələcək  geosiyasi,  geoiqtisadi  və  hərbi-geostrateji 

uğurları əsas strateji müttəfiqi hesab olunan Azərbaycanla münasibətlərinin daha da inkişaf etməsindən asılı 

olacaqdır. 

Ədəbiyyat 

1.

 



Adıgözəlova G. Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulması. www/strategiya.az 

2.

 



Artam A. Türk Cümhuriyyetlerinin sosyo – ekonomi analizleri ve Türkiye ilişkileri. Istanbul, 2008. 

3.

 



“Azərbaycan” qəzeti. № 249, 13 dekabr, 2013-cü il. 

4.

 



Azərbaycan  Respublikasının  hüquqi  yardım  sahəsində  ikitərəfli  beynəlxalq  müqavilələrinin  toplusu. 

Bakı, 2014. 

5.

 

Azərbaycan Respublikası Hökuməti və  Türkiyə  Respublikası Hökuməti arasında müəlliflik hüququ  və 



əlaqəli 

hüquqlar 

sahəsində 

əməkdaşlıq 

haqqındaʺ 

Saziş. 


http://www.copag.gov.az/copag/az/content/news/61. 

6.

 



Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında 

“Məhkəmə  ekspertizası  sahəsində  əməkdaşlıq  haqqında”  Saziş.  http://expert.gov.az/upload/pdf/AR-TR-

sazis.pdf.  

7.

 



Azərbaycan  Respublikası  Milli  Məclisindəki  2009-ci  il  13  may  tarixli  iclasın  stenoqramı. 

/http://www.meclis.gov.az/?/az/stenoqram/173 

8.

 

Azərbaycan  Respublikasının  Milli  Təhlükəsizlik  Konsepsiyası.  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu. Bakı, 2007. 

9.

 



Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) 

10.


 

/məqalələr toplusu/. Bakı, Poliart MMC, 2017. 

11.

 

Elnur Hasan Mikail., Alper Tazegül. Türkiye ile Azerbaycan: siyasi ve ekonomik ilişkileri (1990-2005). 



İstanbul, 2012. 

12.


 

Heydər Əliyevin Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan və onun başçılıq 

etdiyi nümayəndə heyəti ilə görüşü. /7 yanvar 2003-cü il. http://files.preslib.az/projects/ toplu  

13.


 

Həsənov Ə.M. Azərbaycanın geosiyasəti. Bakı, 2015. 

14.

 

“Kaspi” qəzeti, № 207, 14 dekabr 2013-cü il. s. 3 



15.

 

Kamuoyu ve Türk Dış Politika anketi. Ankara Universitesi Avrupa Toplulukları Araşdırma və Uygulama 



Merkezi. Ankara, Ocak 2010. 

16.


 

Kadir Has Universitesi dış politika anketi. İstanbul, 2015. 

17.

 

http://www.justice.gov.az/view/template/assets/docs/toplu 



18.

 

http://www.e-qanun.az/framework/21158 



 

 

 




Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

 



DAYANIQLI İNKİŞAF: AZƏRBAYCAN,  MİNİLLİYİN INKİŞAF MƏQSƏDLƏRİ (MIM) VƏ DAYANIQLI INKİŞAF 

MƏQSƏDLƏRİ (DIM) - NAİLİYYƏTLƏR VƏ PROBLEMLƏR 

SUSTAINABLE DEVELOPMENT OF AZERBAIJAN: ACHIEVEMENTS AND CHALLENGES OF THE MDGS AND SDGS  

Dos. Dr. Şahin Pənahov 

 

 

 



 

        Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 Xülasə 

Azərbaycan 2000-ci ildə BMT-nin Minillik Deklarasiyasına qoşulmuş və BMT-nin MİM-in yaradılmasından 

bəri bu prosesi izləmiş, onun davamlı inkişaf konsepsiyasını yoxsulluğun və iqtisadi inkişafın azaldılması üzrə 

dövlət proqramlarını qəbul etmişdir. MİM prosesinin təhlil və nəticələri məqalədə Dövlət Hesabatına əsasən 

təhlil  edilmişdir.  Məqalədə  BMT  TŞ-nin  yeni  təşəbbüsü  və  Azərbaycanda  DİM-lərdə  bu  günə  kimi  görülən 

işlər də öz əksini tapıb. 

Açar sözlər: Azərbaycan, Dayanıqlı inkişaf, nailiyyətlər, broblemlər 

Abstract 

Azerbaijan  joined  to  the  UN  Millennium  Declaration  in  2000  and  followed  UN  MDG  process  since  its 

inception  and  adopted  its  sustainable  development  concept  into  state  programs  of  reducing  poverty  and 

economic development. It was one of best practice countries of integration of the PRSP process with MDGs. 

In the article MDG process (2000-2015) achievements and results analyzed according to the State Report on 

MDGs. The article also covers new UN SDG initiative and what has been done so far in Azerbaijan on SDGs. 

Key words: Azerbaijan, sustaınable development, achıevements, challenges 

İnsan  inkişafının  müasir  problemlərini  dərk  etmək  üçün  onun  ekoloji  nişası  olan  yer  təbiətinin 

formalaşmasının,  insanın  texnoloji  inkişaf  mərhələlərinin  və  bütövlükdə  insan-cəmiyyət-təbiət 

münasibətlərinin tarixinin araşdırılmasına ehtiyac var. 14 mlrd il əvvəl baş vermiş partlayışdan yaranmış və ~5 

mlrd il sonra məhv olacaq kainatın evolyusiyası nəticəsində 4,6 mlrd il əvvəl unikal təbiətə malik Yer kürəsi 

yarandı. Öncə cansız Təbiət yarandı (yer qabığı, su, hava qatı, formalaşdı). Fotosintez reaksiyası və təqribən 

580  milyon  il  əvvəl  isə  Ozon  qatının  formalaşmasından  sonra  canlı  təbiət  yarandı  (torpaq-bitki  örtüyü  və 

heyvanat aləmi), 1-2 mln il əvvəl antropoloji, daha sonra isə özünü dərk edən insan yarandı (Homo Sapience), 

10 min il əvvəl sivilizasiya (heyvanların əhliləşdirilməsi, oturaq kənd təsərrüfatı, metal istehsalı, şəhərlər  və s) 

yarandı.  İnsan  təbii  resurslardan  istifadə  edərək  mütəmadi  inkişaf  edirdi.  XVİİİ  əsrdə  baş  vermiş  sənaye 

inqilabından  sonra  insanın  təbiətə  təsirinin  intensivliyi  və  miqyası  sürətlə  genişlənməyə  başladı.  XİX  əsrdə 

elektrikin  kəşfi və  motorların  yaradılması bi təsiri daha da gücləndirdi. Lakin  bütövlükdə  XX  əsrin ortalarına 

kimi  cəmiyyətin  təbiətə  təsiri  lokal  xarakter  daşıyırdı.  İkinci  dünya  müharibəsindən  sonra  elmi-texniki 

inqilabın  təsirinin  qlobal  xarakter  alması,  kimya  sənayesi  və  yüksək  texnologiyaların  sənayedə,  kənd 

təsərrüfatında  tətbiqi,  atom  enerjisindən  istifadə  olunması,  demoqrafik    partlayış  və  s  bəşər  tarixində 

görünməmiş inkişafa səbəb oldu. 

Ekoloji problemlər 

Bunun  nəticəsində  XX    əsrdə  artıq  insan  qlobal  geoloji,  coğrafi  amilə  çevrildi  və  təbiət-cəmiyyət-

iqtisadiyyat sistemində balanslar pozulmağa başladı. Beləliklə təbiətə "ağalıq" etmək və onun resurslarından 

yalnız gəlir götürmək baxımından yanaşma hesabına iqtisadi inkişafa nail olunması üstünlük təşkil etdi.    

Nəticədə,  10  mln  illər  ərzində  formalaşmış  mineral resurslar, hidrokarbon  ehtiyatları  10  illərin  ərzində 

istehsal və istehlak olunur və tükənmək üzrədir, eləcə də torpaq-bitki örtüyü və heyvanat aləmi, ətraf mühit 

bütövlükdə  süniləşməyə  doğru  gedir.  Bioloji  müxtəliflik  gündən  günə  azalır,  bir  çox  kiçik  və  hətta  orta 

miqyaslı çayalr və göllər yer üzündən silinmək təhlükəsi ilə üzləşirlər (Aral dənizi, Urmiya gölü, və s. Okeanlar, 

atmosfer,  qurunun  suları,  torpaqlar,  biosfer,  litosfer    hədsiz  çirklənməyə  məruz  qalır.  Meşələrin  qırılması, 

səhralaşma  (hər  dəqiqədə  ~  23  hektar  ərazi  səhraya  çevrilir),  torpaqların  deqradasiyası,  ozon  qatının 

parçalanması, biloji müxtəlifliyin azalması, bitki, heyvan, balıq, həşarat növlərinin kökünün kəsilməsi insanın 

yaşadığı təbii mühitin keyfiyyətinin aşağı düşməsinə səbəb olur.  



Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə