Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə13/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   9   10   11   12   13   14   15   16   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

13 


 

DIM4. Hamı üçün, ayrı-seçkiliyə yol verilməyən və bərabər keyfiyyətli təhsili təmin etmək və həyat boyu 

öyrənmək imkanlarını təşviq etmək;   

DIM5. Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq;    

DIM6. Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək;   

DIM7. Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək;   

DIM8. İnklüziv və  dayanıqlı iqtisadiinkişafı, eləcə  də  hər  kəs üçün  tam və  məhsuldar məşğulluğu təbliğ 

etmək;   

DIM9.  Möhkəm  infrastruktur  yaratmaq,  inklüziv  və  dayanıqlı  sənayeləşməni  və  innovasiyanı  təbliğ 

etmək;    

DIM10. Ölkələrarası və ölkədaxili qeyri-bərabərliyi azaltmaq;   

DIM11. Şəhərləri və digər insan yaşayış məskənlərini inklüziv, təhlükəsiz, möhkəm və dayanıqlı etmək;   

DIM12. Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək;   

DIM13. İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təcili addımlar atmaq;   

DIM14. Dayanıqlı inkişaf üçün okean, dəniz və digər su hövzələrini qorumaq və onlardan düzgün istifadə 

etmək;   

DIM15.  Ekosistemlərin  dayanıqlı  istifadəsini  müdafiə,  bərpa  və  təbliğ  etmək,  meşələri  dayanıqlı  idarə 

etmək,  səhralaşma  ilə  mübarizə  aparmaq,  torpaq  deqradasiyasının  qarşısını  almaq  və  dayandırmaq,  o 

cümlədən biomüxtəliflik itkisini dayandırmaq;   

DIM16.  Dayanıqlı  inkişaf  uğrunda  sülhsevər  və  inklüziv  cəmiyyəti  təbliğ  etmək,  hərkəs  üçün  ədaləti 

təmin etmək, və bütün səviyyələrdə səmərəli, məsul və inklüziv institutlar yaratmaq;   

DIM17.  İcra  vasitələrini  möhkəmləndirmək  və  dayanıqlı  inkişaf  üçün  qlobal  əməkdaşlığı       

canlandırmaq. 

Azərbaycanda DİM-lərə nail olunması üçün aşağıdakı əsas tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan  Respublikasının  Dayanıqlı  İnkişaf  üzrə  Milli  Əlaqələndirmə  Şurasının  (DİMƏŞ)  yaradılması 

haqqında  Azərbaycan  Respublikası  Prezidenti  6  oktyabr 2016-cı  ildə  Fərman  vermişdir.  Bu  Fərmana  əsasən 

Azərbaycan  Respublikası  Baş  nazirinin  müavini  Əli  Əhmədov  Şuranın  sədri,  Azərbaycan  Respublikasının 

iqtisadiyyat naziri Şahin Mustafayev Şuranın sədr müavini, 12 dövlət komitəsi və nazirliklərinin yüksək vəzifəli 

məmurları  Şuranın  üzvləri  təyin  edilmişlər.  DIMƏŞ-in  əsas  məqsədi  "2030-cu  ilədək  Azərbaycan  üçün 

əhəmiyyət  kəsb  edən,  qlobal  məqsəd  və  hədəflərə  uyğun  milli  prioritetləri  və  onlara  dair  göstəriciləri 

müəyyən  etməkdən,  ölkədə  sosial-iqtisadi  sahələri  əhatə  edən  dövlət  proqramlarının  və  strategiyaların 

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail 

olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir". 

Şuranın  fəaliyyətinin  təmin  edilməsi  məqsədilə  Şuranın  Iqtisadiyyat  Nazirliyi  tərkibində  fəaliyyət 

göstərən  Katibliyi  yaradılmışdır.  DİMƏŞ  Katibliyinin  əlaqələndirdiyi  4  işçi  qrup  yaradılmş  (Sosial,  İqtisadi, 

Ekoloji  və  Monitorinq  məsələləri  üzrə)  və  6  görüş  keçirmişdir.    Dövlət  statistika  komitəsi  (DSK)  DİM-lərin 

monitorinqinə  cavabdeh  olacaq.  DSK  tərkibində  DİM-lərin  statistikası  üzrə  şöbə  yaradılmış  və  fəaliyyətə 

başlamşdır. 

Bu ilin-2017-ci ilin iyul ayında BMT-nin Yüksək səviyyəli siyasi forumunda (HLPF) Azərbaycanın ilk könüllü 

milli DİM hesabatı təqdim olunmuşdur.  

Bu sahədə ADPU-da görülmüş və görüləcək işlər aşağıdakılardan ibarətdir- 

 



ADPU-da Dayanıqlı Inkişaf üzrə İnformasiya və Təlim Mərkəzinin (DİİTM) yaradılması haqda Tarix və 

Çoğrafiya fakültəsinin  Elmi şurasının  qərarı  var  və  onun  təşkili  və  fəaliyyət  formaları  ilə  bağlı  ilkin  addımlar 

atılmaqdadır. 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

14 


 

 



DİMƏŞ  Katibliyi  ilə  əlaqələr  qurulmuşdur  və  DİİTM-in  kitab  və  plakatlarla  təmin  edilməsinə 

başlanmışdır. 

 

ADPU-nun  dosenti  Ş.M.  Pənahov  BMT  Avropa  İqtisadi  Komissiyasınin  Regional  DİM  Forumunda 



(Cenevrı, 24-25 Aprel 2017) ekspert qismində iştirak və çıxış etmişdir. 

 



DI  üzrə  xüsusi  kurs  hazırlanmışdır  və  ADPU-da  və  digər  universitetlərdə  sabah  qruplarında  tədris 

etmək üçün danışıqlar aparılır. 

 

Davamlı  yaşamağı  öyrənək  pilot  layihəsi  başlanır,  Rusiya  Təhsil  Akademiyasının  institutu  ilə  birgə 



2018-ci ilin mart ayında DİM və pedaqoji problemlər üzrə beynəlxalq konfrans keçirilməsi işinə baçlanmışdır.  

DİM-lərlə bağlı qarşıda duran məsələlər  

 

Qlobal  DİM  prosesi  haqda  məlumatlar  ictimaiyyətə  çatdırılmasının  sürətləndirilməsi  və 



genişləndirilməsi 

 



Azərbaycan dilində vebsaytın hazırlanması 

 



DİM-lərin təhsilin bütün pillələrində tədris olunması 

 



DİM üzrə tədris vəsaitlərinin hazırlanması 

 



Milli koordinasiya şurasında Təhsil işçi qrupunun yaradılması 

 



Milli, regional və rayonlar üzrə hədəflərin seçilməsi və monitorinq sisteminin yaradılması 

 



Uyğun ölkələrin (o cümlədən Türkiyənin) beynəlxalq təşcrübəsinin öyrənilməsi və tətbiq olunması 

Ədəbiyyat 

1.

 

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında 



Azərbaycan Respublikası Prezidentinin Fərmanı, N-1066, 06 oktyabr 2016. 

2.

 



Azərbaycan 

Respublikası 

üzrə 

MİM-rinin 



göstəriciləri 

hesabatı 

(5 

yanvar 


2017),  

https://www.stat.gov.az/source/millennium/source/MDG_az-05.01.2017.pdf 

3.

 

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası, 2013. 



4.

 

Azərbaycan Respublikasının inkişafı üzrə  Strateji yol xəritələri, 2016. 



5.

 

Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və iqtisadi inkişaf dövlət proqramı, 2003-2005. 



6.

 

Azərbaycan Respublikasında Yoxsulluğun azaldılması və davamlı inkişaf dövlət proqramı, 2008-2015. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə