Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət



Yüklə 6,1 Mb.
Pdf görüntüsü
səhifə15/235
tarix06.05.2018
ölçüsü6,1 Mb.
#42317
1   ...   11   12   13   14   15   16   17   18   ...   235

Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

17 


 

problemlərinin  həllinə  dəstək  vermişdir.  Xüsusən  Azərbaycana  edilən  erməni  təcavüzü  şəraitində  onun 

köməyi bütün məsələlərdə hiss olunurdu. Konkret olaraq, ermənilər Qarabağla yanaşı Naxçıvana da həmlələr 

edir,  onu  işğal  etməyə  çalışırdı.  Naxğıvanın  erməni  təcavüzündən  qorunmasında  Türkiyənin  hərtərəfli 

dəstəyinin, o cümlədən diplomatik səylərinin əhəmiyyəti böyükdür.  

Azərbaycanın müstəqillik dövrünə bütöv nəzər saldıqda onun Türkiyə ilə münassibətləri daim yüksələn 

xətlə  inkişaf  etdiyini  müşahidə  ettmək  olar.  Bu  münasibətlər  ilbəil  genişlənərək  ictimai  həyatın  bütün 

sahələrini əhatə etmişdir. Azərbaycan - Türkiyə münasibətlərinin inkşafında hər iki tərəfin maraqları üst-üstə 

düşür.  Hər  şeydən  öncə  Azərbaycan  üçün  Türkiyə  dünyada  ən  yaxın  müttəfiq  və  dayaqdır.  Azərbaycanın 

güclü  dövlət  olması  isə  Türkiyənin  regionda  və  dünyada  gücünün  və  rolunun  artırmasına  təkan  verir. 

Başlanğıcını  Azərnaycandan  götürən  enerji  və  nəqliyyat  layihələrinin  Türkiyə  istiqamələnməsi  bu  ölkənin 

iqtisadi və siyasi durumunda yeni bir dövrün başlanmasını şərtləndirmişdir. Hətta Azərbaycandan keçməyən 

tranzit layihələrdə də Türkiyənin yerinin möhkəmlənməsində də bu iki ölkənin birgə fəaliyyəttində qazanılan 

uğurun təsiri şübhəsizdir. 

Türkiyə - Azərbaycan əməkdaşlığının mühüm istiqamətlərindən biri türk dünyasının birliyinə nail olmaq, 

onları  həyatın  bütün  sahələrində  təsir  imkanına  malik  vahid  mövqe  ətrafında  birləşdirmək  olmuşdur.  Hələ 

müstəqilliyin  ilk  illərindən  başlayaraq  belə  bir  birliyin  yaradılmasına  və  əməkdaşlığın  genişləndirilməsinə 

ehtiyac hiss olunmuş, vacib  vəzifə  kimi ortaya şıxmışdır. Qeyd  etmək lazımdır ki, bu məsələdə  türk dünyası 

dövlətlərinin  üzərinə  fərqli  vəzifələr  düşdüyü  kimi,  onların  hər  biri  bu  prosesdə  fərqli  mövqe  nümayiş 

etdirmiş,  hər  bir  dövlət  özünəməxsus  rola  və  təsirə  malik  olmuşdur.  Azərbaycanın  və  Türkiyənin  üzərinə 

düşən vəzifə oxşarlığı ilə seçilirdi. Bu iki dövlət bir növ həmin birliyin generatoru, öndəgedəni rolunu oynamış, 

bu  ideyanın  reallaşmasına  daha  şox  töhfələr  vermişlər.  Müstəqilliyin  ilk  illərindən  türkdilli  dövlətlərin  zirvə 

toplantılarının  əsası  qoyulur  və  vaxtaşırı  keçirilir.  Bu  zirvə  toplantıları  ilk  vaxtlar  obyektiv  səbəblər  üzündən 

müəyyən  çətinliklərlə  üzləşsə  də  bu  birliyin  formalaşmasında  irəliləyiş  göz  qabağında  idi.  Onların  gedişində 

daha ciddi məsələlər qoyulur və daimi fəaliyyət göstərən strukturların yaranmasına nail olunur. 2006-cı ildə 

Türk  Parlament  Assambleyası  yaradılır.  Bundan  sonra  isə  liderlər  TÜRK  Parlament  Assambleyası  adı  altında 

Türk  dövlətlərinin  parlamentlərinin  birliyini  hədəfləyən  Asssambleyanın  yaradılması  yolunda  fəaliyyət 

göstərmişlər. 2009-cu ildə Naxçıvan zirvə toplantısında Türkdilli dövlətlərin əməkdaşlıq Şurasının yaradıldı (3).   

Son  illərdə  keçirilən  zirvə  toplantılarında  türk  dünyasının  hər  bir  dövləti  üçün  önəmli  olan  məsələlər 

qoyulur,  və  həll  olunurdu.  Artıq  Naxçıvan  sammitində  iqtisadi  əməkdaşlıq  məsələlərindən  tutmuş 

təhlükəsizlik,  beynəlxalq  aləmdə  birgə  fəaliyyət  məsələlərinə  qədər  problemlər  müzakirə  edilərək  vacib 

qərarlar qəbul edilmişdir.  

Azərbaycan Respublikası yarandığı gündən Türkiyə Respublikasının hərtərəfli dəstəyini öz üzərində hiss 

edirdi. Həmin dövrdə Azərbaycanın güvəndiyi xalqlar və dövlətlərin sırasında Türkiyə birinci yerdə dayanırdı. 

Lakin  Azərbaycanda  1991-93-cü  illərdə  gedən  siyasi  proseslərdə  ümüumilikdə  vəziyyət  ağır  idi  və  bu  iki 

dövlətin  münasibətlərində  də  özünü  göstərirdi.  Azərbaycanda  yaranmış  qarışıqlıqda  istifadə  edən  xarici  və 

daxili  qüvvələr  vəziyyəti  daha  da  ağırlaşdırır,  ölkəni  yaranmış  böhrandan  çıxmağa  imkan  vermirdi.  1993-cü 

ildə  ikinci  dəfə  hakimiyyətə  qayıdan  Heydər  Əliyev  ölkədə  hərc-mərcliyin  qarşısının  alınmasına,  xarici 

təcavüzün  dayandırılmasına  nail  olması  ilə  ölkə  daxilində  normal  quruculuq  işləri  başlanır.  Bu  vaxt  xarici 

dövlətlərlə  münasibətlərin  düzgün məcraya  gətirilməsi  qonşularla  konstruktiv  münasibətlər  qurmağa  şərait 

yaratdı. Hər bir qonşu dövlətin əsl siyasətinə qiymət verildi, Onların hər biri ilə özünün mövqeyinə müvafiq 

xətt müəyyənləşdi və yeridildi. Elə həmin vaxtdan etibarən Türkiyənin də yeri və rolu düzgün qiymətini aldı. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan 

xalqına  müraciətində  qeyd  etdiyi  kimi:  “Azərbaycan-Türkiyə  münasibətləri  iki  qardaş  xalqın  mənafelərinə 

xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini 

verir.”  

Hakimiyyətdə  olduğu  müddətdə  Heydər  Əliyev  Türkiyə  ilə  əlaqələrini  gücləndiri.  Onun  atdığı  hər  bir 

addımda  Türkiyənin  maraqları  nəzərə  alınır.  Onun  1994-cü  il  fevralında  Türkiyəyə  ilk  rəsmi  səfəri  zamanı 

Türkiyə  Böyük  Millət  Məclisində  çıxış  edərək  iki  ölkənin  əlaqələri  və  bu  əlaqələrin  genişlənməsi  üçün 

Azərbaycan  tərəfinin  düşüncələri  haqqında  məlumat  verib.  Səfər  çərçivəsində  Türkiyə  ilə  əməkdaşlıq  və 

qarşılıqlı yardım haqqında mühüm sənədlər imzalandı. 1997-ci və 2001-ci illərdəki növbəti rəsmi səfərlərində 



Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları 

18 


 

Türkiyə  ilə  bütün  sahələrdə  əməkdaşlığın  gücləndirilməsi  istiqamətində  yeni-yeni  sazişlər  imzalanmış,  real 

addımlar üçün zəmin yaradılmışdır (2). 

2003-cü  ildən  Azərbaycana  rəhbərlik  edən  Ilham  Əliyev  Azərbaycanın  Türkiyə  ilə  münasibətində 

götürülmüş  kursu  davam  etdirmiş,  bu  münasibətləri  yeni  bir  səviyyəyə  qaldırılmasına  nail  olmuşdur. 

Azərbaycanın Türkiyə dövləti ilə əməkdaşlıq əlaqələri ictimai həyatın bütün sahələrində ən yüksək səviyyəyə 

qaldırılmışdır.  

Türkiyə-Azərbaycan  iqtisadi  münasibətləri  iki  dövlət  arasında  əməkdaşlığın  mühüm  tərəflərindən  birini 

təşkil  edir.  Müstəqilliyin  ilk  illərində  Türkiyənin  humanitar  yardımları  ilə  başlayan  bu  əməkdaşlıq  zaman 

keçdikcə  genişlənərək  dərinləşmiş,  strateji  xarakter  almışdır.  1994-cü  ildə  Türkiyənin  “Əsrin  müqaviləsinin” 

tərəfdaşlarından biri kimi çıxış etməsi artıq ciddi planların başlanğıcı idi. Ümumiyyətlə, Azərbaycanın neft-qaz 

sektoru ilə bağlı 5 müqavilədə Türkiyənin payı vardır.  

Xüsusən,  neftin  və  qaçın  dünya  bazarına  çıxarılması  üçün  tikilən  boru  kəmərlərinin,  nəqliyyat 

dəhlizlərinin planlaşdırılması zamanı Türkiyənin bu layihələrdə iştirakı həmişə diqqət mərkəzində olmuş, hər 

iki  ölkənin  səyi  sayəsində  reallaşmışdır.  2006-cı  ildə  Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  neft  kəməri,  2007-ci  ildə 

Bakı-Tbilisi-Ərzurum  qaz  kəməri,  2017-ci  ildə  Bakı-Tbilisi-Qars  dəmir  yolu  Azərbaycanın  və  Türkiyənin  birgə 

səyi  sayəsində  ərsəyə  gəlmişdir.  Hazırda  isə  tikilməkdə  olan  nəhəng  TANAP,  TAP  kəmərləri  də  bu 

tərəfadaşlığın  uğurlu  nəticələrindəndir.  Hazırda  bu  sahədə  aparılan  işlər  və  reallaşdırılan  layihələr  bu 

əməkdaşlığın dərinləşməsindən və genişlənməsindən xəbər verir. Qeyd etmək lazımdır ki, yaradılan nəqliyyat 

dəhlizləri region dövlətlərinin bu sahədə əməkdaşlığının nəticəsi olaraq təkcə bu dövlətlər üçün deyil, daha 

qlobal  problemlərin  həllinə  təkan  verir.  Avropanın  və  dünyanın  enerji  təhlükəsizliyinin  həllinə,  yük 

daşımalarının  optimallaşdırılmasına  xidmət  etməklə  yanaşı  ölkələrin  bir  birinə  yaxılnlaçmasına,  səmərəli 

əməkdaşlığın  güclənməsinə  öz  töhfəsini  verir.  Bununla  yanaşı  ölkələrimizin  dünya  iqtisadi_siyasi,  mədəni 

durumunda rolunu gücləndirir.  

İqtisadiyyata yönəldilən xarici investisiyalar sahəsində Türkiyə Azərbaycanın əsas tərəfdaşlarından biridir. 

Türkiyənin iş adamları və şirkətləri 2002 - 2010 illər ərzində Azərbaycanın neft və qeyri-neft sektoruna 1,653 

mlrd.  AZN  həcmində  investisiya  yönəltmişlər,  bu  da  həmin  dövr  ərzində  ölkəyə  yatırılan  sərmayələrin  7% 

təşkil  etmişdir.  Türkiyə  Azərbaycanın  əsas  ticarət  tərəfdaşlarından  biri.  Hazırda  iki  dövlət  arasında  ticarət 

dövriyyəsi 10 mlrd. Dollar təşkil edir. 2020-ci ilə bu rəqəmin 20 mlrd dollara çatdırılması planlaşdırılır. 

Qarabağ münaqişəssi başladığı gündən Türkiyə Azərbaycanın ən yaxın müttəfiqi kimi şıxış etmişdir. Onun 

Sovet  dövləti  ilə  bağladığı  müqavilələr  də  bu  məsələdə  öz  müsbət  rolunu  oynamışdır.  Türkiyə  ATƏT-in 

Qarabağ  probleminin  həlli  üzrə  yaradılmış  Minsk  qrupunun  həmsədrləri  sırasına  düşməsə  də,  bu  qrupun 

üzvüdür və orada Azərbaycanın güvəndiyi dövlətlərdən birincisidir.  

Türkiyənin hərbi-təhlükəsizlik məsələlərində Azərbaycana dəstək olması, son dərəcə böyük əhəmiyyətə 

və  təsirə  malikdir.  Türkiyənin  Azərbaycanla  vahid  mövqedən  çıxış  etməsi  ən  təsirli  amillərdən  biridir.  Bu 

yaxınlıq  təkcə  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinə  münasibətdə  deyil,  bütövlükdə 

regionda gedən bütün təhlükəli proseslərə, terrora və provakasiyalara münasibətdə də öz rolunu oynayır.  

Xüsusən  son  illərdə  hər  iki  ölkə  üçün  həlledici  məqamlarda  onların  bir-birinə  münasibətdə  tutduğu 

mövqe  və  nümayiş  etdirdikləri  konkret  hərəkətlər  həmin  reallığın  ifadəsidir.  Son  illərdə  regionda  gedən 

mürəkkəb  proseslər  şəraitində  onların  addımları  bir-birini  tamamlamış,  təkcə  iki  dövlətin  deyil,  bütövlükdə 

regionun problemlərinin həllində mühüm rol oynamışdır. Azərbaycanla Türkiyə arasındakı hərbi əməkdaşlığın 

inkişafı  Azərbaycan-Türkiyə  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  altıncı  iclasında  da  müzakirə 

olunub. Prezident İlham Əliyev bildirib ki, Ankara ilə hərbi əməkdaşlıq Azərbaycanın marağındadır.Qeyd edək 

ki,  Azərbaycan-Türkiyə  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  altıncı  iclasından  sonra  imzalanan 

sənədlərdən  biri  “Azərbaycan  Respublikası  Hökuməti  ilə  Türkiyə  Respublikası  Hökuməti  arasında  müdafiə 

sənayesi sahəsində əməkdaşlıq haqqında Saziş”dir (1). 

Azərbaycan  və  Türkiyə  arasında  günbəgün  artan  və  möhkəmlənən  əməkdaşlığın  strateji  səviyyəyə 

yüksəlməsi  özünü  bir  daha  2011-ci  ildə  Yüksək  Səviyyəli  Strateji  Əməkdaşlıq  Şurasının  qurulmasında  ifadə 

etdi. Bu şuranın çərçivəsində hər il keçirilən görüşlərdə hər iki dövlət üçün vacib olan ən mühüm məsələlər 

müzakirə  edilir,  birgə  fəaliyyət  istiqamətləri  müəyyənləşdirilirdi.  2017-ci  ilin  oktyabrında  bu  şuranın  altıncı 




Yüklə 6,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   235




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə